Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1516/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X17 və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Əmiraslanova Zəribə Məmməd qızının iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bi r azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2025-ci il tarixli 1(103)-72/2025 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(101)-1344/2024 nömrəli hökmü ilə (hakimlər: E.A.Nuriyev (sədrlik edən), A.H.Tağıyev və K.N.Muxtarov) X12 - Azərbaycan Respubli kası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2025-ci il tarixli 1(103)-72/2025 nömrəli qərarı ilə (hakimlər: E.Z.Əliyev (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(101)-1344/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X12 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsu z olaraq külli miqdarda 5,967 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bəraət almış şəxs 4 oktyabr 2023-cü il tarixdə saat 16:15-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 18:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşı dığı 4 ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 2,123 qram, 1,162 qram, 0,699 qram, 0,485 qram və 1 ədəd bükümdə tərkibinə görə digərlərindən fərqli olan 1,498 qram olan, ümumilikdə, 5 ədəd bükümdə ümumi təmiz çəkisi 5,967 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Protestdə qeyd olunur ki, apelyasiya instansiyası CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq irəli sürülmüş ittihamın hərtərəfli, tam və oby ektiv həlli üçün mühüm əhəmiyyət kəsb edəcək sübutlar tədqiq edilərək qiymətləndirilməmiş, ona görə də məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, həm ibtidai istintaq dövründə həm də məhkəmə istintaqı dövründə dindirilmiş şahidlər Şahid1 və Şahid3, məhkəmədə ifadəsi tədqiq edilərək araşdırılmış Şahid2 ifadələrindən, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilərək araşdırılmış “Şübhəli şəxsin tutulması barədə”, “Şəxsi axtarış və götürmə aparılması barədə”, “Video görüntülərə baxış keçirilməsi barədə” protokollardan, bəraət almış şəxsun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin videogörüntülərindən, şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi protokollarından müəyyən olunur ki, təqsir ləndirilən şəxs bəraət almış şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:15-də ünvan 3 ünvanının yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş və orada həmin gün, saat 18:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 04 ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 2,123 qram, 1,162 qram, 0,699 qram, 0,485 qram və 01 ədəd bükümdə tərkibinə görə digərlərindən fərqli olan 1,498 qram olan, ümumilikdə, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 5,967 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin işdə olan raport və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə sənədlərin surətlərindən də müəyyən olunur ki, təqsirləndirilən şəxs bəraət almış şəxsun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında hüquq mühafizə orqanlarında məlumat olmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxs bəraət almış şəxsun məhkəmə istintaqı dövründə özünü müdafiə xarakterli ifadəsində göstərdiyi xüsusatları inandırıcı qəbul edərək, yəni onun xx.xx.2023-cü il tarixdə, saat 13:08 radələrində Bakı Slavyan Məktəbinin yaxınlığında X və X adlı iki nəfər, özlərini polis əməkdaşları kimi təqdim etmiş şəxslər tərəfindən saxlanılaraq onlar ilə birlikdə özünün idarə etdiyi avtomobillə Baş Mütəşəkkil Cinayətkarlı qla Mübarizə İdarəsinin binasına yollandıqlarını, təxminən 30-40 dəqiqə sonra, saat 13:45-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında olduqlarını, burada polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edildiyini və bunun nəticəsində növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə keçirilmiş videoçəkiliş zamanı sonuncular tərəfindən ona əvvəlcədən təqdim olunmuş bükümlərdə olan maddənin özünə məxsus olması barədə etirafedici ifadə verməsini əsas götürmüş, sonda da bəraət almış şəxsun CM-in 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə istintaqı zamanı sübuta yetirilməməsi qənaətinə gələrək onun barəsində bəraət hökmü çıxarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs bəraət almış şəxsun məhkəməyə vermiş oldu ğu ifadələrini inandırıcı qəbul edərək həmin ifadədə qeyd etdiyi xüsusatları – tutulma vaxtını yoxlamaqla mobil telefon operatorlarından götürülmüş məlumatları sonuncunun ifadəsini təsdiq edən və bəraət hökmünün çıxarılmasında həlledici faktor kimi qəbul edərək digər halları sözügedən sübutun möhkəmləndirilməsinə yönəltmişdir. Məhkəmə təqsirləndirilən şəxs bəraət almış şəxsun öz müdafiəsi üçün göstərdiyi xüsusatları onun istifadəsində olmuş +994(055)204-94-26 və +994(070)567-07-57 saylı mobil telefon nömrələri, həmçinin müdafiəçi X13 istifadəsində olan +994(055) 201-0252, +994(051)918-18-58, +994(051)793-43-33, +994(055)-222-0731 mobil nömrələrə, tərcüməçi Teymur Süleymanovun istifadəsində olan +994(051) 85558-68 mobil nömrəyə dair anten əhatə dairəsi barədə müvafiq mobil operatorlardan əl də edilmiş məlumatlarla əsaslandırmağa çalışmışdır. Məhkəmə tədqiq edilmiş anten məlumatları ilə bağlı nəticəyə gələrkən bir sıra zəruri hallara diqqət yetirməmiş, şəxsin olma yerini birmənalı olaraq anten qülləsinin yerləşdiyi ünvanla eyniləşdirmişdir. Təcrübəyə əsasən işlək vəziyyətdə olan mobil telefonun müəyyən bir anten qülləsinin əhatə dairəsində olması onun birmənalı şəkildə məhz sözügedən qüllənin yanında olması anlamına gəlmir, telefonun qüllədən (şandan) kilometrlərlə uzaqda olması təkzibedilməzdir. Hətta müəyyən anten qülləsinin (şanın) yaxınlığında, əhatə dairəsində olan mobil telefonun daha uzaqda yerləşən antenə qoşulması mümkündür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmi n edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs və müdafiəçi Z.Əmiraslanovanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin tö rədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsi nə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan q aldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X12 Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış mə qsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 5,967 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində bəraət almış şəxs 4 oktyabr 2023-cü il tarixdə saat 16:15-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 18:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən satış məqsədi və tamah niyyəti ilə qanu nsuz olaraq əldə edib saxlamaqla daşıdığı 4 ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrıayrılıqda çəkiləri 2,123 qram, 1,162 qram, 0,699 qram, 0,485 qram və 1 ədəd bükümdə tərkibinə görə digərlərindən fərqli olan 1,498 qram olan, ümumilikdə, 5 ədəd bükümdə ümumi təmiz çəkisi 5,967 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X17 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 4 oktyabr 2023-cü il tarixdə saat 12:45 radələrində avtomobillə Azərbaycan Dövlət Neft Akademiyasının binasının yaxınlığında olarkən Yol Patrul Xidmətinin əməkdaşı sanki vaxt udmağa çalışaraq, ona qəribə suallar verməyə başlamışdır. Həmin vaxt onun sürücüsü işlədiyi şəxsin uşağı da avtomobildə olmuşdur. Saat 13:0 8 radələrində həmin uşağın oxuduğu Bakı Slavyan Məktəbinə çatmış, sonuncunu avtomobildən düşürmüş, bu zaman ona yaxınlaşan İbrahim və Anar adlı iki nəfər, özlərini polis əməkdaşları kimi təqdim etmiş şəxslər onlarla polis idarəsinə getməli olduğunu bildirmişlər. Bu zaman İbrahim adlı polis əməkdaşı onun telefonunu da götürmüşdür. O, polis əməkdaşları ilə birlikdə özünün idarə etdiyi avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına yollanmışdır. Təxminən 30-40 dəqiqə sonra, saat 13:45-də onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında olmuşdur. Burada polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilmiş və bunun nəticəsində növbəti gün, yəni 05 oktyabr 2023-cü il tarixdə keçirilmiş videoçəkiliş zamanı sonuncular tərəfindən ona əvvəlcədən təqdi m olunmuş bükümlərdə olan maddənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki o, narkotik vasitələrdən və psixotrop maddələrdən, ümumiyyətlə istifadə etmir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 onun tutulması zamanı iştirak etməmişdir. Apellyasiya baxışı zamanı bəraət verilmiş şəxs X17 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsinə uyğun olan eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 4 oktyabr 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda X8 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotro p maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra X8 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 4 oktyabr 2023-cü il tarixdə bəraət almış şəxsun Bakı şəhəri, Nəsimi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Nəsimi rayonuna getmişlər. 4 oktyabr 2023-cü il tarixdə saat 16:15-də ünvan 3 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə bəraət almış şəxsa oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələri ni göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, X17 olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu yaxınlıqda yerləşən DİN-in BMCMİnin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı X tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 04 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş bəraət almış şəxsun barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl bəraət almış şəxsa şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra bəraət almış şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən bir ədəd qara rəngli pul qabı, iki ədəd böyük şəffaf sellofan bükümü, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “İphone” markalı mobil telefonu və sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. bəraət almış şəxsun təqdim etdiyi bükümlərə baxış zamanı böyük şəffaf sellofan bükümün birinin içərisində iki ədəd sellofan bükümün, digərinin içərisində isə iki ədəd gümüşü rəngli kağız büküm, bir ədəd qızılı rəngli kağız bükümün olması və həmin bükümlərdən birinin içərisində qəhvəyi, digərlərinin içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra bəraət almış şəxsun üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümün və üç ədəd kağız bükümün içərisindən psixotrop maddə metamfetamin ə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən bəraət almış şəxsun təqdim etdiyi qara rəngli pul qabının içərisində 249 manat və 4 ABŞ dollar pul və beş ədəd plastik pul kartı, bəraət almış şəxsa məxsus sürücülük vəsiqəsi və qara rəngli əl çantasının içərisindən qəbzlər aşkar olunmuşdur. Şəxsi axtarış zamanı bəraət almış şəxsun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. bəraət almış şəxsun üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı, bir ədəd “İphone” markalı mobil telefonlar, ona məxsus sürücülük vəsiqəsi və beş ədəd plastik pul kartı götürülmüşdür. bəraət almış şəxsun üzərindən aşkar edilmiş 249 manat və 4 ABŞ dollar pulu ilə q ara rəngli pul qabı və qara rəngli əl çantası onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı bəraət almış şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tanış olduğu və sonradan “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsin kart hesabına 150 manat pul köçürərək, sonradan sonuncunun göndərdiyi məkan vasitəsi ilə 04 oktyabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən ağacın altından yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirində üç nəfər olmuşlar. Təqsirləndirilən şəxsi məktəbin yaxınlığında, yolun kənarında dayanan zamanı tutmuş, sonuncunu idarənin inzibati binasına sonuncunun avtomobili ilə deyil, xidməti avtomobillə aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirində üç nəfər olmuşlar. X23 rayonu, S.Rəhimov küçəsi ərazisində dayanan zaman tutulmuşdur. Həmçinin sonuncu tutulduqdan təxminən 20 dəqiqə sonra onlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin binasında olmuşlar. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsi, Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün o, avtomobilində olan uşaqları məktəbə apararkən, Rüfətin avtomobili ondan bir avtomobil qabaqda olmuşdur. O, məktəbə çatarkən günorta vaxtı təxminən saat birə qalmış olmuşdur. Günorta saat ikiyə işləmiş olarkən uşaqları avtomobilindən düşürmüş, həmin vaxt X avtomobilinə baxdıqda bir nəfər tanımadığı şəxsin sonuncunun avtomobilinin sürücü oturacağında, Rüfətin isə arxa oturacaqda oturduğunu görmüşdür. O, bəraət almış şəxsun 13:00 radələrində tutulduğunu dəqiq bilmiş, ona görə ki, həmin saatlarda sürücüsü işlədiyi ailənin uşağını məktəbə gətirmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Bakı Slavyan Məktəbində sürücü işləmiş, “Renault” markalı avtomobil idarə edir, bəraət almış şəxsu da elə sürücü işlədiyi vaxt tanımışdır. Hadisənin baş verdiyi gün, saat 13:00 radələrində iki nəfər tanımadığı şəxsin Rüfətə yaxınlaşaraq, sonuncunun apardığının şahidi olmuşdur. O, bəraət almış şəxsun 13:00 radələrində tutulduğunu dəqiq bilmiş, ona görə ki, həmin saatlarda sürücüsü işlədiyi ailənin uşağını məktəbə gətirmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 4 oktyabr 2023-cü il tarixdə bəraət almış şəxsa tərcümə xidməti göstə rmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, bəraət almış şəxs 4 oktyabr 2023-cü il tarixdə, saat 17:00-17:30 radələrində tutulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinə göstərdiyi tərcümə xidmət ilə orta hesabla ayda 3 dəfə çağırılır. Yaşadığı evdən BMCMİ-nin binasına 40 dəqiqəyə, iş yerindən isə 20 dəqiqəyə çatır. 5 oktyabr 2023-cü il tarixdə BMCMİ-ə hər hansı işlə bağlı çağırılmayıb, həmin tarixdə orada olmayıb. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X6 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində anten əhatə dairəsinin BMCMİ-nin yerləşdiyi yaxın ərazidə qeydə alınması həmin ərazidə şəxsi görüşünün olmas ı ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 4 oktyabr 2023-cü il tarixdə bəraət almış şəxsa hüquqi yardım göstərmək üçün BMCMİ-nin binasına getmiş və sonuncunu orada tanımışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, müdafiəçinin dəvət edilməsi haqqında qərar Bakı şəhəri 25 saylı Vəkil Bürosuna daxil olmuş, sözügedən qərar barədə ona təxminən 16:00 radələrində məlumat verilmiş, bu zaman “X” adlı digər vəkil növbətçi olmasına baxmayaraq, sonuncunun işləri olduğundan o, bəraət almış şəxsun hüquqlarının müdafiə etmək üçün idarəyə getmişdir. 5 oktyabr 2023-cü il tarixdə hazırki cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti keçirilməmişdir. İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 4 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X12 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs bəraət almış şəxs buna etiraz etmədiyini bildirdikdən sonra bəraət almış şəxsu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən so nra bəraət almış şəxs üzərində psixotrop maddə metamfetamin oduğunu bildirib, sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən 01 ədəd qara rəngli pul qabı, 02 ədəd böyük şəffaf sellofan bükümü, əynində olan tünd boz rəngli cins şalvarın sol an cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “İphone” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. bəraət almış şəxsun təqdim etdiyi bükümlərə baxış zamanı böyük şəffaf sellofan bükümün birinin içərisində 02 ədəd sellofan bükümün, digərinin içərisində isə 02 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd qızılı rəngli kağız bükümün olması və həmin bükümlərdən birinin içərisində qəhvəyi, digərlərinin içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs bəraət almış şəxs üzərindən aşkar edilmiş maddə metamfetamini sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu sonradan “Whatsapp" vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsin kart hesabına 150 manat pul köçürərək, sonradan sonuncunun göndərdiyi konum vasitəsi ilə 04 oktyabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar" metrostansiyası yaxınlığında yerləşən ağacın altından yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-xx/xx/5209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd şə ffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,123 qram və 1,162 qram, 1 (bir) ədəd “gümüşü“ rəngli kağız bükümdə təmiz çəkisi 0,699qram,1 (bir) ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 0,485 qram ağ rəngli kristallardan ibarət maddələr və 1 (bir) ədəd “gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 1,498 qram açıq qəhvəyi rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. X8 üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümdəki metamfetaminin ümumi təmiz çəkisi 5,967 qram təşkil edir. bəraət almış şəxsdan aşkar edilərək götürülmüş 4(dörd) ədəd bükümdəki ağ rəngli kristallardan ibarət metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 1 (bir) ədəd bükümdəki qəhvəyi rəngli kristallardan ibarət meta mfetamin isə onlardan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 oktyabr 2023-cü il tarixli, 6561 nömrəli rəyindən görünür ki, müayinə zamanı X9 psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, X8 narkotik vasitə və ya psi xotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. X8 üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı, bəraə t almış şəxsun barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin faktiki olaraq onun tutulduğu gündən sonrakı gün, yəni 5 oktyabr 2023-cü il tarixdə keçirilməsi ilə bağlı xüsusatın araşdırılması məqsədilə, bəraət almış şəxsun istifadəsində olmuş 055 ***-**-** və 070 ***-**-** saylı, habelə ibtidai istintaq zamanı müdafiəçisi qismində iştirak etmiş Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X13 ifadəsində olan 055 201-02-52, 051 918-18-58, 051 793-43-33, ***-***-**-** saylı və cinayət işinin ibtidai istintaqı zamanı tərcüməçi qismində iştirak etmiş Teymur Süleymanovun istifadəsində olmuş (051) ***-**-** saylı mobil nömrələrə dair xx.xx.2023-xx.xx.2023-cü tarixlərə aid anten əhatə dairəsi haqqında və həmin tarixlərdə onların istifadəsində olmuş mobil nömrələrə dax il olan və çıxan zənglər barədə məlumatlar müvafiq mobil operatorlardan əldə edilmişdir. X8 4 oktyabr 2023-cü il tarixdə üzərində olmuş mobil telefon nömrələrinin anten məlumatları təhlil olunarkən, ona məxsus mobil telefon siqnallarının saat 13:03-də Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 72,37 metr, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 2,64 km məsafədə yerləşən anten əhatə dairəsinə, saat 13:14:06-da Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 541,33 metr, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 2,07 km məsafədə yerləşən anten əhatə dairəsinə, saat 13:17:51-də Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 1,33 km, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,66 km məsafədə yerləşən anten əhatə dairəsinə, saat 13:27:51-də Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 2,52 km, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 246,60 metr məsafədə yerləşən anten əhatə dairəsinə, saat 15:43:33-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 342,49 metr məsafədə yerləşən anten əhatə dairəsinə, saat 15:56:33-də, 16:11:33-də 16:13:49-də, 16:19:20-də, 16:19:52də, 17:09:49-də və həmin günün sonunadək olan müxtəlif saatlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 304,26 metr məsafədə yerləşən anten əhatə dairəsinə siqnallar ötürdüyü müəyyən edilmişdir. Müdafiəçi X13 4 oktyabr 2023-cü il tarixdə üzərində olmuş mobil telefon nömrələrinin anten m əlumatları təhlil olunarkən, ona məxsus mobil telefon siqnallarının saat 18:28:40da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,67 km məsafədə yerləşən anten əhatə dairəsinə, saat 18:29:07-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 2,79 km məsafədə yerləşən anten əhatə dairəsinə, saat 18:48:17-dən 19:16:50-dək olan müddət ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,41 km məsafədə yerləşən anten əhatə dairəsinə siqnallar ötürdüyü müəyyən edilmişdir. X1 4 oktyabr 2023-cü il tarixdə üzərində olmuş mobil telefon nömrələrinin anten məlumatları təhlil olunarkən, ona məxsus mobil telefonun saat 17:53-dən 18:57-dək olan müddət ərzində Azneft İB-nin "Bibiheybetneft" NQCİ-nin ərazisində yerləşən və Baş Mütəşək kil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 9,17 km məsafədə yerləşən anten əhatə dairəsinə siqnallar ötürdüyü müəyyən edilmişdir. Göründüyü kimi, X8 barəsində prosessual hərəkətlərin həyata keçirildiyi vaxt, sonuncu ilə eyni məkanda və saatda olmuş müdafiəçi X13 və X1 üzərində olmuş mobil telefon qurğuları fərqli ünvanda və fərqli məsafədə yerləşən anten əhatə dairəsinə siqnallar ötürmüş və yalnız X12 məxsus mobil telefon Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına ən yaxın ərazidə 304,26 metr məsafədə yerləşən anten əhatə dairəsində olmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola və həmin hərəkətin keçirilməsinə dair videogörüntüyə əsasən, müdafiəçi Cavid Abbasov və tərcüməçi Teymur Süleymanov istintaq hər əkətinin keçirilməsində iştirak etmişlər. Lakin, xx.xx.2023-cü il tarixdə saat 17:53-dən 18:57-dək olan müddət ərzində tərcüməçi Teymur Süleymanovun istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatları ilə sonuncunun prosessual hərəkətin aparıldığı yerdən 9,17 km məsafədə olması, həmin prosessual hərəkətin xx.xx.2023-cü il tarixdə aparılmadığına dəlalət edir ki, bu da tərcüməçi Teymur Süleymanovun prosessual hərəkətlərin aparılmasında iştirak etməməsi ilə yanaşı, eyni zamanda müdafiəçi Cavid Abbasovun da həmin prosessual hərəkətlərin aparılmasında faktiki iştirakını istisna edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, tərcüməçi X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 5 oktyabr 2023-cü il tarixdə BMCMİ-ə hər hansı işlə bağlı çağırılmamışdır. Habelə, müdafiəçi X20 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 5 oktyabr 2023-cü il tarixdə hazırki cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti keçirilməyibdir. İş materiallarından görünür ki, 5 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş istintaq sənədlərindən və “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə X8 barəsində tərtib olunmuş istintaq sənədləri və şübhəli şəxs qismində dindirilməsi tərcüməçi X6 və müdafiəçi X13 faktiki iştirakları ilə keçirilmişdir (cild 1, i.v 5758; 61-71). Məhkəmə kollegiyası qeyd edir ki, tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, X xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində saxlanılmış, onun üzərində “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti isə xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində keçirilmişdir. Bu isə o deməkdir ki, X 1 gün 3 saat polisin nəzarəti altında qaldıqdan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş videogörüntüyə baxış keçirilmiş və həmin videofaylın xassələri hissəsində sözügedən faylın dəyişmə tarixi kimi xx.xx.2023cü il tarix saat 16:52 (anten əhatə dairələrinə əsasən vəkil saat 16:46-da, tərcüməçi isə saat 16:51-də BMCMİ-nin binasına yaxın ərazidə olmuşlar) qeyd edildiyi aşkar olunmuşdur. Həmin fayl məhkəmə iclasında açılıb videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, axtarışın aparıldığı kabinetdə olan pəncərədə pərdə olsa da, həmin pəncərənin bir hissəsindən küçədə olan havanın işıqlanmasının həddi çox aydın görünür və müəyyən edilir ki, axtarışın aparıldığı bütün vaxtı küçədə təbii (günəş) işıqlı hava şəraiti mövcuddur. Sadəcə olaraq çəkiliş gedişatında parlaq işıqlanmada müəyyən solğunluq hiss edilir. Bu isə o deməkdir ki, müşahidə olunan görüntü, həmin çəkilişin müdafiəçi və tərcüməçinin anten əhatə dairələrinin xx.xx.2023-cü il tarixdə eyni əraziyə düşən təxminən saat 16 radələrində keçirildiyini təsdiq edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokolda qeyd olunur ki, X üzərində axtarış saat 18:05-də başlamış və saat 18:33-də bitmiş, lakin xx.xx.2023-cü ildə (hər il, eyni gün, eyni vaxt) günəşin batma vaxtı saat 18:19-da olduğu təqdirdə, axtarışın aparıldığı otağın pəncərəs indən görünən havanın işıqlanmasının parlaqlığı həmin saata uyğun gəlmir (axtarışın bitmə vaxtı günəşin batmasından 14 dəqiqə sonraya təsadüf edir) belə ki, videoçəklişin bitmə anında çöldə olan hava şəraiti ən azı alatoran olmalı idi, lakin, videogörüntüdə bu müşahidə edilməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokolda sözügedən hərəkətlərin saat 18:05-dən 18:33-dək aparıldığı qeyd edilsə də, tədqiq edilən sübutlara əsasən həmin hərəkətlərin xx.xx.2023-cü il tarixdə deyil, məhz xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində (vəkilin və tərcüməçinin anten əhatə dairəsinin həmin vaxt BMCMİ-nin binasına yaxın əraziyə düşməsi və əlavə küçədə günəş işığının parlaqlığı) keçirildiyinə dəlalət edir. Eyni zamanda, istintaq orqanı tərəfindən X8 barəsində consovir.apps.iamas.gov.az veb saytından çıxarışın 5 oktyabr 2023-cü il tarixdə sorğulanması və işə əlavə edilməsi mübahisəli faktı təsdiq edən xüsusat kimi dəyərləndirilməlidir. Göründüyü kimi, əldə olunmuş anten dairəsi haqqında və digər məlumatlarla X8 barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin 05 oktyabr 2023-cü il tarixdə keçirilməsi haqqında iddia təkzib olunmamış, əksinə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və işin müəyyən olunmuş faktiki hallarına əsasən qeyd edir ki, X8 4 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanın yaxınlığında tutulması və barəsində 5 oktyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində keçirilmiş “Şəxsi axta rış və götürmə aparılması haqqında” istintaq hərəkəti zamanı üzərindən külli miqdarda psixotrop maddənin aşkar edilərək götürülməsi haqqında istintaq orqanının iddiaları ağlabatan deyildir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə b ağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Habelə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin keçirilməsinə dair videogrüntüyə keçirilmiş baxış zamanı, X8 yardıma ehtiyacı olduğu mənanı ifadə edən “SOS” (X28) əl siqnalını icra etməsi onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin şəffaf şəkildə keçirilməməsi, iradəsinin ziddinə və kənar təsirlərə məruz qalması anlamına gəlmək haqqında əsaslı şübhələr müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, Rüfət Məcidovun tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən, onun barəsində psixotrop maddə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başq a qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təmi nat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə t əsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiy i mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədl ərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərba ycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X15 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarand ığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X10 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, X özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında R.Məcidovun satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahiz ələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq X əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki,X əməlində həqiqətən satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsi pi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlaba tan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X3 məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanv ar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya protesti təmin edilməsin. X17 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2025-ci il tarixli 1(103)-72/2025 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1516/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1516/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver