Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1510/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli, 1(103)-1024/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1991-ci il tarixdə Gürcüstanın Bolnisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamışdır. 2. 04 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Hüseynov qabaqcadan əlbir olan bir qr up şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan Elşən adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə 2021-ci il fevralın 21-də saat 17 radələrində ünvan 2 ünvanında yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin qarşısında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan təmiz çəkisi 3,928 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış və 2021-ci il fevralın 23-də saat 17:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə n əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum ünvan 3 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib orada saat 17:50-dən etibarən üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,928 qram külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. 3. 23 avqust 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(101)-174/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 04 (dörd) ay müddəti təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması hökm edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək Bakı Ağır Cinayətlər məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun daha ağır cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
6. Hökmdən həmçi nin məhkum apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun gənc olmasını, ilk dəfə məhkum olunmasını, əməlindən peşman olmasını nəzərə almamış və ona ağır cəza təyin etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci tarixli, 1(103)-1024/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddə tinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 04 (dörd) ay müddəti təyin edilmiş ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 31 may 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli, 1(103)-1024/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisinin külli miqdarının aşağı həddindən 2 dəfəyə yaxın çox, onun gündəlik ehtiyacının yuxarı həddindən isə 26 dəfədən çox olduğunu nəzərə almamış. Kassasiya müəllifinin fikrincə, məhkəmələr Məhkum özünü müdafiə xarakterli ifadələrini əsas götürsələr də, onun həyat şəraiti, haradan qazanc əldə etməsi hallarını yoxlamamalarında, Məhkum üzərində şəxsi axtarış aparılarkən ondan aşkar edilmiş 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefonlarda hansı məlumatların olmasının, onun müxtəlif şəxslərlə bu məzmunda yazışma və danışıqlar aparıb-aparmaması xüsusatlarının araşdırılmamasında səhvə yol vermişlər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli, 1(103)-1024/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qəra rın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və də yişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin ona təyin edilən cəzanın yüngül olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci mad dələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli, 1(103)-1024/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Şəxsin əməlində cin ayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsin i və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
20. İstinad edilən maddi cinayət-hüquqi normaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini bütövlü kdə əsassız hesab edir.
21. Belə ki, protest müəllifinin müvafiq dəlillərinin tam əksinə olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində müəyyən edilir ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
22. Qanunun istinad edilən normasına izah verən Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında da qeyd edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin öz ünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və nar kotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, §§ 8 və 9, 04 mart 2011-ci il)
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında m əlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).
24. İstinad edilən maddi hüquq normalarından, məhkəmə praktikası tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrindən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiqləyən hər hansı sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təkcə şəxsin üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəl ərində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə ziddir.
25. Protest müəllifi - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli ədliyyə müşaviri Dövlət ittihamçısı2 digər dəlili mahiyyətcə ondan ibarətdir ki, məhkəmələr Cinayət-Prosessual Məcəlləsinə əsasən istintaq orqanı və ittiham tərəfinə aid edilmiş vəzifələri öz üzərinə götürməmiş, cinayətin əlamətlərinin və həmin əməlin törədilməsində şəxsin təq sirliliyinin müəyyən edilməsi məqsədilə ittiham tərəfinin faktiki olaraq təqdim etmədiyi sübutları tədqiq etməmiş, onların toplanılması istiqamətində hər hansı tədbir görməmiş və bununla da cinayət-prosessual normalarının tələblərini pozmuşlar.
26. Bu fikrə münasibətdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və həmin əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirl i olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
28. Cinayət işinin materiallarından isə görünür ki, protest müəllifinin istinad etdiyi hallar istintaq orqanı tərəfindən araşdırılmamış, bu hallara dair sübutlar “Sübutların qiymətləndirilməsi haqqında” qərarda (c.1, səh. 175-185) və İttiham aktında (c.1, səh. 215-224) əks edilməmiş, birinci instansiya məhkəməsində ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutları kifayət hesab edərək məhkəmə istintaqının ittiham tərəfindən təqdim olunan sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdrılmasına dair vəsatəti məhz məhkəmə baxışında iştirak etmiş dövlət ittihamçısı irəli sürmüş (c.2 səh. 41-42), apellyasiya instansiya məhkəməsində məhkəmə baxışında iştirak etmiş, hazırki kassasiya protestinin müəllifi olan dövlət ittihamçıs ı da ibtidai istintaqın səthi aparılması nəticəsində toplanılmış sübutların ittihamı sübuta yetirməsi üçün kifayət etmədiyini bildirən və müvafiq nöqsanların aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsi məqsədini daşıyan hər hansı vəsatəti məhkəmə qarşısında qaldırmamışdır (c.2 səh. 9495).
29. Nəhayət, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3cü maddələrinə istinad etməklə qeyd edir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi mövcud qanunvericiliklə məhkəmələrin yox, ittiham tərəfinin üzərinə qoyulmuşdur. 30.Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
31. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu hissəyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkuma təyin edilmiş cəza maddi hüquq normalarına uyğundu r.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
33. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digə r cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
34. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
35. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.
36. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanı onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və ağırlığına, eləcə də məhkumun ş əxsiyyətinə uyğun olmayan cəza hesab edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(101)-174/2022 nömrəli hökmünü dəyişdirib, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
38. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum yekun cəza təyin edilərkən onun ilk dəfə olaraq cinayət əməli törətdiyi, törətmiş olduğu cinayət əməlini etiraf etdiyi, törətdiyi əməldən peşman olduğu cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi və məhkumum şəxsiyyə tini səciyyələndirən hallar kifayət qədər nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni və əsaslı (cəza təyini ilə bağlı hissə istisna olmaqla) hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün cəzaya aid hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
40. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin hazırki kassasiya protesti ilə mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
41. Odur ki, məhkəmə kollegiyası döv lət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli, 1(103)-1024/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli, 1(103)-1024/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.