Məhkəmə qərarları › İş №1(102)-1512/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1512/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1512/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və bəraət almış şəxs X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-165/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X3 10 fevral 1996-cı ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan (avtomobil təmiri ustası), əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Mamırlı ərazi dairəsi, Mamırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X3 qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq üzərində özbaşına tikinti - quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, 2021-cu ilin sentyabr ayndan başlaya raq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, QalaPirallahı yolunun sağında, 39T427753; ******* cografi koordinatda yerləşən, dövlət mülkiyyətinə aid, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış, daimi istifadəsinə verilmiş sənaye təyinatlı və potensial partlayış təhlükəli 1 saylı neft-qaz çıxarma sahəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işləri aparmaqla orada bir yaşayış və bir hamam otağı tikmiş və hazırki dövrə qədər davam edən qəsdən cina yətlə əhatə olunan quraşdırma işləri görərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Ə.S.Qəhrəmanov) 17 oktyabr 2022-ci il tarixli, 1(003)-338/2022 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

4. Hökmdən məhkum X3 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən E.H.Allahverdiyev, hakimlər C.V.Hüseyn və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 15 fevral 2023-cü il tarixli, 1(103)-165/2023 saylı qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin X1 CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair 17 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, X1 əməlində CM-nin 188.2-ci maddəsinin tərkib əlamətləri olmadığından ona bəraət verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı X6 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri

7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz olmuşdur. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən və Əlizamin Mahmudluya məxsus ikiotaqlı evdə 2006-cı ildən yaşayış olmuş, 2020-ci ildən isə həmin evdə məhz A.Mahmudlu öz ailəsi ilə y aşamağa başlamışdır. Respublikada mövcud vəziyyət, yəni qaçqınların və məcburi köçkünlərin boş torpaqlarda, o cümlədən həmin ərazidə fərdi evlər tikilərək yaşaması nəzərə alınaraq Dövlət Neft Şirkəti tərəfindən Qala qəsəbəsində salınmış gecəqonduya iddia edilməmişdir. Lakin 2021-ci ilin sentyabr ayından Əlizamin Mahmudlu əlavə tikinti apardıqda ona dəfələrlə buna icazə verilməməsi bildirilməklə, tikintinin dayandırılması tələb edilmişdir. Buna baxmayaraq, Ə.Mahmudlu tikintiləri davam etdirmişdir. İlk dəfə həmin tikililər DNŞ-nın əməkdaşları tərəfindən sökülsə də, bu qanunsuz tikintiyə dair hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Buradan da aydın olur ki, Əlizamin Mahmudlunun qanunsuz olaraq zəbt edilmiş torpaq üzərində qanunsuz olaraq tikilmiş evdə yaşamağa DNŞ tərəfindən qeyri-r əsmi olsa belə, icazə verilmişdir. 2022-ci ilin mart ayında Əlizamin Mahmudlu yenidən birotaqlı ev tikdirməyə başladıqda onun qanunsuz əməlləri barədə artıq prokurorluğa məlumat verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Əlizamin Mahmudluya qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumların, o cümlədən, Qala bələdiyyəsi tərəfindən “tikinti aparmaq üçün örtülü də olsa” icazə verilmişdir. Əvvəla, tikinti aparılmasına “örtülü icazə” verilməsinə gəldikdə, bu icazə Əlizamin Mahmudluya deyil, onun xalası Qızbəs Şadmanzadəyə verilə bilərdi. Lakin məhkəmə bu “icazəyə” qiymət verərəkən Əlizamin Mahmudlunun evə qaz, işıq, su və s. kommunikasiyaları çəkməklə aidiyyəti qurumlar, o cümlədən Qala bələdiyyəsi tərəfindən vətəndaşa tikinti aparmaq üçün “örtülü icazə” kimi qiymətləndirmişdir, halbuki bu kommunal xətlərin çəkilməsi “Azərsu”, "xxxx" ASC-ləri və DNŞ-nın nəzdində olan “Azəriqaz” İB tərəfindən icra edilmişdir. Bu qurumlar (Qala bələdiyyəsi daxil olmaqla) dövlət qurumları olsa belə, inzibati orqanlar deyil, onların hər hansı bir tikintiyə icazə vermək səlahiyyəti, hər hansı bir tikintinin qanuniliyinə ölçü götürmək funksiyaları yoxdur, bu qurumlar yalnız əhaliyə xidmət göstərməklə istehsal etdikləri məhsulunun satışını keçirdirlər.

8. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Dövlət ittihamç ısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X2 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-165/2023 nömrəli, 15 fevral 2023-cü il t arixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

16. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetm ə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən C inayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

19. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

20. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

21. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

22. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apell yasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gö zlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X1 CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, ittihamın əsasını ehtimallar təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasınd a təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs X1 Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcud olduğunu nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilməməsi və X2 Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

25. İşin faktiki hallarına əsasən, Qala qəsəbəsi yeni yaşayış sahəsində 0,11 ha torpaq sahəsində yerləşən iki otaqlı evi 2003-cü ildə inşa olunmuş və 2006-cı ildən orada yaşayış olmuşdur. 2020-ci ildə 0,11 ha torpaq sahəsi və içərisində olan iki otaqlı evi Ə.Mahmudlu xalası Qızbəs Şadmanzadədən 11000 manata alaraq orada yaşamağa başlamışdır. Xalası həmin torpaq sahəsinə dair Qala bələdiyyəsinin sərəncamını və çertyojunu ona vermişdir. O, da Qala bələdiyyəsinə gedib həmin torpaq sahəsini, evin elektrik, su və qaz sayğaclarını öz adına keçirmişdir. Həmin torpaq sahəsinin iki tərəfindən qonşular hasar çəkmişlər, ön və arxa tərəfdə isə daş hasar olmadığından o, sadəcə olaraq daşları hasar kimi düzmüşdür. 2021-ci ilin sentyabr ayında evin qarşısında bir otaq və hamam otağı tikmək istəsə də, bir metr div ar qaldırandan sonra Socarın işçiləri ərazinin Neft Şirkətinin olduğunu bildirib tikintinin dayandıraraq tikdiyi divarı uçurmuşlar. Dekabr ayında yenə bir metr hündürlüyündə otaq divarı tiksə də, yenidən neft şirkətinin işçiləri gəlib tikdirdiyi divarı uçurmuşlar. O, bir müddət tikinti işləri aparmasa da, mart ayında yenidən bir otaqlı evin divarını tikdirməyə başlamışdır. Mart ayının 15-dən 16-na keçən gecə, saat 01 radələrinə Socarın işçiləri gələrək 2 metr hündürlüyündə tikdiyi daş hasarı uçurmuşlar.

26. E,Mahmudlu bütün ifadələrində qeyd edir ki, həmin ərazi Socarın yox, Qala Bələdiyyəsinin olmuş və orada hər hansı neft buruqları yoxdur

27. Kassasiya məhkəməsi qeyd edir ki, AR CM-in 188.2-ci maddəsinin dispozisiyasına əsasən, cinayət məsuliyyəti qanunla müəyyən edilmiş mülkiyyət, istif adə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma nəticəsində yaranır. Subyektiv cəhətdən bu cinayət əməli birbaşa qəsdlə törədilməli, təqsirli bilinən şəxs torpaq sahəsi üzərində özbaşına tikinti işləri apararkən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadığını dərk etməlidir.

28. Cinayət işinin materiallarından görünür ki, E.Mahmudlui qeyd olunan torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmasını hesab etmiş və buna onun kifayət qədər əsasları olmuşdur.

29. İşin faktiki hallarından görünür ki, X1 əməlində cinayət tərkibi olmamışdır. Odur ki, onun qeyd edilən hərəkətlə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.

30. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının verdiyi kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2023-cü il tarixli, 1(103)-165/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində olan 15 fevral 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar