Məhkəmə qərarları › İş №1(102)-151/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-151/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-151/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Balasər oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli hökm ü ilə Məhkum Balasər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum Balasər oğlunun müdafiəçisi Müdafiəçi ilə birgə verdiyi kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin (sədrlik edən hakim: Quliyev Ceyhun Əmir oğlu) 17 aprel 2023-cü il tarixli hökmü ilə xx.xx.1981-ci ildə Masallı rayonu, Qədirli kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Balasər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli b ilinmiş və 300 (üç yüz) saat ictimai işləri cəzasına məhkum edilmişdir. Üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 22 iyun 2023-cü il tarixli qər arı ilə təqsirləndirilən şəxs Məhkum Balasər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Balasər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsi barədə Masallı Rayon Məhkəməsinin 1(050)-31/2023 saylı, 17 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Balasər oğlu xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Masallı rayonu, Qədirli kəndi ərazisində yerləşən və icarə əsasında Zərərçəkmiş şəxs istifadə etmək məqsədilə verilmiş Dövlət mülkiyyətində saxlanılan ehtiyat fondu torpaq sahəsində həmin torpaq sahəsindən istifadə etmək istəməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu n sağ qulaq seyvanına əlindəki istintaqa məlum olmayan metal parçası ilə qəsdən bir dəfə zərbə vuraraq ona sağ qulaq seyvanının əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ittihamedici hökm çıxarmış, lakin heç bir mötəbər sübuta istinad etməmişdir. Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Məhkum Balasər oğlunun təqsirsizliyi həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında tam şəkildə sübuta yetirilmişdir. O, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Şahid1 görməmiş, həmin gün evində olmuş, avtomobilini təmir etmiş və heyvanları üçün aldığı malları avtomobilinə yükləyərək Lənkəran rayonunda satmaq üçün hazır etmiş, xx.xx.2022-ci il tarixdə isə Lənkəran rayonunda olmuş, vəsatəti əsasında götürülmüş anten dairəsində də öz əksini tapmışdır. O, 13-14 noyabr 2022-ci il tarixlərdə harada olduğunu həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında eyni ifadəni verərək demişdir. Ondan fərqli olaraq Zərərçəkmiş şəxs və Şahid1 isə ibtidai istindaqda verdikləri ifadə ilə məhkəmə istintaqında verdikləri ifadələr arasında ziddiyyətlər mövcuddur. Həmin ziddiyyətli məqamlar qanunvericiliyin tələbi nəzərə alınmayaraq əks tərəfin xeyrinə həll olunmuşdur. Məhkəmə isə təqsirsizliyi barədə sübutetmə yükünü onun üzərinə qoymuşdur. Onun tərəfindən dindirilmiş şahidlərin ifadələrini isə məhkəmə mötəbər sübut kimi qəbul etməmiş, qəbul etməməsini isə hökmündə əsaslandırmamışdır. Hadisə günü o, Zərərçəkmiş şəxs görməmiş, ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsin, tərəfindən dindirilən Şahid1 başqa bütün şahidlər onun xeyrinə məhkəmə iclasında ifadələr vermişlər. Rəydə Zərərçəkmiş şəxs xəsarətinin onun tərəfindən edilməsi qeyd edilmir. Götürülmüş telefon danışıqları ilə sübuta yetirilir ki, Şahid1 güman edilən hadisənin baş verdiyi vaxtda hadisə yerində ola bilməzdi. Məhkum Balasər oğlu ailəlidir, yaşayış yerindən müsbət xarakterizə olunur, Vətənini olduqca çox sevən vətənpərvər şəxsdir; çox çalışqan, uzun illər dövlətinə, xalqına xidmət edən, körpə balalara ana, vətən sözlərini öyrədən, əllərindən tutub yazmağı öyrədən bir müəllim olmuşdur.Tanıyanların hamısı onu bacarıqlı insan, gözəl usta, işgüzar, imkan daxilində hamının dadına çatıb, həyatını ancaq ailəsinə həsr edən bir adam kimi bilir. Məhkum həyatında nəinki cinayət, inzibati xəta belə törətməmişdir. Məhkum cəza verilməsi cinayət mühakimə icraatınınn humanizm və ədalətlilik prinsiplərini pozmuşdur. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək Məhkum Balasər oğluna bəraət verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apell yasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul ed ir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmi ş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan c inayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmi ş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkum Balasər oğlunun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində məhkumun CM-in 128-ci maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum Balasər oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məh kəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum Balasər oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Cinayət Məc əlləsinin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: 1) ictimai-təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik); 2) sağlamlığın qısa müddətə pozulmasında və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsində ifadə olunmuş ictimai təhlükəli nəticə; 3) əməllə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə. Cinayətin subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarət ola bilər. Təqsirkar öz əməlinin ictimai təhlükəliliyini dərk edir, bunun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuracağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya bunun baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Kassasiya şikayətində Məhkum Balasər oğlunun zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi, Məhkum Bala sər oğlunun xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Masallı rayonu, Qədirli kəndi ərazisində yerləşən və icarə əsasında Zərərçəkmiş şəxs istifadə etmək məqsədilə verilmiş Dövlət mülkiyyətində saxlanılan ehtiyat fondu torpaq sahəsində həmin torpaq sahəsindən istifadə etmək istəməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sağ qulaq seyvanına əlindəki istintaqa məlum olmayan metal parçası ilə qəsdən bir dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirməsi öz təsdiqini tapmış və aşağı instansiya məhkəmələrinin bu barədə gəldiyi nəticə əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Balasər oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum Balasər oğluna istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbayca n Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmu su ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum Balasər oğlu barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi nin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Balasər oğlunun müdafiəçisi Müdafiəçi ilə birgə verdiyi kassasiya şikayəti təmin edilməsin. Məhkum Balasər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar