Məhkəmə qərarları › İş №1(102)-1508/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1508/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1508/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi) Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassas iya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(124)-185/2022 nömrəli hökmü ilə (X4 (sədrlik edən), Hafiz Əliyev, Aynur Rzayeva), xx xxx 1991 -ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşamış, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(124)-185/2022 nömrə li hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edsən və məruzəçi) Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 9 mart 2023-cü il tarixli 1(105)-119/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(124)-185/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri «20 yanvar» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə g örə eyni olan ümumi təmiz çəkisi 2,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 avqust 2021-ci il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Şərq Bazarı”nın yaxınlığında həmin bükümlərdən 03 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,749 qram, 0,630 qram və 0,478 qram olan ümumi təmiz çəkisi 1,857 qram olan narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs1 60 manata satmış, daha sonra həmin gün saat 14:05-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Şərq Bazarı»-nın yanındakı «Röyal» kafenin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum saxlanılaraq həmin polis bölməsinə aparılıb orada üzərində şəxsi a xtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,677 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində cinayət işinin araşdırılmasını, onun törətdiyi cinayət əməlinə obyektiv qiymət verilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq o lunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də gö ründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum əməlinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdi rilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəflər i və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkum kassasiya şikayətini əsaslandırmamış, ümumi sözlərlə ifadə etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum həmin məhkəmədə əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əməlin tövsifi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmış və işdə olan mötəbər sübutların məcmuyu ilə Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qanuni əsaslarla sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkəmə qərarlarında ətraflı şəkildə sadalanaraq şərh edilmiş, eləcə də qiymətləndirilmiş sübutları təkrar sadalamağı zəruri hesab etmir və məhkəmələrin qiymətləndirməsi ilə razılaşır və hesab edir ki, Məhkum cinayət əməlinin tövsifi qanuni və əsaslıdır və bu hissədə kassasiya şikayəti təmin edilməmlidir. Məhkumun kassasiya şikayətinin cəzasının yüngülləşdirilməsi ilə bağlı dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd etməyi vacib bilir ki, CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət əməli törətmiş hər hansı bir şəxsə cəza təyin edilərkən təyin ediləcək cəzaların fərdiləşdirilməsi də mühüm önəm daşıyır. Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o nda 2,534 qram narkotik vasitə heroin olmuşdur. İşin qeyd edilən bütün hallarını yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması CM-in 8, 9 və 58-ci maddələrinin tələblərinə uyğun olardı. Bundan başqa, qərardan görünür ki, məhkum E.Musayevə cəza CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş, lakin məhkəmələr məhkuma təyin edilmiş cəzaları toplayarkən səhvə yol vermişlər. Belə ki, cinayət işinin materilalarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün m üddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (bax: c.i. cild 3, i.v.100-104). Məhkəmələr isə cəzaları CM-in 66.5-ci maddəsinin müddəlarına uyğun toplayarkən əvvəlki hökmlə Məhkum təyin edilmiş cəzanı deyil, onun üzərində saxlanılmış cəzanı təyin edilmiş cəza adlandıraraq toplamış, bununla da CM-in 66.3 və 66.5-ci maddələrinin tələblərini pozmaqla məhkumun vəziyyətini ağırlaşdırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, yol verilmiş pozuntu aradan qaldırılmalı, CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlə təyin edilmiş cəzalar toplandıqdan sonra CM-in 69.3-cü maddəsinə əsasən şəxsin ibtidai həbsdə olduğu müddət qəti cəzadan çıxılmaqla çəkilməli olan cəza müəyyən edilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(124)-185/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023- cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplansın və Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 09.03.21-ci il tarixdən 11.03.21-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar