Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1508/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X14 müdafiəçisi Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə, Bak ı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü ilə isə X14a CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) X2 9, 25 noyabr 1988-ci il tarixdə Bərdə rayonunun Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X14 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi sahəsində mənfəət əldə etmək üç ün tanışı Şahid1 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib sonuncuya 2.000 manat müqabilində istintaqa məlum olmayan müddətdə və yerdə ayrı-ayrılıqda 0,898 qram, 0,910 qram və 5,749 qram, ümumilikdə 7,557 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 41,954 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrıayrılıqda 148,643 qram, 2,668 qram, 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram və 0,080 qram, ümumilikdə 151,906 qram təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin satmış, Şahid1 isə öz növbəsində satış məqsədi ilə ondan əldə etməklə həmin psix otrop maddə metamfetamini və narkotik vasitələri kirayələdiyi ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, qeyd edilən narkotik vasitə heroindən «Kent» markalı siqaret qutusundakı səkkiz ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış ayrı-ayrılıqda 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram və 0,080 qram, ümumilikdə 0,595 qram təmiz çəkidə olan hissəni 2020-ci il martın 06-da axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında 180 manat müqabilində satdığı tanışı X25 2020-ci il martın 08-də saat 00:15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanıb polis bölməsi nin inzibati binasına gətirilməklə üzərində şəxsi axtarış aparıldıqda əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan X2 qanunsuz olaraq əldə edib üstündə saxladığı «Kent» markalı siqaret qutusundakı səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış göstərilən narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 2020-ci il martın 08-də saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb polis bölməsinin inzibati binasına gətirilmək lə orada üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən X14dan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram olan külli miqdarda narkotik vasitə heroin, habelə eyni tarixdə saat 18 radələrində Şahid1 kirayədə yaşadığı ünvan 2 ünvanında aparılan axtarış zamanı X14dan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və qutunun içərisinə dağılmış halda təmiz çəkisi 5,749 qram olmaqla ümumilikdə təmiz çəkisi 7,557 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazır lanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd plastik qabda təmiz çəkisi 148,643 qram olan kustar hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bundan əlavə X30 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində bir ədəd «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan və bir ədəd üzərində yazısı olmayan şüşə qablarda, həmçinin və bir ədəd sarı qapaqlı şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq qaydada 60 qram, 45 qram, 35 qram və 18,903 qram olmaqla ümumilikdə çəkisi 388,903 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək gö türülmüşdür. Hökmdən məhkum X14un müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 08 fevral 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, X14un CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılaraq X14un CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 08 fevral 2022-ci il tarixli hökmündən dövlət itihamçısı Məmmədova Təranə Yavər qızı kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, bunlarla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra maddələrinə və apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmünə istinad edən dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestini belə əsaslandırmışdır ki, həmin məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələbləri nə müvafiq olaraq tədqiq edilməmiş, X14a isə onun təqsiri araşdırılmış sübutlarla təsdiq edilməsinə baxmayaraq əsasız olaraq bəraət verilmişdir. Bu qənaəti ilə bağlı iş materiallarında olan sübutları bir daha təsvir edən dövlət ittihamçısı qeyd etmişdir ki, məhkəmə tərəfindən hökm çıxarılarkən yalnız X14un ifadələrinə üstünlük verilmiş, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi Şahid1 satış məqsədi ilə narkotik vasitə əldə etdiyi X14 adlı şəxsin yaşadığı ünvanı göstərdikdən sonra sonuncunun şəxsiyyətinin X36fu olmasının müəyyənləşdirildiyini, Şahid1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsini həyata keçirməkdə şübhəli bilinib axtarışda olan X14un şəklini portalda tanımaqla narkotik vasitəni sonuncudan aldığını etiraf etməsinə dair xüsusatı nəzərə almamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şahidin göstərdiyi kimi, 08 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Şahid1 əgər «Əlvan» adlı şəxsin anket məlumatlarını dəqiq istintaq orqanına təqdim etmişdirsə, X14 portal məlumatlarının əldə edilməsi üçün müstəntiq tərəfindən 03 sentyabr 2020-ci il tarixdə raportla müraciət edilməsi Şahid2 ifadəsinin həmin hissədə doğru olmadığına dəlalət edir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Şahid2 tərəfindən X14un şəklini portalda tanımaqla narkotik vasitəni sonuncudan aldığını etiraf etməsi «Əlvan» adlı şəxsin şəxsiyyətini müəyyən etmək üçün həyata keçirilən əməliyyat-axtarış tədbiridir. Bu tədbirin həyata keçirilməsi sonradan müstəntiq tərəfindən X14un portal məlumatlarının əldə edilməsini istisna etmir. Həmin hərəkətlərin müxtəlif vəzifəli polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda aparılması hər hansı qanunsuzluğa səbəb olmur və şahidin ifadəsinin həmin hissədə doğru olmadığı demək deyil. Habelə məhkəmə kollegiyası 01 yanvar 2020-ci il tarixdən 08 mart 2020-ci il tarixədək olan müddət ərzində X14a məxsus ***-***-**-** telefon nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında «Bakcell» şəbəkəsində Bakı şəhəri üzrə müxtəfif ərazilərdə yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə — ümumilikdə 164 (bir yüz altmış dörd) dəfə rabitə əlaqəsi saxlanılmaqla danışıqlar aparıldığı, həmçinin X14a məxsu ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 məxsus ******-**-** mobil telefon nömrəsi arasında «Bakcell» şəbəkəsində Bakı şəhəri üzrə müxtəlif ərazilərdə yerləşən anten dairələrində 2020-ci iirn yanvar ayının 03-dən həmin ilin yanvar ayının 15-dək olan 12 gün ərzində ümumilikdə 9 (doqquz) dəfə rabitə əlaqəsinin olması xüsusatına diqqət etməmiş, həmin halı əsassız olaraq təqsirləndirilən şəxsin mənafeyinə uyğun qiymətləndirmişdir. Belə ki, Şahid1 CM-nin 234.4.1, 234.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmündən görünür ki, sonuncu məhkəmədə ifadə verərkən narkotik vasitəni «Əlvan» adlı şəxsdən alarkən sonuncu ilə zəngləşib görüşəcəkləri yeri müəyyənləşdirmiş, sonra narkotik vasitəni əldə etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası X14un ifadəsinə digər sübutlara nisbətdə çox üstünlük vermişdir ki, bununla da əsassız nəticəyə gəlmişdir. Sonda kassasiya protestinin müəllifi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hazırki iş üzrə hökm çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş, əməlin tövsifində səhvə yol vermişdir. Beləliklə, dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestində göstərdiyi dəlillərə əsaslanaraq həmin protestin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandı rılmış, lakin bəraət almış şəxs X14 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs X14un iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: K assasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.Y.Məmmədova həmin protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq X14a CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini və həmin məhkəmə tərəfindən çıxarılmış hökmün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia edərək bu hökmün ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq o laraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etd iyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qi ymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinin inandırıcı şəkildə cavablanlandırılması ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat veri r. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada s übuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və az adlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiym ət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü ma ddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əs asında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə s əlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstit usiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi i ttiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görü nür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 12 5.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla ap arıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi a paran orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin m addədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübu tları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu normasının müddəalarından görünür ki, həmin normada hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinay ət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında təd qiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzr ə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzif əsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslıl ıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəm ə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ü zrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıd ır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışd ır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məh kəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarı stana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qan un pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin, CM-nin və cinayət-prosessual qanunvericiliyinin y uxarıda şərh edilən normalarının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının bu tələblərə, hüquqi mövqeyə və izah və tövsiyələrə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi m üəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında X14un barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi sahəsində mənfəət əldə etmək üçün tanışı Şahid1 ilə qabaqcadan əlbir olduğu bir qrup ş əxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib sonuncuya 2.000 manat müqabilində istintaqa məlum olmayan müddətdə və yerdə ayrı-ayrılıqda 0,898 qram, 0,910 qram və 5,749 qram, ümumilikdə 7,557 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 41,954 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrıayrılıqda 148,643 qram, 2,668 qram, 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram və 0,080 qram, ümumilikdə 151,906 qram təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin satmış, Şahid1 isə öz növbəsində satış məqsədi ilə ondan əldə etməklə həmin psixotrop maddə metamfetamini və narkotik vasitələri kirayə lədiyi ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, qeyd edilən narkotik vasitə heroindən «Kent» markalı siqaret qutusundakı səkkiz ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış ayrı-ayrılıqda 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram və 0,080 qram, ümumilikdə 0,595 qram təmiz çəkidə olan hissəni 2020-ci il martın 06-da axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında 180 manat müqabilində satdığı tanışı X23 2020-ci il martın 08-də saat 00:15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanıb polis bölməsinin inzibati binasına gətirilməklə üzərində şəxsi axtar ış aparıldıqda əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan Şahid1 qanunsuz olaraq əldə edib üstündə saxladığı «Kent» markalı siqaret qutusundakı səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış göstərilən narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 2020-ci il martın 08-də saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanıb polis bölməsinin inzibati binasına gətirilməklə orada üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən X10 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram olan külli miqdarda narkotik vasitə heroin, habelə eyni tarixdə saat 18 radələrində Şahid1 kirayədə yaşadığı ünvan 2 ünvanında aparılan axtarış zamanı X10 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və qutunun içərisinə dağılmış halda təmiz çəkisi 5,749 qram olmaqla ümumilikdə təmiz çəkisi 7,557 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd plas tik qabda təmiz çəkisi 148,643 qram olan kustar hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bundan əlavə X31 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində bir ədəd «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan və bir ədəd üzərində yazısı olmayan şüşə qablarda, həmçinin və bir ədəd sarı qapaqlı şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq qaydada 60 qram, 45 qram, 35 qram və 18,903 qram olmaqla ümumilikdə çəkisi 388,903 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədə n fərqli olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, lakin onları tam şəkildə tədqiq edib həmin sübutlara həm istinad edərək, həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq ayrı- ayrılıqda və məcmu şəkildə qiymətləndirərək X14un ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıda qeyd olunanlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. İlk növbədə qeyd olunmalıdır ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında X1 4 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə heç vaxt təqsirli bilməmiş və ardıcıl olaraq eyni məzmunda ifadələr verərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmamışdır. Gürcüstan Respublikasının vətəndaşı Şahid1 ilə o, 2017-ci ildə Bakı şəhəri, Sabunçu rayonunun ərazisində ət satışını həyata keçirdiyi dükanda tanış olmuş və sonuncunun istədiyi müxtəlif vaxtlarda ona ət satmışdır. Bu zəmində də onların münasibətləri yaranmışdır. X37 və X16 isə o, ümumiyyətlə tanımamış və onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. 2020-ci il mart ayının əvvəllərində o, Mustafanın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmiş, lakin ona heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, yaxud da verməmiş və özü tutulana qədər – 23 aprel 2021-ci il tarixədək ət satışı ilə məşğul olmuş, heç yerdə gizlənməmişdir. Kassasiya protestində istinad olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş polis baş leytenantı Şahid2 ifadələrindən görünür ki, 2020-ci il martın 08-də saat 00:15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə birlikdə ünvan 2 ünvanının qarşısında xidməti vəzifələrini icra edən zaman yanlarından keçən bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etdikdə ona yax ınlaşmaqla özlərini təqdim edərək şəxsiyyətini müəyyənləşdirmək üçün verdikləri suallara sonuncu qeyri-adekvat cavab verdiyinə, rabitəsiz danışdığına və ərazidən uzaqlaşmağa çalışdığına görə üzərində narkotik vasitə olmasından şübhələnib həmin şəxsi polis bölməsinə gətirmişlər. Orada sonuncunun X25 olması müəyyən edildikdən sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və Mayis Kərimov geyindiyi qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd «Kent» markalı siqaret qutusunda olan kağız kəsiyindən hazırlanmış səkkiz ədəd bükümü çıxarıb təqdim edərək içərisindəki narkotik vasitə heroini Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yanında Mustafa adlı tanışından öz şəxsi istifadəsi üçün cəmi 180 manat müqabilində doqquz bükümdə ald ığını, onların birini qəbul etdiyini bildirmişdir. Bükümlər zərfə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq “Mustafa” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilib bölməyə gətirilməsi üçün onun, yəni Şahid2 rəhbərliyi altında əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, polis leytenantları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupunun üzvləri qeyd olunan tarixdə saat 13 radələrində Bakı şəhəri, ünvan 8 ünvanının qarşısında Şahid1 müəyyən edərək polis bölməsinə gətirmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun da üzərində şəxsi axtarış aparılarkən o, əynindəki qara rəngli gödəkcənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən sellofan kəsiyindən bir ədəd büküm çıxarıb təqdim etməklə içərisindəki narkoti k vasitə heroinin bir qramını 18 manata X14 adlı tanışından satış məqsədi ilə alaraq üzərində daşıdığını, həmçinin kirayədə yaşadığı ünvan 2-də satış məqsədi ilə bir neçə növdə narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra Şahid1 razılığı ilə göstərilən ünvanda saat 18 radələrində videoçəkilişlə müdafiəçinin iştirakı ilə axtarış və götürmə aparılan vaxt Şahid1 “Əlvan” adlı şəxsdən satış məqsədi ilə 1.800 manat müqabilində almasını bildirdiyi iki ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə metamfetaminə, bir ədəd şüşə qabın içərisində narkotik vasitə tiryəkə, bir ədəd plastik qabda narkotik vasitə heroinə, Azad adlı şəxsdən həm öz istifadəsi üçün, həm də satış məqsədi ilə 2.000 manat müqabilində əldə etdiyini bildirdiyi bir ədəd «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda, iki əd əd üzərində «Bostan» yazısı olan və bir ədəd üzərində yazısı olmayan şüşə qablarda, həmçinin bir ədəd sarı qapaqlı şüşə bankada narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, narkotik vasitələri çəkməkdən ötrü istifadə etdiyini bildirdiyi bir ədəd elektron tərəzini təqdim etmişdir. Eyni qaydada onun rəhbərliyi altında əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid4, polis leytenantları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu tərəfindən X44 həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olması müəyyən edilib polis bölməsinə gətirilmiş, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun üzərində şəxsi axta rış zamanı X30in əlindəki üzərində «Newyorker» yazısı olan sellofan torbadan iki ədəd sellofan paketi, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu çıxarıb təqdim etməklə paketin və bükümün içərisindəki narkotik vasitə marixuananı X2 adlı şəxsə çatdırmaq məqsədi ilə tanımadığı şəxsdən aldığını və bunun müqabilində X2nın 2.000 manat verməli olduğunu bildirmişdir. Tərtib olunan protokolların düzgünlüyü iştirakçılar tərəfindən imzalanaraq təsdiqolunmuşdur. Şahid1 həmçinin satış məqsədi ilə narkotik vasitə əldə etdiyi "Əlvan” adlı şəxsin yaşadığı ünvanı göstərdikdən sonra sonuncunun şəxsiyyətinin X26 olması müəyyənləşdirilmiş, həmçinin Şahid1 qanunsuz olaraq narkotik vasi tə dövriyyəsini həyata keçirməkdə şübhəli bilinib axtarışda olan X14un şəklini portalda tanımaqla narkotik vasitəni sonuncudan aldığını bildirmişdir. Bu ifadələrdən göründüyü kimi, əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 Şahid1 narkotik vasitələri və psixtrop maddəni aldığı “Əlvan” adlı şəxsin yaşadığı ünvanı göstərməsini, eyni zamanda sonuncunun şəklinə portalda baxaraq onun X14 olmasını müəyyən etdiyini bildirsə də bu halı təsdiq edən heç bir sübut iş materiallarında aşkar edilməmişdir. Eyni zamanda, Şahid1 də məhkəmə iclasında Şahid2 ifadələrində göstərdiyi halların – X14un yaşadığı ünvanı göstərməsi və onu portaldakı şəklindən tanıması barədə halların olmadığını bildirmişdir. Halbuki, Şahid2 həyata keçirdiyi tədbirlər (Şahid1 tərəfindən X14un yaşadığı ünvanı göstərilməsi və ya o nu şəklindən tanınması) kassasiya protestinin müəllifi tərəfindən əməliyyat-axtarış tətdbirləri kimi qiymətləndirilsə də, bu təddirlərin həyata keçirilməsinə dair məlumatlar “Əməliyyat-axtarış fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununu 15-ci maddəsinə əsasən əməliyyat-qeydiyyat işində əksini tapmamış (belə işin olması ümumiyyətlə müəyyən edilməmişdir), istintaq hərəkəti kimi isə CPM-nin 51.1-ci maddəsinə əsasən mütləq qaydada protokollaşdırılmalı idi. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin I hissəsinə əsasən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətin in subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. CPM-nin 51.1-ci maddəsinin tələbinə görə isə, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Şahid2 Şahid1 X14u portalda olan şəklindən tanıması barədə ifadələr versə də, bununla bağlı CPM-nin 239-cu maddəsində nəzərdə tutulmuş qaydada fotoşəkillərdən tanınmanın keçirilməsi haqqında heç bir istintaq hərəkəti aparılmamış və bu haqda müvafiq prosessual sənəd tərtib edilməmişdir. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 29 aprel 2020-ci il tarixli 079-2428-1220 nömrəli məktubunun kserosurətindən görünür ki, Şahid1 X14 adlı şəxsi və X39 zəng edərək narkotik vasitələri məlum yerdən götürüb Şahid1 aparmasını həvalə edən şəxsi müəyyən etmək üçün keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Şahid2 ifadələrinə şübhə ilə yanaşmasını və bu ifadələri X14un ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etməsini qanuni və əsaslı hesab edir və bununla bağlı kassasiya protestinin dəlillərini qəbul e dilməz sayır. Kassasiya protestinin ikinci dəlili Şahid1 həm özünün barəsindəki, həm də hazırki iş üzrə verdiyi ifadələrlə X14un ittiham olunduğu cinayəti törətməsinin sübuta yetirilməsi haqqında ifadələridir ki, bu ifadələrdən də ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticənin əsaslı olması barədə nəticəyə gəlmək mümkün deyil. Belə ki, əvvəla özünün barəsindəki cinayət təqibinin müxtəlif mərhələlərində Şahid1 onun üzərində və yaşadığı mənzildə aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni “Əlvan” adlı şəxsdən almasını bildirsə də, həmin şəxsin dəqiq əlamətləri, onun digər anket məlumatları, yaşadığı ünvan və sair məlumatlar barədə ifadələr verməmiş, hazırki iş üzrə şahid qismində bilə-bilə yalan ifadələr verməyə görə CMnin 297-ci ma ddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti haqqında xəbərdar edilərək dindirilərkən isə göstərmişdir ki, o, narkotik vasitələri və psixotrop maddəni X14dan deyil, “Cəlilabadlı Əlvan” kimi tanıdığı, 40-45 yaşlarında, arıq bədən quruluşlu, bəstəboy şəxsdən almışdır. X14u isə, o, ət satan şəxs kimi tanıyaraq ondan həftədə 2-3 dəfə ət almış və həmin əti işlətdiyi kafedə istifadə etmişdir. X14la 164 dəfə telefon əlaqəsi saxlaması da məhz qeyd edilən məsələ ilə bağlı olmuşdur. Sonuncu ona heç vaxt narkotik vasitələr və psixotrop maddələr satmamışdır. Bu məzmunda ifadələri Şahid1 həmçinin X14la üzləşdirmə zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında da vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmi ş X38 göstərmişdir ki, o, X21 sonuncunun qardaşı X17 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində işlətdiyi ət dükanından öz mağazasında satmaq üçün ət alarkən tanımışdır. Belə ki, sonuncu X14la birlikdə 2010-2017-ci illərdə göstərilən ərazidə ət dükanı işlətmiş, daha sonra 2018-ci ilin əvvəlindən 2021-ci ilin sonuna kimi X14 və o, qəsəbədə üzbəüz dükanlarda işləmişlər. O, X14un axtarışda olmasını bilməmiş, öz dükanında və ümumiyyətlə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsini və ya həmin vasitələrin və maddələrin satışı ilə məşğul olmasını görməmişdir. Şahid1 adlı şəxsi tanımamış, sonuncunun kafe işlədərək X14dan ət almasını heç yerdə eşitməmişdir. Eyni ilə birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifa dələrindən görünür ki, o, 2018-ci ildə atasının adına olan 24 m2 sahəli qarajı icarə müqaviləsinə əsasən aylıq 1.400 manata X22 qeyd edilən ünvanda ət dükanını işlətmək üçün vermiş və sonuncu özünü sakit, mədəni insan kimi tanıtmışdır. O, X14ın dükanda narkotik vasitədən istifadə etməsi və ya göstərilən maddələrin satışı ilə məşğul olmasını müşahidə etməmişdir. O, Şahid1 adlı şəxsi tanımamış və sonuncunun kafe işlətməklə ət alması ilə bağlı X14a müraciət etməsinin şahidi olmamışdır. Şahid X8in ifadələri həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 03 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi ilə və X14un işlətdiyi ət dükanı təsvir olunmuş fotoşəkillərlə də təsdiq olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərindən çıxış edən apellya siya instansiyası məhkəməsi Şahid1 və digər şahidlərin ifadələrinə qiymət verərkən tamamilə əsaslı olaraq Şahid1 narkotik vasitələri və psixotrop maddələri satmış şəxsin X14 yox, başqa “Əlvan” adlı şəxsin olması barədə nəticəyə gəlmiş, bu nəticəyə gələrkən isə düzgün olaraq bütün şübhələri X14un xeyrinə həll etmişdir. 2020-ci ilin yanvar-mart aylarında Şahid1lə X14 arasında mütəmadi telefon danışıqlarının aparılması kimi də halla sonuncuya qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməsi barədə kassasya protestinin dəlillinə cavab olaraq məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir və qeyd edir ki, ibtidai araşdırma zamanı əldə edilmiş məlumatlara əsasən Şahid1 həqiqətən sonuncu dəfə 08 mart 2020-ci il tarixdə saa t 16:39:21-dən etibarən (hətta, Şahid1 elan olunmuş ittihama görə, həmin tarixdə saat 14 radələrində tutulduqdan sonra) 73 saniyə olmaqla 01 yanvar 2020-ci il tarixdən 08 mart 2020-ci il tarixədək olan müddət ərzində X14a məxsus ***-***-**-** telefon nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** mobil mobil telefon nömrəsi arasında “Bakcell” şəbəkəsinin Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə ümumilikdə 164 dəfə rabitə əlaqəsi saxlanılmaqla danışıqlar aparılması müəyyən edilmişdir. Həmin məlumatlarla həmçinin təqsirləndirilən şəxs X14a məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında “Bakcell” şəbəkəsində Bakı şəhərinin üzrə müxtəlif ərazilərində yerləşən anten dairəl ərində 03 yanvar 2020-ci il tarixdən 15 yanvar 2020-ci il tarixədək ümumilikdə 9 (doqquz) dəfə rabitə əlaqəsinin qeydə alınması müəyyən edilmişdir. Bu danışıqlarla bağlı həm Şahid1, həm də X14 ayrı-ayrılıqda göstərmişlər ki, həmin danışıqlar yalnız ət alqı-satqısı ilə əlaqədar olmuş və onların arasında rabitə əlaqəsinin saxlanılmasının Şahid1 tərəfindən narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına və daşınmasına heç bir aidiyyatı olmamışdır. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, təhlil edilən sübutların X14un ona istinad olunan cinayət əməlini törətməsininin mötəbər və kifayət edən sübut kimi qəbul edilməsi mümkün deyil ona görə ki, göstərilən danışıqların məzmunu istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən müəyyən o lunmamış, digər tərəfdən isə X14la Şahid1 arasında narkotik vasitəlrin və psixotrop maddənin alqısatqısı ilə bağlı sms yazışmaları da aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X14la Şahid1 arasında aparılan danışıqların məzmunu bəlli olmadığından, bununla yanaşı X14a qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi və onun həmin maddələrlə təqsirli blinərək məhkum olunması üçün başqa mötəbər və kifayət edən sübutlar ümumiyyətlə əldə olunmadığından, apellyasiya instansiyası məhkəməsi ona təqsirliliyi sübuta yetirlmədiyinə görə bəraət verilməsi, yəni sonuncunun haqqında bəraət hökmünü çıxarılması barədə qanuni və əsaslı qənaətə gəlmişdir. Şərh edilənlərlə yanaşı məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, X14a elan olunmuş ittihamın məz mununa görə, onun ittiham olunduğu cinayəti nə vaxt, hansı şəraitdə törətməsi və CPM-nin 223.3-cü maddəsində nəzərdə tutulmuş bir sıra digər hallar nə ittihamda, nə də ki birinci instansiya məhkəməsinin ittiham hökmündə göstərilməmiş, ittihamın təsviri isə əsasən Şahid1 və X33 narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri əməllərə həsr olunmuşdur. Halbuki, CPM-nin 223.3-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tö vsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən çıxış edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə bağlı həmin məhkəmənin o, mövqeyi ilə də razılaşır ki, məhkəmənin hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir və buna görə məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətlən dirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün qanuniliyini şərtlərindən əsaslardan biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmənin yekun məhkəmə aktı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham hökmü şəxsin təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəx sin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Hazırki işin materiallarından isə göründüyü kimi, X14un təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar mötəbər olmamış, sonuncuya qarşı irəli sürülmüş ittiham yalnız mülahizələr üzərində qurulmuş, əldə edilmiş sübutların CPM-nin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiy müəyyən edilmiş və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılması mümkün olmayan mövcud ziddiyyətlər və şübhələr X14un xeyrinə təfsir edilərək həll olunmuşdur. Eyni zamanda məhkəmə ko llegiyası qeyd edir ki, hazırki iş üzrə tərtib olunmuş prosessual sənədlər də kifayət qədər natamam olmuş və bu sənədlərdə göstərilən hallar əsl həqiqətdə əldə olunmuş sübutlarla uzlaşmır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X14un CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham olunaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqa nının səhvlərini təkrarlayaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları X14a qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə CPM-nin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin yol verdikləri qanun pozuntularının fonunda apellyasiya instansiyası məhkəməsinin toplanmış və araşdırılmış sübutların, o cümlədən polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, X14un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamış, kassasiya protestinin müəllifi də belə sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən bu nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək X14a təqsiri sübu ta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi barədə isə müdafiəçi Z.E.Hüseynovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X14un CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxl anılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1508/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1508/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver