Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1517/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, Xaçmaz Rayon Məhkəməsinin hazırlıq iclasının 26 dekabr 2022-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cə lb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunmasına dair materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X7 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin hazırlıq iclasının 26 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Quliyev Xıdır İnqilab oğlu) X3, 05 yanvar 1992-ci il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 147 və 148-ci madd ələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətə dair materiallar üzrə müəyyən olunmuş hallar: 09 dekabr 2022-ci il tarixdə X15 xüsusi ittiham qaydasında şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək X3 əməllərində CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğundan onun barəsində həmin maddələrlə cinayət işinin başlanmasını və barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. X7 öz şikayətini onunla əsaslandırmışdır ki, onun 03 dekabr 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan X11 və qardaşı X13 tərəfindən xüsusi amansızlıqla döyülüb ona xəsarətlər yetirilməsi, qeyri-insani işgəncələr verilməsinə dair 27 noyabr 2019-cu il tarixli müraciəti ilə əlaqədar toplanmış materiallar əsasında 29 noyabr 2019-cu il tarixdə Xaçmaz rayon prokurorluğu tərəfindən CM-nin 133.2.3-cü maddəsi ilə fakta görə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmiş, daha sonra Xaçmaz rayon prokurorluğunda CM-nin 127.2.2, 145.2.3, 145.2.4, 145.2.6-cı maddələri ilə istintaqı davam etdirilən ********* nömrəli cinayət işinin materiallarından 30 aprel 2020-ci il tarixli qərarla onun, yəni Babayev Anarın öz qohumu X4 zorlamağa cəhd etməsi faktı və digər xüsusatlara görə CM-nin 29,149.1-ci maddəsi ilə cinayət işi ayrılaraq Xaçmaz rayon prokurorunun böyük köməkçisi İ dər əcəli hüquqşünas Tural Məhərrəmov tərəfindən icraatına qəbul edilməklə həmin işin istintaqı aparılmış, 16 may 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Xaçmaz rayon prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas X1 həvalə olunmuşdur. Qyed edilən materiallar üzrə müstəntiq X1un qəbul etdiyi 30 dekabr 2020-ci il tarixli qərarla isə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilmişdir. Həmin qərarla X3nın zorlamağa cəhd edilməsi xüsusatı öz təsdiqini tapmamaqla onun əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması faktı müəyyən edilmədiyindən Xaçmaz rayon prokurorluğunda istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə CM-nin 29,149.1-ci maddəsi və digər xüsusatlar üzrə ayrılmış ********* nömrəli cinayət işinin icraatına xitam veri lməsi haqqında qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və maraqlı tərəflərə təqdim edilmiş, qərarda isə X3ya məxsus olan və istintaqa təqdim edilmiş 01 ədəd köynəyin maddi sübut kimi tanınması rədd edilməklə sahibinə qaytarılması, cinayət işinin isə saxlanılmasından ötrü rayon prokurorluğunun arxivinə təhvil verilməsi göstərilmişdir. Buna baxmayaraq, X3 ondan təkrar-təkrar əsassız şikayətlər etmiş və dörd dəfə Xaçmaz rayon prokurorluğu tərəfindən X3nın zorlanmasına cəhd edilməsi xüsusatı öz təsdiqini tapmadığından və onun, yəni Anar Babayevin əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi barədə qərarlar qəbul edilmişdir. Axırıncı dəfə belə qə rar Xaçmaz rayon prokurorunun köməkçisi X16 tərəfindən 10 avqust 2022-ci il tarixdə qəbul olunmuşdur. Hesab edir ki, X3 ondan təkrar-təkrar əsassız, şər və böhtan xarakterli ərizələr yazmaqla və müxtəlif ünvanlara şikayətlər etməklə ona böhtan atmış, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymış, şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X3nın belə ərizələri əsasında o, ailə üzvləri, qohumları, qonşuları və iş yoldaşları arasında nüfuzdan düşmüş, onun şəxsiyyətinə, imicinə və işgüzar nüfuzuna xələl gətirillmişdir. Ona görə də, o, məcbur olub iş yerini itirmiş, Azərbaycan Respublikası Elmlər Akademiyasından işdən çıxmağa məcbur olmuş, ailəsini itirmək təhlükəsi ilə rastlaşmış və yaşayış yerini dəyişmək məcburiyyə tində qalmışdır. Qohumlarının yaşadığı Quba və Xaçmaz rayonlarına gedib-gələ və qohumlar ilə əlaqə saxlaya bilmir. Bu hal da onu son dərəcə sarsıtmağa başlamışdır. Artıq onu tanıyan şəxslər qarşısında nüfuzdan düşmüş, sanki hamı ondan üz çevirmiş, dözülməz və son dərəcədə dəhşətli bir vəziyyətə düşmüş, X3 ona qarşı etdiyi qanunusuz hərəkətləri və qərəzli münasibəti nəticəsində o, özünü intihar etmək dərəcəsinə çatdırılmışdır. Belə qənaətdədir ki, X3nın əməllərində CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri var və buna görə də onun barəsində məhkəmədə xüsusi ittiham qaydasında cinayət işi başlanmalı və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin hazırlıq iclasının 26 dekabr 2022-ci il tarixli qərarından xüsusi ittihamçı X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən toplanmış materiallara baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə) 15 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X7 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsi üçün həmin şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətin in dəlilləri: CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin dispozitiv əlmətlərini təsvir etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsasssız hesab edib xüsusi ittiham qaydasında verdiyi şikayətdə göstərilən halları təkrarlayan, habelə bu şikayətlə bağlı məhkəmələr tərəfindən tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlarla məhkəmələrin gəldikləri nəticələrə istinad edən X7 kassasiya şikayətini belə əsaslandırmışlar ki, X3 müxtəlif instansiyalara çoxsaylı şər və böhtan xarakterli ərizələr yazmaqla onun şərəf və ləyaqətini alçaltmış, onun cəmiyyətdəki və ailəsindəki nüfuzuna zərər vurmuş və əsassız olaraq onu heç bir əsas olmadan xüsusilə ağır cinayətin törədilməsində ittiham edərək ona böhtan atmışdır. Bütün bu hallar X3nın CM-nin 14 7 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət etməsinə baxmayaraq, məhkəmələr bununla bağlı onun, yəni X7in xüsusi ittiham qaydasında şikayətini əsassız və qanunsuz olaraq icraata qəbul etməkdən imtina etmiş və bu da X3nın cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olmuşdur. Kassasiya şikayətində göstərdiyi dəlillərərə əsaslanaraq X7 onun həmin şikayətinin təmin edilməsini xahiş edir. X3 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayətinə etiraz göndərərək həmin şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: X7in kassasiya şikayətinin dəlillərinə cavab verərək məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası t ərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin I və II hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tər əfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Daha sonra, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatın da yaymaya görə cinayət məsuliyyəti CM-nin CM-nin 147.1-ci maddəsində, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə isə CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuşdur. CM-nin “Təhqir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə, həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və layaqətini nalayiq formada alçaltmada, subyektiv cəhətdən isə birbaşa başqa şəxsin şərəf və ləyaqətinin alçaldılması qəsdində ifadə olunur. CM-nin 148-1-ci maddəsində isə İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CPM-nin 37.1-ci maddəsi nin tələblərinə görə cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimaixüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsində isə təsbit edilmişdir ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Prosessua qanunvericliyin tələbinə və mənasına görə xüsusi ittiham qaydasında şikayətə eyniləşdirilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətin və ya şifahi şikayətin qəbul edilməsi barədə p rotokolun məzmununa dair tələblər müəyyən olunmuş CPM-nin 293.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, belə şikayətlərdə (protokollarda) aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şa hid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-nin 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmçinin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. CPM-nin 302.1-ci maddəsində isə təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsa sında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014- cü il tarixli, 3 № li Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələr inin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin g örə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərar ın 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Qərarın bu bəndində məhkəmələrə həmçinin tövsiyə edilmişdir, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tə ləblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qərarın 12-ci bəndinə əsasən isə, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (i nternet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Göründüyü kimi, bu izah və tövsiyələr CPM-nin 293.3, 299.3.3 və 302.1-ci maddələrinin tələblərindən irəli gəlir. Xaçmaz Rayon Məhkəməsinin hazırlıq iclasının 26 dekabr 2022-ci il tarixli qərarına görə, məhkəmə X7in xüsusi ittiham qaydasında şikayətini məhkəmənin icraatına qəbul etməkdən və məhkəmə baxışının keçirilməsindən imtina edərkən məhz cinayətprosessual qanunvericiliyinin yuxarıda göstərilən normalarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, həmin şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Belə ki, X7 xüsusi ittiham qaydasında verdiyi şikayətində göstərmişdir ki, X3 onun barəsində müxtəlif instansiyalara təkrar-təkrar əsassız, şər və böhtan xarakterli ərizələr yazmaqla və həmin ərizələrdə onu cinayət əməli törətməkdə əsassız olaraq ittiham etməklə ona böhtan atmış, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymış, şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Lakin X7 öz şikayətində bu məlumatların hər hansı kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını bildirməmiş və belə halı təsdiq edən hər hansı sübutu da məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, b elə olan halda və CM-nin 147.1, 147.2, 148 və 148-1-ci maddələrinin tələbləri baxımından X3nın hərəkətlərində həmin maddələrdən nəzərdə tutulmuş cinayət tərkibinin olması istisna olunur, digər tərəfdən isə xüsusi ittihamçı X7in şikayəti CPM-nin 293.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməmişdir. Buna görə, məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarının tələblərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək X3nın CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7in xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbulundan imtina edilməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini i sə - qəbul edilməz sayır və kassasiya müraciətinin təmin edilməsi üçün əsaslar görməyərək eyni zamanda vurğulayır ki, hazırki materiallara baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə toplanmış materialları kassasiya şikayəti ilə birgə müqayisəli şəkildə təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə X7in və həmin şikayətin təmin edilməməsi haqda X3nın çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, X3 CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunmasına dair materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunmasına dair materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli
Məhkəmə qərarları › İş №1(102)-1517/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1517/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver