Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-151/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər E.İ.Rüstəmov və X.H.Səmədov) xx xxxx 1978-ci ildə Göygöl (keçmiş Xanlar) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalakənd meşəbəyliyində yanğın keşikçisi işləmiş, məhkumluğu olmayan, Ünvan1 ünvanda qeydiyyatda olan və bəmin ünvanda yaşamış Məhku m Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, təxminən 2016-cı ilin yay aylarından tanış olub qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Tovuz rayonunun Əlibəyli kənd sakini X1 xx xxxxxx 2018-ci il tarixdə saat 21.30 radələrində ofisiant kimi yeni işə başladığı, rayonun Yuxarı Öysüzlü kəndi ərazisindəki kafedən işdən sonra qarşılayıb idarə etdiyi QAZ-3110 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə apararkən, sonuncunun sifətində makiyajın çox olduğunu və ondan alk oqol iyi gəldiyini görüb əsəbiləşərək, bununla bağlı ona iradlarını bildirərək, bir daha kafedə işləməyəcəyi barədə xəbərdarlıq edib əks halda onun üçün yaxşı olmayacağı ilə hədələyərək X1nı evlərinə düşürüb yaşadığı Gədəbəy rayonunun Qala kəndinə qayıtmış, xx.xx.2018-ci il tarixdə X1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən onun bir daha kafedə işləməyəcəyi barədə tələbinə əhəmiyyət verməyib yenidən kafedə işdə olduğunu eşitdikdə X1dan evə qayıtmasını tələb edib, sonuncunun sonrakı telefon zənglərinə cavab verməmiş, bu səbəbdən də, X1 əvvəlcə onun telefon nömrəsinə aralarında olan borc pulu gətirib verməsini, əks halda 102 xidmətinə məlumat verəcəyi ilə bağlı mesajlar göndərmiş, daha sonra zənglərinə cavab vermədiyini görüb başqa telefon nömrəsindən zəng edərək zənglərinə cavab ve rmədiyi və özünü yaxşı aparmadığı təqdirdə münasibətləri barədə arvadına məlumat verəcəyini bildirdikdə, o, ailəsini dağıdacağı halda X1nı öldürəcəyi ilə hədələmiş və X1nın onunla rəsmi nikahda olduğu arvadı X3 istifadəsində olan mobil telefona zəng edib “iki il müddətində ər-arvad kimi yaşamaları və birgə uşaqları olması barədə” deməsini və arvadı X3nın atası evinə getmək barədə qərar verdiyini sonuncudan eşidib bildikdən sonra, X1nı cəzalandırmaqla qisas almaq qərarına gələrək, idarə etdiyi avtomobillə həmin günü saat 21 radələrində X1nın işlədiyi Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi yaxınlığında yerləşən kafeyə gəlib sonuncunu kafenin həyətində telefonla danışan gördükdə, X1nı diri-diri yandırmaqla ona xüsusi əzab və işgəncə verə biləcəyini dərk edib bunu arzulayaraq, xüsusi amansızlıql a qəsdən öldürmək məqsədi ilə avtomobilin yük yerindən plastmas qabda neft məhsulu olan benzini götürüb həmin vaxt telefonla danışan X1ya yaxınlaşaraq onun başına, sifətinə töküb alışqanla yandırmaq istədikdə, sonuncu xilas olmaq üçün qaçıb otağa girmiş, bunu görüb cinayətkar qəsdini davam etdirərək onun arxasınca otağa daxil olmuş və X1nı alışqanla yandırıb ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid başın alın, sağ və sol yanaq, burun, sol qulaq seyvanı, sol almacıq, alt dodaq və üst dodaq, alt çənənin cismi, sağ alt çənə bucağı, boyun, hər iki kürəküstü, sol bazu oynağı, sol bazunun, sol qoltuqaltı, sol saidin, sol əlin arxa səthi, sağ bazu oynağı, sağ körpücük və sol körpücük, sağ bazu və döş qəfəsinin ön səthi nahiyyələrinin - ümumilikdə bədən səthinin 28 -30-% sahəsini əhatə edən, İİİ A dərəcəli, həmçinin sol bazu, sol dirsək və sağ mil-bilək oynaqları nahiyyələrində kontraktura, yəni kobud çapıq toxuması nəticəsində həmin oynaqlarda hərəkət məhdudluğu ilə müşayət olunan termiki yanıq yaraları yetirməklə hadisə yerindən qaçmış, bu zaman X1nın alışıb yandığını görən iş yoldaşları xxxxx oğlu və qeyriləri tərəfindən alov vaxtında söndürüldüyünə və ona vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərildiyindən o, X1nı qəsdən öldürməklə bağlı niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək X1nı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum və müdafiəçisi X10 oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5 -ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıls
Məhkəmə qərarları › İş №1(102)-151/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-151/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver