Məhkəmə qərarları › İş №1(102)-1514/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1514/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1514/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-425/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə ma hiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olmayan, işləməyən, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşamışdır. 2. 28 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1082/2022 nömrəli, 18 may 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə mə hkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 27 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində ictimai yerdə, yəni Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanın qarşısında tanışı Şahid2 Zərərçəkmiş şəxs2 ilə sonuncunun Şahid2 baxması səbəbindən mübahisə etmələrini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə açıq-açığa hörmətsizlik edib, üzərində olan, soyuq silah hesab edilən, ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək, həmin bıçaqla qəsdən Zərərçəkmi ş şəxs2 qol nahiyəsindən vuraraq, sonuncuya sağ bazu oynağı proyeksiyasının ön səthinin kiçik ölçülü kəsilmiş yarası ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bunu görən Zərərçəkmiş şəxs1 onu tutub, qanunsuz hərəkətlərinin qarşısını alaraq, ictimai borcunu yerinə yetirmək istəyərkən, sonuncuya müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətlərini davam etdirib, əlində olan bıçağı silah qismində istifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə vuraraq, sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək, qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa, o, digər mənbədən qanunsuz olaraq, soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, ümumi təyinatlı qatlanan ov bıçağını əldə edərək, üzərində saxlamaqla daşımış, 29 dekabr 2021-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayo nu, Babək prospekti 79 ünvanının yaxınlığında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən 27 dekabr 2021ci tarixdə saat 22:00 radələrində şübhəli şəxs qismində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş, burada əynində olan şalvarın sağ yan cibindən bir ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağı aşkar edilərək, götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1082/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4cü maddələrinə münasibətdə Azərbaycan Respublikası CM-ni n 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 29 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hökm çıxarılarkən onun azyaşlı olduğu, əməlindən peşmançılıq hissi keçirməsi, şikayətçi ilə barışması, istintaqa köməklik etməsi, hadisə baş verdikdən sonra zərərçəkmiş şəxsə yardım göstərməsi nəzərə alınmamışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-425/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1082/2022 nömrəli, 16 noyabr 2022-ci tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissəsində ləğv edilmiş, əməlinin sübuta yetirilmədiyinə görə ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə bəraət veril miş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri

9. Kassasiya protesti belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, baş vermiş dava-dalaşın səbəbi Məhkum dostu Şahid2 onların yanlarından keçən Zərərçəkmiş şəxs2 sataşması, faktiki isə “provokasiyası” olmuşdur. Şahid2 “nəyə baxırsan?” sualı ilə Zərərçəkmiş şəxs2 müraciət etməsi bütün şərh və dərsliklərdə xuliqanlığın başlanğıcını dəlalət edən klassik misal hesab olunur. Bundan sonra Şahid2 Zərərçəkmiş şəxs2 qoluna girib yaxınlıqda olan yaşayış binaları ilə əhatə olunmuş həyətdə yerləşən söhbətgaha aparmış və orada sonuncu ilə mübahisə etməklə aktiv hücuma keçmişdir. Düzdür, bu məqama qədər Məhkum yaranmış mübahisədə passiv iştirak edir. Lakin bir neçə saniyədən sonra o, Zərərçəkmiş şəxs2 hücuma cavab olaraq dostu Şahid2 üstünə getdiyini görüb və aktiv hərəkətlərə keçib üzərində olan bıçaqla Zərərçəkmiş şəxs2 qolundan vurmuşdur. Bu hərəkətlə Məhkum xuliqanlıq hərəkətləri başlanmışdır. Bundan sonra, Məhkum bıçaqla dostunu vurd uğunu görən və təkrar zərbənin qarşısını almaq istəyən digər Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirərək Məhkum qucaqlamaqla kənara çəkmək istədikdə, Məhkum burxulub Zərərçəkmiş şəxs1 əlindən çıxaraq, yenə də heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 bıçaqla vurmuşdur. Fərz edilsə ki, Məhkum Zərərçəkmiş şəxs1 bıçaqla vurması epizodu Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə əhatə olunur. Belə olan halda Məhkum bıçaqla Zərərçəkmiş şəxs2 vurması necə qiymətləndirilir? Bu suala apellyasiya instansiya məhkəməsinin qərarında cavab yoxdur. Bununla yanaşı, iş materiallarından göründüyü kimi, mübahisə saat 22 radələrində baş vermiş, bu o deməkdi ki, söhbətgah əhatə olunmuş binaların sakinlərinin əksəriyyəti evdə olmuşdur. Söhbətgah açıq yerdə yerləşdiyi üçün bütün tərəflərdən görs ənir. İbtidai istintaq zamanı müstəntiqin sakinlərinin dindirilməməsi və onlardan dava-dalaşın görənlərinin müəyyən edilməməsi o demək deyil ki, bu hadisə heç kimi narahat etməmişdir. Faktiki olaraq qeyd olunan hadisədə xuliqanlığın bütün əlamətləri: ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi, şəxslər üzərində zor tətbiq olunması mövcuddur. Bununla da, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-425/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübu tlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəmə sinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəy işdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi v ə ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).

18. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən e dən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi basa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).

19. Apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, Məhkum 27 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində dostları ilə birlikdə evlərinə yaxın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev adına parkda skamyada oturduğu zaman, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yanlarından keçərkən onlara tərəf nəzər yetirmiş, Məhkumla birlikdə olan dostu Şahid2 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “nəyə baxırsan?” demişdir. Zərərçəkmiş şəxs2la Şahid2 arasında mübahisə başlan mış, daha sonra onlar yaxınlıqda olan binanın həyətindəki söhbətgaha gedərək söhbət etməyə başladıqda mübahisə edən tərəflər bir-birini vurmuşlar. Bundan sonra Məhkum aktiv hərəkətlər edərək, anidən kənardan müdaxilə edərək, əlində olan və soyuq silah hesab edilən bıçaqla Şahid2 qol nahiyəsindən zərbə endirmişdir. Bunu görən Zərərçəkmiş şəxs1 Məhkum üzərinə getmiş və Əlini qolları qarışıq qucaqlamış, Əli Adilin əlindən çıxıb, bıçağı Adilə tərəf yönəltmiş, Adil, bıçaq ona dəyməsin deyə, geriyə getmiş, arxası idman aləti olan dəmir paralel qollara dəydiyindən dayanmış, bu zaman Əli Adilin kürək nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmiş, Adil isə Əlinin ayaqlarından yapışaraq, onu qaldırıb yerə yıxmışdır.

20. Cinayət hadisəsinin müəyyən etdiyi belə tərzdə baş verməsinə əsaslanaraq apelly asiya instansiya məhkəməsi hesab etmişdir ki, “Məhkum Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun tərəfindən binanın həyətindəki söhbətgahda edilən aktiv hərəkətləri nəticəsində əlavə olaraq ictimai qayda, sosial əhəmiyyətli obyektlərin fəaliyyəti pozulmamışdır, ətrafdakı vətəndaşlarda öz hüquqlarını həyata keçirmək üçün qorxu yaradan hərəkətlərə yol verilməmişdir, hər hansı bir ictimai tədbir pozulmamışdır, ətrafdakı vətəndaşların və yaxınlıqda yerləşən binanın sakinlərinin asudə vaxtlarının normal həyata keçirilməsinə neqativ təsir göstərilməmişdir. İbtidai istintaq orqanı tərəfindən bu halların mövcudluğunu isbat edən heç bir sübut təqdim olunmamışdır. İstər ibtidai istintaq orqanı, istərsə birinci instansiya məhkə məsi tərəfindən CM-nin 221.3-cü maddəsinin dispozisiyası formal olaraq sadalansa da, məhz həmin xuliqanlıq hərəkətlərinin nədə ifadə olunması, nə ilə təsdiq olunması əsaslandırılmamışdır”.

21. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi Məhkum əməllərində xuliqanlıq əməlinin olmasının istisna olunduğu qənaətinə gəlib, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona bəraət verilməsini əsaslı saymışdır.

22. Lakin, belə qənaətə gələn apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışdır ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlak ını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu sə bəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).

23. Baxılan cinayət işinin müəyyən edilmiş hallarından göründüyü kimi, Şahid2 və Zərərçəkmiş şəxs2 arasında başlanmış mübahisənin təşəbbüskarı kimi Şahid2 çıxış etmiş və Məhkum faktiki olaraq bu mübahisəyə aidiyyəti olmamışdır. Bununla belə o, qarşı-qarşıya durmuş tərəflərin arasına girdikdə davanın qarşısını almaq əvəzinə Şahid2 münasibətdə aktiv zor tətbiq etmiş, daha sonra isə Şahid2 bıçaqla vurulduğunu görən və təkrar zərbə vurulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 də səbəb olmadan bıçaqla xəsarət yetirmişdir.

24. Məhkəmə kollegiyasının fikrincə, Məhkum 2 şəxsə zor tətbiq etməsi ilə müşayiət edilən qərəzli hərəkətləri məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlmiş və o, bunu dərk edib məhz özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirmişdir. Nəticədə, Məhkum hərəkətləri başa çatmış xuliqanlıq cinayətinin tərkibini yaratdığından, dava-dalaşın hətta ətraf binalardan görünmədiy i fərz edilib əsas götürülsə belə, əməlin ictimai yerdə, başqalarının gözü qarşısında törədilib-törədilməməsinin düzgün tövsifin müəyyən edilməsinə təsir göstərən hal kimi nəzərə alınması yuxarıda istinad edilən formalaşmış məhkəmə təcrübəsinə ziddir.

25. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin məhkumun sözügedən əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibinin olmaması haqqında nəticəsi həmin maddənin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

26. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası 416.1.15-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir.

27. Odur ki, məhkə mə kollegiyası çıxışları dinləyib, yuxarıda təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-425/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmü ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-425/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar