Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-151/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-c ü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Mikayılov Eldar Əli oğlu, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, xxx saylı avtobus xəttində sürücü işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli b ilinib 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs vuraraq ona ağır dərəcəli bədən xəsarəti yetirməklə mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum 19 mart 2018-ci il tarixdə saat 13 radələrində “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 1-ci hissəsinin birinci bəndinin tələblərini pozaraq yəni müvafiq “D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan “BC” kateqoriya ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “İsuzu Ecobus” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı 168 nömrəli sərnişin avtobus ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi istiqamətindən Maştağa qəsəbəsi, H.Heybətov küçəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman Xanlar küçəsi 55 ünvanında yerləşən “24 saat” marketin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni hərəkət üçün təhlükə gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin vaxtı yolu soldan sağa keçmək istəyən piyada xx.xx.1971-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Zərərçəkmiş şəxs avtobusun qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub yol hər əkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş nəticədə piyada Zərərçəkmiş şəxs aldığı onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beynin boyun şöbəsinə qansızma, hər iki körpücük sümüyünün, sağ lll-lV-V-Vİ-Vİl-Vİİl-İX, sol lll-İV-V qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərin əzilmiş cırılmış yaraları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması), sağ ayaqda 1-ci barmağın açıq qəlpəli sınığı, döş qəfəsinin və qarnın yumşaq toxumalarına qansızma, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, sıyrıq və qançırları xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyuboğlundan ibarət tərkibdə) 16 avqust 2019-cu il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, 21 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildir mişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin y uxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-151/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-151/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver