Məhkəmə qərarları › İş №1(102)-1512/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1512/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1512/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Rəşad Məhəmməd oğlu Həsənov və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, məhkum-Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında a çıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (hakim: X1) 30 sentyabr 2024-cü il tarixli, 1(008)-91/2024 saylı hökmü ilə xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1- ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının icra müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmış, üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X11 (sə drlik edən və məruzəçi) X7 və X2 ibarət tərkibdə) 1(103)-176/2025 saylı, 19 fevral 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 1(008)-91/2024 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cina yət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 19 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-176/2025 saylı, 19 fevral 2025-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İttiham aktına əsasən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, özünün başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyəti ilə 13 iyul 2023-cü il tarixdə saat 17:20 radələrində satıcı olaraq işlədiyi ünvan 2 ünvanda yerləşən mağazanın qarşısında mağazada köhnə göyərti satması ilə bağlı ona iradını bildirən Zərərçəkmiş şəxs haqlı iradını qəbul etməyərək nalayiq sözlərlə onun mağazanı tərk etməsini bildirib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib mağazada olan müştərilərin gözü qarşısında küçədə və mağazanın içərisində Zərərçəkmiş şəxs sifətindən və bədəninin müxtəlif yerl ərindən xuliqanlıq niyyəti ilə qəsdən yumruq, təpiklə vuraraq Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, burun nahiyəsinin qançırla müşayiət olunan, travmatik rinitə və burun tənəffüsünün pozulmasına səbəb olan burun sümüklərinin yerini dəyişən qapalı sınığı, sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvası ətrafı, almacıq-yanaq nahiyəsinin qançırı, alın nahiyəsinin, sol qulaq önü nahiyənin, sağ bazu oynağı nahiyəsinin, sağ saidin və hər iki baldırın əzilmiş yarası, qançır və sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Kassasiya şika yətinin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyim Məhkum verilən ittihamın əsasını təşkil edən sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutlar və sübutetməyə dair cinayətprosessual qanunvericiliyinin tələblərini pozub əməlin hüquqi tövsifində yanlışlığa yol verərərək işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlməklə əsassız olaraq əməli Azərbaycan Respublikası CM-in 127.1-maddəsindən CM-in 127.2.3 və 221.1-ci maddələrinə tövsif etmiş və əməlin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən CM-nin 127.2.3 və 221.1-ci maddələrinə hansı qanuni əsaslarla tövsif edilməsi barədə hökmdə hüquqi qeyri müəyyənliyə aydınlıq gətirə bilməmişdir. Belə ki, Məhkəmə kollegiyası hökmün 5-cı vərəqəsinin 1- ci abzasında hadisənin baş verdiyi mağazanı Şahid2 Güloğlan oğlunun ifadəsinə əsaslanmaqla ictimai yer hesab etdiyi halda hökmün 16-cı vərəqəsinin 4-cü və 5-ci abzaslarında isə göstərir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyinə görə sonuncuya zərbə endirməsi barədə dəlili, habelə eyni xüsusatı bildirmiş Şahid2 Güloğlan oğlunun ifadəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hal cinayət işinin materialları öz təsdiqini heç bir halda tapmır. Təqsirləndirilən şəxs Məhkum Şahid2 tanıdığı və münasibəti olduğu bir şəxs olduğundan, məhkəmə kollegiyasının daxili inamına görə sonuncu Məhkum müdafiə etmək məqsədilə həmin ifadəni vermişdir. Digər tərəfdən, Zərərçəkmiş şəxs Məhkum qarşı söylədiyi "nalayiq ifadələrin” nədə və hansı sözlərlə ifadə olunması da cinay ət işinin materiallarından görünmür, habelə həmin ifadələrin həqiqətdə də cəmiyyətdə qəbul olunmuş nalayiq ifadə olub-olmamasını, yoxsa Məhkum və Şahid2 düşüncələrinə əsasən nalayiq ifadə kimi qiymətləndirilməsini cinayət işinin materiallarına əsasən söyləmək mümkün deyildir. Halbiki cinayət işinin materialları ilə hadisənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə yəni, Məhkum nalayiq söyüşlərlə söyməsi səbəbindən baş verməsi tam təsdiqini tapmışdır. Hökmdən göründüyü kimi məhkəmə kollegiyası hansısa səbəbdən hadisənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmasını təkzib etməyə cəhd etsədə qanuni əsaslardan deyil, söz yığnağından istifadə etdiyindən buna nail ola bilməmişdir. Məhkəmə kollegiyası heç bir subuta əsaslanmayan sübyektiv mülahizələrinə və guya daxili inamina əsaslanmaqla cinayət işi üzrə hadisəni bilavasitə görən yeganə şahid olan Şahid2 Güloğlan oğlunun (1-ci cild iş vər.54-56, 189-193) ifadəsini belə şübhə altına almaqla Məhkum etdikləri AR CM-in 221.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsini də şübhə altına almışlar. Halbuki Şahid2 Güloğlan oğlu məhkəmədə ifadə verərkən yalan ifadеpe verməyəcəyi barədə xəbərdar olunmaqla cinayət məsuliyyəti daşımasına and içməklə qəbzə imza etmişdir. Belə olan halda məhkəmə kollegiyasının Şahid2 ifadəsini şübhə altına alması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası tərəfindən qəbul edilımiş hökmdə (6-cı vərəqəsinin 2-ci abzasunda) yanlış və qərəzli olaraq göstərilmişdir ki, guya təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etməmişdir. Qeyd edirəm ki, təqsirləndirilən ş əxs Məhkum anası Mehriban Abdullayeva Zərərçəkmiş şəxs ilə barışıq elpə olunmasna cəhd etmiş, bu məqsədlə onun yaşadığı mənzilə getmiş, üzrxaxlıq etdikdən sonra barışıb elpe olunması məqsədi ilə 2000 manat pulu Zərərçəkmiş şəxs anası Şahid1 vermişdir. Zərərçəkmiş şəxs anası Şahid1 2000 manat pulu Mehriban Abdullayevdən götürməkdən imtina edərək Məhkum həbs etdirəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs anası Şahid1 Apellyasiya məhkəməsində ifadə verərək göstərmişdir ki, Məhkum anası Mehriban Abdullayeva hadisədən sonra onun yaşadığı mənzilinə gəlmiş, barışıq əldə olunması və Zərərçəkmiş şəxs müalicəsinə çəkilən xərcləri ödəmək məqsədilə ona 2000 manat pul vermişdir.lakin o, 2000 manat pulu Mehriban Abdullayevdən götürməkdən imtina emişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə Apellyasiya m əhkəməsində keçirilən iclasında tərəfimdən Məhkumlə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunması və Zərərçəkmiş şəxs müalicəsinə çəkilən xərcləri ödəmək məqsədilə Zərərçəkmiş şəxs anası Şahid1 barışıq əldə olunması barədə təklif olundu. Lakin Zərərçəkmiş şəxs anası Şahid1 təklifdən imtina etdi. Məhkəmə kollegiyası məlum olmayan səbəblərdən həmin xüsatları təhrif edərək qərəzli olaraq təqsirləndirilən şəxs Məhkum əleyhinə şərh etmişdir. Məhkəmə iclasının çəkildiyi audio-video qeydiyyatı yuxarıda qeyd etdiyim xüsusarları qeydiyyata almışdır, zərurət yaranarsa məhkəmə həmin audio-video qeydiyyatı tələb edib baxış keçirə bilər. Hesab edirəm ki, Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməli, hüquqlarını müdafiə etdiyim şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə hökm çıxarılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş hadisəni bilavasitə görmüş yeğanə şahid olan Şahid2 Güloğlan oğlu (1-ci cild iş vər.54-56, 189-193) ifadəsində göstərmişdir ki, o, 13 iyul 2023-cü il tarixdə təxminən 17:20 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən mağazaya yaxınlaşıb su almaq istədikdə mağazada işləyən Məhkum adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs ilə mübahisə etməsini görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs əlində aldığı göyərtinin köhnə olduğundan almayacağını bildirmişdir. Məhkum Zərərçəkmiş şəxs həmin göyərtini yerinə qomasını tələb etdiyi üçün aralarında mübahisə yaranmışdır. Məhkum Zərərçəkmiş şəxs mağazadan getməsini bildirsə də Zərərçəkmiş şəxs mağazadan getməyərək mübahisəni davam etmişdir. Bu zaman Məhkum mağazadan çölə çıxaraq Zərərçəkmiş şəxs sonuncu dəfə getməsini bildirdikdə Zərərçəkmiş şəxs Məhkum nalayiq söyüşlərlə təhqir etdiyi üçün Qurban İbrahimin sifət nahiyəsindən Scanned with CS CamScanner yumruqla zərbə vurmuşdur. Onları ayırdıqdan sonra özü isə oradan çıxıb getmişdir. Hadisəni bilavasitə görmüş yeganə Şahid2 Güloğlan oğlunun ifadəsindən görünür ki, təqsirləndirilən Məhkum ilə Zərərçəkmiş şəxs arasında alqı-satqı ilə əlaqədar şəxsi münasibətlər zəminində baş vermişdir, törədilmiş əməldə heç bir ictimai qayda pozulmamış, Məhkum özünü başqalarından fərqləndirməmiş, üstünlük göstərməmiş və cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirməmişdir. Dalaşma Zərərçəkmiş şəxsin təşübbüsü ilə, yəni, Zərərçəkmiş şəxs Məhkum söyməsi səbəbimdən baş vermiş, dalaşma qısa müddətdə, təxminən 2-3 dəqiqə davam etmiş və Məhkum Zərərçəkmiş şəxs qeyd edilən xəsarəti xuliqanlıq niyyəti ilə yetirməsi də təsdiqini tapmadığı halda Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən hakim Faiq Qəniyev, hakimlər Əfqan Ələkbərov və İbrahim İbrahimli) qüvvədə olan cinayət və cinayət prossesual qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq ümumiyyətlə "Xuliqanlıq" cinayətinin mahiyyətini təhrif edərək Azərbaycan Respublikası Ali Məhkəmənin “"Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2004-cü il tarixli plenum qərarının 3-cü bəndini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilmə sinə dair qərardadını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "xuliqanlıq niyyəti"nə dair "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarını rəhbər tutub əmələ düzgün hüquqi qiymət vermək əvəzinə subyektiv ehtimallara və mülahizələrə əsaslanaraq qanunsuz və əsassız olaraq 1(103)-176/2025 saylı 19 fevral 2025-ci il tarixli hökmü ilə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 1(008)-91/2024-saylı hökmü ləğv edilmiş və Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmünün ləğv edilməsini, və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 1(008)-91/2024-cü il saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barəd ə çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, müdafiəçi İ.H.Kərimovun kassasiya şikayəti təmin olunmamalı, müdafiəçi N.A.Kərimlinin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə b irinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahi yyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. İlk öncə məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinə münasibətdə bildirir ki, müdafiəçi kassasiya şikayətində işə apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2025-ci il tarixli 1(103)-176/2025 saylı hökmünün ləğv edilməsini, CM-in 1271-ci maddəsi ilə Məhkum təqsirli bilinməsini və həmin maddənin sanksiyasında cəza təyin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2025-ci il tarixli, 1(103)-176/2025 saylı hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayəti n tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs tərəfindən Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzə rdə tutulmuş cinayətin törədilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, Məhkum törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə 13 iyul 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirməsi ekspert rəyi ilə təsdiq olunsada, məhkəmə iclasında verilmiş ifadələr arasında ziddiyət yaranmışdır. İbtidai istintaq materiallarında hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmi nəzərə alınmamış, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisədən sonra münasibətləri aydınlaşdırılmamış, baş vermiş əməlin əhatə dairəsi müəyyənləşməmişdir. Belə ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin nədə ifadə olunması öz təsdiqini tapmamışdır. Məhkum ilə Zərərçəkmiş şəxs qonşudurlar. Əvvəllər normal münasibətləri olmuş, yaranan mübahisə i sə məişət problemi və şəxsi münasibətlər zəminində yaranmışdır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi xuliqanlıq ictimai qaydanı kobud surət pozan əməldir. Xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Həmin Məcəllənin 221.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edidlməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyekti insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Xuliqanlıq formal tərkibli cinayət olduğundan Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsində sadalanan xuliqanlıq hərəkətlərinin törədildiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqalnlıq kimi tövsif oluna bilməz. Xuliqanlığın məqsədi təqsirkarın zərərçəkmiş şəxsi kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti olsada, onu öz iradəsinə tabe etməkdən iba rətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Buradan görünür ki, cinayətin əsas obyekti ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəz li hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Təqsirkarın şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şə xsi münasibətlər zəminində törədilməmiş olsun. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair qərardadı ndan görünür ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət Məcəlləsinin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəh ətinin zəruri əlamətləri kimi çıxış edən «ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər» ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Eynilə, əgər şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan «ağır nəticə», «mühüm zərər», «əhəmiyyətli zərər» kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təs viri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni «ağır» və yaxud zərəri «mühüm» və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. Məhkəmə kollegiyas qeyd edir ki, Məhkum 13 iyul 2023-cü il tarixdə, saat 17:20 radələrində satıcı olaraq işlədiyi ünvan 3 ünvanda yerləşən mağazanın qarşısında mağazada köhnə göyərti satması ilə bağlı ona iradını bildirən Zərərçəkmiş şəxs haqlı iradını qəbul etməyərək nalayiq sözlərlə onun mağazada yumruq, təpiklə vuraraq İ.İ. Məmmədliyə baş beyin silkələnməsi, burun nahiyəsinin qançırla müşayiət olunan, travmatik rinitə və burun tənəffüsünün pozulmasına səbəb olan burun sümüklərinin yerini dəyişən qapalı sınığı, sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvası ətrafı-almacıq-yanaq nahiyəsinin qa nçırı, alın nahiyəsinin, sol qulaq önü nahiyənin, sağ bazu oynağı nahiyəsinin, sağ saidin və hər iki baldırın əzilmiş yarası, qançır və sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Məhkum əməlindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xaric edilməli, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi isə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsüf edilməlidir. Səbəb ondan ibarətdir ki, törədilmiş əməldən heç bir ictimai qayda pozulmamış, Məhkum özünü başqalarından fərqləndirməmiş, üstünlük göstərmiş və cəmiyyətə qarşı açıqca hörmətsi zlik nümayiş etdirməmişdir. Cinayət əməli təqsirləndirilən Məhkum ilə Zərərçəkmiş şəxs arasında alqısatqı ilə əlaqədar şəxsi münasibətlər zəminində baş vermişdir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı qeyd edir ki, Məhkum əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən əməl törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Məhkum əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cina yət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfi ndən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən kon stitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəala r (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq ola raq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühaki mə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayətmühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-176/2025 saylı, 19 fevral 2025-ci il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi Məhkum əməli Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-176/2025 saylı, 19 fevral 2025-ci il tarixli hökmünün dəyişdirilməklə, onun törətdiyi əməlləri Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1ci maddələrindən CM-in 127.1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-176/2025 saylı, 19 fevral 2025-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə onun barəsində həmin maddə ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verici əsaslarla xitam verilsin. Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məc əllənin 127.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Məhkum 19 fevral 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixə kimi azadlıqdan məhrum etmə cəzası ilə bağlı cəza çəkdiyi 4 (dörd) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etmə mək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icra müddəti Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Məhkum yaşadığı ərazi üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar