Məhkəmə qərarları › İş №1(102)-1512/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1512/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1512/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkum Yuang Tiangangın müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il t arixli 1(103)-472/2024 nömrəli qərarından məhkum Yuang Tiangangın müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fərid Namazovdan ibarət tərkibdə) 1(101)-2330/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli hökmü ilə xx.xx.1983-cü il tarixdə Çin Xalq Respublikasının Sichuan şəhərində anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "Az-Global Constuction” MMC-yə məxsus metal tökmə müəssisəsində qəlibçi işləmiş, Çin Xalq Respublikasının Sichuan şəhəri, Mao parkı rayonu, 4-cü bölgə, 2-ci ev, 17-ci binada qeydiyyata olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika küçəsi e v 3-də yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Məhkuma Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilməsi, Məhkum ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimovdan ibarət tərkibdə) 27 fevral 2024-cü il tarixli 1(103)-472/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkumın müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum 2023-cü ilin iyul ayının 13-dən 14-nə keçən gecə saat 00:30 radələrində arvadı Gu Yongqiong və iş yoldaşları ilə birgə yaşadıqları ünvan 1 ünvanda yerləşən, "Az-Global Constuction” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus metal tökmə müəssisəsinin ərazisindəki yataqxananın sanitar qovşağının çıxışındakı dəhlizdən arvadı Gu Yongqiongun qışqıraraq onu köməyə çağırdığını eşidib, yataq otağından dəhlizə çıxaraq həmin yataqxanada yaşayan iş yoldaşı, Çin Xalq Respublikasının vətəndaşı Zərərçəkmiş şəxsn alt paltarında arvadı Gu Yongqiongu qucaqladığını görüb, sonuncunu buraxmasını tələb etdikdə, Pan Yuanliang onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra Pan Yuanliangla aralarında baş vermiş mübahisə və münaqişə zamanı o, qısqanclıq zəminində, qisas almaq niyyəti ilə döşəmədə olan təsərrüfa t-məişət təyinatlı metal borunu götürüb, həmin boru ilə Zərərçəkmiş şəxsn baş nahiyyəsindən 2 dəfə, sinə nahiyyəsindən isə 1 dəfə vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərini daşıyan baş beyin kəskin əzilməsi, sol alın-təpə-gicgah nahiyyəsinin kəskin subdural hematoması, baş beyinə, qişlarına və mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah-təpə sümüklərinin xətti sınığı, sol təpə və sol gicgah-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ almacıq nahiyyəsinin döş qəfəsinin ön səthinin və ön-sol nahiyyələrinin, sol saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları və sol əlin İİİ barmağının arxa səthinin qançırları xəsarətlərini yetirmiş, Pan Yuanliang isə 17 iyul 2023-cü il tarixdə müalicə olunduğu Respublika Neyrocərrahiyə Xəstəxanasında sa at 23:50 radələrində onun yetirdiyi və ölümü ilə bilavasitə səbəbli əlaqədə olan sol gicgah-təpə sümüyünün xətti sınığı, sol alın- təpə nahiyyəsinin kəskin subdural hematoması ilə müşayiət olunan baş beyinə və onun qişlarına və mədəciklərinə qansızma ilə nəticələnən başın ağır küt travması xəsarətlərindən ölmüş, bununla da o, Zərərçəkmiş şəxsn ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apelyasiyya Məhkəməsi Məhkumın cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində törətməsini, eləcə də, hadisə yerində təcili yardımın gəlməsini gözləyərək, yaralı vəziyyətdə olan zərərçəkmiş şəxs Pana kömək etməsinı onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış Məhkumın barəsində CM in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas gətirmədən maddi normani tətbiq etməmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkumın barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və Məhkumın cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə etdi, kassasiya şikayətinin məzmununa uyğun çıxış edərək kassasiya şikayətinin təmin edilməsini və məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət i ttihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olun maması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək və məhkum barəsində olan apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-cı maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin mü əyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmi ş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin dispozisiyasına görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur Beləliklə, məhkəmə kollegiyası bildirir ki, məhkəmələr tərəfindən Məhkumun Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Məhkuma təyin edilmiş cəzanın qanuniliyinə və əsaslılığına, eləcə də onun məhkum edildiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair kassasiya şikayətinin dəlillərini də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun isl ah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxs in islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən qərardan görünür ki, məhkəmələr düzgün olaraq Məhkumın cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində törətməsini, eləcə də, hadisə yerində təcili yardımın gəlməsini gözləyərək, yaralı vəziyyətdə olan zərərçəkmiş şəxs Pana kömək etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən etməmişdir. Habelə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı hallar mövcud olmadığından kassasiya şikayətinin buna dair dəlilləri də əsassızdır Cinayət qanununun yuxarıda qeyd olunan normalarının t ələbləri nəzərə alınaraq məhkəmə tərəfindən Məhkuma elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin edilmiş və məhkəmə kollegiyası həmin cəzanı qanuni və əsaslı cəza hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Yuang Tiangangın müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Yuang Tiangangın Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2 024cü il tarixli 1(103)-472/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum Yuang Tiangangın müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2330/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunmuş Yuang Tiangangın barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli 1(103)-472/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar