Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1507/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, X1 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum, Məhkumun müdafiəçisi Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx xxx-ci il tarixdə ünvan1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, hal-hazırd a həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müd dətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun həbsdə və ev dustaqlığında saxlandığı 3(üç) ay müddət təyin edilən cəzadan çıxılmaqla üzərində 6(altı) il 9(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov ( sədrlik edən), R.A.Qaraqurbanlı və M.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, onun həbsdə və ev dustaqlığında saxlandığı 3(üç) ay müddət təyin edilən cəzadan çıxılmaqla üzərində 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əla qədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 qardaşı Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Quba rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsində işlə təmin edilməsinə köməklik göstərməsi barədə 2020-ci ilin yanvar əvvəllərində özünə müraciətindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Şahid2 Quba rayon yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsinə qə bul etdirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat pulu rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 19 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 147A ünvanında yerləşən “Qoçət” restoranında 5.000 (beş min) manat pulu Şahid1 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 5.000 (beş min) manat pulu ələ keçir ib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz Şahid5 tanışı xx.xx.xxxx-cı il tarixli, 3/485 nömrəli əmrlə Azərbaycan Dillər Universitetinin “Xarici dil (İngilis dili) müəllimliyi” ixtisasına daxil olaraq təhsil almış Şahid4 akademik borcları yarandığı “Azərbaycan tarixi”, “Psixologiya”, “Xarici dil - İİİ (Alman dili)”,“İngilis dilinin leksikologiyası”, “Ailə həyatının psixologiyası” fənlərinin kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün cinayətdən xə bərsiz Şahid3 vasitəsi ilə 2020-ci ilin yanvar ayının sonlarında özünə müraciətdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Şahid4 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit ödəmədən dərslərə buraxılıb akademik borcları qalan qeyd olunan fənlər üzrə yüksək semestr qiymətləri alaraq, imtahanlardan sonuncunu keçirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat pulun rüşvət qismində verilməsinin zəruri olmasını Şahid5 vasitəsi ilə ona aldatmaqla bildirib, Şahid4 razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Azərbaycan Dillər Universitetinin 2 saylı korpusunun inzibati binasının yanında 2.500 (iki min beş yüz) manat pulu cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə Şahid5 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid4 məxsus 2.500 (iki min beş yüz) manat pulu ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvə t qismində verilməsinə Şahid4, Şahid5 və Şahid3 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid9 xx.xx.xxxx-ci il tarixli, 3/630 nömrəli əmrlə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq (Argentina üzrə)” ixtisasına daxil olaraq təhsil aldığı dövrdə akademik borcları yarandığı “İxtisas ölkəsinin etnoqrafiyası”, “Seçmə fənn (Fəlsəfə)”, “BM nəzəriyyəsi” fənlərinin kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün 2020-ci ilin may ayının sonlarında özünə müraciətindən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Şahid9 əlavə kredit ödəmədən dərslərə buraxılıb akademik borcları qalan qeyd olunan fənlər üzrə yüksək semestr qiymətləri alaraq, onu imtahanlardan keçirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.400 (bir min dörd yüz) manat pulun rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2020-ci ilin may ayının 30-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyevə küçəsində, "xxxx" QSC-nin inzibati binasının yaxınlığında yerləşən “Yeni Bakı” adlanan kafedə 1.400 (bir min dörd yüz) manat pulu Şahid9 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid9 məxsus 1.400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X2 xx.xx.xxxx-ci il tarixli,3/630 nömrəli əmrlə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq (Böyük Britaniya üzrə)” ixtisasına daxil olaraq təhsil aldığı dövrdə akademik borcları yarandığı “Beynəlxalq münasibətlər tarixi”, “Müasir diplomatiya”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “İxtisas ölkəsinin iqtisadiyyatı”, “S/f Modul 1 Böyük Britaniyada din”, “Fəlsəfə”, “İxtisas ölkəsinin dili”, “Xarici dil” fənlərinin kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün 2020-ci ilin iyun ayının əvvəllərində özünə müraciətdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Mətləb Süleymanlının əlavə kredit ödəmədən dərslərə buraxılıb akademik borcları qalan qeyd olunan fənlər üzrə yüksək semestr qiymətləri alaraq, onu imtahanlardan keçirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Mətləb Süleymanlının xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat pulun rüşvət qismində verilməsinin zəruri olmasını Mətləb Süleymanlını aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2020-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsində, “İnşaatçılar” metro stansiyasının yaxınlığında 3.500 (üç min beş yüz) manat pulu Mətləb Süleymanlıdan alaraq şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə X3 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xid məti vəzifəsinin icrası ilə əlaqədar Mətləb Süleymanlının xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.xxxx-ci il tarixli, 3/43 nömrəli əmrlə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq (Argentina üzrə)” ixtisasına daxil olaraq təhsil aldığı dövrdə akademik borcları yarandığı “İnformatika və kompüter texnologiyası”, “İxtisas ölkəsinin etnoqrafiyası”, “Azərbaycan Tarixi”, “İxtisas ölkəsinin dili 4 (İspan dili)”, “Müasir diplomatiya”, “İxtisas ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “İngilis dili”, “İxtisas ölkəsinin dili 5 (İspan dili)”, “İxtisas ölkəsinin iqtisadiyyatı”, “İxtisas ölkəsinin dini”, “İngilis dili 5”, “Fəlsəfə”, “İxtisas ölkəsinin dili 6 (İspan dili)”, “İngilis dili 6” fənlərinin kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün 2020-ci ilin iyun ayının ortalarında Şahid11 özünə müraciətindən sonra Azərbaycan Dillər Universitetində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən sonuncuya bildirərək, həmin münasibətlərdən istifadə edərək əlavə kredit ödəmədən dərslərə buraxılıb akademik borcları qalan qeyd olunan fənlər üzrə yüksək semestr qiymətləri alaraq, onu imtahanlardan keçirmək imkanına malik olmasına dair yalan vəd verib, həmin məsələlərin müsbət həl l olunması üçün Azərbaycan Dillər Universitetində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat pulun rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən “Başkent” restoranında 1.000 (bir min) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində yerləşən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin yaxınlığında 1.000 (bir min) manat, eyni niyyətlə 2020 -ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısında 500 (beş yüz) manat pulu Şahid11 alıb şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə Şahid11 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayının ortalarında qohumu X7 bakalavr səviyyəsində təhsil alması ilə əlaqədar Azərbayc an Respublikasının ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrin hər hansı birinə qəbul olunmasına köməklik göstərməsi üçün cinayətdən xəbərsiz Şahid12 özünə müraciətindən sonra sonuncuya Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan danışıq zamanı bildirərək, həmin münasibətlərindən istifadə edərək Samir Hüseynlinin ali təhsil alması üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə g örə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4.200 (dörd min iki yüz) manat pulun rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onlunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyul ayının sonlarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanında 4.200 (dörd min iki yüz) manat pulu Şahid12 alıb şəxsi ehtiyaclarına xərcləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid12 məxsus 4.200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Samir Hüseynlinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qis mində verməyə Şahid12 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin oktyabr ayının əvvəllərində Şahid7 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində işlə təmin edilməsinə köməklik göstərməsi üçün cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə özünə müraciətindən sonra, “ASAN xidmət” mərkəzlərinin birində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətlərinin olduğunu istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən bildirərək, həmin münasibətlərindən istifadə edərək Şahid7 “ASAN xidmət” mərkəzlərindən birində işlə təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün həmin qurumda işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat pulun rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Azərbaycan Dillər Universitetinin 2 saylı korpusunun inzibati binasının yanında 2.000 (iki min) manat pulu Şahid3 vasitəsi ilə Şahid7 alıb şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid7 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu və Şahid3 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.xxxx-ci il tarixdə Şahid13 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hospitalına mütəxəssis, rabitəçi və ya kargüzar vəzifəsinə işlə təmin edilməsinə köməklik göstərməsi üçün cinayətdən xəbərsiz X10 vasitəsi ilə özünə müraciətindən sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan danışıq zamanı bild irərək, həmin münasibətlərindən istifadə edərək sonuncunun Gəncə şəhərində yerləşən hərbi hospitalda kargüzar vəzifəsi üzrə işlə təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid13 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat pulun rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla xx.xx.xxxx-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Ucuzluq” marketin yanında 4.000 (dörd min) manat pulu cinayətdən xəbərsiz Rüxsarə Quliyeva va sitəsilə Şahid13 alıb şəxsi ehtiyaclarına xərcləməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid13 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid13 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu və X6 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayının sonlarında Şahid8 Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin hər hansı birində İngilis dili fənni üzrə müəllim vəzifəsi üzrə işlə təmin edilməsinə köməklik göstərməsi üçün cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə özü nə müraciətindən sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən bildirərək, həmin münasibətlərindən istifadə edərək Şahid8 “Odlar Yurdu” Universitetində İngilis dili fənni üzrə müəllim vəzifəsində işlə təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat pulun rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində 1.000 (bir min) manat pulu Şahid8 alıb, şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşd irilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkumın və məhkumun müdafiəçisi B.İmanverdiyevin, kassasiya şikayətinin qismən təmin edilməsi və Məhkum ittihamından onun Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə məhkum edilməsinə, həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzalandırılmasına dair müddəaların xaric edilməsi barədə dövlət ittihamçısı Z.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərə findən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın sərt olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən ü ç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatd an on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin az adlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ veri lən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178- ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələbləri nə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxs in etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin material larına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmu ş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və tam əsaslı olaraq Məhkumın əməllərini Azərbayca n Respublikası CMin 178.2.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Bununla belə, məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum tərəfindən zərərçəkmiş şəxslər Şahid1, Şahid4, Şahid9, X2, Şahid11, Şahid12, Şahid13 və Şahid8 əmlaklarının dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə Məhkum Məmməd qızını həm dələduzluq, həm də həmin şəxsləri rüşvət verməyə təhrik etməyə görə təqsirli bilərək, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi və həmin Məcəllənin 32.4, 312.2.2-ci maddəsi ilə təqsirləndiri lən şəxs qismində cəlb edilməsi nəticəsinə gəlinərək, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən səhvə yol verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dəl əduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM- in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin olunmuş cəza ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxslərə vurulmuş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki,aşağı instansiya məhkəmələri tərəfindən Məhkum təyin edilmiş cəza ədalətlidir və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X12rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla t ərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, habelə həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın və onun həbsdə və ev dustaqlığında saxlandığı 3(üç) ay müddət təyin edilən cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 9(doqquz) ay müd dətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1507/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1507/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver