Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1510/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Mahmudov (sədrlik edən), Dadaş İmanov və Nural Əliyev) 1(100)-47/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 2000-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.3 və 181.2.5ci maddələri ilə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təy in edilmiş, onun hazırki iş üzrə tutulduğu 3 (üç) gün müddət, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədlə 26 avqust 2020-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində onunla qonşuluqda yaşayan Şahid1 və onun əri X1 evdə olmadıqlarını, onların qızı Zərərçəkmiş şəxs isə evdə tək olmasını dəqiql əşdirdikdən sonra saat 13:30 radələrində giriş qapısından sonuncunun yaşadığı evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə sonuncudan pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs pulun olmadığını dedikdə əlindəki əşyanı silah qısmində tətbiq edib sonuncunun qarın nahiyəsinə dirəyərək ondan pul verməsini və ya evdə olan pulun yerini deməsini yenidən tələb etmiş, Zərərçəkmiş şəxs pulun olmadığını bir daha təkidlə bildirdiyi üçün əli ilə sonuncunun boğaz nahiyəsindən tutub sıxmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib ona boyunun, döş qəfəsinin ön səthinin geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlaml ığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə quldurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Salman Hüseynov) 01 mart 2023-cü il tarixli, 1(104)-44/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli, 1(100)-47/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum irəli sürülmüş ittihamdan CM-in 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilmiş, Məhkum CM-in 181.2.3cü maddəsi ilə təqsirli bilinib ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırki iş üzrə tutulduğu 03 (üç) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli 1(104)-44/2023 saylı qərarının dəyişdirməsini, Məhkum əməlini CM-in 181.2.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandır mışdır ki, birinci instansiya məhkəməsinin hökmündən və ikinci instansiya məhkəməsinin qərarından görünür ki, Məhkum edildiyi cinayətin mühüm əlamətləri mövcud deyildir və məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına əsaslanmır. Zərərçəkmiş şəxs Məhkum onun üzərinə evin həyətində basqın etdiyini göstərmişdir. Evinin həyətinə girişin isə qonşular üçün sərbəst olması və qonşu olan Məhkum sərbəst daxil olma hüququndan istifadə etməsi və bu sərbəst daxil olmanın isə gələnlər üçün həyətə daxil olma, xüsusilə də daxil olmanın qanunsuzluğu faktı əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə bu xüsusatı araşdırmamış və ona qiymət verməmişdir. Zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, onun yaşadığı evinin həyətinə girişin qonşular üçün sərbəst olması və qonşu olan Məhkum sərbəst daxil olma hüququndan sərbəst istifadə etməsi, Məhkum zərərçəkmiş şəxsin həyətinə daxil olarkən, həyətə daxil olmasına zərərçəkmiş şəxsin susması və irad bildirməməsi Məhkum zərərçəkmiş şəxsin razılığı ilə həyətə daxil olmasını ifadə edir. Məhkum zərərçəkmiş şəxsin həyətinə daxil olmasının hüquqa zidd və ya qanunsuz olması zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa və məhkəməyə ifadələrində onun həyətə icazəsiz, soruşmadan, qanunsuz və ya hüquqazidd üsulla daxil olması kimi qiymətləndirilməmişdir ki, bu da Məhkum zərərçəkmiş şəxsin həyətində onun razılığı ilə daxil olmasını təsdiq edir. Zərərçəkmiş şəxs ifadələrində bildirmişdir ki, evin həyətində iş görərkən, Məhkum onu atasını səsləyən “Məhəmməd əmi” çağırışını eşitmiş və ona cavab verərək atasının evdə olmadığını bi ldirmiş, bundan sonra Məhkum heç bir söz demədən həyətdən çıxıb getmişdir. Məhkum ifadələrində ona zərərçəkmiş şəxsin anası Şahid1 tərəfindən verilməli olan pulu almaq üçün onun yaşadığı ünvana getdiyini, darvazanın çöl tərəfindən Nəzakəti səslədiyini, onun səsinə Zərərçəkmiş şəxs həyətə çıxdığını bildirmişdir. Məhkum quldurluq cinayətini törətməməsi barədə alibisi, zərərçəkmiş şəxsin anası olan qonşusu Şahid1 xahişi ilə onun üçün işlədiyinə görə Şahid1 özünə çatacaq pulunu istəmək üçün onun həyətinə gəlməsi və bu zaman onun qızı olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunu itələyərkən boğazına xəsarət yetirməsidir. Məhkum Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti yetirərkən zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətməsi zərərçəkmiş şəxsin ifadəs indən başqa iş materiallarında olan heç bir mötəbər sübutla təsdiq olunmur və həmin hal da işin şübhəli və mübahisəli halıdır. Belə olan halda Məhkum Zərərçəkmiş şəxs qarşı törətdiyi əməl CMin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-p rosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməli olduğu halda məhkəmələr tərəfindən heç bir əsas olmada n qanunsuz olaraq yaşayış sahəsinə girməklə quldurluq cinayəti kimi CM-in 181.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli qanunsuz olaraq yaşayış sahəsinə girməklə quldurluq kimi deyil, qəsdən sağlamlığa yüngül zərər vurma kimi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 181-ci maddəsinin dispozisiyasına əsasən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edilməsi quldurluq cinayəti hesab olunur. Həmin əməlin yaşayış sahəsinə, habelə binaya, anba ra və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədilməsi CM-in 181-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 181.2.3-cü maddəsi ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 181-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli yalnız birbaşa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 128-cı maddəsi ilə nəzərdə tutulmuş əməl isə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmasından ibarət olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxım ından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanunun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsasla ndırılmalıdır. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxaraq, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs in əməlində CM-in 181.2.3cü maddəsi ilə gəldiyi mövqeyi ilə razılaşsa da, onun törətmiş olduğu cinayət əməlinin CMin 181.2.5-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı istintaq və birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmamış, onun ittihamından CM-in 181.2.5-ci maddəsi xaric etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr tərəfindən məhkumun əməlinin quldurluq cinayət əməli kimi tövsif edilməsi əsaslı olsa da, onun bu cinayət əməlini tövsifedici əlamətlə, yəni “yaşayış sahəsinə qanunsuz olaraq girməklə törətməsi” barədə gəldiyi nəticələr həm sübutlarla, həm də işin halları ilə uzlaşmır. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan mübahisəsiz şəkildə görünür ki, o, ci nayət əməlini tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 avqust 2020-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evdə tək olmasını dəqiqləşdirdikdən sonra saat 13:30 radələrində giriş qapısından sonuncunun yaşadığı evin həyətyanı sahəsində törətmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutul muş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Həm zərərçəkmiş şəxsin, həm məhkumun ifadəsindən görünür ki, məhkum zərərçəkmiş şəxsə qarşı cinayət əməli sonuncunun həyətyanı sahəsində törətmişdir. Həmin sübutlardan həmçi nin görünür ki, bilavasitə cinayət törətdikdən əvvəl məhkum sərbəst həmin həyətə daxil olaraq zərərçəkmiş şəxslə danışmışdır. Cinayət hadisəsinin məhz həyətyanı sahəsində baş verməsi cinayət işi üzrə dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri ilə də tam təsdiq olunmuşdur. Cinayət hadisəsinin baş vermə faktı və halları məhz zərərçəkmiş şəxsin, məhkumun və şahidlərin ifadələri əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkumun zərərçəkmiş şəxsə qarşı quldurluq cinayət əməlini törətməsi məhkumun, zərərçəkmişin, şahidlərin ifadələri və digər sübutlarla müəyyən olunur. Lakin həmin cinayət əməlinin Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş tövsifedici hallarda, yəni yaşayış sahəsinə, bin aya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz girməklə törətməsi müəyyən olunmur. Məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün hər hansı bir sübut mövcud olmamışdır. Belə olan halda məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliyinin normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxsə qarşı yaşayış sahəsinə qanunsuz girməklə quldurluq cinayətini törətməsi müəyyən edilməmiş və onun əməli Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmələrin məhkumun əməlində Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasına dair gəldikləri nəticə cinayət işi üzrə sübutlara uyğun gəlmədiyindən və işin halları ilə uzlaşmadı ğına görə əsassızdır. Məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməli quldurluq cinayəti kimi deyil, qəsdən sağlamlığına yüngül zərər vurma kimi qiymətləndirilməli olduğu barədə dəlili əsassız hesab edir. Belə ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm məhkəmə icraatı zamanı göstərmişdir ki, məhkum ondan pul tələb etmiş və məhz bununla əlaqədar ona qarşı zorakı hərəkət edərək bədən xəsarətləri yetirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 26 avqust 2020-ci il tarixli rəyindən də görünür ki, məhkumun zorakı hərəkətlərinin nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş bədən xəsarətləri sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurulmaya aiddir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilməli və onun himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alıb ona müvafiq olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci madd əsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi Apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli, 1(104)-44/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum hazırki iş üzrə 24 oktyabr 2020-ci il tarixdən 27 oktyabr 2020-ci il tarixədək tutulduğu 03 (üç) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli 1(104)-44/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1510/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1510/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver