Məhkəmə qərarları › İş №1(102)-1515/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1515/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1515/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Niftəliyev Zaur Gülaməddin oğlunun iştirakları ilə x xxxx 1978-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də icraçı direktor işləmiş, əvvəllə r məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 167-3.1 və 204.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2024-cü il tarixli 1(103)-1852/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(005)151/2024 nömrəli hökmü ilə (hakim X6) Məhkum – Azərbaycan Respublikası CM-in 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməs ində təqsirli bilinərək, CM-in 167-3.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 204.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 20 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2024cü il tarixli 1(103)-1852/2024 nömrəli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və M.C.Qarayeva) apellyas iya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(005)-151/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 38 ədəd 100 ABŞ dolları nominallı olmaqla ümumilikdə 3800 ABŞ dolları məbləğində saxta pul əskinaslarını əldə edib 08 ədəd olmaqla 100 ABŞ dolları nominallı saxta pulu üzərində, saxta pul əskinaslarının qalan hissəsini idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq la Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum xx.xx.2023-cü il tarixdə saat 10:20-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 11:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən pul kisəsinin (portmanatın) içərisindən ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 08 ədəd PF 98731836, PF 98731633H, PF 98731632H, PF 98731633H, PF 98731632H, PF 98731641H, PF 98731838H, PF 98731845H seriya və nömrəli olmaqla 100 ABŞ dolları nominallı olmaqla ümumilikdə saxta 800 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 13:50dən etiba rən idarə etdiyi “Mercedes” markalı, **-OT-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin ön saxlanc yerindən ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən 30 ədəd PF 98731887H, PF 98731983H, PF 98731608H, PF 98731822H, PF 98731838H, PF 98731829H, PF 98731836H, PF 98731837H, PF 98731836H, PF 98731837H, PF 98731829H, PF 98731838H, PF 98731825H, PF 98731835H, PF 98731815H, PF 98731825H, PF 98731829H, PF98731973H, PF 98731836H, PF 98731826H,PF 98731837H, PF 98731838H, PF 98731038H, PF 98731882H, PF 98731992H, PF 98731621H, PF 98731634H, PF 98731029H, PF98731974H, PF 98731065H seriya və nömrəli olmaqla 100 ABŞ dolları nominallı olmaqla, ümumilikdə saxta 3000 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Bund an başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Məhkum yaşadığı ünvan 3 ünvanında xx.xx.2023-cü il tarixdə saat 14:40dan etibarən keçirilən axtarış və götürmə zamanı oradan sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi Fethullah Gülenin “ElKulubud-daria” (İstanbul, 2010), Feth ullah Gülenin “Çağ ve nesil” (İ cild) (İstanbul 2009), Fethullah Gülenin “İlayı kelimetullah ve ya cihad” (İzmir, 2001), Fethullah Gülenin “Kalbin zümrüt tepeleri” (l-ll-lll-İV cildlər) (İzmir 2009), Fethullah Gülenin “Kendi dünyamıza doğru” (İİ cild) (İzmir, 2008), Fethullah Gülen “İnancın ölgəsində” (l-ll cild) (İzmir, 1996), Ahmet Kurucanın “Huzurdan esintiler” (İstanbul, 2013), Ertuğrul Hikmetin “Fethullah Gülen” (İstanbul, 2013), Fethullah Gülenin “Sükutun çığlıkları” (İstanbul, 2008), Fethullah Gülen “Kurandan idrake yansıyanlar” (İstanbul 2007), Fethullah Gülenin “Çekirdekten çinara” (İstanbul, 2002), Fethullah Gülenin “İnsanlığın iftihar tablosu Sonsuz nur” (l-ll-lll cild) (İzmir1995), Osman Şimşəkin “İbretlik hatıralar” (İstanbul, 2010), Fethullah Gülenin “Enginliğiyle bizim dün yamız” (“Nil” yayınları, İstanbul, 2009), Fethullah Gülenin “Bir icaz hecelemesi" (Nil yayınları”, İzmir, 2014), Fethullah Gülenin “Bir kırık dilekçe” (İstanbul, 2011), Fethullah Gülenin “Vaaz külliyyatı fihrist”, Fethullah Gülen “İmtihanlar kuşağı kirik testi-18” (Türkiyə, 2021), Cill Karrolın “Mədəniyyətlər dialoqu Gülenin İslam təlimi və humanizm anlayışı” (Bakı, 2011), Fethullah Gülenin “Kırık mızrap” (İstanbul, 2011), Fethullah Gülenin “Kalbin solukları” (İstanbul, 2009), Helen Rose Ebaugh. “Gülen hareketi” (“Mega basım”, İstanbul, 2010), Fatih Değirmenlinın “İç derinlikleriyle hizmet insanı” (İstanbul, 2011), Ertuğrul Hikmetin “Himmeti milleti olan insan - M.Fethullah Gülen” kitabı (“İşık yayınları”, İstanbul, 2013), Faruk Mercanın “M.Fethullah Gülen - Allah yolunda bir ömür” (Kanada, “Sureyya yayınları”, 2019), Doğu Ergilin “100 soruda Fethullah Gülen ve hareketi” (“Timaş yayınları”, İstanbul, 2010), Fethullah Gülenin “Bahar neşidesi” və Fethullah Gülenin “Наkka adanmışlar yolu” (“Süreyya yayınları”, 2021) adlı dini ədəbiyyat nümunələri, içərilərində Fethullah Gülenə məxsus əsərlərin PDF versiyası olan 01 ədəd “Kindle book reader” elektron kitabı və 01 ədəd “İpad” markalı planşet aşkar edilərək götürülmüşdür. Bundan başqa, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Məhkum işlədiyi ünvan 4 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin ofisinə xx.xx.2023-cü il tarixdə saat 17:43-dən etibarən keçirilən axtarış və götürmə zamanı sonuncunun iş otağından naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı d ini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi Fethullah Gülenin “İşik karanlığı boğarken” (İstanbul, 2022) və Fethullah Gülenin “İrşad ekseni” (“Nil yayınları”, 2011) adlı dini təyinatlı ədəbiyyat nümunələri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2024-cü il tarixl i qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya barəsində təyin edilmiş cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iş üzrə toplanılmış cinayət işində qanuni yolla əldə edilmiş, qanunvericiliyin tələblərinə cavab verən, mötəbər sayılan bir dənə belə sübutla Məhkum hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi sübuta yetirilməmişdir. Əksinə, cinayət işi materiallarından, ittihamın özündən açıq aşkar görünür ki, Məhkum ümumiyyətlə heç bir cinayət əməlinə yol verməmişdir ki, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 167-3.1 və 204.1ci maddələrindəki ittihamın qanunsuz və əsassızlığını göstərir. İbtidai istin taqın və ittiham orqanının qənaəti düzgün deyil, ittiham xarakterli qərarlar qeyri-mötəbər, şübhəli, ziddiyyətli, qanunsuz və əsassız sübutlar əsasında qəbul edilmişdir. Cinayət işinin 1-ci tomunun 14-cü səhifəsindəki kompüter vasitəsi ilə yazılan və Məhkum tərəfindən imzalanan ərizədən görünür ki, o, müdafiəçi haqqını ödəyə bilmədiyi üçün dövlət büdcəsi hesabına vəkil ayrılması ilə bağlı istintaq orqanına müraciət edib. Halbuki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidin ifadələri, habelə cinayət işinin materiallarına əlavə olunmuş sübutlarla müəyyən edilmişdir ki, Məhkum saxlanılarkən üzərində 4.000 (dörd min) manat vəsait olmuşdur. Bundan başqa, icraçı direktoru olduğu "xxxx" MMC-nin hüquq şirkəti ilə hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləsi olmuşdur. Belə olan ha lda sual yaranır: Maddi imkanı ola-ola, habelə hüquqşünas ordusu olan hüquq şirkəti ilə müqaviləsi ola-ola niyə görə Məhkum müdafiəçi haqqını ödəyə bilməməsi üçün dövlət büdcəsi hesabına vəkil ayrılması ilə bağlı istintaq orqanına müraciət ünvanlamalıdır?! Bunun sadə bir cavabı var: Saxlanılan zaman şəxsə əgər özünün seçdiyi vəkillə müdafiə olunmaq üçün şərait yaradılmırsa, saxlanılan şəxs özünü müdafiəsiz hiss edir, istənilən təzyiq qarşısında dayana bilmir, nəticə etibarı ilə istərsə fiziki, istərsə psixi təzyiqlər qarşısında aciz qalıb verilmiş ittihamları qəbul edir. Təsadüfi deyil ki, Məhkum ilk ifadələrdə Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmişdir, lakin sonradan qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə ilk dəfə haki m qarşısına çıxarkən hər hansı bir cinayət törətmədiyini, ifadələrini təzyiq altında verdiyini bildirmişdir. Göründüyü kimi Məhkum özünün seçdiyi vəkillə müdafiə olunmaq hüququ kobudcasına pozulmuşdur ki, bu yolla əldə edilmiş sübutların etibarsızlığından və qeyri-mötəbərliyindən xəbər verir və ya ən azından əldə edilmiş ilkin sübutların qanuniliyini və mötəbərliyini şübhə altına almış olur. İş materialları ilə müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə irəli sürülmüş ittiham yalnız Məhkum təzyiq altında vermiş olduğu ilk izahat və ifadəsinə əsasən verilmişdir. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 167-3.1-ci maddəsinə görə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağ ıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma cinayət məsuliyyətinə səbəb olur. İş materiallarındakı 4 avqust 2023-cü il tarixli Ekspert rəyinin nəticə hissəsi ilə müəyyən olunur ki, Məhkum mənzilindən və iş yerindən götürülmüş dini ədəbiyyat nümunələri və digər məlumat materiallarının heç birində məzmunu və mətninə görə qanuna uyğunsuzluq aşkar edilməmişdir. Sözügedən materiallar yalnız həmin materiallar müəllifinə görə dini ekstremist material hesab olunmuşdur. Şikayətdə qeyd olunur ki, Məhkum şəxsiyyəti, sağlamlıq vəziyyəti və ailə vəziyyəti ona cəza təyini zamanı nəzərə alınmamışdır. Belə ki, Məhkum ailəlidir, daimi yaşayış yeri vardır, ailəsi ilə birlikdə yaşayır, Məhkum ağır iflic xəstəliyind ən əziyyət çəkir (iki dəfə iflic keçirib), hərəkət etməkdə və özünü fiziki cəhətdən idarə etməkdə ciddi çətinliklər çəkir, əngəllidir. İstintaq Təcridxanasından verilən məlumata görə bir neçə dəfə yıxılıb, həbsdə qalması onun sağlamlıq vəziyyətini daha da ağırlaşdırır, neqativ və ya faciəli nəticələrə səbəb ola bilər. Bundan başqa tutulduğu günədək Məhkum cinayət məsuliyyətinə cəlb olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Z.Niftəliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin q ərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və y a prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum ittiham olduğu maddələr üzrə bəraət verilməsi və ya təyin edilmiş cəzanın yüng ülləşdirilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hök mü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yu nanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata k eçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat veril ən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsind ə nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı ye kun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması şahidlər Şahid1, Şahid3, Şahid2 və X2 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2023-cü il tarixli protokol, “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 5/1000 nömrəli rəyi, “Axtarış və götürülməsi haqqında” 21 iyul 2023cü il tarixli protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 4/1255-5/1043 nömrəli rəyi, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası Məhkum özünün seçdiyi vəkillə müdafiə olunmaq hüququnun kobudcasına pozulması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ərizədə müdafiəçi ilə təmin edilməsi xahiş edilmiş, Məhkum həmin ərizəyə imza etmişdir. Vəkillərin siyahısının təqdim edilməsi haqqında protokoldan görünür ki, Məhkum ona təqdim olunmuş siyahıdakı vəkillərin hər hansı biri tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Müdafiəçi X4 ona t əqdim edilərkən və istintaq hərəkətinin sonrakı mərhələlərində müdafiəçiyə etiraz etməmişdir. Bundan başqa həyata keçirilən bir sıra istintaq hərəkətləri həmin müdafiəçinin iştirakı ilə aparılmış, beləliklə, təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmişdir. Həmçinin şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokoldan görünür ki, həmin protokol təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə k оllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai t əhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələr inin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı y üngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nət icəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üç ün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olun anlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürül müş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar