Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1515/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-40/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(101)-141/2021 nömrəli hökmü ilə (sədrlik edən Ə.M. Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 232.3.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 44.2.1-ci maddəsinə əsasən həmin epizodlar üzrə ona cəza təyin edilməmişdir. xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsi, keçid 1, ev 92-də qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 təqsirli bilinərək məhkum edilmişlər. Təqsirləndirilən şəxs4 və Hökmdən məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum və onun müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs3, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər – F.A.Qasımovun sədrliyi və məruzəsilə, E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) 24 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Məhkum tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən bir neçə şəxsdən ibarət möhkəm cinayətkar qrup, yəni mütəşəkkil dəstə yaratmaqla tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən ş əxs4, Təqsirləndirilən şəxs3, Məhkum və istintaqa məlum olan digər şəxs ilə birləşərək, aralarında cinayətlərin törədilmə planını, rollarını, üsullarını, niyyətlərini, cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun üzvləri arasında bölüşdürülməsini işlənilib hazırlamaqla və eləcə də hərəkətlərini razılaşdıraraq, dəstənin tərkibinə rəhbərlik edərək yaşayış sahələrinə, saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər, odlu silahı talamışlar. Həmçinin Təqsirləndirilən şəxs1 soyuq silah hesab edilən kastetbeşbarmağı üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyy əti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2017-ci ilin iyul ayının 10-dan 27-dək olan müddət ərzində Zərərçəkmiş şəxs49 Abbas oğluna məxsus ünvan 2 ünvanında yerləşən evin həyətinə qanunsuz daxil olmaqla, evin bayır hissəsində divara quraşdırılmış plastik yeşiyi vint açan alətlə açaraq, saxlanc yerindən, dəyəri 900 manat olan bir ədəd "BİASİ” markalı kombi aparatını, dəyəri 80 manat olan bir ədəd enerji tənzimləyicisi - stablizatoru, dəyəri 100 manat olan bir ədəd hidrofonu və dəyəri 120 manat olan su mühərrikini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs49 1200 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgə nin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2017-ci ilin dekabr ayının 3-dən 2018-ci ilin yanvar ayının 3-nədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs32 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 291 saylı bağ evinin pəncərəsinin dəmir barmaqlığını vint açan alətlə qırıb açaraq, qanunsuz olaraq evə daxil olmaqla, oradan dəyəri 830 manat olan bir ədəd “Samsunq” markalı televizoru, dəyəri 170 manat olan bir ədəd “DVD-Player” markalı aparatı, dəyəri 500 manat olan bir ədəd peyk antenasını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs32 cəmi 1500 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə h alında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2017-ci ilin dekabr ayının 21dən 2018-ci ilin yanvar ayının 21-dək olan müddət ərzində Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 49 saylı bağ evinin giriş qapısının qıfılını vintaçan alətlə sındıraraq evə qanunsuz daxil olmaqla, oradan dəyəri 700 manat olan bir ədəd “Samsung” markalı televizoru, dəyəri 200 manat olan 1 ədəd “Dops” markalı tozsoran aparatını, hər birinin dəyəri 300 manat olan, cəmi dəyəri 600 manat təşkil edən 2 ədəd rəsm əsərini, dəyəri 200 manat olan gödəkçəni, dəyəri 2000 manat olan bir ədəd qədimi od samovarını, ümumilikdə 3700 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs20 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğ urluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin yanvar ayının 3-dən 8-dək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla həyətyanı sahəsinə qanunsuz daxil olmaqla, binanın bayır hissəsində divara quraşdırılmış, dəyəri 1000 manat olan “İmmergaz-24” markalı kombi aparatını vintaçan alətlə açib gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs30 qeyd olunan miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin fevral ayının 22-dən həmin ilin mart ayının 22-nə kimi olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs22 məxsus fərdi evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla, mətbəxin bayır hissəsində divara quraşdırılmış dəyəri 850 manat təşkil edən 1 ədəd “Rossi” markalı kombi aparatını vintaçan alətlə açıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs22 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 hməd oğlu və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli ol araq talamaq məqsədi ilə, 2018-ci ilin fevral ayının 23-dən 26-dək olan müddət ərzində Zərərçəkmiş şəxs10 kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 5 saylı bağ evinin qapısının açıq olmasından istifadə edərək, həmin evə qanunsuz daxil olmaqla, oradan hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 350 manat təşkil edən 7 ədəd gödəkçəni, hər birinin dəyəri 100 manat olan, cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd qazanı və dəyəri 100 manat olan bir ədəd su mühərrikini, ümumilikdə 650 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs10 qeyd olunan məbləğdə ziyan vuraraq, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin fevral ayının 27-dən mart ayının 2nədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən fərdi yaşayış evinin pəncərə şüşələrini sındıraraq, qanunsuz olaraq evə daxil olmaqla, orada divara quraşdırılmış dəyəri 2000 manat təşkil edən bir ədəd kombi aparatını vintaçan alətlə söküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin mart ay ının 10-na keçən gecə saatlarında Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessinin kənarında yerləşən 53 saylı evin 1 -ci mərtəbəsinin plastik pəncərəsini itələyib açaraq, qanunsuz olaraq evə daxil olmuş və evdən dəyəri 135 manat təşkil edən razetkanı və işığı yandırıb - söndürəni, dəyəri 30 manat olan bir ədəd işıq şitini, dəyəri 48 manat olan 15 ədəd cərəyan avtomatını, dəyəri 45 manat olan antena kabelini dəyəri 20 manat olan bir ədəd qaz siqnalizasıyasını, dəyəri 80 manat olan santexnik avadanlıqlarını, ümumilikdə 358 manat məbləğində əmlakı gizli olaraq taladıqdan sonra, həmin vaxtı qeyd olunan mənzildə olan Zərərçəkmiş şəxs17 məxsus, dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 280 manat olan bir ədəd Almaniya istehsallı qaynaq aparatını, cəmi dəyəri 31 0 manat olan 2 ədəd perefaratoru, cəmi dəyəri 130 manat olan 2 ədəd dreli gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs17 ümumilikdə 840 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin mart ayının 20 -dən 24-dək olan müddət ərzində Zərərçəkmiş şəxs29 Münasib oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Q. Qarayev küçəsində yerləşən yeni tikilidə yerləşən evin plastik pəncərəsini vintaçan alətlə sındırıb qanunsuz olaraq evə daxil olmaqla, oradan dəyəri 20 manat olan bir ədəd ev telefonunu, dəyəri 50 manat olan bir ədəd bujiteriyanı, hər birinin dəyəri 15 manat olan, ümumi dəyəri 60 manat təşkil edən 4 ədəd gümüş üzüklərini, hər birinin dəyəri 17 manat təşkil edən cəmi dəyəri 50 manat olan 3 ədəd gümüş qolbağını, hər birinin dəyəri 5 manat olan, cəmi dəyəri 20 manat təşkil edən 4 ədəd gümüş sırğanı, hər birinin dəyəri 20 manat olan cəmi dəyəri 40 manat təşkil edən 2 ədəd qol saatını, dəyəri 40 manat olan bir ədəd gümüş qolbağını, dəyəri 40 manat olan bir ədəd gümüş sepini, dəyəri 20 manat təşkil edən bir ədəd gümüş sırğanı, dəyəri 20 manat olan cəmi dəyəri 40 manat təşkil edən 4 ədəd fləş kartını, ümumilikdə 380 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs29 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və ist intaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin aprel ayının 7-nə keçən gecə Zərərçəkmiş şəxs35 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesinin kənarında yerləşən fərdi evin plastik pəncərəsini əli ilə itələyib açaraq, qanunsuz olaraq evə daxil olmuş, oradan dəyəri 270 manat olan 250 metr uzunluğunda bir bağlama 6 mm-lik elektrik kabelini, evin mətbəx hissəsində hər birinin dəyəri 110 manat olmaqla 10 seksiyalı, cəmi dəyəri 330 manat təşkil edən 3 ədəd istilik radiatorunu, divara quraşdırılmış dəyəri 400 manat təşkil edən “İmmergaz” kombi aparatının ehtiyyat hissələrini vintaçan alətlə açıb, gizli olaraq talayaraq Zərərçəkmiş şəxs35 ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018ci ilin aprel ayının 23-nə keçən gecə Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivi, M.S.Ordubadi küçəsində yerləşən bağın birinci mərtəbəsindəki plastik pəncərəni itələyib açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan dəyəri 2000 manat olan “Samsung” və dəyəri 1500 manat olan “Poverfill” markalı televizorları gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs15 3500 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndir ilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin may ayının 5-də saat 10-30 dan saat 18-00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs44 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında yerləşən fərdi evin arxa hissəsinin plastik pəncərəsini itələyib açmaqla, qanunsuz olaraq evə daxil olmuş və oradan dəyəri 200 manat olan bir ədəd laqondanı, hər birinin dəyəri 150 manat olan cəmi dəyəri 300 manat təşkil edən 2 ədəd "Sokol” markalı pereferatoru, dəyəri 100 manat olan 1 ədəd dreli, dəyəri dəyəri 250 manat olan 1 ədəd qızdırıcı ütünü və hər bir rulonun dəyəri 10 manat olan cəmi dəyəri 250 manat təşkil edən 25 rul on divar kağızını, ümumilikdə 1100 manat məbləğində əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs44 ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin may ayının 14-dən 16-dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs9 Böyükağa oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən fərdi yaşayış evinin zirzəmisinin asma qıfılını dəmir alətlə qıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, oradan dəyəri 100 manat olan bir ədəd su qızdırıcısını, dəyəri 200 manat olan velosipedi, dəyəri 60 manat təşkil edən su mühərrikini, dəyəri 100 manat təşkil edən qab- qaşıq dəstini, dəyəri 200 manat olan 20 metr ölçüdə elektrik kabelini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs9 660 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin may ayının 27-nə keçən gecə Zərərçəkmiş şəxs38 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Stroydetal küçəsi, döngə 13-də yerləşən evin həyətinə hasardan aşmaqla, həyətyanı sahədə yerləşən saxlanc yeri olan hamam otağına qanunsuz daxil olaraq, oradan divara quraşdırılmış, dəyəri 1580 manat olan bir ədəd su qızdırıcısını (kolonkanı) su nasosu ilə birlikdə gizli olar aq talamaqla, Zərərçəkmiş şəxs38 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin iyun ayının 04 dən 18-dək olan müddət ərzində Zərərçəkmiş şəxs42 məxsus ünvan 4 ünvanda yerləşən evin həyətindəki əl damının plastik qapısının kilidini sındırmaqla, qanunsuz olaraq binaya daxil olmuş və oradan dəyəri 1000 manat olan kombi aparatını, evin zirzəmisindən saxlanc yerindən, dəyəri 100 manat olan bir ədəd elektrik tənzimləyici şitini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs42 1100 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirlə ndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin iyun ayının 18-dən 24-dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs40 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi döngə 9-da yerləşən evin zirzəmisinin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə qırmaqla, qanunsuz olaraq saxlanc yerinə daxil olaraq, oradan 03 ədəd hər birinin dəyəri 280 manat olan, cəmi dəyəri 840 manat təşkil edən qaz piltələrini, 01 ədəd sadə su qızdırıcısını, 01 ədəd 60 manat dəyərində kiçik laqondanı, 0İ ədəd 180 manat dəyərində böyük laqondanı, 01 ədəd "Bosh” markalı 250 manat dəyərində preferatoru, 01 ədəd 100 manat də yərində cərəyanla işləyən direli və bir ədəd 180 manat dəyərində cərəyansız işləyən direli, ümumilikdə 2040 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs40 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin iyul ayının 15-dən 19-dək olan müddət ərzində Zərərçəkmiş şəxs41 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin pəncərəsinin açıq olmasından istifadə edərək, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan dəyəri 150 manat olan bir ədəd laqondanı, dəyəri 120 manat olan bir ədəd di reli, dəyəri 120 manat olan preferatoru, hər birinin dəyəri 100 manat olan cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd direli, hər birinin dəyəri 80 manat olan, cəmi dəyəri 160 manat təşkil edən 2 ədəd taxtakəsən lobziqi, dəyəri 500 manat olan bir ədəd taxtakəsən aparatı, dəyəri 300 manat olan bir ədəd od samovarı, dəyəri 40 manat olan bir ədəd elektrik samovarı, dəyəri 80 manat olan bir ədəd su mühərrikini və dəyəri 120 manat olan 120 metr uzunluğunda elektrik naqilini, ümumilikdə dəyəri 1790 manat təşkil edən əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs41 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşə rək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs36 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK-yolunda yerləşən mərmər sexinin giriş qapısını açmaqla, qanunsuz olaraq binaya daxil olmaqla, oradan dəyəri 3000 manat olan bir ədəd mərmər əl-üz yuma qabını, bundan bir həftə sonra, avqust ayının ortalarında təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmin sexə qanunsuz daxil olmaqla, oradan dəyəri 150 manat olan bir ədəd mərmərdən hazırlanmış şir heykəlini, dəyəri 500 manat olan bir ədəd qartal heykəlini, dəyəri 450 manat olan bir ədəd mərmər sütunu, dəyəri 450 manat olan bir ədəd mərmər güldanı, dəyəri 600 manat olan bir ədəd iri mərmər güldanı, həmin yerdə yerləşən evin plastik qapısını qırıb açma qla binaya qanunsuz daxil olaraq, oradan dəyəri 1200 manat olan "Samsung” markalı soyuducunu, dəyəri 150 manat olan bir ədəd məişət ütüsünü, dəyəri 400 manat olan divara quraşdırılmış "Samsung”markalı kondisonerinin mühərrikini gizli olaraq talamaqla, ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs36 6900 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin avqust ayının 5-nə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən Zərərçəkmiş şəxs37 məxsus avtoyuma məntəqəsinin giriş qapısını dəmir al ətlə qırmaqla, qanunsuz olaraq binaya daxil olaraq, oradan dəyəri 1500 manat olan bir ədəd yuyucu aparatı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs37 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin avqust ayının 6-dan 11-dək olan müddət ərzində Zərərçəkmiş şəxs13 məxsus ünvan 5 ünvanda yerləşən evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını yerindən qopardıb aralamaqla, qanunsuz olaraq yaşayış sahəsinə girərək, oradan dəyəri 700 manat olan bir ədəd "BOSH” markalı kombi aparatını, hamam otağından dəyəri İ50 manat o lan divara quraşdırılmış "Yukos” markalı bir ədəd su qızdırıcısını, dəyəri 150 manat olan bir ədəd hidrofon su qurğu mühərrikini talamaqla, Zərərçəkmiş şəxs13 ümumilikdə 1000 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonlarından oktyabr ayının 31-dək olan müddət ərzində Zərərçəkmiş şəxs51 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 12-ci döngə 8 saylı evin həyətinə qanunsuz daxil olmaqla orada evin bayır divarında quraşdırılmış saxlanc yeri hesab olunan plastik yeşiyi açmaqla oraya qanunsuz daxil olu b, yeşiyin içərisində saxlanılan dəyəri 750 manat olan bir ədəd "Neotrem” markalı kombi aparatını, dəyəri 50 manat olan bir ədəd enerji tənzimləyicisini və dəyəri 200 manat olan həmin plastik yeşiyi, ümumilikdə 1000 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs51 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin sentyabr ayının 2-də saat 11-dən 19-30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs43 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 1-ci keçid, 2-ci döngə, 6 saylı evin açıq qalmış pəncərəsindən evə qanunsuz daxil olmaqla, oradan dəyəri 200 manat olan bir ədəd samovarı, dəyəri 100 manat olan "Bosh” markalı laqondanı, dəyəri 300 manat olan bir ədəd "Nakiti” markalı lobziki, dəyəri 80 manat olan bir ədəd "Bosh” markalı direli, dəyəri 180 manat olan "Kvinner” markalı preferatoru gizli talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs43 860 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 3 oktyabr 2018-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs19 məxsus ünvan 6 ünvanda yerləşən evin həyətyanı sahəsindəki anbarın qa pısının kilidini dəmir alətlə sındıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olub, oradan hər birinin dəyəri 1400 manat olan ümumi dəyəri 4200 manat təşkil edən 3 ədəd "Baymak” kombi aparatını, dəyəri 1200 manat təşkil edən iri ölçülü bir ədəd prefaratoru, dəyəri 300 manat təşkil edən kiçik ölçülü preferatoru, dəyəri 800 manat təşkil edən böyük ölçülü su mühərrikini, dəyəri 400 manat təşkil edən su mühərrikini, dəyəri 300 manat təşkil edən laqonda komplektini, dəyəri 300 manat təşkil edən kombi aparatına aid ləvəzimatları ümumilikdə 7500 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs19 qeyd olunan məbləğdə, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin noyabr ayının 17-dən 22-dək olan müddət ərzində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Zəngəzur küçəsində yeni sahədə yerləşən evinin həyətinə hasardan aşmaqla daxil olaraq, evin bayır hissəsində divara quraşdırılmış saxlanc yeri olan plastik yeşikdən dəyəri 650 manat olan bir ədəd “Vanvart” markalı kombi aparatını və dəyəri 40 manat olan bir ədəd enerji tənzimləyicisi olan stablizatoru gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs21 690 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum, Təqsirləndirilən şəxs3 və i stintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin noyabr ayının 19-na keçən gecə saatlarında Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 yolunun kənarında yerləşən evin 2-ci mərtəbəsinin qapısının dəmir barmaqlığının üzərindəki kilidi dəmir alətlə qırıb sındıraraq, qanunsuz olaraq binaya daxil olmaqla, oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 400 manat olan 2 top 100 metrlik elektrik naqilini, dəyəri 100 manat olan qırmızı rəngli “Aknur” elektrik naqilini, dəyəri 100 manat olan ağ və göy rəngli elektrik naqillərini, ümumilikdə 600 manat məbləğində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxs X-ə qeyd olunan məbləğdə ziyan vurduqdan sonra, həmin evdə u sta işləmiş Zərərçəkmiş şəxs33 məxsus dəyəri 180 manat olan bir ədəd “Akintek” markalı laqonda aparatını, dəyəri, 90 manat olan bir ədəd “İnteriskol” markalı laqondanı, dəyəri 60 manat olan bir ədəd “Zubr” markalı direli və cəmi dəyəri 100 manat olan kəlbətini, laqonda daşlarını, pereferator üçün bizləri, ümumilikdə 430 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs33 qeyd olunan məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 noyabr 2018-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs23 məxsus ünvan 7 ünvanda yerləşən evin 1 -ci mərtəbəsində olan plastik pəncərənin dəmir barmaqlığını əlləri ilə qoparıb yerindən çıxardaraq, plastik pəncərəni itələyərək açdıqdan sonra, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, evdən hər birinin dəyəri 1200 manat olan, cəmi dəyəri 4800 manat olan 4 ədəd “Konfor-32” markalı kombi aparatını, dəyəri 2800 manat olan bir ədəd “HP” markalı noutbuku, dəyəri 2600 manat olan 140 dioqanal ölçüdə bir ədəd “Samsung” markalı televizoru, dəyəri 600 manat olan bir ədəd “Tefal” markalı ütünü, dəyəri 300 manat olan bir ədəd “Samsung” markalı tozsoran aparatını, dəyəri 350 manat olan bir dəst çəngəl-bıçaq dəstini, dəyəri 130 manat olan bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, dəyəri 80 manat olan bir ədəd çaydanı, dəyəri 1700 manat olan 140 dioqnal ölçüdə “Samsung” markalı televizoru, dəyəri 900 manat olan 60 diaqonal ölçüdə “Samsung” markalı televizoru gizli talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs23 14.260 manat, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018ci ilin noyabr ayının 22-dən 26-dək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı başlar massivində yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin giriş qapısının asma kilidini sındırmaqla, qanunsuz olaraq evə daxil olmuş və oradan, hər birinin dəyəri 100 manat olmaqla 2 ədəd cəmi dəyəri 200 manat təşkil edən elektrik samovarı, dəyəri 70 manat olan bir ədəd elektrik direli, dəyəri 150 manat olan bir ədəd elektrik rəndəni, dəyəri 200 manat olan bir ədəd laqonda aparatını, dəyəri 250 manat olan 2x3 ölçüdə bir ədəd xalçanı, hamam otağından dəyəri 1000 manat olan bir ədəd “İmerqaz” kombi aparatını, dəyəri 150 manat olan bir ədəd divan-kreslo örtüyünü, dəyəri 500 manat olan bir komplekt hamam aksesuarlarını, cəmi dəyəri 200 manat olan komplekt qızdırıcı radiatoru, dəyəri 70 manat olan bir ədəd qaz balonunun reduktorunu, dəyəri 200 manat olan bir ədəd elektrik qaynaq aparatını mis kabeli ilə birlikdə, cəmi dəyəri 150 manat təşkil edən iki ədəd təsərrüfat baltasını, dəyəri 200 manat təşkil edən 100 metr ölçüdə 100-lük mis kabeli, dəyəri 100 manat olan 50 metr ölçüdə, 2,5 diametrli rezin borunu, cəmi dəyəri 400 manat olan iki ədəd tozsoran aparatını, dəyəri 300 manat olan bir ədəd 2x3 ölçüdə Belçika istehsallı xalçanı, dəyəri 350 manat olan bir ədəd ağacdoğrayan elektrik mişarını, dəyəri 50 manat olan bir ədəd mis çaynikini, ümumilikdə 4740 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs11 qeyd olunan miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin noyabr ayının 28-nə keçən gecə X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin giriş plastik qapısını açmaqla qanunsuz olaraq evə daxil olmuş və oradan dəyəri 170 manat olan bir ədəd preferatoru, dəyəri 55 manat olan bir ədəd böyük ölçülü lobziki, dəyəri 35 manat olan bir ədəd kiçik ölçülü lobziki, dəyəri 80 manat olan böyük ölçülü direli, dəyəri 40 manat olan kiçik ölçülü direli, dəyəri 45 manat olan bir ədəd ütünü, dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 80 manat olan bir ədəd laqondanı, dəyəri 84 manat olan 70 metr uzunluğunda 42-lik kabeli və dəyəri 15 manat olan 30 metr uzunluğunda elektrik naqilini gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Almaz Əsədovaya cəmi 729 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olar aq talamaq məqsədi ilə, 2018-ci ilin dekabr ayının 10-da, gecə saat 02 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində Zərərçəkmiş şəxs25 məxsus “Üzümlük” sahəsində yerləşən saxlanc yeri kimi istifadə edilən binaya qanunsuz daxil olmaqla, oradan dəyəri 1000 manat təşkil edən bir ədəd “GENPOWER” markalı elektrik şitini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs25 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin dekabr ayının 16-dan 18-nə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivindəki e vinin həyətində yerləşən anbarın dəmir barmaqlığını sındıraraq, qanunsuz olaraq binaya daxil olmaqla oradan cəmi dəyəri 320 manat təşkil edən 5 ədəd samovarı, cəmi dəyəri 200 manat olan 2 ədəd mis teşti, evin bayır divarına quraşdırılmış dəyəri 100 olan su qızdırıcısını, dəyəri 50 manat olan bir komplekt hamam aksesuarlarını, dəyəri 200 manat olan "İmmergaz” kombi istilk sisteminin işərisində yerləşən avadanlıqları, evin zirzəmisində dəyəri 800 manat olan bir ədəd qədimi somavarı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs34 1670 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs27 məxsus Abşeron rayonu, Novxanı kəndi, Q.Qasımzadə küçəsindəki fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz binaya daxil olaraq, oradan 5000 manat dəyərində olan 1 ədəd "Sony" markalı böyük ekranlı televizoru, 1000 manat dəyərində olan 1 ədəd kiçik ölçülü "Sony" markalı televizoru və 1450 manat dəyərində olan 1 ədəd "İstanbul" markalı kombi istilik aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs27 ümumilikdə 7450 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2018-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs50 məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsi, Sarıqaya adlanan ərazidə yerləşən 431A saylı fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, evin eyvanında olan dəyəri 3000 manat təşkil edən bir ədəd işıq generatorunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs50 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 dekabr 2018-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvandakı həyət evinə darvazadan aşaraq keçməklə, həyətdə yerləşən saxlanc yeri hesab edilən əl damına qanunsuz daxil olaraq, orada divara quraşdırılmış dəyəri 1200 manat olan ”Novohot” markalı kombi aparatını qaz açarı ilə söküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs12 məxsus ünvan 9 ünvanda yerləşən evin mansarının plastik pəncərəsini itələyib açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, həmin evin qonaq otağından hə r birinin dəyəri 600 manat olmaqla, ümumi dəyəri 1200 manat təşkil edən 2 ədəd 3x1,5 metr ölçüdə yerli istehsallı xalçaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs12 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 125, nömrəsiz həyət evin qarşısında saxlanılmış X6 məxsus dəyəri 12.500 manat təşkil edən "Ford Transit” markalı "vaqon tipli **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və avtomobilin yük yerindən, dəyəri 2000 ma nat olan kardon bağlamalarda müxtəlif şirniyyat məhsullarını, avtomobilin cihazlar lövhəsinə quraşdırılmış dəyəri 400 manat olan bir ədəd "DH-840 Pioner” markalı maqnitofonu, avtomobilin kül qabısında yanacaq üçün saxlanılmış 50 manat məbləğində müxtəlif əskinazlarla olan nağd pulu, dəyəri 200 manat olan gümüş bijuteriyalı boyunbağını üzüyü ilə birlikdə, avtomobilin yük yerindən bir ədəd, dəyəri 30 manat olan damkratı, dəyəri 5 manat olan bir ədəd təkər açarını, ümumilikdə 15.185 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq tal amaq məqsədi ilə, 2019-cu ilin yanvar ayının 3-nə keçən gecə saatlarında Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmeyi-Goradil bağlar massivində yerləşən 1346 saylı bağ evinin plastik pəncərəsinin dəmir barmaqlığını vintaçan alətlə sındırıb açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan dəyəri 50 manat olan bir ədəd "Demirdökum” markalı su qızdırıcısını, dəyəri 100 manat olan bir ədəd laqonda aparatını, cəmi dəyəri 300 manat olan 100 ədəd elektrik razetkasını, dəyəri 20 manat olan 50 metr uzunluğunda elektrik kabelini və dəyəri 250 manat olan bir ədəd propan balona qoşulan qızdırıcını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs8 ümumilikdə 770 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndi rilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin yanvar ayının 3-dən həmin ayın ayının 6-dək olan müddət ərzində, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin mətbəx pəncərəsinin dəmir barmaqlığını sındırıb açmaqla, evə qanunsuz daxil olaraq, oradan dəyəri 150 manat olan bir ədəd "Bosh” markalı ət çəkən aparatını, hər birinin dəyəri 500 manat olmaqla, cəmi dəyəri 2500 manat təşkil edən beş ədəd xalçanı, dəyəri 100 manat olan bir ədəd "İtimat” elektrik qızdırıcı sobanı, dəyəri 50 manat olan enerji stabilizatorunu, dəyəri 50 manat olan saç qurud an feni, dəyəri 300 manat olan "Tefal” qazan dəstini, hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 150 manat təşkil edən 3 ədəd kişi gödəkçəsini, ümumilikdə 3800 manat məbləğində əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 yanvar 2019-cu il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin qapısının dəmir barmaqlılarını sındırıb açmaqla qanunsuz olaraq evə daxil olaraq, oradan, dəyəri 1500 manat olan 01 ədəd "İmmergaz-32” markalı kombi aparatını, dəyəri 1800 manat olan bir ədəd "Sony Bravia” markalı televizoru, dəyəri 700 manat olan personal kompyuter dəstini, dəyəri 300 manat olan bir ədəd video müşahidə kamera qurğusuna aid monitoru, dəyəri 500 manat təşkil edən video müşahidə kameralarının yaddaş bloku olan “DVR” qurğusunu, dəyəri 1400 manat olan bir ədəd "Sony Bravia” markalı televizoru, dəyəri 150 manat olan Almaniya istehsallı bıçaq dəstini, dəyəri 120 manat təşkil edən bir ədəd köz samovarını, dəyəri 100 manat olan bir dəst Ruminiya istehallı yataq dəstini, dəyəri 100 manat olan bir ədəd “Filips” markalı professional saç qurudan feni, ümumilikdə 7070 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan v urmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin yanvar ayının 17-dən 20-dək olan müddət ərzində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs48 məxsus evin plastik pəncərəsini itələyib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, evdən dəyəri 830 manat olan bir ədəd “LG” markalı plazma televizorunu, dəyəri 80 manat olan bir ədəd peyk antena aparatını, yataq otağında olan paltar dolabında asılmış pencəyinin iç cibindən 100 ədəd 500 manat məbləğində 5 manatlıq pul əskinazlarını, 100 ədəd 100 manat məbləğində 1 manatlıq pul əskinazlar ını, yataq otağındakı paltar dolabında şüşə qabda saxlanılan ümumi məbləği 200 manat təşkil edən müxtəlif pul əskinazlarını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs48 ümumilikdə 1710 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin yanvar ayının 18dən 20-nə dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 926Ə saylı bağ evinin plastik pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə qopardıb sındıraraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, hə min evin mətbəxində yığılmış dəyəri 200 manat təşkil edən alüminium qab-qazanları və elektrik somavarını, yataq otağından dəyəri 400 manat olan iki ədəd xalçanı, evin həyətində olan saxlanc otağından dəyəri 100 manat olan 50 metr uzunluğunda mis kabelini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs7 ümumilikdə 700 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq maqsədi ilə 2019-cu ilin yanvar ayının 31-dən həmin ilin fevral ayının 1-nə keçən gecə saatlarında Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ş osessi, V.Ağayev küçəsində yerləşən bağ evin giriş qapısını sındırma yolu ilə qanunsuz olaraq evə daxil olmus, evin birinci mərtəbəsində olan pilləkanın alt hissəsindən dəyəri 1500 manat olan bir ədəd “İJ58” markalı, 2 lüləli 173406 saylı yivsiz odlu ov tüfəngini və dəyəri 1000 manat olan bir ədəd, zavod istehsallı, 37730 saylı tir tüfəngini, dəyəri 1500 manat olan Almaniya istehsallı optik cihazlı tir tüfəngini, dəyəri 50 manat olan bir ədəd gödəkçə- canlığı, dəyəri 150 manat olan ov gödəkcəsini, evin 2-ci mərtəbəsində yataq otağından hər birinin dəyəri 300 manat olmaqla, cəmi dəyəri 600 manat təşkil edən iki ədəd kişi ətrini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs14 4800 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin fevral ayının 4-dən 9-dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs52 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində "Rabitəçilər” adlanan ərazidə yerləşən 20 saylı ünvanda fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə sındırıb açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, orada paltar dolabından dəyəri 50 manat olan bir ədəd kişi pencəyini, dəyəri 30 manat olan bir ədəd kişi jiletini, evin həyətində yerləşən saxlanc yeri olan qaraj otağından dəyəri 1000 manat olan bir ədəd somovarı, mətbəx otağından dəyəri 100 manat olan bir ədəd elektrik somovarını, dəyəri 400 manat olan bir dəst gümüş və bürünc qab dəstlərini, hamam otağından dəyəri 1400 manat olan bir ədəd "Unikal-32” markalı kombi istilik sistemini, dəyəri 200 manat olan bir ədəd qaynaq aparatını, dəyəri 80 manat olan bir ədəd "BOSH” markalı prefaratoru, dəyəri 100 manat olan bir ədəd qaynaq ütüsünü, ümumilikdə 3360 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs52 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019cu ilin fevral ayının 10- dan 17-dək olan müddət ərzində Zərərçəkmiş şəxs31 mə xsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən evin həyətində saxlanc otağına qanunsuz daxil olmaqla, oradan divara quraşdırılmış dəyəri 1500 manat olan bir ədəd "İmmergaz” markalı kombi aparatını söküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs31 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 mart 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs28 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən evin birinci mərtəbəsində olan plastik pəncərənin dəmir barmaqlığını sındırıb açaraq qanunsuz olaraq evə daxil olmaqla, oradan d əyəri 300 manat olan 1 ədəd "Sony Braviya” markalı televizoru, həyətdə yerləşən mətbəx otağında divara quraşdırılmış dəyəri 1000 manat olan bir ədəd "Konfort” markalı kombi aparatını və dəyəri 70 manat olan bir ədəd su mühərrikini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs28 1370 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin mart ayının ortalarında gecə saatlarında X7 məxsus Abşeron rayonu, Goradil qəsəbəsində yerləşən bağ evinin giriş qapısının kilidini sındırıb açmaqla evə qanunsuz olaraq daxil olmaqla, oradan dəyəri 1300 manat olan bir ədəd "Radi and” markalı kombi aparatını, dəyəri 2000 manat olan bir ədəd "Sony Braviya”markalı televizoru, dəyəri 600 manat olan bir ədəd "Tomas Aqua” markalı tozsoran aparatını, dəyəri 400 manat olan bir ədəd "Fosil” markalı qol saatını, dəyəri 100 manat olan bir ədəd saç qurudan feni, hər birinin dəyəri 50 manat olan, cəmi dəyəri 100 manat təşkil edən 2 ədəd saç qaynaq aparatını, dəyəri 25 manat olan bir ədəd idman əlcəyini, hər cütü 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 5 cüt qadın ayaqqabısını, dəyəri 100 manat olan kişi geyim şalvarını, dəyəri 50 manat olan bir ədəd qısaqol köynəyi, dəyəri 85 manat olan bir ədəd dreli, dəyəri 45 manat olan bir ədəd lobziki, dəyəri 50 manat olan bir ədəd qan təzyiqi ölçən cihazı, dəyəri 50 manat olan bir ədəd qadın gödəkçəsini, dəyəri 100 manat olan b ir ədəd "Saz” markalı modem aparatını, dəyəri 20 manat olan bir bultuzlu səs gücləndiricini, dəyəri 250 manat olan müxtəlif çeşidli spirtli içkiləri, ümumilikdə 5275 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs45 xeyli miqdara ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Məhkum və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 20 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz evin içərisinə pəncərəni açmaqla qanunsuz olaraq daxil olaraq, evin hamam otağından dəyəri 150 manat olan bir ədəd la qonda aparatını və evin həyətində ümumi dəyəri 2000 manat təşkil edən plastik pəncərə sistemlərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs18 ümumilkdə 2150 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4, Məhkum və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin mart ayının 26-da saat 23 radələrində Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini vintaçan alətlə açaraq qanunsuz olaraq binaya daxil olmaqla, oradan dəyəri 1200 manat olan 1 ədəd "Samsung” markalı televizoru və dəyəri 500 manat olan 1 ədəd "LG” markalı televizoru gizli ol araq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs26 1700 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin mart ayının sonlarında axşam saatlarında X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin hasarını aşaraq evin giriş qapısının kilidini sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin evin dəhlizində quraşdırılmış dəyəri 1000 manat olan bir ədəd "Efendilər” markalı kombi aparatını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Hüseyn Şahməmmədov qeyd olunan miqdarda ziyan vurmaqla, təkrarən oğ urluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin mart ayının 29-na keçən gecə Şahid17 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan yolunda Yangından Mühafizə Xidmətinin inzibati binasının arxasında yerləşən evə plastik pəncərəni açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan həmin evdə usta işləmiş Zərərçəkmiş şəxs47 məxsus dəyəri 160 manat olan bir ədəd dreli, dəyəri 50 manat olan bir ədəd rezin çəkici, dəyəri 2 manat olan bir ədəd dəmir çəkici, ümumilikdə 212 manat məbləğində əmlakı talayaraq, qeyd olunan məbləğdə Zərərçəkmiş şəxs47 ziyan vurduqdan sonra, həmin evdə usta işləmiş Zərərçəkmiş şəxs46 Ruzigar oğluna məxsus dəyəri 180 manat olan bir ədəd dəmir və taxtakəsən laqondanı, dəyəri 100 manat olan bir ədəd kiçik ölçülü laqondanı, dəyəri 65 manat olan bir ədəd lobziki, dəyəri 175 manat olan bir ədəd kafel kəsən aləti, dəyəri 80 manat olan bir ədəd plastik boruları birləşdirən ütü aparatını, dəyəri 85 manat olan bir ədəd direl üçün mikseri, cəmi 685 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs46 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 9 ünvanında yerləşən ev-ofisində 22 mm ölçüdə, 4 ədəd dairəvi formalı dəliyi olan, qabarit ölçüləri 118 x 84,5 mm. maksimal qalınlığı 8 mm o lan kustar üsulla hazırladığı, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kastet-beşbarmağı qanunsuz olaraq üzərində gəzdirərkən, 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 10 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət olunmuş, saat 14-30-da üzərinə baxış keçirilərkən əynində olan qara rəngli vilvet yarımqol gödəkcəsinin sağ yan cibindən həmin soyuq silah aşkar olunaraq götürülmüşdür. Bundan başqa, 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saat 15:20-də X4 yaşadığı ünvan 12-də axtarış aparılarkən, onun tərəfindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilmiş, daşıyaraq yaşa dığı evin 2-ci mərtəbəsində yerləşən qonaq otağında divanın altında saxlamaqla gizlədilmiş, 01 ədəd 16 kalibrli, “İJ- 58” modelli, 1965-ci ildə zavod üsulu ilə keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda hazırlanmış “E-3933” nömrəli, gizli daşımaq üçün sonradan qundağı və lüləsinə konstruktiv dəyişikliklər edilməklə üsulla kəsilmiş, odlu yivsiz silah hesab olunan texniki cəhətdən saz və atəşə yararlı ov tüfənginin kəsiyi (obrez) və bilyard otağında olan masanın siyirməsindən bir ədəd RF-nin İjevsk şəhərində zavod üsulu ilə istehsal edilmiş, təsiredici məsafəsi 2 metrə qədər olan, gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təchiz edilən, özünümüdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı aerozol qurğulu qaz silahı aşkar edilərək götürülmüşdür Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təq sirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Təqsirləndirilən şəxs1 oğurluq məqsədilə mütəşəkkil dəstə yaratmaqla ona rəhbərlik etməsi, həmçinin odlu silahı talaması ilə bağlı əməllərində cinayət tərkibi olmadığı halda ona qondarma ittiham irəli sürülmüş və o, əsasız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1 maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə bəraət verilməsini, onun əməllərinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə tövsif edilməklə ona CM-in 228.1-ci maddəsi ilə ədalətli cəzanın təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əməli əsassız olaraq Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarını ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə bəraət verilməsini, həmçinin əməlinin CM-nin 177.2.2-ci maddəsinə tövsif etməklə, CM-nin 177.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Təqsirləndirilən şəxs1 oğurluq m əqsədilə mütəşəkkil dəstə yaratmaqla ona rəhbərlik etməsi, odlu silahı talaması kimi cinayətlərdə təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə bəraət verilməsi və onun əməllərinin Cinayət Məcəlləsinin 228.1ci maddəsinə tövsif edilməklə ona CM-in 228.1-ci maddəsi ilə ədalətli cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxu d dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək Məhkum 14 sentyabr 2023cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi vəzifəsini icra edən Elxan İsgəndərovun 14 sentyabr 2023-cü il tarixli 3-16-17/36/2-2282 saylı müşayiətedici məktubu ilə Ali Məhkəməyə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən məhkum özü tərəfindən verilmiş kassasiya şikayətini kassasiya instansiyası məhkəməsində baxılanadək geri götürmək hüququna malikdir. Odur ki, kollegiya Məhkum tərəfindən verilmiş kas sasiya şikayətinin geri qaytarılmasını mümkün bilir, eyni zamanda məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını (məhkum Təqsirləndirilən şəxs1 münasibətdə) yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yara dır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu mü əyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, on lar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs1 hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun müdafiəçisinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiəçinin Təqsirləndirilən şəxs1 oğurluq məqsədilə mütəşəkkil dəstə yaratmaması, ona rəhbərlik etməm əsi, mütəşəkkil dəstə tərkibində oğurluq etməməsi, odlu silahı talamaması haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri - məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən Təqsirləndirilən şəxs1 və hazırkı iş üzrə keçən digər məhkum edilmiş şəxslərin (ibtidai araşdırma dövründə vermiş olduqları etirafedici ifadələri), çoxsaylı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, 16 aprel 2019-cu il tarixli axtarış və götürmə protokolu (Təqsirləndirilən şəxs1 işlədiyi və yaşadığı ünvan 12 ünvanında sonuncunun və onun atası Fəyaz Əsədullayevin razılıq ərizələri əsasında axtarış keçirilmiş və axtarış zamanı binanın 2-ci mərt əbəsində qonaq otağında şkafın siyirtməsindən 01 ədəd suvenir xəncər, 01 ədəd açılıb bağlanan bıçaq, divan-kreslo dəstinin alt hissəsində qundağı və lüləsi kəsilmiş İJ-58 modelli, E-3933 nömrəli ov tüfəngi, yataq otağında dolabın siyirməsindən üzərində 06 ədəd "FİOCCHİ İTALY” yazısı olan ov patronları, 2-ci mərtəbədə yerləşən bilyard taxtı olan otaqda 01 ədəd özünü müdafiə - qırmızı rəngdə qaz dezondarant balonu, 03 ədəd qara rəngdə tibbi maska, fanar, 1 cüt qara rəngli köynək qolları, 1 ədəd qara rəngli "Jinqu” markalı nömrəsiz telefon, 1 ədəd rəngli kəlbətin, 1 ədəd hər iki ucu şiş olan mıxçıxaran dəmir parçası, 6 ədəd müxtəlif ölçülü və naxışlarda xalçalar), məhkum edilmiş şəxslərin ifadələrinin hadisə yerlərində yoxlanılmasına dair tərtib edilmiş protokolları, 17 aprel 2019-cu il tarix li könüllü təqdim etmə və baxış keçirmə haqqında protokolları, 15 may 2019-cu il tarixli 12478 saylı məhkəmə-ballistik ekspertizası rəyi, məhkəmə-trasoloji ekspertizası rəyi (təqdim edilmiş xx.xx.2019 Binəqədi RPİ-nin 4-cü PŞ-ci Binəqədi rayonu DSK yolunda vət Şahid17 məxsus yarım tikilidən oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol əlinin hiptenar hissəsindən və 2 saylı daktilolentin səthindəki ovuc izi onun sol əlinin tenar hissəsindən qalmışdır), çoxsaylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyləri, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülm üş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 177.3.1, 232.3.1 və 228.1-ci maddələri (həmçinin CM-nin 228.4 və 229.4-cü maddələrilə) ilə tövsif edilməsi, onun bu maddələrlə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiy ası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə tövsif etməklə səhvə yol verməmələri haqqında nəticəyə gələrkən aşağıdakı halları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 20 aprel 1999-cu il tarixli qərarında, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı Qərarında mütəşəkkil dəstəyə verilən təfsirdə göstərilmişdir ki, cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta, bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində, həmçinin digər hallarda da özün ü göstərə bilər. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün birgə iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CM-nin 32-ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir. Məhkəmələr tərəfindən nəzərə alınmış hazırkı işin faktiki hallarından müəyyən olunur ki, dəstə üzvləri yüksək dərəcədə mütəşəkkilliklə çoxsaylı oxşar oğurluq cinayətləri (eyni üsulla eyni üzvlər) törətmişlər, dəstəni yaradan şəxs bəlli olmaqla dəstə üzvləri sabit olmuş və uzun müddət mövcud olmuş, cinayətlərin birlikdə törədilməsinə dair razılıq cinayətlərin törədilməsi anına qədər dəstənin digər üzvləri ilə əldə olunmuş, çoxsaylı cinayətlərin törədilməsi planları diqqətlə hazırlanmış, cinayətin edilməsi üçün alət və vasitələr dü şünülmüş şəkildə təşkil olunmuşdur (silahla təmin edilməsi daxil olmaqla, qaz dezondarant balonu, tibbi maskalar, fənər, mıxçıxaran dəmir parçası). Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən bir neçə şəxsdən ibarət möhkəm cinayətkar qrup, yəni mütəşəkkil dəstə yaratması, dəstənin tərkibinə rəhbərlik edərək yaşayış sahələrinə, saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etməsi və odlu silahı talaması ilə bağlı hərəkətləri cinayət məcəlləsinin müvafiq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi, Ali Məhkəməsinin Plenumununun izahları ilə müqayisə etdikdə, müdafiəçi nin Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini (həmçinin CM 228.1, 228.4 və 229.4-cü maddələrində) səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələrlə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Şikayət müəllifinin məhkum Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin yalnız 228.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şika yətində irəli sürülən Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə, Məhkum kassasiya şikayətinin geri qaytarılmas ına dair çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti geri qaytarılmalı, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1 və qeyriləri barəsində olan 24 may 2022-ci il tarixli, 1(103)-40/2022 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1a aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414.1 və 419.10.1-ci maddələrinə tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti geri qaytarılsın. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının Təqsirləndirilən şəxs1 və qeyriləri barəsində olan 24 may 2022-ci il tarixli, 1(103)-40/2022 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1a aid hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1515/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1515/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver