Məhkəmə qərarları › İş №1(102)-1511/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1511/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1511/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 23 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məcidov Azad Əli Ağa oğlu (sədrlik edən və məruzəçi), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) 8 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, Qaz anbarı nda işləmiş, əvvəllər Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 mart 2021-ci il tarixdə əsas cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-in 240.1ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qi smən toplamaq yolu ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 4 fevral 2022-ci il tarixdən 6 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq həmin müddət ona hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya birləşdirilmiş və son olaraq ona 2 (iki) il müddətə nəqliyya t vasitələrini idarə etmək hüququndan məhrum etmə və 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzaları təyin olunmuş, əlavə cəzanın müstəqil icra edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, həmin metamfetamindən bir qədərini satış məqsədi ilə barəsində cinayət işi ayrılmış digər şəxsə verərək əvəzində həmin şəxs tərəfindən qanuni verilən üzərində “Tramadol 50” markalanına göstəricisi olan tramadol hidroxlorid tərkibli güclü təsir edən maddə sayılan ağ-göy rəngli dərman preparatlarından 4 ədəd kapsulunu sonuncudan qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən üzərində narkotik vasitənin qəbul etməsi, əldə edərək üzərində gəzdirməsində şübhəli bilinərək ünvan 2-nin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 21:00 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən sağ əlində satış məqsədi ilə saxladığı içərisində kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 16,168 qram və 0,274 qram, ümumi təmiz çəkisi 16,442 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,016 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd kəsilmiş konvalyutda üzərində “Tramadol 50” markalanma göstəricisi olan, ağ-göy rəngli kapsullardan ibarət hər bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan, xarici görünüşünə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən Azərbaycan Respublikasının CM-də güclü tə sir edən maddələrin və onların külli miqdarının siyahısına daxil edilmiş tramadol hidroxlorid tərkibli 4 ədəd dərman preparatı olan 1 ədəd sellofan torba aşkar edilərək protokolla götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü 10 avqust 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni yalnız 22 fevral 2023-cü il tarixdə Məhkum həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı Ağır Cinayətlər M əhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Məcidov Azad Əli Ağa oğlu) Məhkum 8 iyun 2022-ci il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüəli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 23 noyabr 2023cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə və barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə hökmün məhkuma istintaq təcridxanasında təqdim olunması nəzərdə tutulsa da, birinci instansiya məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ona cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsində 18 fevral 2023-cü il tarixdə təqdi m olunmuşdur. Hökmü rəsmi qaydada əldə etdikdən sonra 20 gün müddətində apellyasiya şikayəti verməsinə baxmayaraq məhkəmələr tərəfindən vəsatəti qanunsuz olaraq təmin edilməmiş və o, apellyasiya şikayəti vermək hüququndan məhrum edilmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliy i, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestin ə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nə ticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidir lər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının ela n olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nn 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görü nür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddət üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya inst ansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmünün surəti 10 iyun 2022-ci il tarixli 1(101)-1105/2022 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 21 iyul 2022-ci il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 10 avqust 2022-ci il tarixdə qüvvəyə minmiş və 11 avqust 2022-ci il tarixli müvafiq göstərişlə icraya yönəldilmişdir. Yalnız 22 fevral 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 7 (yeddi) ay 1 (bir) gün dən sonra Məhkum onun barəsindəki 8 iyun 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar, iş materiallarından görünmür, Məhkum isə müraciətlərində və kassasiya şikayətində hökmün surətinin ona 18 fevral 2023-cü il tarixdə cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsində təqdim edildiyini iddia etsə də, məhkəmələrə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum və birinci instansiya məhkəməsində onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Quliyev Feyruz Məhərrəm oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş, onlara hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti barədə qanunv ericiliyin tələbləri izah olunmuş və onların hökmdən vaxtında apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən, 13 mart 2023-cü il tarixli qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə 23 noyabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası da yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilmə si üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 23 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 23 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar