Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1507/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxs T.Sultanzadənin vəkili Müdafiəçi3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il t arixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim İ.Həsənquliyev) 05 sentyabr 2023cü il tarixli, 1(035)-3/2023 nömrəli hökmü ilə, xx.xx.1991-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Zərdab şəhəri Qoşaoba kəndi H.Aslanov küçəsi ev 13 də yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qət imkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəza çəkmə müddətinin əvvəlinin Zərdab rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, iş üzrə ekspertiza tədqiqatının dəyər ini təşkil edən 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxs Məhkum tutularaq dövlət nəfinə keçirilməsi, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməsi və ünvan 1 ünvanındakı Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan 480,2 kv.metr ərazidə ümumi 298,1 kv.metr əsas sahədən ibarət əmlak kompleksinin giriş hissəsində Məhkum tərəfindən tikilmiş qanunsuz tikili onun öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi hökm edilmişdir. Zərdab Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(035)-3/2023 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədovdan ibarət tərkibdə) 09 yanvar 2024-cü il tarixli, 1(107)-66/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri təmin edilmədən, Zərdab Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(035)-3/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 2021-ci ilin iyun ayının sonlarında vahid niyyətlə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********21-12301 reyestr nömrəli çıxarışı, eləcə də həmin reyestr nömrəli xx.xx.2021-ci il tarixli Texniki pasportla məxsus olan 480.2 kv metr əmlak kompleksinin "Dədə-Qorqud" dairəsi adlanan ərazi istiqaməti hissəsində 137 kv.metr sahəni, həmçinin Zərərçəkmiş şəxs1 məxsus əmlak kompleksinin torpaq sahəsi hüdudlarının bitdiyi ərazinin sərhəd zonası olan, yəni Zərdab şəhər Bələdiyyəsi fonduna məxsus 23 kv.metr torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına mişar daşı ilə hasarlamaqla, eləcə də yeri betonlamaqla torpaq üzərində özbaşına tikinti işləri apararaq Zərərçəkmiş şəxs1 və Zərdab şəhər Bələdiyyəsinin torpaq üzərində mülkiyyət huququnu pozmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum atası 1-ci Qarabağ müharibəsi şəhididir. 2018-ci il tarixdə Zərdab şəhəri Dədə Qorqud dairəsinin yanında onun adına 20 kv. metr y er verilmişdir. Həmin yerdə avtomobil yuma məntəqəsi tikmişdir. Bundan sonra həmin yerin yanında Zərdab şəhər bələdiyyəsinə məxsus torpaq sahəsində xalça yumaq üçün beton quraşdırmışdır. Beş ildir ki, həmin yer istifadə edir. Zərdab şəhər bələdiyyəsinin bu barədə məlumatı vardır Daha sonra Şahid1 onun avtomobil yuma məntəqəsinin arxa hissəsində yerləşən köhnə hamamı almışdır. Bundan sonra Şahid1 onun avtomobil yuma məntəqəsinin yanında olan torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Şahid1 həmin torpaq sahəsi ilə bağlı saxta sənədlərlə öz adına çıxarış almışdır. 16 saylı Ucar ərazi idarəsinin rəisi Fizulı İsayev onun qohumudur. Bu səbəbdən də Şahid1 saxta sənəd düzəltməyə köməklik etmişdir. Şahid1 əvvəl həmin yerin sahibi Şahid4 olmuşdur. Şahid4nın adına olan sənədin sxemində ham amın qarşısında ona məxsus yer olmadığı göstərilmişdir. Lakin Şahid1 almış olduğu sənədin sxemində hamamın qarşısında ona məxsus 7 metr enində və 29,8 uzunluğunda yer olduğu göstərilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə həmin yerdən istifadə üçün Zərdab şəhər bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. Zərdab şəhər bələdiyyəsi həmin yen 4 aylıq müddətinə ona mövsümi istifadə üçün vermişdir. Həmin yerdə hasar çəkmişdir. Belə ki, İİ Qarabağ müharibəsi başladıqda özü könüllü olaraq döyüş bölgəsinə yollanmış, müharibədən sonra qayıtmışdır. Həmin yerdə icarə müqaviləsi aldıqdan sonra həmin yeri abadlaşdırmış və hasar çəkmişdir. Həmin hasarın üzərinə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarını çəkmiş, həmçinin ümummilli liderin və cənab Prezidentin sözlərini yazmışdır. Bu ndan sonra Şahid1 əsassız şikayətlər etməyə başlamışdır. Zərdab rayon prokuroru isə ona əsassız cinayət işi başlamışdır. Heç bir yeri zəbt etməmiş, heç bir qanunsuz iş görməmişdir. Həmin hasar çəkdiyi əraziyə hər il bələdiyyə ilə icarə müqaviləsi bağlamışdır. Sonuncu dəfə də 2021-ci lin avqust ayında müqavilə bağlamışdır. Zərdab şəhər bələdiyyəsi ona icarə müqaviləsi vermiş, həmin müqavilə əsasında orada hasar çəkmişdir. Heç bir qanunsuz iş görməmişdir Zərdab şəhər bələdiyyəsi ilə müqavilə ləğv edildikdən sonra hazırda həmin hasar çəkilmiş əraziyə sənədi yoxdur Zərdab rayon prokuroru Bələdiyyə sədrini çağırıb qorxutduqdan sonra bələdiyyə sədri də həmin müqaviləm qanunsuz olaraq ləğv etmişdir. Müqavilə ləğv edilərkən məlumatı olmamışdır. Müqavilənin ləğv edilməsi barədə ona məktub gəldikdən sonra bu barədə məlumatı olmuşdur. Şahid1 01 07.2021-ci il tarixdə ərizə ilə Zərdab RPŞnə müraciət edərək ona məxsus torpaq sahəsində hasar çəkərək zəbt etdiyi barədə dediklərinin yalan olduğunu, 2021-ci ilin iyun ayında tikinti işləri aparmadığını bildirmişdir. 2021- ci ilin avqust ayında Zərdab şəhər bələdiyyəsi ilə müqavilə bağlamış, həmin müqavilədən sonra da tikinti işləri aparmışdır. Hazırda həmin əraziyə sənədi olmasa da həmin torpaq sahəsini boşaltmaq fikri yoxdur. Həmin torpaq sahəsini 5 ildir ki, icarə əsasında istifadə edir İcarəyə dair pul ödəyir. Buna görə də həmin torpaq sahəsini boşaltmaq istəmir. Həmin yer bərbad vəziyyətdə olmuş, zibillik kim istifadə edilmişdir. Lakin, o, həmin ərazini abadlaşdırmışdır. xx.xx.2022- ci il tarixli mütəxəssis rəyindən görünür ki, hasar çəki lmiş ərazinin ölçüsü 160 kv. metrdir. Həmin ərazinin 137 kv.metri Zərərçəkmiş şəxs1 verilmiş çıxarışla üst-üstə düşür. Qalan 23 kv. metr sahəsi Zərdab şəhər bələdiyyəsinə məxsusdur. Həmin sənədi Fizuli İsayevin idarəsi vermişdir Fizulı İsayev də Zərərçəkmiş şəxs1 saxta sənəd vermişdir. Ona görə də öz çıxarışını təkzib etməz. Həmin mütəxəssis rəyi də saxtadır. 16 saylı Ucar ərazi idarəsinin əməkdaşı Şahid2 həyət tikililərinin və qurğularının texniki təsviri və vəziyyəti sxemində imzasının qarşısına işarə qoymuşdur. Şahid2 ona bildirmişdi ki, həmin işarəni ondan ötrü qoymuşdur ki, həmin sənəd saxtadır Bəhruz iş idarələrində arxiv deyilən bir sənəd olduğunu, həmin sənədin saxta olması ilə bağlı arxivə məktub yazdığını ona bildirmişdir. Bəhruz həmin sənədə imza etməmək üçün məzuniyyətə çıxmışd ır Həmin sənədi Bəhruza evində imzalatmışlar. Buna görə göstərişi Fizuli İsayev vermişdir. Şahid1 Bəhruzu hədələyərək bildirmişdir ki, sən rüşvətxorsan, Ülvidən rüşvət almısan, onun üçün də bu sənədə saxta olsa belə göz yummalısan. Ona görə də ona ittiham olunan əmələ görə özünü təqsirli deyildir və özünü təqsirli bilmir. Məhkum müdafiəçisi Müdafiəçi1 Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(107)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə barəsində cinayətin törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçisi məhkəmə iclasında çıxışında kassasi ya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxışında zərərçəkmiş şəxs T.Sultanzadənin vəkili C.Mahmudov kassasiya şikayətinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçü n əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiy ası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normaların ın düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi, Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6 maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin et məlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ gö rə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmd ə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzala ndırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində müdafiə tərəfi Məhkum CM-in 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci və apellyasiya instansiya məhkəmələri CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmələrdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Məhkum əməlini CM-in 188.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Kassator kassasiya şikayətində Zərərçəkmiş şəxs1 aid olan mübahisəli ərazi ilə bağlı olan çıxarışın saxta olmasını vurğulasa da, məhkəmə kollegiyası kassatorun bu dəlilləri ilə razılaşmır və xatırladır ki, sözügedən çıxarış bu gün də qüvvəsindədir. Oxşar münasibətləri nizama salan Mülki Məcəllənin Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından bəhs edən 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübut a yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bütün dəlilləri istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində hərtərəfli, tam və obyektiv yoxlanılmış, lakin həmin dəlillərin əsassız olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı məhkuma təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir və bununla bağlı birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır, belə ki, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin edilmişdir və həmin cəzanın şərti olaraq tətbiq edilməsi və ya məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiaysı hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 1(107)-66/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 1(107)-66/2024 nömrəli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə qərarları › İş №1(102)-1507/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1507/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver