Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1516/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Kərimov İlyas Həsən oğlunun iştirakları ilə xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(103)-195/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Kərimov İlyas Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(101)-563/2023 nömrəli hökmü ilə (hakimlər: S.Hüseynov (sədrlik edən), A.Məcidov və Ə.Quliyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin edilmiş, Məhkum 26.000 manat məbləğində pulun alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarı ilə, (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(101)563/2023 nö mrəli hökmü təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) aya endirilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət prosesində mülki iddiaçı qismində iştirakına və mülki iddia üzrə icraata xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Kərimov İlyas Həsən oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək qeyrisinin “Tap.az” internet saytında yerləşdirdiyi 2013cü il istehsal olan “Hyundai-3801c-95H” markalı ekskavatoru almaq istəyən müştəri Zərərçəkmiş şəxs satacağına dair yalan vəd verib inandırmaqla aldadaraq X6 ilkin olaraq 15 iyun 2021-ci il tarixdə beh olaraq özünə məxsus ********************7 nömrəli "xxxx" ASC-ə məxsus bank hesabı vasitəsi ilə 500 manat, 17 iyun 2021-ci il tarixdə X12 şəhəri "xxxx" MMC-ə məxsus qarajda Zərərçəkmiş şəxs Hafıs oğlu ilə görüşüb orada 2013-cü il istehsalı olan “Hyundai-3801c -95H” markalı ekskavatoru 75.000 manata, 2014-cü il istehsalı olan “Hyundai-3801c-95H” markalı ekskavatoru isə 65000 manata satacağına dair yalandan vəd verib Məhkum güya şirkətin direktoru kimi təqdim edib Zərərçəkmiş şəxs Hafıs oğlundan ekskavator üçün 2100 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 3.570 manat pulu alaraq ələ keçirmiş, sonra isə Zərərçəkmiş şəxs Gəncə şəhərindən İbrahim Əliyevə məxsus ********************7 nömrəli "xxxx" hesabına köçürdüyü 22 iyun 2021-ci il tarixdə 1.930 manat, 24 iyun 2021-ci il tarixdə 2.000 manat, 28 iyun 2021-ci il tarixdə 5.000 manat, 29 iyun 2021-ci il tarixdə 5.000 manat, 4 iyul 2021- ci il tarixdə 500 və 500 manat, 5 iyul 2021-ci il tarixdə 14.600 manat, iyul ayının sonlarında 500 manat, 8 iyul 2021-ci il tarixə isə Zərərçəkmiş şəxs Hafıs oğlunun Gəncə şəhərində yerləşən "xxxx" və “Ekspress Bank” vasitəsilə Məhkum tanışı Şahid3 Qivami oğluna məxsus "xxxx" MMC-nin AZ 521BAZ******************** nömrəli bank hesabına köçürdüyü 82.900 manat pulu nağdlaşdırmaq yolu ilə ələ keçirmiş, sonra isə X6 və Məhkum “MAZ Daymon” markalı yük avtomaşınını Zərərçəkmiş şəxs Hafıs oğluna 25.000 manata satacaqlarına dair yalandan vəd verib inandırmaqla aldadaraq Məhkum tanışı X9 şirkətin mühasibi kimi təqdim edib hissə-hissə olmaqla 22 iyul 2021-ci il tarixdə Şahid3 Qivami oğlunun **********684AZM76 nömrəli kart hesabına Gəncə şəhərindən köçürülən 10.000 manat, 24 iyul 2021-ci il tarixdə 500 manat, 26 iyul 2021-ci il tarixdə 500 manat, 6 avqust 2021-ci il tarixdə 200 manat, 16 avqust 2021-ci il tarixdə 200 manat, 2 oktyabr 2021-ci il tarixdə Mə hkum təqdim etdiyi Şahid2 ******************** nömrəli "Kapital Bank” kartının hesabına Gəncə şəhərindən köçürülən 7.000 manat, 5 oktyabr 2021-ci il tarixdə X3 ******************** nömrəli bank kartının hesabına Gəncə şəhəri, Cavadxan qəsəbəsi, S.Rəhimov küçəsində "e-Manat” ödəmə terminalından köçürülən 3.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 144 ünvanında yerləşən "Gəncə” kafesində sonuncudan götürərək vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Hafıs oğluna külli miqdarda cəmi 138.400 (yüz otuz səkkiz min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Kərimov İlyas Həsən oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (əməlindən səmimi peşman olması, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, zərərçəkmiş şəxslə barışması kimi məsuliyyəti yüngülləşdirən halların) olmasına baxmayaraq, məhkəmələr onu Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini, barəsində Cinayət M əcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apelly asiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Kərimov İlyas Həsən oğlu kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən (CM-in 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyas ı məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsind ə təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcə sini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun ol ub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiəçi Kərimov İlyas Həsən oğlunun Məhkum münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi, o cümlədən sonuncu barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə y olu ilə özgə əmlakını - cəmi 138.400 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs Hafıs oğluna külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsi birinci instansiya məhkəməsinin hökmündə olduğu kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən də cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Həmçinin cinayət işi materialların a əlavə edilmiş müvafiq məktubdan aydın olur ki, Məhkum barəsində Bakı şəhəri Nizami Rayon Prokurorluğunda 485C-23 material üzrə (dələduzluq faktı ilə bağlı) araşdırılma həyata keçirilir. Eyni zamanda, apellyasiya məhkəməsi onu da müəyyən etmişdir ki, zərərçəkmiş şəxsin tələb etdiyi 26.000 manat məbləğində pul vəsaiti (mülki iddia) məhkum tərəfindən ödənilmişdir. Müdafiə tərəfi Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır olması haqqında iddianı və birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi, o cümlədən sonuncu barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, yuxarıda s adalanmış hallardan çıxış edərək məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddətinin 05 il 06 aya azaldılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddətinin 05 il 06 aya endirərkən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, sonuncunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının minimum həddinə yaxın azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmaqla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan (cinayətin ictimai təhülükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna halların olmadığını, onun islah edilməsi və cəzanın digər məqsədlərinin təmin edilməsi üçün onun azadlıqdan məhrum etmə cəzasını çəkməsinin zəruri olduğunu) və kassasiya şikayətində gətirilən digər halları Məhkum c əzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, həmçinin kassasiya şik ayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Kərimov İlyas Həsən oğlunun kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(103)-195/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(103)-195/2024 nömrəli q ərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1516/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1516/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver