Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1508/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-266/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, x daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşamışdır. 2. 17 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 31 may 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 09 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında olan zaman həmin binanın sakini, əvvəllər tanıdığı Şahid2 onu söhbət etmək üçün həmin binanın dəhlizinə çağırıb qızı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsi barədə ona məlumat verdikdən sonra qızının həyat tərzi namusuna toxunduğu qənaətinə gəlib “namusunu təmizləmək” üçün qisas niyyəti ilə qızı Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə tək mənzilə daxil olaraq mətbəx otağından 1 ədəd zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 189 mm, deşici-kəsici xassəyə malik, məişət təyinatlı və soyuq silah hesab olunmayan mətb əx bıçağını götürüb sağ əlində saxlamaqla həmin vaxt mənzilin dəhlizində dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun anası X1 gözü qarşısında sonuncuya xüsusi əzab və iztirablar verdiyini dərk edib öz hərəkətlərini davam etdirərək qızının bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələri vuraraq yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid hemopnevmotoraks, sol ağciyərin aşağı payının və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sol sağrı nahiyəsində 3 ədəd, sol bud nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş yaraları, yəni ümumilikdə 5 ədəd deşilmiş-kəsilmiş y ara xəsarətləri yetirərək Zərərçəkmiş şəxs öldürmək istəsə də, səs-küyə mənzilə daxil olan qonşusu Şahid3 arxadan tutub saxlayaraq onu kənarlaşdırması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1797/2024 nömrəli, 22 oktyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi üzrə təqsiri sübuta yetmədiyi üçün bəraət verilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq orqanı və məhkəmə təqsirləndirilən şəxsin ilkin izahat və ifadələrinə əsaslanmışdır. İş materiallarından göründüyü kimi, Məhkum hadisəni törətdikdən sonra ilk olaraq verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs əxlaqsız həyat tə rzi sürdüyünü və lüt şəkillərinin paylaşıldıgını bilib əsəbiləşərək “namusunu təmizləmək” niyyəti ilə onu öldürmək, bıçaqla deşik-deşik etmək istəmişdir. Məhkum həmin izahatı verərkən müdafiəçi ilə təmin edilməmiş, öz əleyhinə izahat verməmək hüququ izah edilmədən, faktiki müdafiə hüququ təmin edilmədən, “etirafedici” izahatı alınmış, həmin izahat “şübhəli şəxsin dindirilməsi” protokoluna köçürülmüşdür. Məhkum həmin hadisəni törətməsi kifayət qədər sübutlarla öz təsdiqini tapmışdır. Lakin istintaq orqanı və məhkəmə tərəfindən əməl düzgün tövsif edilməmişdir. Hadisənin baş vermə səbəbi və motivi odur ki, Məhkum eşitdiyi sözlərdən sonra qızının əxlaqsız olduğunu bilib, qonşular arasında biyabır olduğunu düşünərək hədsiz dərəcədə hiddətlənib və bıçaqla qızının üzərinə hücum etmiş, Zərərçəkmiş şəxs biri ağır olmaqla ümumilikdə dörd xəsarət yetirmişdir. İstintaq orqanı guya həmin vaxt orda olan arvadı şahidə və qonşu qadınların onu tutub saxlaması səbəbindən əməlini başa çatdıra bilmədiyini əsas gətirib əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı və məhkəmə nəzərə almamışdır ki, hadisə vaxtı Məhkum fiziki cəhətdən ondan qat-qat zəif olan qadınların müdaxiləsindən asanlıqla yayınıb öz əməlini davam etdirə bilərdi, yəni qızı Zərərçəkmiş şəxs xəsarət yetirməkdə davam edib niyyətini başa çatdıra bilərdi. Amma göründüyü kimi, istintaq orqanı bu halları nəzərə almadan, təqsirləndirilən şəxsin əsəbi və emosional vəziyyətindən istifadə edib əsəbdən dediyi “onu öldürmək istəyirdim” kimi sözlərini əsas götürmüş və onun hərəkətlərini qəsdən adam öldür məyə cəhd kimi qiymətləndirmişdir. Qeyd edilən şəraitdə Məhkum niyyəti qeyri-müəyyən olmuş və faktiki nəticəyə əsaslanaraq əməli tövsif edilməli idi. Ona görə də onun əməli qəsdən adam öldürməyə cəhd kimi deyil, qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir. Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməyə münasibətdə isə istintaq zamanı və məhkəmə istintaqında şahidin bıçaqlanmaması, ona qarşı zorakılıq tətbiq edilməməsi barədə ərinə yalvarmamışdır. Həmin vaxt şahidə ümumiyyətlə ərinin belə bir hadisə törədəcəyini ağlına belə gətirməmişdir. Zərərçəkmiş şəxsi bıçaqlamaq isə Məhkum əvvəlcədən planı olmamış, bir an içində həmin niyyət formalaşmışdır. Çünki iş materiallarından göründüyü kimi, qızının lüt şəkillərinin paylaşıldığını hadisədən bir həftə əvvəl Məhkum öyrənmiş və qızına irad tutarkən ona qarşı hər hansı zor tətbiq etməmişdir. Belə olan halda qızını anasının yanında, sonuncuya xüsusi əzab verdiyini dərk etməklə bıçaqlaması barədə istintaqın və məhkəmənin gəldiyi nəticə məntiqsiz və əsassızdır. Əməl xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməməli, əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxs tərəfindən hər hansı şikayət və tələbinin olmaması, təqsirkar şəxsin artıq 66 yaşının olması, xəstəliyi, azadlıqdan məhrum edilməsi barədə cəzanın onun həyat şəraitinə mənfi təsiri nəzərə alınıb Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edib sınaq müddəti müəyyən edilməklə şərti cəza təyin edilməlidir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1(103)-266/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1797/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Müdafiəçi kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-266/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövs if edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən edilməklə şərti cəza təyin edilməsi, bu mümkün olmadıqda işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırı lmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxla manın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin tövsifinin səhv olduğunu, eləcə də ona cəzanın şərti olaraq tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsb it olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndi r (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
20. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad e tməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
21. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırma və cavablandırma verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-266/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-266/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.