Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1509/2023 15.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum - Məhkum1 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 1 86.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 1(101)-812/2021 nömrəli (sədrlik edən hakim Əli Məmmədov, hakimlər Səbuhi Hüseynov və Telman Hüseynov ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmaya n, məcburi köçkün, xxx-də qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanda kirayədə yaşamış Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; xx xxxxxx 1966-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; xx xxx 1957-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hö kmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən məhkum olunmuş Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 8 aprel 2022-ci il tarixli 1(103)-411/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin Məcəllənin 186.1-ci maddəsi ilə ittiham üzrə cinayət məsuliyyətindən və Bakı Ağır Cinayətlə r Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 186.2.2-ci maddəsi üzrə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş bu cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri üzrə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri üzrə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum e tmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2022-ci il tarixli qərarından Məhkum2 və müdafiəçisi X12 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma, satma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri təkrar əldə etmə, saxlama, daşıma, satma, özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və ya zədələməklə zərərçəkmiş şəxsə x eyli miqdarda ziyan vurma cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum3 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə, odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddə, odlu silah, onun komplekt hissəsi və döyüş sursatının qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra əldə edib müqəddəratına sərəncam v erərək satışını həyata keçirməyi cinayətkar qrupun üzvü “Əyyuba” vəd verib razılığa gəldikdən sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Füzuli rayonu ərazisində bilavasitə keçirildiyi yerdə “Əyyubdan” 23,771 qram olmaqla, külli miqdarda psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından az miqdarda olmaqla 3,638 qram narkotik vasitə qurudulmuş marixuana, yivli odlu silah hesab edilən 1 (bir) ədəd “Makarov” konstruksiyalı tapança və içərisində döyüş sursatı hesab edilən 6 (altı) ədəd patronlar olan həmin tapançanın sandıqçasını əldə edib üzərində daşıyaraq Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 4 ünvanında yerləşən kirayədə yaşadığı evə gətirib satış məqsədilə qanunsuz olaraq saxlamış, 14 yanvar 2020-ci il tarixdə, saat 22:00 radələrində Yasamal r ayon Polis İdarəsinin və həmin İdarənin 26-cı Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaxalanmaması üçün evin hamam otağındakı plastik materialdan olan vannanın üzərinə geyim əşyaları yığaraq alışqanla od vurmaqla qəsdən yandırıb, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir bərpa işlərinə 8.015 manat və ev əşyalarının zədələnməmişdən əvvəlki orta bazar qiymətinə uyğun olmaqla 2.530 manat məbləğində maddi ziyan vuraraq Zərərçəkmiş şəxs1 10.545 manat məbləğində əmlakını qəsdən yandıraraq məhv etməklə zədələyib maddi ziyan vurmuş, həmin tarixdə saat 22:00 radələrində polis əməkdaşları tərəfindən həmin ünvanda baxış keçirilən zaman evin yataq otağında olan mebel dolabının üstündən ağ rəngli sellofan bağlamada qaçaqmalçılıq yolu ilə ə ldə etdiyi təmiz çəkisi 23,771 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd sellofan torbada nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş, üzərində əlavə və dəyişiklik edilməmiş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı, 9 mm kalibrli PM modelli “Makarov” konstruksiyalı yivli odlu silah hesab edilən 1 (bir) ədəd tapança, “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça (daraq), silahın patronluğunda 1 (bir) ədəd və silahın sandıqçasında 5 (beş) ədəd olmaqla, ümumlikdə 6 (altı) ədəd 9x18 mm kalibirli zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, istifadəyə ( atəşə) yararlı olmaqla döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüş, həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq 15 yanvar 2020-ci il tarixdə, saat 12:30-da həmin ünvanda təkrar baxış istintaqı hərəkəti keçirilən zaman hamam otağının döşəməsindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 2,252 qram, qonaq otağında olan mebelin (kamot) orta siyirməsindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,326 qram və həmin otaqda olan masanın üstündən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,060 qram olmaqla, ümumi təmiz çəkisi 3,638 qram, şəxsi istehlak miqdarınd an az miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi), “Qurban” və “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs, Məhkum2 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra əldə edib müqəddəratın a sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəldikdən sonra sonuncuların qaçaqmalçılıq yolu ilə göndərdikləri külli miqdarda narkotik vasitələri istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə əldə edərək 08 yanvar 2020-ci il tarixdə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs təhvil verdikdən sonra sonuncu həmin narkotik vasitələri Məhkum2la birlikdə idarə etdiyi və özünə məxsus VAZ-21723 (priora) markalı, 99-CP240 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşıyaraq aparmış, daha sonra 15 yanvar 2020-ci il tarixdə, saat 01:00 radələrində qrup üzvü “Qurbanın” göstərişi əsasında Təqsirləndirilən şəxs Məhkum2la birlikdə Hacıqabul-Padarçöl-Sabirabad avtomob il yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə gəlib avtomobildən düşərək 1 (bir) ədəd sellofan torbada olan qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitə heroini Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirində könüllü iştirak edən Məhkum1 verən zaman polis əməkdaşları tərəfindən yaxalanaraq birlikdə Cəlilabad rayon Polis şöbəsinə gətirilib sonuncunun təqdim etdiyi 1 (bir) ədəd sellofan torbada olan bağlamaya baxış keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkiləri 1170 qram, 1300 qram və 1195 qram olmaqla, ümumi təmiz çəkisi 3665 qram kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tar ixli hökmü ilə Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama, satma, eləcə də özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum2 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi), “Qurban” və “Əyyub” adlı İran İslam Respublikasının vətəndaşları, eləcə də Azərbaycan Respublikasının vətəndaşları olan tanışı Təqsirləndirilən şəxs, Məhkum3 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəxsi qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəldikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs 08 yanvar 2020-ci il tarixdə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri Məhkum3 əldə etdikdən sonra birlikdə Təqsirləndirilən şəxs məxsus VAZ-21723 (priora) markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhərinə daşımış, 15 yanvar 2020-ci il tarixdə, saat 01:00 radələrində qrup üzvü “Qurbanın” göstərişi əsasında Təqsirləndirilən şəxslə birlikdə Hacıqabul-Padarçöl-Sabirabad avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə gəldikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs avtomobildən düşərək 1 (bir) ədəd sellofan torbada olan qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitəni Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirində könüllü iştirak edən Məhkum1 verən zaman polis əməkdaşları tərəfindən yaxalandığını görüb VAZ-21723 (priora) markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürətlə idarə edərək Zərərçəkmiş şəxs2 məxsus olan, həmin vaxt əməliyyat tədbirində iştirak edən Cəlilabad rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 etibarnamə olmadan idarə etməklə yolun kənarında saxladığı “X28” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan tərəfindən qəsdən vurub yol kənarındakı çökəkliyə aşırmaqla 8.640 manat məbləğində avtomobilin detallarının məhv olaraq zədələnməsi və 1.850 manat məbləğində təmir bərpa işləri olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda, yəni 10.490 manat məbləğində maddi ziyan vuraraq hadisə yerindən uzaqlaşmış, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qrup üzvü X15 ilə birlikdə Cəlilabad rayon Polis şöbəsinə gətirilib sonuncunun təqdim etdiyi 1 (bir) ədəd sellofan torbada olan bağlamaya baxış keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkiləri 1170 qram, 1300 qram və 1195 qram olmaqla, ümumi təmiz çəkisi 3665 qram kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik və qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum1 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Maqhsoud Nasiri” (Məmi) və “Qurban” adlı İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib şəx si qazanc əldə etmək niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirildikdən sonra əldə edib müqəddəratına sərəncam verərək satışını həyata keçirməyi cinayətkar qrupun İran İslam Respublikasından olan üzvlərinə vəd verib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və istintaqa məlum olmayan şəraitdə göndərdikləri külli miqdarda 321,964 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda 2050 qram (2 kiloqram 50 qram) olan külli miqdarda narkotik vasitə heroi ni istintaqla müəyyən edilməyən şəxsdən Bakı şəhərində əldə edib üzərində daşıyaraq saxlamış, Cəlilabad rayon Polis şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 14 yanvar 2020-ci il tarixdə, saat 16:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən körpünün (Çermet körpüsü) yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə baxış keçirilərkən, əlində olan qara rəngli qadın çantasından 3 (üç) ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 194,103 qram, 53,802 qram və 74,059 qram olmaqla, ümumi təmiz çəkisi 321,964 qram ağ rəngli xırda kristallardan ibarət kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 1 (bir) ədəd polietilen torbada 605 qram, 2 (iki) ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 570 qram və 875 qram olmaqla, ümumi təmiz çəkisi 2050 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqları pozulmuş, onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətirdiyi sübutlar güvənli və mötəbər deyil. Sübutların mötəbərliyi şübhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdi q etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul etmişdir. Həmçinin, məhkəmələr tərəfindən barəsində olan yüngülləşdirici hallar cəza təyini zamanı nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək, əməlinin Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləsinin 186.1 və 234.1-ci maddələrinə tövsif edilməsi və ya barəsində təyin olunmuş cəzanın yüngülləşdiril məsini xahiş edir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və prosessual pozuntulara yol vermişdir. Həmçinin, analığını, qadınlığını, xəstəliyini və ilk dəfə məhkum olması kimi yüngülləşdirici halları cəza təyini zamanı məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normala rının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq o əsassız olaraq məhkum edildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. O cümlədən, barəsində olan yüngülləşdirici hallar məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək, əməlinin Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələrindən Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci madd ələrinə tövsif edilməsi və ona müvafiq cəzanın təyin edilməsini, bu mümkün olmadıqda isə barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum1 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, ona təyin olunmuş cəzasının yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Bəykişi oğlu çıxış edərək, məhkəmə qərarlarının məhkumlara aid hissədə tamamilə qanuni və əsaslı olduğunu, kassasiya şikayətlərinin dəlillərinin isə əsassız olduğunu bildirib, məhkumlara törətdiyi cinayət əməlləri ilə bağlı ədalətli cəza veri ldiyini bildirib, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum2 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərində məhkəmələr tərəfindən əməllərinin düzgün tövsif edilmədiyi, Məhkum2 tərəfindən əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildiyi, Məhkum3 tərəfindən isə əməlinin Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəlləni n 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri ilə tövsif edildiyi, habelə barələrində təyin edilmiş cəzaların ağır olduğu, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdirlər. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində isə yalnız onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüng ülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Həmin kassasiya şikayətinin dəlillərinə nəzər yetirdikdə müəyyən olunur ki, Məhkum1 əməlinin tövsifini mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, Məhkum1 kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir k i, aşağıdakı əsaslara görə kassasiya şikayətlərini təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama və özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə (özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma ilə bağlı ittiham istisna olmaqda) razılaşmışdır. Apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına əsaslanılması qərarda göstərmişdir. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həm in maddələr ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum3 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma, satma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri təkrar əldə etmə, saxlama, daşıma və özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum3 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərində onların əməllərinin məhkəmələr tərəfin dən düzgün tövsif edilmədiyi, Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 186.1 və 234.1-ci maddələrinə, Məhkum3 isə əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələrindən həmin Məcəllənin 228.1 və 234.1-ci maddələrinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya məhkəmə kollegiyası əməlin tövsifinə dair kassasiya şikayətlərində göstərilən dəlillərə (narkotik vasitələri öz şəxsi istehlakları üçün əldə etmələri barədə) qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 20 11-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyət inə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkumlar Məhkum2 və Məhkum3 tərəfindən verilmiş kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, onlara verilmiş ittiham üzrə cinayətləri törətmələri hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası Məhkum2 və Məhkum3 kassasiya şikayətlərind ə qeyd edilmiş, onların narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində məhkumun verdiyi qismən etirafedici ifadələri, şahid ifadələri, məhkəmə-kimyəvi və bioloji, məhkəmə-narkoloji ekspertiza rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair protokollar, bundan əlavə, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həm narkotik vasitə kimi, həm də psixotrop maddə kimi müxtəlif növlərdən olması, məhkumların əməllərində narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı niyyətinin olması müəyyən edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Məhkum1, o cümlədən Məhkum2 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərində onlara təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Kassasiya məhkəmə kollegiyası məhkumlara cəza təyini məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola mali k olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkum edilmiş şəxslər onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq ed ilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2020-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 38) görünür ki, Məhkum1 Bakı şəhəri, Nərimanov rayonu, Məhkum2 küçəsi, ev 9-da qeydiyyatdadır və onun ailə üzvləri qızı X8 ibarətdir. Cinayət işində olan və məhkəmə istint aqında tədqiq edilmiş 22 yanvar 2020-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 39) görünür ki, Məhkum1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 45) görünür ki, Məhkum1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 48-50) görünür ki, Məhkum2 əvvəllər məhkum olunmuş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı nda tədqiq edilmiş 608 nömrəli xasiyyətnamədən (cild 5, iş vərəqə 192) görünür ki, Məhkum2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli arayışdan (cild 5, iş vərəqə 193) görünür ki, X1 şəhəri, F.Əmirov küçəsi, ev 3, mənzil 38-də yaşayır və onun ailə üzvləri arvadı X3, oğlu X6, qızı X4, nəvələri X11 və X9 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 3, iş vərəqə 230) görünür ki, Məhkum3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətd iyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halların olmasını (Məhkum3 cavan olması, ailədə yeganə qazanc gətirən şəxs olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi, barışığın əldə edilməsi, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmaması, Məhkum2 evli olması, ailədə yeganə qazanc gətirən şəxs olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ibtidai araşdırma zamanı onun yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam şəkildə ödənilməsi, Zərərçəkmiş şəxs2 Məhkum2 qarşı şikayət və tələbinin olmaması, Məhkum1 isə istintaq orqanına cinayətkar qrupun digər üzvlərinin ifşa olunmasında köməklik etməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması) və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər Məhkum3, Məhkum2 və Məhkum1 islah olunmaları məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumlar barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəs ində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin oluna n cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquq i normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumların cəzalarının məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddialarının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkuml ar Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 228.1, 234.4.1, 234.4.2, 234.4.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2022-ci il tarixli qərarı kassasiya şikay ətlərinə əsasən onlara aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1509/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1509/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver