Məhkəmə qərarları › İş №1(102)-1513/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1513/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1513/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Bəraət almış şəxs – X3, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Həsənov İqbal Mehdi oğlunun, Zərərçəkmiş şəxsin hüq uqi varisi - X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ağayev Elçin Zəkərriyə oğlunun sədrliyi ilə) 16 iyul 2021-ci il tarixli hökmü ilə 21 yanvar 1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbayca n Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 12 mənzil 5-də X7 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibd) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi-vəkil Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: X7 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Daewoo BC 212 avtobus” markalı, **-UT-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi-Balaxanı yolu ilə Balaxanı qəsəbəsi istiqamətdə “Abşeron” yanacaq doldurma məntəqəsini 6-7 kilometr keçdikdən sonra təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası nın Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi-Balaxanı yolu ilə Binəqədi qəsəbəsi istiqamətdə əks yola çıxaraq hərəkətdə olan “Mercedes-Benz E 230” markalı, **-KB-*** dövlət-qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə avtomobili yolun kənarına aşıraraq avtomaşına 10030 manat dəyərində maddi ziyan vurmuş və avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuş - sol alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, alın nahiyəsinin dərialtı hematoması, ağ ciyərlərin və qara ciyərin cırılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı, sağ İV-X qabırğaların orta körpücük xətti boyunca yerdəyişən sınıqları, sol bud sümüyünün açıq qəlpəli yerdəyişən sınığı, sol bazu sümüyünün qapalı yerdəyişən sınığı, sol bud nahiyəsinin aşağı 1/3-in ön səthinin əzilmişcırılmış yarası, sağ diz oynağının ön səthinin və sol baldırın ön səthinin əzilmiş yaraları ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər bütün sübutları müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə Aydın Məmmədova ittiham olunduğu CM-nin 263.2-ci maddələri ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 8/589 saylı 29 iyul 2020ci il tarixli rəydə göstərilmişdir ki, hərəkət üçün təhlükə yaranan anda “Daewoo BC 212” markalı ** UT *** dövlət-qeydiyyat nişanlı avtobusun toqquşma yerindən 42,5-55,8 metrdən böyük məsafədə olması şəraitində sürücü Aydın Məmmədovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını alm ağa texniki imkanı olmuşdur. Bundan başqa, Aydın Məmmədov işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman onun hərəkətdə olduğu zolağa əks istiqamətdə hərəkət edən avtomobil çıxarkən hava yağışlı olsa da əyləci basmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, Aydın Məmmədov ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman onun hərəkətdə olduğu zolağa əks istiqamətdə hərəkət edən avtomobil çıxarkən idarə etdiyi avtobusun surəti az olduğundan, həmin avtomobilin öz yoluna qayıdacağını fikirləşdiyindən əyləci basmayaraq öz yolu ilə hərəkətini davam etdirmiş, bundan sonra yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, bəraət almış şəxsin öz müdafiəsi üçün gətirdiyi, işin fak tiki hallarına uyğun olmayan və törətmiş olduğu cinayət əməlinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə verdiyi ifadə işin faktiki halları və ekspert rəyi ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir. Əksinə, məhkəmə həmin dəlillə razılaşaraq birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlamışdır. Halbuki, cinayət işi materialları, o cümlədən Aydın Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadə ilə müəyyən edilir ki, o, hadisənin qarşısını almağa cəhd etməyərək, tormozlama etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 apellyasiya instansiyası məhkəməsində bildirdikləri, onun özünümüdafiə xarakterli verdiyi ifadədi və həmin ifadə ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir. Bu ziddiyyətlər barədə dəfələrlə məhkəmənin diqqətinə bildirmələrinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi həmin ziddiyyətlərə heç bir hüquqi qiymət verməmiş, Aydın Məmmədovun bildirdiklərinin işin faktiki hallarına uyğun olmadığını nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə apellyasiya qaydasında araşdırma aparılarkən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bərkitmək üçün, öz təşəbbüsü ilə heç bir zərurət olmadan 'istintaq eksperimenti" keçirilməsi barədə 15 oktyabr 2021-ci il tarixli qərar qəbul etmiş və həmin istinta q hərəkətinin keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna həvalə edilmişdir. İstintaq ekspermentini isə, bu cinayət işi üzrə ibtidai araşdırmanı aparmış Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X10 tərəfindən 27 yanvar 2022-ci il tarixdə keçrilmişdir. Həmin tarixdə, hadisə yerinə müstəntiq Nahid Məmmədov, bəraət almış şəxs Aydın Məmmədov, müdafiəçi İqbal Həsənov, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayıl Həsənzadə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə gəlmişdirlər. Lakin istintaq hərəkəti başlanmamışdan əvvəl, müstəntiq Nahid Məmmədov, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinə və zərərçəkmiş şəxsin hüquqi varisini istintaq hərəkəti keçirilən yerdən uzaqlaşdırmışdır. Hadisə y erində olan, yol kənarında ucaldılan və əvvəlcədən işarələnmiş işıq dirəyinin paralelində olan nöqtədən başlayaraq ölçülər aparılmış və istintaq hərəkəti 3-4 dəqiqənin ərzində başa çatmışdır. Eyni zamanda, hadisə yerinə baxdıqdan, cinayət işinin materiallarını təhlil etdikdən və yol-nəqiliyyat hadisəsindən sonra hər iki avtomobilin "Mersedes-Benz E 230" markalı avtomobilin hərəkət yolundan dərəyə yuvarlanmasından, həmçinin hadisədən sonra toqquşmaya xarakterik olan hər iki avtomobilə məxsus qırıntıların hal - hazırda da həmin dərədə topa şəkildə olmasından tam şəkildə aydın olur ki, yol-nəqiliyyat hadisəsi "Mersedes-Benz E 230" markalı avtomobilin hərəkət yolunda baş vermişdir. 27 yanvar 2022-ci il tarixdə keçrilmiş "İstintaq eksperimenti" istintaq hərəkətinin qanunsuz hesab edilməsi və hə min istintaq hərəkətinin nəticələrinin sübut kimi qəbul edilməz hesab edilməsi barədə və məhkəmə tərkibidə daxil olmaqla, bütün məhkəmə prosesi iştirakçılarının iştirakı ilə hadisə yerinə "baxış" və "İfadənin yerində yoxlanılması" istintaq hərəkətinin aparılması barədə verdikləri vəsatətdə məhkəmə tərəfindən qərəzli şəkildə təmin edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimo v Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestini müdafiə etdiyini bildirib, protestin təmin edilməsini, X4 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirliliyi ibtidai istintaq zamanı məhkəmə yol-nəqliyyat ekspertizasının rəyi ilə və cinayət işində olan digər sübutlarla sübuta yetirildiyini, Məmmədov Aydının hadisənin öncədən görərək qarşısını almaq iqtidarında olduğunu bildirib, kassasiya protestinin, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəs i Nümayəndə çıxış edərək, X3 ibtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadə verdiyini, onun hadisə əyləcə basmadığını söylədiyini, ekspertiza rəyində də bunun doğruluğunun təsdiqləndiyini, lakin birinci instansiya məhkəməsinin hökmündə şəxsin əyləcə basdığını söylədiyi kimi ifadənin işlədildiyini, apellyasiya instansiyası məhkəməsinin də bunu təkrarladığını, istintaq eksperimentinin düzgün şəraitdə keçirilmədiyini, heç bir vəsatətlərinin təmin olunmadığını bildirib kassasiya şikayətinin, o cümlədən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məh kəməsində zərərçəkmiş şəxsin hüquqi varisi İ.N.Həsənzadə çıxış edərək, nümayəndəsinin, o cümlədən dövlət ittihamçısının fikirləri ilə tam razı olduğunu bildirib kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İ.M.Həsənov çıxış edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin əsassız olduğunu, Aydın Məmmədovun hadisənin öncədən görərək qarşısını almaq iqtidarında olmadığını, bunu sübuta yetirən ekspertiza rəy lərinin də olduğunu bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs A.Ə.Məmmədov çıxış edərək, heç bir əlavəsinin olmadığını, müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib, kassasiya şikayəti və kassasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya ş ikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 apre l 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Aydın Məmmədova verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri ilə, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsində qismən məhkəmə istintaqı keçirilmiş, məhkəmə kollegiyası tərəfindən A.Məmmədov və şahidlər yenidən dindirilmiş, ibtidai araşdırmaya prose ssual rəhbərliyi həyata keçirən prokurora birinci instansiya məhkəməsinin qoyduğu suallar əsasında yenidən istintaq eksperimentinin aparılması ilə bağlı müvafiq məhkəmə tapşırığı verilmiş, iş materiallarında olan sübutlara yenidən hüquqi qiymət verilmişdir. Belə ki, verilmiş ittihamdan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Daewoo BC 212 avtobus” markalı, **-UT-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi-Balaxanı yolu ilə Balaxanı qəsəbəsi istiqamətdə “Abşeron” yanacaq doldurma məntəqəsini 6-7 kilometr keçdikdən sonra təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən Binəqədi-Balaxanı yolu ilə Binəqədi qəsəbəsi istiqamətdə əks yola çıxaraq hərəkətdə olan “Mercedes-Benz E230” markalı, **-KB-*** dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşm uşdur. Lakin işi materiallarında həmin mexanizmi təsdiq edən, yəni “Daewoo BC 212 avtobus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 həmin avtobusla Binəqədi-Balaxanı yolu ilə Binəqədi qəsəbəsi istiqamətdə əks yola çıxaraq sözügedən yol nəqliyyat hadisəsini törətməsini təsdiq edən bir sübut belə müəyyən etmək mümkün olmamışdır. Belə ki, cinayət işi materiallarında müəyyən olunur ki, müstəntiq Yol nəqliyyat ekspertizalar şöbəsinin baş eksperti X12 tərəfindən verilmiş 8/589 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyini (2-ci variantına uyğun hissəsini) digər sübutlara ziddiyyət təşkil etməsinə baxmayaraq daha mötəbər və əhəmiyyətli sübut növü kimi qəbul edərək həmin sübut əsasında şəxsə ittiham irəli sürmüşdür. Yəni başqa sözlə desək X3 baş vermiş hadisədə təqsi rinin olması həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutların əlaqəli şəkildə tədqiqi nəticə deyil, yalnız ekspert tərəfindən sürücülərin hadisənin qarşısının alınması ilə əlaqədar ehtimal verdiyi iki mexanızmdən birinin seçilməsi (2-ci variantı) ilə müəyyən edilmişdir. Apellyasiya məhkəmə kollegiyası bəraət almış şəxsin ibtidai araşdırma dövründə, birinci instansiya məhkəməsində, həmçinin işə apellyasiya icraatı qaydasında baxılarkən vermiş olduğu ifadələrini iş üzrə toplanmış sübutlarla tədqiq edərək belə qənaətə gəlmişdir ki, sözügedən yol nəqliyyat hadisəsinin mexanizminin 8/589 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyinin nəticə hissəsində müəyyən olunmuş 1 variant üzrə (yəni toqquşmanın Daewoo BC 212 markalı avtobusun yolunda baş verməsi ilə bağlı) X3 təqsirinin olubolmamasını müəyyən etmək üçün əks istiqamətdə hərəkətdə olmuş “Mercedes Benz E320” minik markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına çıxdığı yerin, “Mercedes Benz E320” minik markalı 90- KB-649 dövlət-qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına çıxdığı anda “Daewoo BC 212 avtobus” markalı, **-UT*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerin, hər iki avtomobilin toqquşduğu yerin, təhlükə yaranan anda nəqliyyat vasitələri arasında olan məsafənin müəyyən edilməsi zəruridir. Bu səbəbdən məhkəmə kollegiyası ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora birinci instansiya məhkəməsinin qoyduğu suallar əsasında yenidən istintaq eksperimentinin aparılması ilə bağlı müvafiq məhkəmə tapşırığı vermişdir. Ölçmə nəti cəsində müəyyən olunmuşdur ki, avtobus sürücüsü A.Məmmədov “Mercedes-Benz E 230” markalı, **-KB-*** dövlət-qeydiyyat nişanlı avtomobili toqquşmadan təxminən 39 metr məsafədə, ilkin olaraq “Mercedes-Benz E 230” markalı, 90- KB-649 dövlət-qeydiyyat nişanlı avtomobili 65 metr məsafədən görmüşdür. Məhkəməyə təqdim edilmiş 27 yanvar 2022-ci tarixdə hadisə yeri üzrə eksperimentin keçirilməsi ilə bağlı protokoldan müəyyən olunur ki, X7 ilkin olaraq “Mercedes-Benz E 230” markalı, **-KB-*** dövlət-qeydiyyat nişanlı avtomobili 65 metr məsafədən, təhlükə yaranan anda isə 39 metr məsafədə görmüşdür ki, bu da məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 8/589 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilmiş 42,5-55,8 metr məsafədən kiçik olmuşdur. Belə olan halda məhkəmə kollegiyası yol nəq liyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 aprel 2020-ci il tarixli protokolu, yol nəqliyyat hadisəsinin sxemini, bəraət almış şəxsin ifadələrini, hadisə yeri üzrə eksperimentin keçirilməsi ilə bağlı 27 yanvar 2022-ci tarix protokolu və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 8/589 saylı, xx.xx.2020-ci il tarixli rəyi nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Mercedes Benz E230 markalı avtomobilin öz yoluna istiqamətlənərkən Daewoo BC 212 markalı avtobusun hərəkət zolağında toqquşmanın baş verməsi şəraitində hərəkət üçün təhlükə yaranan anda Daewoo BC 212 markalı, ** UT *** dövlət-qeydiyyat nişanlı avtobusun toqquşma yerindən 39 metr məsafədə olmuş, həmin məsafə ekspert tərəfindən müəyyən edilmiş 42,5-55,8 metrdən kiçik olmuşdur ki, bu da öz növbəsində sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamasını, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq olmamasını və sonuncunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibinin olmamasını təsdiq etmişdir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Aydın Məmmədovun təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassas iya protesti və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normal arının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətində göstərilmiş yuxarıda sadalanan dəlillər A.Məmmədovun barəsində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, həm dövlət ittihamçısı, həm də eyni mövqedən çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onalrın mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına u yğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvaf iq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələb lərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlar a isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X3 təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsi n hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə X4 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar