Məhkəmə qərarları › İş №1(102)-1515/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1515/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1515/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-319/2024 nömrəli qərarından Məhkum t ərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(005)48/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim Xalidə Əlisoy) xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, həbs olunana qədər "NEW LİFE” əmlak şirkətində vasitəçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onun 1 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 06 (altı) ay müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanması və onun əsas cəzasını çəkmiş hesab edilməsi, üzərində 1 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum etmə əlavə cəzasının saxlanılması, Məhkum təyin olunmuş əlavə cəzasının icrasının yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş "həbs” qətimkan tədbiri dəyişdirilərək "başqa yerə getməmək barədə ilt izam” qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-319/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023cü il tarixli, 1(005)-48/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməd ən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum "Aqro-Azərinvest” MMCnin (VÖEN **********, hüquqi ünvanı Qəbələ rayonu, E.Kərimov küçəsi, ev 34 olan) xx.xx.2018-ci il tarixdən -xx.xx.2020-ci il tarixədək olan müddətdə Satış və Marketinq şöbəsinin ekspeditoru, xx.xx.2020-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək olan müddət ərzində isə Kommersiya departamentinin ekspeditoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən təsdiq edilmiş vəzifə təlimatlarına əsasən, ona etibar edilmiş maddi dəyərləri qoruyub saxlamaq, etibar edilmiş maddi dəyərlərə və işlərə qayğı ilə yanaşm aq, cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamaq, vaxtında cəmiyyət rəhbərliyini himayəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımı hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək, Cəmiyyətin Bakı məhsul anbarından buraxılan malları müşayiətedici sənədlərə uyğun olaraq təhvil alıb, Satış və Marketinq şöbəsinin, həmçinin Kommersiya departmentinin nəzarəti altında təşkil olunan pərakəndə və topdansatış əməliyyatlarını Cəmiyyət ilə satış məntəqəsi arasında müqavilənin bağlanmasını təmin etdikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq malı təhvil verib satışdan əldə olunan pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil vermək, qaiməfaktura əsasında anbardan qəbul etdiyi mala görə tam maddi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik inzibati-təsər rüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, Cəmiyyətin ünvan 4 ünvanda yerləşən anbarından müxtəlif vaxtlarda və məbləğlərdə məhsulları ayrı-ayrı ticarət nümayəndələrindən aktla qəbul etmiş, cəmi mədaxili 394788,42 manat təşkil etmiş, 39413,42 manat dəyərində malı anbara qaytarmış, komissiya tərəfindən tərtib olunmuş aktla 28272,60 manatlıq mal digər ticarət nümayəndələrinə təhvil verilmiş, 17538,30 manatlıq Cəmiyyət rəhbərliyinin 01 mart 2017-ci il tarixli 15 saylı əmrinə əsasən endirim edilərək azaldılmış, satışa verilən mallara görə ticarət subyektləri tərəfindən 82919,15 manat Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürülmüş, satışdan əldə etdiyi, ümümilikdə 226.664,95 manat nağd pul vəsaitinin 176901 manatını hissə-hissə xəzinəyə ödəmiş, cəmi 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan beş qəpik) manat pulu isə xəzinəyə təhvil verməyərək, ona etibar olunmuş Zərərçəkmiş şəxs MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hökm və qərar əsassız və qanunsuzdur. Belə ki, ilk dəfədir ki cinayət məsuliyyətinə cəlb edilmişdir, həbs olunana qədər ailəyə tək gəlir gətirən o olmuşdur, heç vaxt cinayət törətməmişdir, cinayət işinin materiallarında əməlimdə CM-nin 179-cu maddənin tərkibini yaradacaq hər hansı bir hərəkətin olmasını sübut edəcək heç bir sübut yoxdur. Məhkum qeyd etmişdir ki, ilk keçirilmiş audit yoxlamasının keçirilmə qaydası və istinad etdiyi sənədlər tam qanunsuzdur. Aud it yoxlaması yalnız elektron qaimələrə əsasən keçirilə bilər. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı var. Hansı ki, həmin qərarın beşinci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci İİ 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təq dim edilir. Belə ki, keçirilən audit yoxlaması əllə yazılmış qaimələrə əsasən keçirilmişdir, həmin qaimələrin kimin tərəfindən tərtib olunması bilinmir və bundan əlavə qaimələrdə və üzləşmə aktlarında olan imzalar ona aid deyil, onun tərəfindən imzalanmamışdır. Onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsini sübut edən tək hal audut yoxlaması idi ki, audit yoxlaması elektron qaimələrə əsasən yox qanunsuz sənədlərə yəni əllə yazılmış qaimələrə əsasən keçirilib. Bundan əlavə audit yoxlamasının əsaslandığı qaimələrdə və üzləşmə aktılarındakı imzalar ona məxsus deyil və onun tərəfindən imza edilməmişdir. Məhkum daha sonra bildirmişdir ki, məhkəmə istintaqı zamanı təkrar auditin keçirilməsi barədə vəsatət vermişlər. Həmin vəsatət əsa sında təkrar audit yoxlaması keçirilmiş və təkrar audit rəyində ilkin auiditin keçirilməsinin tam qanunsuz olması, onun verilmiş ittiham ilə heç bir əlaqəsinin olmaması göstərilmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(103)-319/2024 nömrəli qərarını ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni v ə əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci madd əsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırıl ması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində ona bəraət verilməsini xahiş edərək və barəsində olan apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağı rlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı cinayət işi üzrə auditor rəyi alınmış və məhz həmin rəylə Məhkum tərəfindən 49 743, 95 manat miqdarında mənimsəmə edildiyi müəyyən edilmişdir. İstintaq zamanı “Məhkəmə mühasibatlıq ekspertizası” təyin edilmiş və həmin ekspert rəyində də əvvəlki auditor rəyi ilə eyni nəticəyə gəlinərək 49 743,95 manat pulun mənimsənilməsi barədə qənaətə gəlmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən təkrar audit yoxlaması təyin edilmişdir. Məhkəmə həmin qərarında göstərmişdir: “...Məhkəmə vəsatəti və cinayət işinin materiallarını araşdırıb, vəsatətlə bağlı proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, hazırki cinayət işi üzrə həqiqi halların müəyyən edilməsi baxımından iş üzrə audit yoxlanılmasının təyin edilməsi zəruridir...” Məhkəmə qərarı əsasında alınmış xx.xx.2023-cü il tarixli “Müstəqil auditorun hesabatı” nda aşağıdakılar müəyyən eilmişdir: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 24 fevral tari xli qərarına əsasən auditor qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.28 novobr 2023-cü tarixli “Next Audit-Konsaltinq" MMC tərfindən keçirilmiş audit yoxlaması nəticəsində gəlinmiş nəticə düzgündürmü? 2.Təqdim edilmiş sənədlər əsasında “Aqro-Azərinvest" MMC-nin hesabatlarında hər hansı satış pulu çatışmazlığı mövcuddurmu? 3.Catışmamazlıq mövcuddursa, yaranmış satış pulu çatışmazlığı nə qədər təşkil edir? Qarşısında qoyulmuş suallara cavab verərək auditor belə nəticəyə gəlmişdir ki, Audit qarşısına qoyulmuş birinci suala cavab olaraq 28 noyabr 2021-ci tarixli “Next Audit-Konsaltinq" MMC tərfindən keçirilmiş audit yoxlaması nəticəsində gəlinmiş nəticəni auditorlar düzgün hesab etmirlər. Belə ki, xx.xx.2023 tarixli NAK-R-12 nömrəli audit rəyi (bundan sonra rəy) hazırlanarkən Azərbaycan Res publikasının müvafiq qanunvericiliyinə və X2 (BAS) tələblərinə tam riayət edilməmişdir. Yerli qanunvericiliyə əsasən auditora təqdim edilmiş sənədlər ciddi hesabat blanklarında olmadığından auditor onları nəzərə almamalıdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarına əsasən Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri təsdiq edilmişdir. Paralel olaraq qeyd etmək isdəyirik ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q02 nömrəli “09" yanvar 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması" qaydalarının 1.2 maddəsində qeyd edildiyi kimi, Bu q aydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra mühasibat uçotu subyektləri) şamil edilir. İstisna hallar olduqda auditor, şifarişçi müəssisənin təsdiq edlmiş daxili uçot siyasətinə uyğun olaraq qaimə formalarına, təhvil təslim aktlarına, üzləşmə aktlarına və fəaliyyət sahəsinə uyğun olaraq digər sənədləşmə növlərinə istinad edərək audit yoxlaması apara bilər. Rəydə və məhkəmə tərəfindən təqdim olunan məlumatlarda göründüyü kimi istinad edilən sənədlər sifarişçi müəssisə tərəfindən təsdiq edilmiş sənədlər deyil. Rəydə, Məhkum (Bundan sonra təqsirləndirilən şəxs) 3 ay müddətinə Satış və marketinq şöbəsinə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilməsi və qeyd olunan müddətdə həmin vəzifəni icra etməsi və bu müddət ərzində heç bir mübahisəli məsələ yaranmadığı üçün bağlanmış Əmək Müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 73-cü maddəsinin 1-ci bəndinə əsasən əvvəlcədən müəyyən edilmiş müddətdə uzadılması qeyd olunmuşdur. Həmin 3 ay müddətində təqsirləndirilən şəxsin fəaliyyəti zamanı xx.xx.2018-ci il tarixinə məhkəmənin təqdim etdiyi "xxxx" MMC-nin ticarət nümayəndəsi Məhkum spirtli içki və şərab məhsullarının Bakı şəhəri anbarından satış üçün qəbul etməsi, naturada anbara qaytarması, pul şəkilində Cəmiyyətin kassasına və hesablaşma hesabına ödənilmiş vəsaitlərin hərəkəti cədvəlinin “nəticə" bölməsinin "xxxx" qrafasında 19775.32 manat vəsaitin mövcudluğu görünür. Həmin bu məbləğ in hansı təyinatı daşıdığı nə istintaq sənədlərində, nə də ki, audit rəyində qeyd olunmamışdır. Təqsirləndirilən şəxsin sınaq müddətini mübahisəsiz keçərək işə götürüldüyünü nəzərə alsaq qeyd olunan rəqəmin müvaviq cədvəlin “əskik" qrafasında əks olunması müəyyən ziddiyyət yaradır. Müəssisə belə hallarda həmin rəqəmin təyinatını araşdırmalı, əgər həqiqətən “əskik" rəqəmdirsə anında reaksiya verməli, ticarət obyektlərinin ticarət nümayəndisinə olan borcdursa (dolayısıyla müəssisəyə olan borc) bunu üzləşmə aktları ilə təsdiq edərək təyinatı X8 Standartına (BMUS) uyğun olaraq “saldo” qrafasında qeyd edilməli idi. Bu əməliyyat prosesi ondan sonrakı dövrlər üçün də aktualdı. Belə olan hallarda baş verə biləcək mənimsəmə və yaxud da kənarlaşma hallarının olma ehtimalı minimuma enə bilərdi. Belə olan hallar müəssisənin qeyri ciddi yanaşaraq mənimsəmə və kənarlaşma hallarının olması üçün münbit şəraitin yaradılması kimi qiymətləndirilir. Rəyin 16-cı abzasında "Audit zamanı Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, fəaliyyət müddətində anbardan qəbul etdiyi malları pərakəndə ticarət subyektlərinə təhvil verərkən mühasibat uçotu haqqında qanunun tələbləri pozulmuşdur” cümləsi qeyd olunmuşdur. Bu fikrin ümumiyyətlə hər hansı bir sadə ticarət nümayəndəsinə aid edilməsi tamamilə yalnış ifadədir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun Əsas Anlayışlar maddəsinə əsasən belə şəxslər qanunun tələblərinin pozulması üçün predmet hesab oluna bilməz. Bu yanaşmada hər hansısa qanunun tələblərinin pozulması anlayışı varsa buna bir başa olaraq Cəmiyyətin mühasibat uçotu şöbəsi və onun rəhbərliyi məsuliyyət daşıya bilər. Cəmiyyətin ticarət nümayəndələrinin hər hansısa ona həvalə edilmiş sənədləşmələri düzgün aparmaması, doğru tərtib etməməsi və ya öz mənafelərinə uyğun hazırlamaqları yalnız və yalnız onların vəzifə təlimatlarına zidd ola bilər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.23 maddəsində qeyd olunduğu kimi: Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır. Bunu rəhbər tutaraq hər hansısa ticarət nümayəndəsinin konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalar tətbiq etmək səlahiyyəti olmadığından bu qanunun tələblərini pozan tərəf ola bilmədikl əri başa düşüləndir. Yenə 16-cı abzasın sonunda “Təqsirləndirilən şəxsin qəbul etdiyi satış pullarını Cəmiyyətə təhvil vermək əvəzinə öz şəxsi xərclərinin bağlanmasına yönəltmişdir” cümləsi qeyd olunmuşdur. İstintaqın başlamadığı, şübhəli bilinən şəxsin dindirilmədiyi, kənarlaşma ehtimalı olunan məbləğin təsdiqlənmədiyi bir vaxtda Auditorun belə bir fikir söyləməsi, şübhəlini təqsirləndirməsi tamamilə yalnışdır və auditorun vəzifə səlahiyyətlərinə ziddir. X4 (BAS) və ya beynəlxal təcrübədə belə yanaşmalar qəbul olunmazdır. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində qeyd olunur ki: "Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyən ədək təqsirsiz bilinmək hüququna malikdir". Və ümumiyyətlə bu anlayışa rəy və fikir bildirmək auditin predimeti deyil. Auditor öz rəyinin 19-cu abzasında 49743.95 manat çatışmamazlığın olduğunu qeyd etmişdir ki, bu rəqəmin istinad edildiyi sənədlərlə uyğunlaşmadığı müəyyən edilmişdir. Belə ki, təqdim olunan sənədlərdə həmin rəqəmin yalnız müəssisə tərəfindən təqdim olunan cədvəllərə istinad edərək yazıldığı, rəqəmlərin istinad edildiyi sənədlərin tam araşdırılmadığı, Auditorun sərbəst tərtib etdiyi cədvəllərin olmadığı və rəydə qeyd olunan cümlələrdə tərəfsiz deyildə birbaşa müəssisənin mənafeyini qorumaq və üstün tutmaq adına işlətdiyi, tərəfimizdən ehtimal edilir. O cümlədən 19-cu abzasda qara hərflərlə qeyd olunan “nəticədə 49743.95 manatlıq çatışmamazlıq olmuşdur ki, bu da, istintaq yolu ilə bir daha araşdırılaraq cavabdeh şəxs Məhkum tələb edilməlidir" cümləsi Yenilənmiş X2 4400 nömrəli X3 Tapşırıqlar standartına tamamilə ziddir. Həmin standartın 4-cü paraqrafına əsasən Razılaşdırılmış prosedurlar üzrə tapşırıqda, mütəxəssis ilə tapşırıq verən tərəf, yerinə yetirilən prosedurların tapşırığın məqsədinə uyğun olduğunu etiraf etdiyi hallarda tapşırıq verən tərəflə razılaşdırdığı prosedurları yerinə yetirir. Mütəxəssis yerinə yetirilən razılaşdırılmış prosedurlar və əlaqəli nəticələr haqqında razılaşdırılmış prosedurlar üzrə hesabatda məlumat verir. Tapşırıq verən tərəf və digər nəzərdə tutulan istifadəçilər mütəxəssis tərəfindən hesabatda bildirilən razılaşdırılmış prosedurları və nəticələrini özü nəzərdən heçirir və mütəxəssis yerinə yetirdiyi işdən öz nəticələrini çıx arır. Yəni auditor prosedura uyğun olaraq mümkün kənarlaşmanı müəyyən etməklə, onun haqqında veriləcək qərarı sifarişçinin öhdəsinə buraxmalıdır. Sifarişçi də nəticə etbiarı ilə ehtimal olunan kənarlaşma məbləği və həmin məbləğin aid olduğu vəzifəli şəxs haqqında növbəti qərarı (bu istintaqda ola bilər, bağışlanmada və s.) sərbəst iradəsilə verməlidir. Heç bir halda Auditor öz rəyində sözü gedən şəxs və şəxslərlə bağlı kəskin tapşırıq verə bilməz. Bu da öz növbəsində Yenilənmiş X2 4400 nömrəli X3 Tapşırıqlar standartının 6-cı paraqrafında öz əksini tapmışdır; Razılaşdırılmış prosedurlar üzrə tapşırıq auditi, təhlil və ya digər təsdiqləmə tapşırığı deyildir. Razılaşdırılmış prosedurlar üzrə tapşırıq mütəxəssispraktikin hər hansı formada rəy və ya təsdiqləmə nəticəsini ifadə etməsi məqsədi i lə sübut əldə etməyi nəzərdə tutmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərabyacan Respubliksası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 24 fevral tarixli qərarına əsasən auditor qarşısında qoyulan ilk sualı rəhbər tutaraq 28 noyabr 2021-ci tarixli “Next AuditKonsaltinq" MMC tərfindən keçirilmiş audit yoxlaması nəticəsində gəlinmiş nəticəni düzgün hesab etmirik. Düzgün hesab etməmə, təqsirləndirilən şəxsin günahsız olması demək deyildir. Tərəfimizdən qeyd olunan fikirlər və ehtimallar, mübahisələndirilən məsələdə hər hansısa kənarlaşmanın və ya mənimsəmənin olmasını istisna etmir. Yalnız qeyd olunan rəqəmin həqiqəti əks etdirmədiyini ehtimal edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 24 fevral tarixli qərarına əsasən auditor qarşısında qoyuduğu digər sual lara cavab olaraq qeyd etmək isdəyirik ki, Biz "xxxx" MMC-in hesabatlarında hər hansı satış pulu çatışmazlığının olmasını inkar etmirik. Bu sistemlə fəaliyyət göstərən bütün müəssisələrdə Mühasibat uçotu qaydalarına düzgün riayət edilmədiyi, uçot siyasətinin qurulmadığı və ya doğru qurulmadığı səbəbindən müəyyən kənarlaşmaların olması mümkündür. Bu kənarlaşmaların bilərəkdən mənimsəmə olduğunumu və ya ticarət obyektləri ilə uçotunu düzgün aparılmadığında mənfi kassa kəsiri olduğunumu yalnız ciddi audit aparıldığı zaman müəyyən oluna bilər. Sözü gedən Cəmiyyətdə mümkün kənarlaşmanın hansı rəqəm olduğu tərəfimizdən müəyyən oluna bilməz. Bizə təqdim olunan sənədlər (ittiham aktı, auditor rəyi, müyyən elektron cədvəllər, fərqli ekspert rəyləri və s.) tərəfimizdən araşdırılaraq belə qənaətə gəl mək olar ki, ardıcıl sənədlər bir birini tamamlamır. 26 aprel 2022 tarixli 9/2271 nömrəli ekspert rəyinin bir başa Eksperiza yanaşması deyildə onlara təqdim olunan rəqəmlərin köçürülərək yazılması tərəfimizdən ehtimal olunur. Yalnız bir şəxsin əksinə tərtib olunmuş sənədlərlə doğru rəqəmə çıxmaq tərəfimizdən mümkünsüz hesab olunur. İmza nümunələrinin ekpertizasında əks olunan fikirlərin heç bir yerdə nəzərə alınmaması, bizim həqiqi və ya həqiqətə yaxın rəy verməyimizə ciddi maneədir. Qeyd edilən audior rəyinə məhkəmələr aşağıdakı kimi münasibət bildirmişlər: --Nərimanov Rayon Məhkəməsi: “Həmçinin məhkəmənin təçəbbüsü ilə keçirilən təkrar xx.xx.2023-cü il tarixli auditor hesabatından görünür ki, rəydə qeyd olunan fikirlər və ehtimallar, mübahisələndirilən məsələdə hər hansı kənarlaşmanın və ya mənimsəmənin olmasını istisna etmir, lakin təqdim edilən sənədlər əsasında doğru rəqəmə çıxmağın tərəflərindən mümkünsüz olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə müəssisə tərəfindən təqdim edilmiş çoxsaylı sənədlər əsasında, satış obyektlərinə getməklə keçirilmiş ilkin audit yoxlaması nəticəsində tərtib edilmiş rəydən, bununla yanaşı aparılmış ekspertizalar üzrə verilmiş rəylərdən aydın olur ki, Məhkum Zərərçəkmiş şəxs MMC-də fəaliyyət göstərdiyi dövrdə 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan beş qəpik) manat pulu xəzinəyə təhvil verməyərək, ona etibar olunmuş Zərərçəkmiş şəxs MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır.” Birinci instansiya məhkəməsinin mövqeyindən aydın olur ki, məhkəmə özünün keçirdiyi auditor rəyinin ortaya qoyduğu və əvvəl keçirilmiş auditor və ekspert rəyi ilə tam ziddiyyət təşkil edən rəyini heç bir əsaslandırma aparmadan qəbul etmir və əvvəl, istintaq orqanı tərəfindən keçirilən rəyləri daha mötəbər hesab edir və məhkəmə qərarı əsasında keçirilən auditor rəyi ilə əsaslı şübhə yaradan halları nəzərə almayaraq əvvəlki rəylər əsasında şəxs barəsində ittiham hökmü çıxarır və bu zaman CPM-in 143, 144 və 145-ci maddələrinin tələblərini pozur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası: “ Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin süb utlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür......Məhkəmə kollegiyası eyni zamanda təkrar audit rəyində ilkin auiditin keçirilməsinin tam qanunsuz olması, Məhkum ona verilmiş ittiham ilə heç bir əlaqəsinin olmaması barədə ətraflı göstərilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin rəydə ilkin audit rəyinin qanunsuz olması göstərilməmişdir. Həmçinin qeyd olunan rəydən görünür ki, əvvəlki rəyin nəticəsini düzgün hesab etmirlər, düzgün hesab etməmənin, təqsirləndirilən şəxsin günahsız olması demək deyildir, rəydə qeyd olunan fikirlər və ehtimallar, mübahisələndirilən məsələdə hər hansı kənarlaşma nın və ya mənimsəmənin olmasını istisna etmir, lakin təqdim edilən sənədlər əsasında doğru rəqəmə çıxmağın tərəflərindən mümkünsüz olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə müəssisə tərəfindən təqdim edilmiş çoxsaylı sənədlər əsasında, satış obyektlərinə getməklə keçirilmiş ilkin audit yoxlaması nəticəsində tərtib edilmiş rəydən, bununla yanaşı aparılmış ekspertizalar üzrə verilmiş rəylərdən aydın olur ki, Məhkum Zərərçəkmiş şəxs MMC-də fəaliyyət göstərdiyi dövrdə 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan beş qəpik) manat pulu xəzinəyə təhvil verməyərək, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talaması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni olmuşdur...” Göründüyü kimi, müdafiə tərəfindin konkret sübutlara istinad etməklə irəli sürülən dəlilləri məhkəmə tərəfindən cavabsız saxlanılmış, ümumi, qaldırılan problemin həllinə aidiyyəti olmayan münasibət bildirilmişdir. Halbuki müdafiə tərəfinin dəlilləri təqsirliliklə bağlı məsələnin həllində mühüm əhəmiyyət daşıyır və mütləq, konkret və mötəbər sübütlara istinad etməklə, neytral, obyektiv müşahidəçini qane edə biləcək səviyyədə ərtaflı əsaslandırma tələb edir. Bundan əlavə, ibtidai istintaq zamanı cinayət işi üzrə “Məhkəmə xətşünaslıq ekspertizası” keçirilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/750 saylı “Məhkəmə xətşünaslıq ekspertizası”nın rəyindən görünür ki, 2019, 2020, 2021-ci il tarix li Üzləşmə aktlarında (Aqro- Azərinvest MMC satış nümayəndəsi)” qrafasındakı imzaların – Məhkum tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 3-cü bəndə əsasən tədqiq olunan imzaları Məhkum xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcudluğu müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların Məhkum tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Həmin rəydə, həmçinin, m üəssisəyə məxsus əksər sənədlərdə (qaimə fakturalarda, üzləşlə aktlarında və sair sənədlərdə) imzaların Məhkum məxsus olmadığı, digər şəxs tərəfindən icra edildiyi göstərilmişdir. Məhkəmələr bu məsələyə münasibət bildirərək göstərmişlər: “Bundan başqa bəzi qaimə fakturalarındakı imzaların Məhkum tərəfindən imzalanmaması ilə bağlı ifadəsinə dair məhkəmə hesab edir ki, cinayət işinin materiallarından, eləcə də məhkəmə istintaqında şahid kimi dindirilmiş anbardar Şahid3 ifadəsindən məlum olur ki, Məhkum tələsərək sürətli imza etdiyi üçün bəzən isə ayaqüstü imza etməsi ilə bağlı sənədlərdəki imzalarda fərqlilik yarana bilməsi mümkündür. Bu da Məhkum imzaların ona aid olmaması ilə bağlı ifadəsini özünümüdafiə xarakterli olması qənaətinə gəlməyə imkan verir.” Göründüyü kimi, məhkəmələr imza ilə bağlı ekspert rəyinə münasibət bildirərkən işin nəticəsində maraqlı olan anbardarın ifadəsinə əsaslanmış, lakin araşdırmamışlar ki, ayaqüstü həmin formada imza etmək mümkündürmü, Məhkum hara tələsirdi, niyə tələsirdi, hansı səbəbdən ciddi hesabat sənədlərinə ayaqüstə imza edirdi və bütün bu ziddiyyətli məqamları şəxsin özünü müdafiə etməsi ilə əlaqələndirmiş və təqsirləndirilən şəxsin bu hüququndan yararlanmasını onun əlehinə istifadə etmişlər. Halbuki təqsirləndirilən şəxsin özünü müdafiə etməsi onun konstitsion hüququdur. Ciddi hesabat sənələrində imzaların kimə məxsus olmasının dəqiq müəyyən edilməsi ittihamın əsas sübutunun mötəbərliyinə təsir etməklə yanaşı, ittihamın həcminin müəyyən edilməsində də mühüm əhəmiyyətə malikdir. CPM-in 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli “İlkin baxış iclası”nın qərarından görünür ki, hazırki cinayət işi üzrə məhkəmə baxışnın iclasının məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən keçirilməsi qərara alınmış və həmin qərara uyğun olaraq məhkəmə baxış iclası məhkəmə istintaqı aparılmadan keçirilmişdir. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əs aslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamlar ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ic maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsaəsn bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməm əsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası heüsab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(005)48/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-319/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar