Məhkəmə qərarları › İş №1(102)-151/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-151/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-151/2025 24.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi “XXX10” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə ba xaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və L.S.Əsgərova-Məmmədovadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1998-ci ildə ünvan2 ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan3nda qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılma qla qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Ə.Q.Ələkbərov, hakimlər İ.A.İbrahimli və Z.N.Hüseynovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edimiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün hazırki hökm ilə ona təyin olunan cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 23 iyul 2024-cü il tarixdən hesablanması qərar a alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. İşin halları: İttiham aktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 126.2.4-cü maddələri ilə irəli sürülümüş görə, Məhkum xx xx xx 2022-ci il tarixdə saat 20:41 dəqiqədə ünvan3ndə idarə etdiyi “XX10” markalı xx xx xx dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan “XX11” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona səs siqnalı və xarici işıqlarla yol vermək işarəsini görüb, hərəkətini yolun geniş əlverişli hissəsinədək davam etdirib yol verdiyi halda Zərərçəkmiş şəxs ötərkən ona “korsan?" deyə kobud müraciətinə görə, cüzi səbəbdən, sonuncunun ardınca hərəkətini davam edib yolun “XX12” deyilən ərazidən keçən hissəsində avtobus dayanacağı ərazisində dayanmış Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb dayanandan sonra avtomobillərdən düşərək, münasibətlərini araşdırdıqları zaman mübahisə başlanmış, Məhkum şəhər ərazisində ictimai nəqliyyatın dayanacağında nəqliyyat vasitələrinin və vətəndaşların olduğuna məhəl qoymadan, biləvasitə hadisə yerində olan bir neçə nəfərin yanında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs sifətinə bir kəskin güclü yumruq zərbəsi vurmuş, vətəndaşların onun qarşısını almaq cəhdlərini nümayişkaranə şəkildə rədd edərək, vurduğu zərbə ilə kifayətlənməyib Zərərçəkmiş şəxs sifətinə daha bir neçə kəskin güclü yumruq zərbəsi vurub yerə yıxmış, daha sonra yıxıldığı yerdə gövdəsinə təpiklə zərbə vurub sifətinin qanaması ilə müşaiyət olunan zədələnməsi kimi sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət və fiziki ağrılar yetirərək Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə müşaiyət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bundan əlavə, o, xx xx xx 2022-ci il tarixdə saat 22 radələrində ünvan5ndə idarə etdiyi “XX10” markalı xx xx xx dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman bir gün əvvəl baş vermiş dalaşma zamanı onu vurub xəsarət yetirdiyinə görə münasibətlərini araşdırmaq məqsədi ilə onu axtaran Zərərçəkmiş şəxs və tanışlarının dörd müxtəlif minik avtomobillərinin ona maneə yardaraq saxlamaq cəhdlərini görüb təqib edənlərdən uzaqlaşmaq üçün məcburi manevrlər etməklə y aşadığı ünvan6 ünvanlı çoxmənzilli evin qarşısına çatanda Zərərçəkmiş şəxs və tanışları onu əhatəyə alıb hərəkətini məhdudlaşdırandan sonra zor tətbiq etmək üçün götürdükləri müxtəlif əşyalarla üstünə gedib avtomobildən çıxmasını tələb etdikləri zaman, Məhkum1 avtomobilində qapanıb tanışlarına kömək üçün zəng vuraraq, tanışlarının hadisə yerinə gəldiklərini görüb avtomobilindən çıxandan sonra, əllərində kəlbətin və naməlum əşya ilə onun üstünə gələn Zərərçəkmiş şəxs üzərində idmançı kimi fiziki üstünlüyündən istifadə edərək, baş-sifət nahiyəsinə kəskin güclü yumruq zərbələri vurub yerə yıxmaqla müaqvimətini qırandan sonra, xuliqanliq niyyəti ilə üstündə olan naməlum nümunəli kəsici-deşici xassəli əşya ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sol tərəfli hemo pnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi üç ədəd), üzün səthi kəsilmiş yaraları və başın yumşaq toxumasının hematomaları kimi xəsarətlər yetirərək, hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və S-vari bağırsağın zədələnməsi ilə müşaiyət olunan belin sol iç səthinin periton boşluğuna n üfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi iki ədəd) xəsarətləri ilə nəticələnən qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi xx xx xx 2022-ci il tarixli hadisədə Məhkum zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması barədə nəticəyə gəlib onun həmin əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 130.1-ci maddəsinə tövsif etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə Məhkum xx xx xx 2022-ci il tarixli hadisə zamanı xuliqanlıq niyyəti ilə hərəkət etməməsi və zəruri müdafiə həddini aşma kimi halın da olmaması barədə nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilmiş və ona həqiqi əməlinə uyğun olmayan, məsuliyyəti yüngülləşdirən halları kifayət qədər nəzərə almayan həddindən artıq ağır cəza təyin edilmişdir. Müdafiəçi hesab edir ki, istər birinci, istərsə də ikinci hadisə Zərərçəkmiş şəxs təhrikedici hərəkətləri nəticəsində baş verdiyindən, o cümlədən ikinci hadisədə məhz zərərçəkmiş şəxs qardaşı və dostları ilə birlikdə bir neçə avtomobildə Məhkum idarə etdiyi avtomobili təqib edərək yaşadığı həyətdə sıxışdırıb saxladığından və əlindəki alətlərlə Məhkum avtomobilini zədələyib onun həyatı və sağlamlığı üçün də təhlükə yaratdığından, çarəsizlikdən avtomobildən yerə düşməyə məcbur qalan Məhkum özünü qorumaqdan ötrü Zərərçəkmiş şə xs əlindəki deşici-kəsici aləti alıb onunla Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuş, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləısinin 126-cı maddəsində deyil, 130.1-ci maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu faktları təsdiq edən zərərçəkmiş şəxsin və onun qardaşının məhkəmə baxışında verdikləri ifadələri nəzərə almaqdan əsassız olaraq imtina etmiş, onlardan ibtidai istintaqda, eləcə də digər şəxslərdən alınmış ziddiyyətli ifadələrlə çıxardığı ittiham hökmünü əsaslandırmışdır. Müdafiəçi Məhkum cəza təyin edilərkən məhkəmə tərəfindən müəyyən halların kifayət qədər nəzərə alınmadığını qeyd etmiş və belə hallar sırasında Məhkum himayəsində 3 azyaşlı uşağının olmas ı, ondan başqa uşaqları maddi cəhətdən təmin edən digər şəxsin olmaması, kirayə yaşaması, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi və onunla barışığın əldə edilməsi, əməllərini zərərçəkmiş şəxsin təhrikedici hərəkətlərinin təsiri altında törətməsi, əməllərindən peşman olması, ətraflı ifadələr verib cinayətin açılmasına fəal kömək etməsi, hadisə zamanı özünün də avtomobilinə böyük (1270 manat) məbləğində maddi ziyan dəyməsi kimi halları göstərmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini və Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsinə tövsif olunmasına və həmin maddə ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməs inə dair qərarın çıxarılmasını və yaxud Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasını və ya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti tətbiq edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlində yalnız Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma cinayətinin tərkibinin olmasına baxmayaraq, düzgün olmayaraq onun əməllərinin qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq kimi, müvafiq olaraq Cinayət Məcəlləsinin 126.1-ci və 221.1-ci maddələri ilə tövsif olunduğunu və Məhkum həqiqi əməlinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və əməlin Cinayət Məcəlləsinin 130.1-ci maddəsinə tövsif olunması, Məhkum barəsində CM-in 62-ci və yaxud 70-ci maddələrinin tətbiq edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilm əsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar qismində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya şikayətində irəli sürülmüş Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibinin olmamasına dair iddianın əksinə olaraq, Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə xuliqanlıq cinayətini törətməsi, yəni xx xx xx 2022-ci ildə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlər etməsi birinci instansiya məhkəməsi ndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu və onlardan irəli gələn işin həqiqi halları ilə müəyyən edilmişdir. Belə ki, ittihamın bu hissəsinə münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyası məhkəməsi hökm çıxararkən yolverilməz sübutlardan istifadə etməmiş, sübutları CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq surətdə qiymətləndirərək Məhkum Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi, lakin CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, müdafiə tərəfinin isə bəraətverici sayılmayan həmin əsasla cinayət təqibinə xitam verilməsinə razılıq verməməsi səbəbindən Məhkum CM-in 221.1-ci maddəsi ilə cəzanın təyin edilməməsi barədə əsaslı və qanuni nəticələrə gəlmişdir (apellyasiya instansiyası məhkəməsinin hökmündə bu məsələ üzrə sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü – Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair iddianı əsassız hes ab edir. Kassasiya şikayətinin Məhkum xx xx xx 2022-ci ildə baş vermiş, zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulması ilə nəticələnmiş hadisə ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsində zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) “özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət” kimi təsbit edilmişdir. CMin 36.1-ci maddəsinə görə zəruri müdafiə həddini aşmayan hərəkət cinayət sayılmır. CM-in 36.2-ci maddəsinə əsasən zəruri müdafiə hüququ “dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur”. CM-in 36.3-cü maddəsində isə göstərilir ki, “qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Göründüyü kimi cinayət qanunu şəxsin özünü və ya başqa şəxsələri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur, be lə qəsddən həmin obyektləri mühafizə etmək tələbatının yaranmasından irəli gəlir. Müdafiə olunmaq hüququ dedikdə isə, şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb-qurtarması deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlər ilə qarşılıq verməsi (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Hüquq ədəbiyyatında hakim mövqe kimi qəbul edilən və düzgünlüyü hüquqtətbiqetmə təcrübəsi ilə təsdiq edilən yanaşmaya görə zəruri müdafiənin qanuniliyini şərtləndirən bir sıra əlamətlər var ki, onlar ictimai təhlükəli qəsdi və yaxud müdafiəni xarakterizə etməsindən asılı olaraq iki qrupa bölünür və şəxsin əməlinin hətta bu şərtlərdən birinin tələbinə cavab verməməsi artıq onun vəziyyətinin zəruri müdafiə kimi qiymətləndirilərək bu əsasla cinayət məsuliyyətind ən azad edilməsinin qarşısını alır. A. Birinci qrupa, yəni ictimai təhlükəli qəsdə aid olan şərtlər (əlamətlər) aşağıdakılardır. 1) Qəsd edənin əməli ictimai təhlükəli olmalı və xarakterinə görə, əgər qəsd edənin iradəsindən asılı olmayan hər hansı hal baş verməzsə, o cümlədən qəsdə məruz qalan müdafiə oluna bilməzsə, sonuncunun və yə başqasının həyatına, sağlamlığına, CM-in 36.1-ci maddəsində sadalanan digər obyektlərə zərər vura bilən olmalıdır (belə zərər vurma potensialına malik olmalıdır). Bu şərtə görə müdafiə üzrə hərəkətlər qəsd edənin məhz ictimai təhlükəli olan və xarakterinə görə CM-in 36.1-ci maddəsində göstərilən obyektləri təhlükə altına alan hərəkətlərinə qarşı törədilməlidir. 2) Qəsd mövcud (başa çatmamış) olmalıdır. Yəni yalnız qəsdin davam etməsi vəziyyətində şəxsin qəs d edənə zərər vurması zəruri müdafiə vəziyyətində edilən hərəkət hesab edilə bilər. Və yaxud qəsd başa çatsa da, işin həqiqi hallarına görə şəxsin bunu dərk etməsi istisna edildikdə (nə vaxt ki, müdafiə olunan şəxs tərəfindən ictimai təhlükəli qəsdin davam etməsi ağlabatanlıqla və vicdanlı şəkildə güman edilir) hərəkət zəruri müdafiə vəziyyətində törədilən əməl kimi qiymətləndirilə bilər. 3) Qəsdin həqiqiliyi (real olması) bu qrupa aid olan üçüncü şərtdir. Bu şərtə görə CM-in 36.1-ci maddəsində sadalanan obyektləri təhlükə altına alan qəsd xəyali olmamalı, obyektiv olaraq mövcud olmalıdır. B. Zəruri müdafiənin qanunauyğunluğunu göstərən müdafiəyə aid edilən şərtlər isə aşağıdakılardır. 1) Müdafiə (müdafiə üzrə hərəkətlər) əgər ictimai təhlükəli qəsd dairəsi qanunla (CM-in 36.1-ci maddəsi i lə) müəyyən edilmiş obyektlərə yönəlmişsə (onları təhlükə altına almışsa) zəruri (qanunauyğun) ola bilər. 2) İctimai təhlükəli qəsdə məruz qalmış şəxs müdafiə olunarkən zərəri məhz qəsd edənə yetirməlidir. Bu şərt birbaşa CM-in 36.1-ci maddəsinin məzmunundan irəli gəlir və onu ehtiva edir ki, zəruri müdafiə zamanı müdafiə üzrə hərəkətlərdən zərər görən - ictimai təhlükəli qəsdi törədən şəxs olmalıdır. 3) Zəruri müdafiənin qanunauyğunluğunu şərtləndirən üçüncü şərt müdafiənin qəsdin xarakterinə və təhlükəliliyinə uyğun gəlməsini tələb edir. Müdafiə olunan yalnız qəsdən (ehtiyatsızlıqdan deyil), həm də açıq-aşkar qəsdin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə uyğun gəlməyən hərəkətlər törətdikdə, zəruri müdafiənin qanuniliyi tələbi pozulmuş olur və belə hərəkətlər CM-in 36.3-cü maddəsin ə əsasən zəruri müdafiə həddini aşma kimi qiymətləndirilməlidir. Müdafiənin qəsdə uyğun gəlməsi o demək deyil ki, müdafiə üzrə hərəkətlər yalnız adi müqavimət göstərmə, məsələn zərbələrdən yayınma, hücum edənin əlini tutma, özündən kənarlaşdırma kimi hərəkətlərlə məhdudlaşdırılmalıdır. Zəruri müdafiə qəsdə məruz qalmış şəxsin müxtəlif hərəkətlərində, o cümlədən qəsd edənin sağlamlığına zərərin vurulmasında, həyatdan məhrum edilməsində, əmlakının zədələnməsində və ya məhv edilməsində, azadlığının məhdudlaşdırılmasında və s. ifadə oluna bilər. Bu və ya digər qəsdən törədilən əməlin zəruri müdafiə həddini aşmaqla törədilməsinə görə CM-in xüsusi hissəsinin ayrıca normasında belə əlamətlə müşayiət olunmayan əməllə müqayisədə daha yüngül məsuliyyət müəyyən edilibsə, əməl məhz həmin (xüsusi halı müəyyən edən) cinayət-hüquqi norma ilə tövsif olunmalıdır. Təsvir edilənlərdən çıxış etməklə birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları barədə və onların hüquqi qiymətləndirilməsi üzrə qənaətləri təhlil edildikdə, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulması ilə bağlı olan əməlinin ittiham aktında göstərilən CM-in 126.2.4-cü maddəsindən 130.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşmayıb həmin əməli CM-in 126.1-ci maddəsi ilə tövsif edən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli hökmündən görünür ki, məhkəmə Məhkum əməlində CM-in 130.1-ci maddəsinə nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma cinayətinin deyil, qəsdən sağlamlığa ağır zərər vurmanın (CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin) tərkibinin olması haqqında nəticəyə gələrkən əsasən aşağıdakılardan çıxış etmişdir: _ Məhkum avtomobilini dörd avtomobildə təqib edən Zərərçəkmiş şəxs və onun təxminən 6-7 nəfər tərəfdaşı avtomobili sıxışdırıb saxlatdırdıqdan sonra Məhkum münaqişədən yayınmaq (məsələn, idarə etdiyi avtomobilin qapılarını bağlayıb avtomobildən düşməyərək mobil telefonla dərhal 102 xidmətinə məlumat vermək və yaxud Zərərçəkmiş şəxs bir dəfə yüngül xəsarət yetirməklə münaqişədən yayınmaq) imkanı olduğu halda, avtomobildən düşərək onun üzərinə gələn Zərərçəkmiş şəxs hərəkətlərinə “adekvat cavab vermiş”, hətta Zərərçəkmiş şəxs sağlamlığına ikisi ağır zərər vurmaya aid olan ümumilikdə üç xəsarət yetirmişdir; _ Məhkum Zərərçəkmiş şəxs və onunla olan digər şəxslərin hücumuna uğrasa da, Zərərçəkmiş şəxs onun zərbələrinin təsirindən və ya büdrəyərək yerə yıxıldıqdan sonra, yəni artıq müqavimətini qırdığı üçün ictimai təhlükəli qəsdə məruz qalmadığı vəziyyətdə Zərərçəkmiş şəxs əlindəki deşici-kəsici aləti alaraq onunla Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur; _ Məhkum, yüngül xəsarət yetirməklə kifayətlənmək mümkün olduğu halda, Zərərçəkmiş şəxs deşici-kəsici alətlə ikisi sağlamlığa ağır zərər vuran xəsarətlər olmaqla, ümumilikdə üç xəsarət yetirmişdir. Bunlara Məhkum əməlinin CM-in 130.1-ci maddəsi ilə tövsifinin düzgün olmadığını, onun əməlinə məhz CM-in 126.1-ci maddəsinin şamil edilməli olduğunu göstərən hallar kimi istinad etməklə yanaşı, apellyasiya instans iyası məhkəməsi eynilə birinci instansiya məhkəməsinin hökmündə olduğu kimi Zərərçəkmiş şəxs 6-7 nəfər tərəfdaşları ilə birlikdə dörd avtomobildə bir gün əvvəl aralarında baş vermiş münaqişəyə (Məhkum Zərərçəkmiş şəxs qarşı CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə) görə Məhkum idarə etdiyi avtomobili təqib etmələrini; Məhkum təqibdən yayınmaq üçün səy göstərməsinə baxmayaraq öz avtomobilləri ilə maneə yaratmaqla Məhkum avtomobilini sıxışdırıb saxlamağa müvəffəq olduqlarını; bundan sonra Zərərçəkmiş şəxs əlində olan dəmir alətlə və onunla gəlmiş digər şəxslər Məhkum üstünə getdiklərini və zor tətbiq etmək hədəsi ilə avtomobildən düşməsini tələb etdiklərini; Məhkum isə avtomobilinin şüşələrini qaldırmaqla və qapılarını bağlamaqla avtomobildən düşmədiyini; buna görə Zərərç əkmiş şəxs əlindəki əşya ilə və onunla olan digər şəxlərin avtomobilə zərbələr vurub onu zədələdiklərini, nəticədə Məhkum avtomobilinə 1270 manat məbləğində zərər dəydiyini; ona edilən hücum müddətində (avtomobildən çıxmaqdan imtina etdiyi müddətdə) Məhkum dostlarını çağırdığını və onlar (Şahid3 və Şahid2 Əlisahar oğlu) gəldikdən sonra avtomobildən düşdüyünü; bu zaman da Zərərçəkmiş şəxs əlindəki deşicikəsici alətlə onun üstünə getdiyini, lakin Məhkum ona müqavimət göstərməsindən (zərbələr endirməsindən) və ya özünün büdrəməsindən yerə yıxıldığını; bundan sonra Məhkum Zərərçəkmiş şəxs əlindən həmin aləti alıb onunla Zərərçəkmiş şəxs üç zərbə vurmaqla onun sağlamlığına ağır zərər vurduğunu işin həqiqi halları qismində qəbul etmişdir. Qeyd edilən (hər iki instansiya məhkəmələri tərəfindən həqiqət kimi qəbul edilən) həmin faktiki hallar CPM-in tələblərinə uyğun olaraq tədqiq edilib-qiymətləndirilmiş sübutların məcmusuna və bu sırada yalnız məhkumun və onun hadisə yerinə çağırdığı şahidlər Şahid3 və Şahid2 nun ifadələrinə deyil, həm də Zərərçəkmiş şəxs özünün və onunla birlikdə hadisə yerində olmuş qardaşı Şahid1 ifadələrinə əsasən müəyyən edilmişdir (bu və digər sübutlar birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin hökmlərində ətraflı təsvir olunduğundan, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Lakin sözügedən faktiki halları birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin çıxardıqları fərqli hüquqi nəticələrlə (birinci instansiya məhkəməsinin faktları CM-in 130.1-ci maddəsin də nəzərdə tutulmuş əməl kimi, apellyasiya instansiyası məhkəməsinin isə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməl kimi qiymətləndirmələri ilə) müqayisə etdikdə, məhz birinci instansiya məhkəməsinin qənaətinin müəyyən olunmuş faktiki hallara və onların əsasında duran sübutlara uyğun olmaqla Azərbaycan Respublikası CPM-in 349.4 və 349.5-ci maddələrinin tələblərinə (məhkəmə hökmünün qanuniliyinə və əsaslılığına dair meyarlara) cavab verdiyi müəyyən edilir. Çünki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulması ilə nəticələnmiş hərəkətlərinin məzmunu yuxarıda qeyd edilən (zəruri müdafiə vəziyyətini xarakterizə edən) şərtlər kontekstində CM-in 36.3-cü maddəsi ilə ehtiva olunan zəruri müdafiə həddini aşma halı ilə uyğunluq təşkil edir. Belə ki, ictimai təhlükəli qə sdə aid olan üç şərt baxımından (A) əməl təhlil edildikdə, aşağıdakılar müəyyən olunur. 1) İşin mübahisələndirilməyən faktiki hallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs və onunla birlikdə olan 6-7 nəfər şəxsin avtomobillərlə onu təqib etmələrinə və daha sonra avtomobili sıxışdırılıb saxlanıldıqdan sonra onlar tərəfindən avtomobilinə zərərin vurulması, zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hücuma uğramaqla ictimai təhlükəli qəsdə məruz qalmışdır. Məhkum təqibdən qaçmaq üçün səy göstərməsindən, məcburi şəkildə dayandırıldıqdan sonra özünün zor tətbiq etmə hədəsinə və avtomobilinin zərbələrə uğramasına baxmayaraq, şüşələri qaldıraraq və qapıları bağlayaraq avtomobilin salonundan bayıra çıxmaqdan imtina etməsindən görünür ki, o, aşkar surətdə hücuma məruz qalan şəxs olmaqla hücum edə nlərlə qarşılıqlı dalaşma vəziyyətində (qarşılıqlı münaqişənin tərəfi rolunda) olmamışdır. Bir gün əvvəl onun zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətini törətməsi də onun ikinci hadisədəki roluna təsir göstərən amil kimi qiymətləndirilə bilməz. Çünki, həmin cinayət hadisəsi bir gün əvvəl törədilərək başa çatmış, Zərərçəkmiş şəxs və digər şəxslərin ona qarşı olan hücumu isə həmin xuliqanlıq hadisənin gedişində deyil, onun hüdudlarından kənarda, tamamilə yeni ictimai təhlükəli hərəkətlər olaraq, Məhkum heç bir hüquq pozuntusuna, əxlaqa zidd davranışa yol vermədiyi vəziyyətdə törədilmişdir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən çıxarılmış 9 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla sözgedən hadisə zamanı Zərərçəkmiş şəxs, Şahid1 və hadisə yerində olmuş digər şəxslərin hərəkətləri ictimai qaydanın pozulmasına səbəb olan əməllər hesab edilərək, həmin hərəkətlərin araşdırılıb-qiymətləndirilməsi üçün hazırkı işdən materialın ayrıca icraata ayrılması da Məhkum Zərərçəkmiş şəxs və onunla birlikdə olan 6-7 nəfər şəxsin ictimai təhlükəli qəsdinə uğradığını bir daha təsdiq edir. Sübutların qiymətləndirilməsi qərarında Zərərçəkmiş şəxs və onunla birlikdə gəlmiş digər şəxslərin hərəkətlərinin təsviri, eləcə də məhkəmələr tərəfindən bu xüsusat üzrə müəyyən edilmiş hallar (hücum zamanı sağlamlığa və özgə əmlakına zərər vurmaq xassəsinə malik olan əşyalardan istifadə olunması, avtomobilə zərərin vurulması, Zərərçəkmiş şəxs və digərlərinin Məhkum zor tətbiq etmə hədəsi ilə avtomobildən çıxmağı tə ləb etmələri) açıq-aşkar onu göstərir ki, onların Məhkum qarşı yönələn ictimai təhlükəli qəsdi (xarakterinə görə) Məhkum hüquqları (əmlak və sərbəst hərəkət etmək hüquqları) ilə yanaşı fiziki zor tətbiq etməni (sağlamlığına zərər vurmanı da), yəni CM-in 36.1-ci maddəsində göstərilənləri ehtiva etmişdir. 2) İşin həqiqi hallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs qarşı sağlamlığa zərər vurma ilə nəticələnən əməli törədərkən ictimai təhlükəli qəsd mövcud olmuşdur (davam etmişdir). İctimai təhlükəli qəsdin mövcud olması (davam edib-etməməsi) yalnız qəsd edənin və ya qəsdə məruz qalanın hərəkətlərinin hansısa bir elementinə görə deyil, onların və hadisədə iştirak edən digər şəxslərin hərəkətlərinin tam məzmunu, əməlin törədilməsi şəraiti nəzərə alınmaqla dəyərləndirilməlidir. O cümlədən, şə raitə görə hücuma məruz qalan şəxs ictimai təhlükəli qəsdin başa çatmasını anlamaq imkanında deyilsə, zəruri müdafiə vəziyyəti istisna edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum avtomobildən çıxdıqdan sonra ona hücum etməkdə olan Zərərçəkmiş şəxs zərbələr vurub, sonuncunun bu zərbələrin təsirindən və ya büdrəməsindən yerə yıxılmasını onun “müqavimətinin qırılması”, yəni Məhkum yönəlik ictimai təhlükəli qəsdinin başa çatması hesab etmiş və müstəsna olaraq Zərərçəkmiş şəxs yıxılma faktından çıxış edərək Məhkum sonrakı hərəkətlərini, o cümlədən deşici-kəsici alətlə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasını zəruri müdafiəni istisna edən vəziyyət (əməlin CM-in 126.1-ci maddəsi ilə tövsifini şərtləndirən hal) kimi qiymətləndirmişdir. Belə ki, tanışları Şahid3 və Şahid2 hadisə yerinə gələndən sonra Məhkum avtomobildən çıxıb onun üstünə gələn (əlində deşici-kəsici alət olan) Zərərçəkmiş şəxs əli ilə zərbələr vurmaqla qarşılıq versə də və bu zaman həmin zərbənin təsirindən və ya büdrəməsindən Zərərçəkmiş şəxs yıxılsa da, deşici-kəsici alət onun əlində qalmış və apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs yıxıldıqdan sonra (lakin hələ deşicikəsici alət əlində olduğu vəziyyətdə) nə onun, nə də ki, onunla birlikdə olan təxminən 6-7 nəfər şəxsin Məhkum qarşı zor tətbiq etmək niyyətindən əl çəkdiklərini göstərən heç bir fakt göstərməmişdir. Əksinə, şərait (o cümlədən, hadisə yerində Zərərçəkmiş şəxs təxminən 6-7 nəfər münaqişə edən tərafdaşının olması, Zərərçəkmiş şəxs və digər şəxlərin əvvəlki niyyətindən əl çəkdiklərini açıq şəkildə göstərən halları n olmaması), hətta Məhkum Zərərçəkmiş şəxs əlindəki deşici-kəsici aləti alıb dərhal onunla Zərərçəkmiş şəxs zərbələr vurarkən də ictimai təhlükəli qəsdin davam etdiyini və Məhkum tərəfindən hadisələrin gedişatının bu cür qəbul edilməsinin ağlabatan və inandırıcı olduğunu göstərir. 3) Cinayət işi üzrə müəyyən edilmiş hallar onu da təsdiq edir ki, birinci instansiya məhkəməsinin Məhkum müdafiə olunan şəxs vəziyyətində görməsi müdafiə olunmaq hüququnun yaranmasını (müdafiənin zəruriliyini) şərtləndirilən ictimai təhlükəli qəsdin reallığı, yəni xəyali deyil, obyektiv olaraq mövcud olması tələbinə də cavab verir. Belə ki, həm ibtidai istintaq orqanının mövqeyinə (sübutların qiymətləndirilməsi qərarında əksini tapmış Zərərçəkmiş şəxs və onunla birlikdə hadisə yerinə gəlmiş 6-7 nəfər şəxsin hərək ətlərinin qiymətləndirilməsinə həsr olunmuş müddəalara), həm də məhkəmələrin qeyd olunan məsələ üzrə üst-üstə düşən qənaətlərinə görə Zərərçəkmiş şəxs və onunla olan digər şəxslər real olaraq Məhkum avtomobilləri ilə təqib edib, onun hərəkət etmək imkanlarını məhdudlaşdırmaqla, avtobobilinin içərisində qapandığı vaxt Məhkum zor tətbiq etmək hədəsi ilə (o cümlədən, Zərərçəkmiş şəxs əlindəki deşici-kəsici alətlə) hədələməklə və ondan avtomobildən çıxmağı tələb etməklə, Zərərçəkmiş şəxs və digər şəxslər müxtəlif əşyalarla Məhkum avtomobilini zədələməklə sonuncuya hücum edib onu xarakterinə görə ictimai təhlükəli olan qəsdə məruz qoymuşlar, Məhkum də onların hərəkətlərini özünə qarşı real təhlükə kimi görüb ictimai təhlükəli qəsd kimi qiymətləndirməkdə faktiki səhvə yol verməmişdir (xəyali hüc umdan müdafiə kimi hal mövcud olmamışdır). Zəruri müdafiənin qanunauyğunluğunu müəyyən edən müdafiəyə aid (B) üç şərtə gəldikdə, Məhkum hərəkətlərinin onlardan birinci və ikinci şərtlərin tələblərinə cavab verdiyi görünür. 1) Belə ki, yuxarıda qeyd olunduğu kimi müdafiəyə aid birinci şərt ictimai təhlükəli qəsd dairəsi qanunla müəyyən edilmiş obyektlərə yönəldiyi (onları təhlükə altına alındığı) halda müdafiənin yol verilən olduğunu ehtiva edir. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan isə görünür ki, Zərərçəkmiş şəxs və onunla birlikdə olan şəxslərin ictimai təhlükəli qəsdi (xüsusilə, deşici-kəsici alətlə zor tətbiq etməklə Məhkum hədələmə və üstünə hücum çəkmə, onu avtomobillərlə təqib edib sərbəstliyini məhdudlaşdırma, müxtəlif əşyalarla avtomobilini zədələməklə Məhkum maddi zərər vurm a) məhz CM-in 36.1-ci maddəsi ilə müəyyən edilmiş dairəyə daxil olan obyektləri – şəxsin (Məhkum) sağlamlığını və hüquqlarını təhlükə altına almışdır. Və məhz bu obyektlərin təhlükə altına alınması Məhkum onların müdafiəsinə yönələn hərəkətlər etməsini şərtləndirmişdir. 2) Məhkum hərəkətləri ilə müdafiəyə aid ikinci şərtin ehtiva etdiyi – müdafiə olunanın hərəkətlərindən zərər çəkənin yalnız ictimai təhlükəli qəsdi törədən şəxsin olması barədə tələb arasında da uyğunluq olmuşdur. Belə ki, Məhkum qarşı ictimai təhlükəli qəsdi törədən şəxslər sırasında Zərərçəkmiş şəxs olmuş, hətta Məhkum qarşı ictimai təhlükəli qəsdin təşəbbüskarı olmaqla, deşici- kəsici alətlə Məhkum hücum etməklə, avtomobilini dəmir alətlə zədələməklə əməllərin törədilməsində xüsusi aktivliyi ilə seçilmişdir. Məhkum ict imai təhlükəli qəsddən müdafiə olunarkən sağlamlığına ağır zərər vurduğu şəxs də məhz Zərərçəkmiş şəxs olmuşdur. 3) Müdafiənin qanunanuyğunluğunu şərtləndirən üçüncü tələb isə yuxarıda qeyd olunduğu kimi, müdafiənin qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasıdır. Əgər müdafiə üzrə qəsdən törədilən hərəkətlər ilkin qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmirsə, zərurətlə şərtləndirilmiş (qəsddən qorunmaq üçün kifayət edən) müdafiənin hüdudlarından kənara çıxan hərəkətlərin törədilməsi kimi çıxış edir və bu üzdən, artıq cinayət məsuliyyətinə səbəb olan zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkum hərəkətlərini – deşici-kəsici aləti Zərərçəkmiş şəxs əlindən aldıqdan sonra dərhal onunla Zərərçəkmiş şəxs ikisi (hər biri) həyat üçün t əhlükəli olduğuna görə sağlamlığa ağır zərər vuran, biri isə sağalamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər olmaqla, ümumilikdə üç xəsarət yetirməsi faktını yuxarıdakı şərtlə müqayisə etdikdə, xəsarətlərin ictimai təhlükəli qəsdin davam etməsi (hadisənin gedişatının Məhkum tərəfindən vicdanlı olaraq bu cür qavranılması) şəraitndə yetirilməsinə baxmayaraq, Məhkum hərəkətləri qəsddən qorunmaq üçün yetərli olan hərəkətlərdən aşkar surətdə artıq olmuşdur. Çünki, Zərərçəkmiş şəxs və onunla birlikdə olan digər şəxslərin qəsdi Məhkum həyatını deyil, sağlamlığını, əmlakını, sərbəstliyini təhlükə altına aldığı vəziyyətdə o, Zərərçəkmiş şəxs həyatına təhlükə yaradan və bir deyil, iki xəsarət yetirmiş, bununla da kifayətlənməyib deşici-kəsici alətlə Zərərçəkmiş şəxs üçüncü zərbəni vurmuşdur. Hə mçinin, Məhkum müdafiə üzrə hərəkətlərinin şəraitə görə zəruri olan həddi aşması həm də ondan görünr ki, o, Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmanı artıq onun (Məhkum) çağırışı ilə köməyinə gəlmiş dostları – Şahid3 və Şahid2 hadisə yerində olduqları müddətdə və münaqişəyə müdaxilə etdikləri şəraitdə törətmişdir. Qeyd olunan hal (müdafiə tədbirləri ilə qəsdin xarakteri və ictimai təhlükəliliyi arasında olan açıq-aşkar uyğunsuzluq) Məhkum Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulması ilə nəticələnmiş əməlini CM-in 36.3-cü maddəsinə əsasən zəruri müdafiə həddini aşan əməl olaraq qiymətləndirilməsini labüd etsə də, Məhkum ümumiyyətlə ictimai təhlükəli qəsdə uğramayan və ondan müdafiə olunmayan şəxs hesab etmək üçün də əsas vermir. Çünki, o, ictimai-təhlükəli qəsdə məruz qaldığı vəziyyətdə və müddətdə qəsd edənin sağlamlığına ağır zərər vurmuş, yəni hər bir halda qəsddən müdafiə olunan şəxs olmuşdur, lakin müdafiə olunmaq üçün kifayət edən (şəraitə görə zəruri olan) müdafiə tədbirlərindən artıq olan hərəkətlərə əl atmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum zəruri müdafiə həddini aşmaqla Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasını Məhkum ictimai təhlükəli qəsddən müdafiə olunan şəxs kimi qiymətləndirilməsini istina edən və onun əməlinin CMin 126.1-ci maddəsi ilə tövsif olunmasını tələb edən hal kimi qiymətləndirilməsi işin həqiqi hallarını tam şəkildə nəzərə almayan, zəruri müdafiəyə dair məsələləri tənzimləyən cinayət hüquqi normanın, xüsusilə də CM-in 36.3-cü maddəsinin tələbi ilə uzlaşmayan nəticə kimi çıxış edir. Eynilə, apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiə vəziyyətində olmasını və əməlin CM-in 130.1-ci maddəsi ilə tövsifini istisna edən hal kimi onun ictimai təhlükəli qəsdə məruz qalıb avtomobilində olduğu müddətdə mobil telefonu ilə 102 xidmətinə məlumat vermək və yaxud başqa yolla münaqişədən yayınmaq imkanına malik olmasına istinad etməsi də CM-in 36.2-ci maddəsi ilə bir araya sığmayan hüquqi mövqe olduğundan qəbul edilə bilməz. Həmin norma, artıq yuxarıda qeyd olunduğu kimi, şəxsin zəruri müdafiə hüququnu dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq tanıyır. Beləliklə, yuxarıda şərh edilən səbəblərdən (Məhkum ictimai təhlükəli qəsddən müdafiə üzrə hərəkətləri müdafiəyə aid üçüncü şərtin tələbinə ca vab vermədiyindən), onun Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulması ilə nəticələnmiş əməli CM-in 36-cı maddəsinə əsasən (birinci instansiya məhkəməsinin hökmündə olduğu kimi) zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma olaraq qiymətləndirilməli və apellyasiya instansiyası məhkəməsinin düzgün olmayaraq həmin əmələ şamil etdiyi CM-in 126.1-ci maddəsindən zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edən CM-in 130.1-ci maddəsinə tövsif edilməlidir. Lakin, işin mübahisələndirilməyən hallarından görünür ki, şərh edilən cinayət hadisəsi xx xx xx 2022-ci ildə törədilməklə, apellyasiya instansiyası məhkəməsinin hökmünün çıxarıldığı və qüvvəyə mindiyi 23 iyul 2024-cü il tarixinədək CM-in 75.1.1-ci maddəsində böyük ictimai təh lükə törətməyən cinayətlərə münasibətdə müəyyən edilmiş 2 il təşkil edən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş və müdafiə tərəfi CM-in 221.1-ci maddəsində göstərilən cinayətdən fərqli olaraq, zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma cinayəti ilə əlaqədar Məhkum bəraətverici sayılmayan həmin əsasla cinayət təqibinə və bu hissədə cinayət işi üzrə icraata xitam verilməsinə razılıq vermişdir (müdafiəçi bunu əks etdirən ərizəni məhkəmə kollegiyasına təqdim etmişdir). Odur ki, şərh edilən hal, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verməsi, yəni məhkəmə aktının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntu kimi qi ymətləndirilməli, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməklə mübahisələndirilən hökm dəyişdirilməli, Məhkum sözügedən əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilib CM-in 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-in 39.1.3-cü maddəsində təsbit edilmiş əsasla bu (CM-in 130.1-ci maddəsi ilə olan) hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, Məhkum CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəzanın təyin edilməməsi hissəsində isə apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafi əçinin və Məhkum, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 iyul 2024-cü il tarixli hökmü yuxarıda gösərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 iyul 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilsi n. Məhkum həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 130.1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün çıxarıldığı tarixədək zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün və müdafiə tərəfinin bəraətverici sayılmayan əsasla bu hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə razılığı nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində göstərilən əsasla həmin hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məs uliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə ilə ona cəzanın təyin edilməməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Məhkum Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddə ilə ona cəzanın təyin edilməməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanıldığına və hazırkı qərarla Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verildiyinə görə Məhkum məhkəmə iclas zalında dərhal azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar