Məhkəmə qərarları › İş №1(102)-1506/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1506/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1506/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlu oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 və bəraət almış şəxs X6 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 1(105)-72/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin (X3) 2024-cü il 7 noyabr tarixli, 1(060)-56/2024 nömrəli hökmü ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2-ci paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatda olan və yaşayan, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət almış, X10 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə zalından azad edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X5 və X12 ibarət tərkibdə) 2025-ci il 8 yanvar tarixli, 1(105)-72/2025 nömrəli qərarından dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli, 1(060)-56/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli toz şəkill i kustar üsulla hazırlanmış təmiz çəkisi 0,770 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 26 iyul 2023-cü il tarixdə saat 22:20-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən “Bakcell” dükanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:37-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,770 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSA SİYA PROTESTİNİN DƏLİLLƏRİ, BƏRAƏT ALMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Kamran Abasəliyevin məhkəmə baxışı zamanı özünü müdafiə xarakterli verdiyi ifadə məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz qərarın əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərfindən nəzərə alınmamışdır. Bundan fərqli olaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilmiş Kamran Abasəliyev törətdiyi cinayət əməlini tam etiraf etmiş, p olis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin olmamasını bildirmişdir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X10 yenidən özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildiyini qeyd etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiləmiş və bildirmişdir ki, saxlanılmamışdan öncə ona hər hansı zəng gəlməmişdir. Bununla belə, apellyasiya məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlayarkən ilkin təhqiqat hərəkətlərində polis əməkdaşları tərəfindən nöqsana yol verildiyini göstərmişdir. Əgər məhkəmə kollegiyası qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən ilkin sənədləşmənin düzgün aparılmadığını qəbul etsək də, qeyd olunan hallar bəraət verilməsi üçün deyil, polis əməkdaşları barəsində xüsusi qərar çıxarılması üçün əsas ola bilərdi. Lakin məhkəmə kollegiyası bütün bu hallara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsə qanunsuz və əsassız olaraq verilmiş bəraət hökmünü qüvvədə saxlamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən, X6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 1(105)72/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestini müdafiə edərək əsaslı hesab etdiyini bildirmiş, məhkəmə kollegiyasından X7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cin ayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 1(105)-72/2025 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Kamran Abasəliyev kassasiya protestini əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiy ası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya i nstansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində K.Abasəliyevə bəraət verilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qaz andıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslan dırılmış və sübuta yetirilmiş olmalıdır. Qeyd edilən normaların tələbləri qaydasında məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, protestin əsas dəlillərindən biri ondan ibarətdir ki, “...Bundan farqli olaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilmiş Kamran Abasəliyev törətdiyi cinayət əməlini tam etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərin olmamasını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X10 yenidən özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildiyini qeyd etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və bildirmişdir ki, saxlanılmamışdan öncə ona hər hansı zəng gəlməmişdir, əvvəlki məhkəmə İclaslarında əsəbi olduğu üçün təqsirsiz olması və əməliyyat müvəkkilinin ona zəng edərək çağırmasını bildirmişdir. İş materiallarından göründüyü kimi, bundan sonraki məhkəmə proseslərində isə təqsiləndirilən şəxs X10 yenidən özünü təqsirli bilməyərək, güya polis əməkdaşı Şahid1 tərəfindən "ona xəbər göndərilərək özünü təqsirli bilməyəcəyi halda yenidən pro blemlərinin ola biləcəyini, təqsirli bildiyi halda isə onu məhkəmə iclas zalından azad etdirəcəyini” bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında bir neçə dəfə verdiyi ifadələri dəyişdirmişdir. Polis əməkdaşları tərəfindən ibtidai istintaq zamanı təzyiqlə üzləşdiyi üçün etirafedici ifadələr vermək məcburiyyətində qaldığını bildirsə də məhkəmə istintaqı zamanı hansı səbəbdən əməlini etiraf etməsini izah edə bilməmiş, ibtidai istintaq zamanı ona təzyiq göstərdiyini bildirdiyi polis əməkdaşının yenidən ona "əməlini etiraf etsə həbsdan azad olunacağı barədə xəbər göndərdikdən sonra həmin polis əməkdaşına "inanması" və əməlini etiraf etməsi, daha sonradan ifadəsini yen idən dəyişməsi hesab edirəm həqiqətə uyğun deyildir...” Dövlət ittihamçısının kassasiya protestinin istinad edilən hissəsindən də göründüyü kimi, ittiham tərəfi bəraət almış şəxsin ittiham və bəraət məzmunlu ifadələr verməsini qeyd edərək, K.Abasəliyevin özünü təqsirli bilməsini düzgün, təqsirinin olmamasını, polis təhrik və təzyiqi ilə ifadə verməyə məcbur edilməsini, sonradan isə təqsirini etiraf etməsi üçün ona xəbərdarlıq edilməsini bildirməsini isə həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Bundan əlavə, kassasiya protestində K.Abasəliyevin üzərinə baxış keçirilməsi protokoluna, müdafiəçisinin olması, ona edilən qanunsuz hərəkətlərlə bağlı heç bir orqana şikayət etməli olması ilə bağlı hallara istinad edilməklə bəraət hökmünün əsassız olması iddia edilmişdir. Kassasiya prot estinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqi bi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Hoanq Fransiya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkə mə kollegiyası ittiham tərəfinin istinad etdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları müqayisəli təhlil edərək, qeyd edir ki, ittiham tərəfinin istinad etdiyi sübutlar ittihamın təsdiqi üçün yetərli hesab edilə bilməz. Çünki həmin sübutlar nəinki biri digərini tamamlayır, əksinə sübutlarda mövcud olan ziddiyyətli hallar onların özlərinin mötəbər, əsaslı şübhə yaratmayan sübut kimi qəbul edilməsini mümkünsüz edir. Cinayət işinin materiallarına əsasən X6 ətrafında vətəndaşların sorğusu əməliyyataxtarış tədbiri 26 iyul 2023-cü ildə keçirilmiş və o, 26 iyul 2023-cü il tarixdə saat 22:20 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yanında saxlanılaraq Sumqayıt ŞPİ-ə gətirilmişdir. Lakin K.Abasəliyev barəsində ətrafında əməliyyat-axtarış tədb irlərinin keçirilməsi ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr əməliyyat tədbiri keçiriləndən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə verilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi və əməliyyat qrupunun yaradılması ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən idarə rəsinin adına yazılmış raportlar Sumqayıt Şəhər Polis İdarəsinin dəftərxanasında 27 iyul 2023-cü ildə qeydiyyatdan keçmişdir. Göründüyü kimi, əməliyyat tədbiri heç bir əməliyyat məlumatı, əmr, göstəriş olmadan, heç bir sənədləşmə aparılmadan keçirilmiş, nəticədə əsassız və qanunsuz olmuşdur. Bu faktın özü K.Abasəliyev təqsirsiz olması ilə bağlı iddialarının əsaslı, ittiham tərəfinin dəlillərinin isə əsassız və qanunsuz o lduğunu göstərir. Bundan əlavə, K.Abasəliyevin xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində saxlanıldığı ittiham tərəfinin təqdim etdiyi sübutlarla qeyd edilsə də, K.Abasəliyevin istintaq materiallarında göstərilən vaxtdan bir neçə saat öncə saxlanılması, saxlanılmamışdan öncə polis əməkdaşının ona zəng vuraraq çağırması, kənar təsirlər altında özünə qarşı ifadə verməsi əsaslı şübhə yaratmayan mötəbər sübutlarla müəyyən edilmişdir. X6 əməliyyat müvəkkili Şahid1 ona zəng etdiyini bildirdiyi ********** saylı mobil telefon nömrəsinin Şahid1 əmisi Şahid3 adına qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Həmin telefon nömrəsinin də anten məlumatı xx.xx.2023-cü il tarixdə saat 20:22-də Sumqayıt şəhəri, 32-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən Səfərli 1 müəssisəsinin damında quraşdırılmış ötür ücü qurğuda qeydə alınmışdır. Həmin əməliyyat müvəkkili Şahid1 əmisinin adına olan ********** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 19:53-də və 20:22-də təqsirləndirilən şəxs X6 istifadəsində olan ********** saylı nömrəyə zənglər edilməsi, birinci dəfə 82 saniyə, ikinci dəfə isə 18 saniyə danışıqların olması müəyyən edilmişdir. Şahid3 adına qeydiyatdan keçmiş ********** saylı telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ********** saylı mobil telefonlar arasında müxtəlif tarixlərdə danışıqların olması müəyyən edilmişdir (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və s.). Eyni zamanda Şahid3 adına qeydiyyatdan keçmiş ********** saylı telefon nömrəsinin anten məlumatlarının müxtəlif tarixlərdə Sumqayıt ŞPİ-nin inzibati binasının lap yaxı nlığında olan ötürücü qurğularda qeydə alınması müəyyən edilmişdir (Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllə). Bundan əlavə təqsirləndirilən şəxsin və onu saxlayan əməliyyat müvəkkillərinin istifadə etdiyi telefon nömrələrinin anten məlumatları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X6 istifadə etdiyi mobil telefonun anten məlumatları xx.xx.2023-cü ildə saat 20:22də saxlanıldığı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Bakcell” dükanının yaxınlığında olan ötürücü qurğularda qeydə alınmışdır (Ceyran Restoranı, Sumqayıt şəhəri, 34-cü məhəllə, Dostluq küçəsi). Həmin tarixdə saat 20:33-də Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh və S.Vurğun küçələrinin kəsişməsində, 20:34-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1, Dalğa Restoranın yanında, 20:48-dən isə Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6-cı məhəllədə olan ötürücü qurğularda anten məlumatları qeydə alınmışdır. Göründüyü kimi X6 istifadə etdiyi mobil telefonun anten məlumatlarının xx.xx.2023cü ildə saat 20:22-də saxlanıldığı əraziyə yaxın ötürücü qurğularda, xx.xx.2023-cü ildə saat 20:48-dən Sumqayıt şəhəri, M.Müseynzadə küçəsi, 6- cı məhəllədə, yəni Sumqayıt ŞPİ-nin inzibati binasının yaxınlığında olan ötürücü qurğularda qeydə alınması onun istintaq materiallarında qeyd edildiyi vaxtdan 02 saat öncədən saxlanıldığını təsdiq edir. Həmin tarixdə saat 20:22-dən 20:48-dək olan anten məlumatları isə (saat 20:33 və 20:34-də qeydə alınmış məlumatlar) isə X1 yerdən Sumqayıt ŞPİ-ə gətirildiyi hərəkət marşurutunu təsdiq edir. Qeyd edilən sübutların müqayisəli təhlili ilə K.Abasəliyevin onun saxlanılma vaxtını n rəsmiləşdirildiyi vaxtın arasında olan saat kəsiminin fərqli olması və həmin müddət ərzində onun Polis İdarəsində cinayət təqibini həyata keçirən orqanın sərəncamında olması, əldə edilmiş sübutların mötəbərliliyinin şübhə altına alınmasını qaçılmaz edir. Lakin həmin məhkəmə istintaqı zamanı tədqiq edilmiş ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliliyi şübhə altına alan sübutların mötəbərliliyinin və əsaslılığını təkzib edilməklə, şübhə altına alınması və ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığına dair sübut etmə öhdəliyi daşıyan ittiham tərəfi hər hansı bir sübut təqdim etməmişdir. Cinayət işinin yuxarıda sadalanan halları K.Abasəliyevin təqsirsiliyini mübahisəsiz qaydada müəyyən etməklə, ittiham tərəfinin üzərinə bu dəlillərə ümumi, şablon ifadələrdən istifadə etm əklə deyil, mötəbər, əsaslı şübhədən kənar, obyektiv müşahidəçini qane edəcək səviyyədə cavab verilməsi vəzifəsini qoyur. Lakin əsaslı cavab tələb edən bu məsələlərin heç birinə kassasiya protestində ağlabatan inandırıcı münasbət bildirilməmişdir. Bundan əlavə təqsirləndirilən K.Abasəliyev xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında etiraf edici ifadə versə də, məhkəmə istintaqın növbəti proseslərində özünü təqsirli bilməmişdir. Onun özünü həmin iclasda vermiş olduğu ifadəsində təqsirli bilməsi onun zərərinə şərh edilən hal kimi dəyərləndirilə bilməz. Ona görə ki, həmin ifadə iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda qəbul edilə bilər. Cinayət Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayış ı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan məhkəmənin vəzifəsi isə təqsirləndirilən şəxsin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (bax, Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011). “Sakit Zayidov Azərbayc ana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Həmin qərarda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, tə qsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi qəbul edir ki, sübutetmə standartları hər hansı bir şübhəli məqama yer verməməlidir. Belə sübutlar kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrin və ya oxşar faktlar ın inkar edilməyəcək tərzdə və faktların prezumpsiyasına uyğun şəkildə olmasını tələb edir. (bax, Avşar v. Turkiyə, no. 25657/94, § 282 AİHM 2001-Vİİ). Məhkəmə özünün subsidiar təbiətinə, roluna həssas yanaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi faktları müəyyən edərkən diqqətli olmalıdır, hansı ki, xüsusi proseslər zamanı rədd edilən olmamalıdır. (bax, məsələn, McKerr v. Birləşmiş Krallıq (qərar.), no. 28883/95, 4 Aprel 2000). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsinə görə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Cinayət Prosessual Məcəllənin 125.1 və 125.2-ci maddələrinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, K.Abasəlıyevə qarşı həyata keçirilən cinayət təqibi kobud qanun pozuntularına yol verməklə həyata keçirilmiş, lakin kassasiya protestində bu kobud qanun pozuntularına heç bir izah verilməmiş, bu kobud pozuntulara ümumi, şablon münasibət bildirilməklə kifayətlənilmişdir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıl lıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 20 06-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə isti nad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənl əri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8.1.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRAR ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 1(105)-72/2025 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar