Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1512/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum və müdafiəçisi Quliyev Nazir Nuruş oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökm ü ilə MəhkumAzərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 308.2-ci maddələriilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2019-cuil tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Nazir Nuruş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: Allahverdiyeva Ramella Allahverdi qızı (sədrlik edən), Nəsrullayeva Tamila Xudat qızı və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) xx.xx.1978-ci ildə Şamaxı rayonu, Mirikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” ASC-nin Şamaxı filialının kredit şöbəsinin baş mütəxəssisi v ə müdiri vəzifələrində işləmiş, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 308.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 179.2.1, 179.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilməsi, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilməsi qərara alınmışdır. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Allahverdiyeva Ramella Allahverdi qızı) 07 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Zeynallı Fərmayıl Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 25 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Nazir Nuruş oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. İşin halları: Hökmə əsasən Məhkum onda təqsirli bilinib məhkum edilmişdir ki, o, 08 yanvar 2007-ci il tarixdən 16 sentyabr 2014-cü il tarixə kimi olan dövrdə «xxxx» ASC-nin Şamaxı filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən özgə əmlakını talama məqəsdilə «xxxx» ASC-nin Şamaxı filialının müdir müavini vəzifəsində işləyən X10, filialın baş xəzinədarı X22 və qeyriləri ilə qab aqcadan əlbir olub cinayət əlaqəsinə girərək, X14 təsisçisi olmaqla fəaliyyətinə səlahiyyətli şəxs kimi rəhbərlik edən X30 tərəfindən Şamaxı rayon sakini X18, guya həmin firmada iş icraçısı işləməsi və 2013-cü ilin son 6 ayında hər ay 300 manat məbləğində əmək haqqı alması barədə tərib edilib imzası və firmanın möhürü ilə təsdiq edilən 14 oktyabr 2013-cü il tarixli 82 nömrəli arayış əsasında sonuncunun həmin bankdan 3000 manat məbləğində kredit vəsaiti alması barədə 25 oktyabr 2013-cü il tarixli 962 nömrəli kredit sənədlərinin tərtib olunmasını təmin edib adına rəsimiləşdirdikləri 3.000 manat məbləğində vəsaiti X3ə verməyərək X22 və qeyriləri ilə öz aralarında bölüşdürüb şəxsi ehtiyacına xərcləməklə özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə bir qrup şəxslə mənimsəmə yolu ilə talamı şdır. Bundan əlavə, o, 08 yanvar 2007-ci ildən 16 sentyabr 2014-cü il tarixə kimi olan dövrdə «xxxx» ASC-nin Şamaxı filialının kredit şöbəsinin baş mütəxəssisi, 16 sentyabr 2014-cü il tarixdən hazıra kimi olan dövrdə isə filialın kredit şöbəsinin rəisi vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi qaydaları barədə» 18 noyabr 2008-ci il tarixli təlimata və «xxxx» ASC-nin Şamaxı filialının rəhbərliyi tərəfindən təsdiq olunmuş 07 yanvar 2013-cü il tarixli vəzifə təlimatına əsasən kredit almaq üçün müraciət edən müştərilərə kreditləşmə barədə məsləhətlər və kreditin növləri, tətbiq edilən faiz dərəcələri, şərtlə ri və tələb olunan sənədlər barədə məlumatlar verməli, kredit sifarişlərini müştərilərdən qəbul etməli və bu barədə birbaşa rəhbərə məlumat verməli, müştərinin tutduğu vəzifə və iş müddəti göstərilməklə iş yerindən arayış, aldığı əmək haqqı, əgər varsa əlavə gəlir mənbələri barədə məlumatlar toplamalı, başqa banklara kredit borcları olması haqqında, kreditin qaytarılması imkanları barədə məlumatları öyrənməli və təhlilini aparmalı, təhlilin nəticələri əsasında ilkin rəy hazırlamalı və birbaşa rəhbərə təqdim etməli, kreditin verilməsini məqsədəuyğun hesab etdikdə, müvafiq prosedurlara uyğun olaraq rəsmiləşdirilməsini icra etməli, kreditin əsas məbləği və hesablanmış faizlər üzrə ödəmə əməliyyatlarının müvafiq müxabirləşmələrini aparmaqla bank sisiteminə daxil etməli, hesabların açılması üçü n zəruri tədbirləri görməli, müvafiq müxabirləşməni apamaqla kreditin məbləğini bank sisteminə daxil etməli, hər bir kredit üzrə uçot aparmalı və hesabatlar tərtib etməli və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmasına baxmayaraq, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, filialın müdir müavini, sonradan isə müdiri vəzifəsində işləyən X6 özünu sədaqətli işçi kimi göstərməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Şamaxı rayon sakinləri X23, X24 və qeyrilərinin alacağqları kreditləri qaytarmaq imkanlarını öyrənmədən və təhlil etmədən, onlardan faktiki kredit sifarişlərini qəbul etmədən X23 tapşırığı ilə,X11 33700 manat alması bardə 14 sentyabr 2010-cu il tarixli 758, X19 4500 manat məbləğində kredit alması barədə 19.09.2012-ci il t arixli 731, 3000 manat alması barədə 03.07.2013-cü il tarixli 587 və 2500 manat alması barədə 15.09.2014-cü il tarixli 663, X15 3000 manat məbləğində kredit alması barədə 28.11.2012-ci il tarixli 881, X12 15000 manat alması barədə 21.08.2013-cü il taixli 796, X16 3000 manat məbləğində kredit alması barədə 07.11.2013-cü il tarixli 997, X7 3000 manat məbləğində kredit alması barədə 16 dekabr 2013-cü il tarixli 1108, X13 12700 ABŞ dolları və ya həmin dövrun məzənnəsi ilə 9960,61 manat məbləğində kredit alması barədə 01.05.2014-cü il tarixli 277, X45- məd oğlunun 5600 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 4392,64 manat məbləğində kredit alması barədə 08 iyul 2014-cü il tarixli 581, X20 3800 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 2980,72 manat məbləğində kredit alması barədə 27.08. 2014-cü il tarixli 806, X2 5000 manat alması barədə 02.02.2016-cı il tarixli 175, X23 5000 manat məbləğində kredti alması barədə 12.02.2016-cı il tarixli 240, X21 adına 5000 manat məbləğində kredit alması barədə 12.02.2016-cı il tarixli 241 nömrəli nömrəli kredit sənədlərinin tərtib olunmasını təmin edib, həmin vəsaitlərin yuxarıda adları qeyd olunan şəxslərin hesablarına daxil edərək ümumilikdə 100.033,97 manat məbəğində kredit vəsaitinin qaytarılmasını risq altına salmaqla, həmin hərəkətləri ilə «xxxx» ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuqla əməli ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum müqavilə bağladığı müdafiəçi Yadigar Bağırov birinci instansiya məhkəməsində cinayət icraat ının sonunadək, yəni hökm çıxarılanadək iştirak etmiş, təqsirləndirilən şəxsi müdafiə etmişdir. Lakin, məhkəmə prosesi başa çatdıqdan sonra müdafiəçi öz vəzifəsini məhkəmə prosesində iştirak etməklə kifayətlənərək bitmiş hesab etmiş, özünü təqsirli bilməyən Məhkum barəsində çıxarılmış ittiham hökmündən apellyasiya şikayəti verməmişdir. Özünü təqsirli bilməyən Məhkum apellyasiya şikayəti vermək istəsə də, müdafiəçi apellyasiya şikayəti verməməsini, “apellyasiya məhkəməsinin hökmü dəyişib cəzasını ağırlaşdıra biləcəyini” deyərək onu fikrindən daşındırmışdır. X17 barəsində ədalətsiz qərar çıxarılmasından və müdafiəçisinin apellyasiya şikayəti verməkdən yayınması nəticəsində müdafiəsiz qalmasından, ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarına və vəkilə inamının itməsi nəticəsində ruhi sa rsıntı, dərin stress keçirməsi səbəbindən özü tək apellyasiya şikayəti verə bilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya ins tansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasi ya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 21 fevral 2018-ci il tarixli hökmünün surətini Məhkum 23 fevral 2018-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevr al 2018-ci il tarixli hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti hökm çıxarıldığı vaxtdan 09 ay müddətin keçməsindən sonra verilmişdir. Bu müddətin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır və Məhkum 09 aydan çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1512/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1512/2019
03.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver