Məhkəmə qərarları › İş №1(102)-1509/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1509/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1509/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Səyyad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il ta rixli qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 7(007)-625- 2019 saylı qərarı ilə onun barəsində qəbul edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edi lməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2015-ci il tarixli hökmü ilə CM-in 180.2.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 15 (on beş) gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının tutulduğu 21 noyabr 2019-ci il tarixdən hesablanması, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və ya şayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və vəsatətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 1(100)-147/2020 saylı hökmünün surətinin ona cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməməsi səbəbindən apellyasiya şikayətini vaxtında verə bilmədiyini göstərib vəsatətinin təmin olunmasını xahiş etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(100)-147/2020 saylı qərarı ilə məhkumun vəsatəti təmin edilməmiş, ona münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 1(104)-554/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 1(100)-147/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti müddətin bərpasına dair ərizə ilə birlikdə xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Gəncə Apellyasiya Məhk əməsinin 14 fevral 2025-cü il tarixli, 1(104)-554/2024 saylı qərarı ilə Məhkum Gəncə Apelyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(104)554/2024 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(104)-554/2024 saylı qərarından kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfi ndən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarında hökmün 27 avqust 2020-ci il tarixində elan edilməsinə baxmayaraq 1 (bir) gün sonra hökmün surətinin təqsirləndirlən şəxsə təqdim edilməsi barədə qəbz əlavə edilmişdir. X2 Məhkəməsinin 24 saat tamam olmadan hökmü təqsirləndirilən şəxsə təqdim etməsi fiziki olaraq mümkün deyildir. Belə ki, nəzərə alsaq ki, şəxsin təqsirləndirldiyi maddə kifəyət qədər ağır və araşdırma tələb edən bir maddədir hökmün bu surətlə hazırlanaraq təqsirləndirilən şəxsə verilməsi real görünmür. Qeyd olunan xx.xx.2024-cü il tarixli hökmün alınması barədə qəbz hökümdən çıxarışın qəbzi ilə səhv salınmışdır. İş materiallarına diqqət yetirdikdə qeyd edilən nüansın gözdən yayındığı görülməkdədir. Təqsirləndirilən şəxs haqqında olan hökm saxlandığı t əcridxana vasitəsilə ona verilməli olduğu halda bu hüququ da pozulmuş və şikayət verməli olduğu hökm ona təqdim edilməmişdir. Bununla da onun konstitusiya ilə qorunan yüksək keyfiyyətli hüquq yardım almaq və məhkəməyə təkrar müraciət etmək hüququ pozulmuşdur. Belə ki, Məhkum özünü ittiham olunan əməl üzrə təqsirli bilmədiyi halda müdafiəçi tərəfindən mütləq şəkildə qeyd edilən hökmdən apelyasiya şikayəti verilməli idi. Qeyd edilənləri nəzərə alaraq GəncəApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarının ləğv olunmasını və Gənc Apellyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 409.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi kassasiya şikayəti vermək hüququna malikdirlər. 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olma qla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərba ycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tut ulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şi kayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (pr otestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddə t ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 1(104)-554/2024 saylı mübahisələndirilən qərarı məhkuma təqdim edilməsi üçün cəz çəkdiyi müəssisəyə göndərilmiş, həmin qərar 17 dekabr 2024-cü il tarixdə məhkuma rəsmi qaydada təqdim edilmiş, qərardan şikayət vermək hüququ və qaydası həmin qərarın nəticəvi hissəsində də öz əksini tapmışdır. Məhkumun müdafiəçisi Müdafiəçi3 29 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində iştirak etsədə müvafiq ərizəni və kassasiya şikayətini 16 yanvar 2025-ci il tarixdə imzalamış və həmin tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, kassasiya şikayəti mübahisələndirilən qərar qəbul edildiyi gündən 1 (bir) ay müddətində yox, 01 (bir) ay 18 (on səkkiz) gün sonra verilmişdir. Müdafiəçini bu müddət ərzində kassasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Göründüyü kimi, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verə bilməsinə mane olan yuxarıda qeyd edilən hallardan hər hansı biri olmamışdır. Müdafiəçi vəsatətində prosessual müddəti ötürməsinin səbəbini qərarın sistemə gec yerləşdirilməsi ilə əlaqələndirsə də, buna dair hər hansı sənəd təqdim etməmiş, həmin hal müddətin bərpası üçün əsaslı səbəb olmamışdır. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegi yası hesab edir ki, məhkumun müdafiəçisi Müdafiəçi3 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 1 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, 1 (bir) ay 18 (on səkkiz) gün keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən vaxtın bitməsindən 18 gün sonra kassasiya şikayəti verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2025-ci il tarixli, 1(104)554/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar