Məhkəmə qərarları › İş №1(102)-1510/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1510/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1510/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli 1(103)-2070/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasi ya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 1(101)-1436/2022 nömrəli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) xx xxxxxx 1980-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 0 3 mart 2022-ci il tarixdən hesablanmış, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov ) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunduğu əməli həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyiş dirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xuliqanlıq niyyəti ilə 03 mart 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən «OBA» marketin yaxınlığında tanışı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl borc kimi verdiyi pulu qaytarmamasını cüzi səbəb kimi bəhanə edərək, üzərində gəzdirdiyi təyinatı məlum olmayan bir ədəd kiçik ölçülü açılıb-bağlanan bıçaq ilə bir dəfə Zərərçəkmiş şəxs bədən nahiyəsindən vuraraq ona daxili qanaxma, diafraqmanın və qara ciyərin zədələnməsi, sağ tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarı sının arxa səthinin sağ plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum təsvir edilən hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə deyil, təqsirkar və zərərçəkmiş şəxs arasında sözlü mübahisə ilə başlamış, Məhkum söyülməsi, daha sonra zorakılıqla müşayiət olunan münaqişənin baş verməsindən sonra törəyən şəxsi qərəzli münasibətlər zəminində bıçaqla vurub onun sağlamlığına qəsdən ağır zərər vurması haqqında nəticəyə gəlib, Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmı şdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli 1(103)-2070/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdir ildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya protestində Məhkum törətdiyi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində “xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma” kimi təsbit olunmuşdur. Həmin cinayət-hüquqi norma ilə müqayisə edilməli olan fa ktiki hallarla bağlı isə aşağıdakılar qeyd olunmalıdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə cinayətin tövsifi məsələsində razılaşmayıb Məhkum əməlinin cüzi səbəb kimi bəhanə olaraq (“heç bir əsaslı səbəb olmadan”), yəni xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsini səhv nəticə kimi qiymətləndirərkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi cinayətin səbəbsiz deyil, təqsirkarın zərərçəkmiş şəxsə daha əvvəl vermiş olduğu borc pulun qaytarılması ilə bağlı yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən Məhkum söyməsindən, daha sonra aralarında zorakılıqla müşayiət olunan münaqişənin baş verməsindən törəyən şəxsi qərəzli münasibətlər zəminində törədilməsini nəz ərindən qaçırmışdır. Apellyasiya məhkəməsinin Məhkum hərəkətini onunla zərərçəkmiş şəxs arasında sözlü mübahisə ilə başlamış, onun söyülməsi, daha sonra zorakılıqla müşayiət olunan münaqişənin baş verməsindən törəyən şəxsi qərəzli münasibətlər zəminində şərtləndirməsi, yəni qeyd olunan səbəblərin cinayətin törədilməsinə gətirib çıxarması haqqında qənaəti cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Belə ki, işin müəyyən edilmiş halla rından görünür ki, Məhkumlə Zərərçəkmiş şəxs yaxşı münasibətdə olmuşlar, Zərərçəkmiş şəxs pula ehtiyacı olduğuna görə Məhkum ona müəyyən miqdarda borc pul vermiş, zərərçəkmiş şəxs götürdüyü pulu qaytarmamış, hətta Məhkum ona zəng etməsinə baxmayaraq onun zənglərinə də, cavab verməmiş, «OBA» marketin yaxınlığında bununla bağlı onların arasında sözlü mübahisə yaranmış, sözlü mübahisə onun təhqir olunmasına (nə qədər ki, bununla bağlı məhkumun vermiş olduğu ifadə təkzib olunmamışdır), daha sonra dərinləşərək Məhkumlə Zərərçəkmiş şəxs arasında zorakılıqla müşayiət olunan münaqişənin baş verməsi səbəb olmuşdur. Apellyasiya məhkəməsinin müəyyən edilmiş saydığı bu hallar məhkəmədə bilavasitə araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxs Məhkum, Zərərçəkmiş şəxs ifadələrinə əsaslanır (b u ifadələr apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib məhkəmələr tərəfindən onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür). Yuxarıda təsvir edilmiş halların adları qeyd olunan şəxslərin ifadələri ilə uzlaşması məhkəmələrin çıxardıqları - Məhkum səbəbsiz, yəni xuliqanlıq niyyəti ilə deyil, söyülməsi, zorakılıqla müşayiət olunan münaqişənin baş verməsindən sonra törəyən şəxsi qərəzli münasibətlər zəminində hərəkət etməsi, onun əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olmaması haqqında nəticənin düzgün olduğunu göstərir. Kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, yuxarıda qeyd olunan və digər sübutlar cinayət pros esi tərəflərinin bərabər iştirakı təmin edilməklə tədqiq edilmiş, sübutlar aidiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlanılmış, apellyasiya məhkəməsi həmin sübutların həqiqi məzmununa uyğun olaraq işin faktiki hallarını müəyyən etmiş, yəni sübutların tədqiqinə dair cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə əməl etməklə onların düzgün qiymətləndirilməsini aparmışdır. Odur ki, kollegiya apellyasiya məhkəməsinin qərarının yoxlanılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən kassasiya protestinin təmin edilməsi, mübahisələndirilən qərarın isə ləğv edilməsi üçün əsasların olmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilmə sinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 29 dekabr 2022-ci il tarixli 1(103)-2070/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli 1(103)-2070/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar