Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1516/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ 17 noyabr 2022-ci il Bakı şəhəri Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X11 qızının Məhkum – Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü ilə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-15/2022 nömrəli, 17 yanvar 2022ci il tarixli hökmü ilə (sədrlik edən hakim X7), 19 noyabr 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-585/2022 saylı, 25 aprel 2022-ci il tarixli (hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə) qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 15/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cinayət işinin ittiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi i lə tanışı A.A.Bəhmalov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, əvvəlcə Zərərçəkmiş şəxs oturduqları çayxanaya çağırmış, sonra onları H.Cavid prospektində düşürtməyi xahiş edib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə özü arxa oturacaqda, A.Bəhmalov qabaq sərnişin oturacağında oturmuş, 28 aprel 2021-ci il tarixdə gecə saat 02 radələrində ünvan 2 ünvanda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin qismində olarkən Zərərçəkmiş şəxs əlində tutduğu içərisində 1000 manat dəyərində 050 210 81 48 saylı nömrə olan 3500 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu əlindən dartıb alaraq, avtomobildən düşüb qaçarkən A.A.Bəhmalova da düşüb qaçmağı demiş, sonuncu da zərərçəkmiş şəxsə kömək olaraq heç bir addım atmadan iş tirakçısı olduğu soyğunçuluq cinayətinin törədilməsində iştirakını davam etdirərək onun arxasınca qışqıran Zərərçəkmiş şəxs məhəl qoymadan hadisə yerindən getməklə, Zərərçəkmiş şəxs məxsus 4500 manat məbləğində qeyd edilən əmlakı açıq yolla talayıb soyğunçuluq etmişdir. Birinci instansiya məhkəməsinin qərarına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefonunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş və nəticədə sonuncuya 4500 manat miqdarında ziyan vurmuşdur. Kassasiya protestinin dəlilləri: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrində göstərmişdir ki, o, zərərçəkmiş şəxs Rüstəmov (əzər Yaşar oğluna məxsus mobil telefonu danışmaq adı ilə g ötürüb getdikdə sonuncunun onun arxasınca qışqırıqlarına məhəl qoymadan telefonu qaytarmadan çıxıb getmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus telefonu onun əlindən dartmamış, o özü telefonu ona zəng etmək məqsədilə könüllü vermişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarın 4cü bəndinə əsasən, əgər kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. İşin faktiki hallarından da görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs telefonunu qa ytarmasını qışqıraraq tələb etsə də, sonuncu buna əhəmiyyət verməyərək qaçıb getmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü qismən təqsirli bilməsi, onun CM-nin 180-ci maddəsi ilə törətmiş olduğu əməli dolayı yolla etirafını təsdiq edir. Eləcə də, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra ona məxsus mobil telefonu əlindən dartıb qaçdıqdan sonra həmin vaxt avtomobildə olmuş Aydın Bəhmalova da “düş qaçdıq” demiş, sonuncu da avtomobildən düşüb qaçmaqla deyiləni yerinə yetirmişdir. Sadalananlar bir daha Elnur X1 ilə qabaqcadan məqsədlərinin onun mobil telefonunu açıq ələ keçirmək olduğunu təsdiq edir. Bununla yanaşı, iş materiallarından görünür ki, soyğunçuluq cinayətini Təqsirləndirilən şəxs i lə birgə törətmiş X2 barəsində CM-in 180.2.1 -ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmaması barədə ərizə ilə müraciət etmişdir. Belə olan halda zərərçəkmiş şəxsin humanist mövqedən çıxış edərək Elnurun onun əlindən mobil telefonu əlindən dartmaması, özünün könüllü olaraq telefonu verməsi məzmunlu ifadələr bildirməsi anlaşılandır. Lakin məhkəmələr yekun qərarında hadisənin baş vermə şəraitini, mexanizmi və digər hallarını daha dolğun əks etdirən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini deyil, məhkəmə baxışında verdiyi ifadəsini əsas götürmüş vəəsassız olaraq Təqsirləndirilən şəxs əməlini CM-nin 180.2.1 -ci maddəsində n həmin Məcəllənin 178.1 -ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmələr qərarlarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə istinad etməklə Təqsirləndirilən şəxs əməlini dələduzluq kimi qiymətləndirsə də, həmin Qərarın 20-ci bəndinin tələblərini də (təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xara kterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması) qeyd etməklə təqsirləndirilən şəxsin əməlinin tövsifini əsaslandırarkən ziddiyyətli mövqe nümayiş etdirmişdir. Həmçinin məhkəmələr nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu soyğunçuluq cinayətini törədərkən aldatmadan bir üsul kimi istifadə etmiş, bununla da məqsədi cinayətin törədilməsini asanlaşdırmaq olmuşdur. Bunu nəzərə almayan məhkəmələr Təqsirləndirilən şəxs həmin üsuldan istifadə etməsini dələduzluq kimi qiymətləndirməklə əsassız nəticəyə gəlmiş dir. Bununla da məhkəmələr ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə üzləşdirmə zamanı vermiş olduğu ifadəsinə ümumiyyətlə qiymət verməmiş, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan halları əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, zərərçəkmiş şəxsin dolğun olmayan ifadəsinə əsaslanmış, ziddiyətlərə əhəmiyyət verməmiş, təqsirləndirilən şəxsin ifadələrini müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, qeyd olunan hallara tənqidi yanaşmamışdır. Məhkəmələr iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, düzgün qiymətləndirməməklə təqsirləndirilən şəxsin əməlini CM-nin 180.2.1 -ci maddəsindən CMnin 178.1 -ci maddəsinə tövsif etməklə CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş “sübutların qiymətləndirmə” prinsipini, el əcə də qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət prinsiplərini pozmuşdur. Beləliklə, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməməklə cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Yuxarıda ğöstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsi barədə Təqsirləndirilən şəxs çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya insta nsiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normal arının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsi və əsassız olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə Apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bə ndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bil ər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsif edilməsi və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. B u səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı A.A.Bəhmalov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, əvvəlcə Zərərçəkmiş şəxs oturduqları çayxanaya çağırmış, sonra onları H.Cavid prospektində düşürtməyi xahiş edib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə özü arxa oturacaqda, A.Bəhmalov qabaq sərnişin oturacağında oturmuş, 28 aprel 2021-ci il tarixdə gecə saat 02 radələrində ünvan 2 ünvanda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin qismində olarkən Zərər çəkmiş şəxs əlində tutduğu içərisində 1000 manat dəyərində 050 210 81 48 saylı nömrə olan 3500 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu əlindən dartıb alaraq, avtomobildən düşüb qaçarkən A.A.Bəhmalova da düşüb qaçmağı demiş, sonuncu da zərərçəkmiş şəxsə kömək olaraq heç bir addım atmadan iştirakçısı olduğu soyğunçuluq cinayətinin törədilməsində iştirakını davam etdirərək onun arxasınca qışqıran Zərərçəkmiş şəxs məhəl qoymadan hadisə yerindən getməklə, Zərərçəkmiş şəxs məxsus 4500 manat məbləğində qeyd edilən əmlakı açıq yolla talayıb soyğunçuluq etməsi iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə olunan sübutlar Təqsirləndirilən şəxs qarşı CM-in 180.2.1-ci maddəsi ilə ittiham i rəli sürülməsinə və onun sözügedən maddə ilə təqsirli bilinərək məhkum edilməsinə imkan versə də, birinci və apellyasiya instansiyası məhkəməsi onun soyğunçuluq etmə cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə törətdiyi əməli CM-in 178.1-ci maddəsinə tövsif etmişdir. Birinci və Apellyasiya Məhkəmələrinin mövqeyinə əsasən Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 180.2.1-ci maddəsini CM-in 178.1-ci maddəsinə tövsif edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumat verməklə onun etibarından sui istifadə etməklə sonuncunun əmlakını ələ keçirərək dələduzluq etməsi, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapması, Təqs irləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olması kimi qiymətləndirərək onun barəsində əməlində CM-in 180.2.1-ci maddəsinin tərkib hissəsinin olmadığını əsas gətirərək təqsirli bilindiyi CM-in 178.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 180.2.1-ci maddəsini CM-in 178.1-ci maddəsinə tövsif edərkən əməlin tövsifində səhvə yol verilməsi qənaətinə gəlməkdə birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olmamış və bununla əlaqədar aşağıdakılari qeyd etməyi zəruri hesab edir: Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübu tların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxsjn ittiham edildiyi CM-nin 180.2.1-ci maddəsini həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edərkən Birinci və Apellyasiya məhkəmələri cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Təqsirləndirilən şəxs ittiham edildiyi CM-nin 180.2.1-ci maddəsini həmin məcəllənin 178.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübh ə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasın ın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməlinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama kimi qiymətləndirilməsi əsassız olmaqla ona CM-in 180.2.1 maddəsi ilə təqsirli bilməyərək əməlinin CM-in 178.1-ci maddəsinə tövsif edilməsi barədə nəticəyə gələrkən birinci və apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protestinə əsasən ləğv edilərək yeni apellyasi ya baxışına təyin olunmalıdır. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsi ilə təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və əsassız olaraq Təqsirləndirilən şəxs verilmiş ittihamın CM-nin 178.1-ci maddəsinə tövsif edilməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPMin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-in 419. 12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutla r onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-585/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1516/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1516/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver