Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1517/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum iştirakları ilə 25 oktyabr 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum edilməmiş, Qubadlı rayonu, ****************** kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim N.Abıyev) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məhkəmə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən he sablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), N.R.Mövsümov və V.C.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 05 noyabr 2018-ci il tarixdə saat 17:30 radələrində Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32.5-ci kilometrliyində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti nin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, idarə etdiyi "Kamaz 55111''' markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə Bakı istiqamətində, yəni nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirərək, yolun Quba istiqamətinə sağından soluna keçən piyadalar X2 və Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə ehtiyatsızlıqdan E6 subdural hematoma, baş-beyinə qansızma, alın-təpə nahiyəsinin dərialtı hematoması, sağ baldır sümüklərinin qəlpəli açıq sınığı, hər iki nahiyəsinin əzilmiş yaraları, alın nahiyəsinin sol yarısını n, sifətin sol yarısının, sol diz oynağı nahiyəsinin bayır səthini, hər iki əlin arxa səthinin sıyrıqları, sağ əlin arxa səthinin qançır şişkinliyi kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ölməsinə, Zərərçəkmiş şəxs1 ağır müştərək travma, qarnın küt travması, qaraciyərin VİİVİİİ seqmentlərinin cırılmış yaraları, sağ tərəfli geniş həcmli peritonarxası hematoma, hemoperitenium, çənənin sağ şaxəsinin və cisminin açıq yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol qaşüstü nahiyəsinin əzilmiş yarası, travmatik hemoragik şok İİ-İİİ dərəcə kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə, habelə "Kamaz 55111" markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobil əzil ərək sahibi Zərərçəkmiş şəxs2 120 manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən son həddində cəza təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi hesab edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum cəza təyin edilməsinə dair hissəsindən narazıdır, çünki təyin edilmiş cəza yüngül olmaqla, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əmələ uyğun deyildir. Hüq uqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərlili yi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın yüngül olması mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi i lə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən m əhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xü susi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülm əlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməlini etiraf etməsini, səmimi peşmançılıq keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və ya tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi, cəzanı ağırlaşdıran halın olmamasını düzgün nəzərə alaraq cəza təyin edilmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və b una görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1517/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1517/2019
23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver