Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1517/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Məhkum müdafiəçisi, “De Fendo” Vəkil Bürosunun vəkili Quliyev Vüqar Şahbaz oğlunun iştirakları ilə x xxxxx 1967-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Zərbiəlli kəndində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü-cü il tarixli 1(106)-11/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “De Fendo” Vəkil Bürosunun vəkili Quliyev Vüqar Şahbaz oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 1(099)-518/2022 nömrəli hökmünə əsasən (hakimlər: N.F.Quliyev (sədrlik edən), A.Ə.Musayev və N.N.Hüseynov) Məhkum - Azərbaycan Res publikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 iyul 2022-ci il tarixdən hesablanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli 1(106)-11/2024 nömrəli qərarı ilə (hakimlər: Eİ.Əliyev (sədrlik edən), İ.H.Əhmədov və M.Ə.Bağırov) zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmə miş, təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 126.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ilə endirilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Məhkum 09 may 2021-ci il tarixdə saat 19 radələrində birgə yaşadıqları Cəlilabad rayonu Zərbiəlli kəndindəki evin həyətində zərərçəkmiş şəxs analığı X3 heç bir əsaslı səbəb olmadan zərərçəkmişin özünə məxsus əmlakları qohumlarına verməsini vəfat etmiş atası X5 q alan əmlakı bölüşdürməsi kimi qəbul edib onu və ailə üzvlərini də yaşadıqları evdən çıxaracağı kimi fikirləri özündə formalaşdıraraq həmin − reallıqda mövcud olmayan, yalnız özünün təxəyyülündə yaratdığı xəyali səbəbləri bəhanə edərək və həmin fikirlərin gələcəkdə baş verməsinin qarşısını almaq üçün, eləcə də zərərçəkmişin uzun müddətdir onların evində yaşamasına baxmayaraq atası öldüyünə görə daha həmin evdə yaşaya bilməyəcəyini deyərək öz şəxsiyyətini zərərçəkmişdən üstün tutub zərərçəkmişin fövqündə qoymaqla özünün müstəsna şəxsiyyət olmasına inanıb zərərçəkmiş X ilə mübahisə zamanı evin giriş qapısının qarşısında zərərçəkmişin sol ayağının arxa nahiyəsindən ayaq zərbələri ilə vurmaqla ona sol baldır nahiyəsində əzilmiş yara, sol qamış sümüyünün yerini dəyişən açıq sınığı kimi dərəcəsin ə görə ağır bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş, göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq sonuncu 27 may 2021-ci il tarixdə saat 12:20 radələrində qardaşı X7 məxsus fərdi yaşayış evində aldığı həmin sol qamış sümüyünün yerini dəyişən açıq sınığı travması nəticəsində yaranmış ağ ciyər arteriyasının tromboemboliyası səbəbindən ölmüş, bununla da X1 xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilm əsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi və irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edərək CPM-nin 416.1.2-ci maddəsinin tələblərini pozmuşdur. Müdafiəçi hesab edir ki, zərərçəkmiş şəxs X3 ölümünün səbəbi ilə bağlı məhkəmətibb ekspertizasının rəyləri təqsirləndirilən şəxs Məhkum əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas vermir. Şirvan Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı «təkrar komisyon məhkəmə-tibbi ekspertizası» təyin edilmiş, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2023-cü il tarixli KE Ş-832 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X ölümü onun qan damar sistemində olan xəstəliyi ilə əlaqədar ola bilərdi. Lakin apelyasiya instansiyası məhkəməsi ekspert rəyində olan həmin qeydi nəzərə almamışdır. Şikayətdə həmçinin qeyd olunur ki, işin apelyasiya baxışı zamanı məhkəmə iclasına sədrlik edən tərəfindən təqsirləndirilən şəxsin CPM-nin 324-cü maddəsində nəzərdə tutulan hüquqları izah edilməməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, müdafiəçi hesab edir ki, iş materiallarında olan zərərçəkmiş şəxs X adından yazılmış ərizə və izahat da saxtadır. Müdafiə tərəfinin bu xüsusatların araşdırılması, o cümlədən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Bundan başqa məhkəmə hökmündən o da görünür ki, guya Cəlilabad rayon Prokurorluğu tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Cəlilabad rayon məhkəməsinin 11 aprel 2022-ci il tarixli 4 (073)-85/2022 nömrəli qərarı ilə keçirilmiş telefon danışıqlarına qulaq asma əməliyyat-axtarış tədbirindən çıxarışlardan müəyyən edilmişdir ki, Məhkum təqsiri bir daha sübuta yetirilir. Əksinə olaraq qeyd edir ki, hökmdə qeyd edilən bu danışıqların məzmununda bir cümlə də olsun Məhkum Xyağına təpik vurmasına dair yazı mətni yoxdur. Bu yazılarda məhkumin və onun ailə üzvlərinin narahatlığı qeyd edilmiş, kiminsə əleyhinə ifadə verməməsi bildirilmişdir. Heç bir sözün mətnində “məhkumin qadına təpik vurmasını deməyin” kimi, və ya buna oxşar cümləyə rast gəlmək mümkün deyil. Bununla da o nəticəyə gəlmək olur ki, bu danışıqlara ittihamedic i sübut kimi qəbul edilə bilməz. Qeyd edilən danışıqlarda iştirak edən şəxslər və təqsirləndirilən şəxs yaxın qohum olduğu üçün zərərçəkmiş şəxsin öldüyü bütün hallarda ibtidai araşdırma aparılması ilə əlaqədar narahat olmuşdur. Belə vəziyyət hər bir insanda ətrafda yaranan təhlükəyə psixoloji münasibət kimi qiymətləndirilməlidir. Odur ki, ittihamın əsasını təşkil edən sübutlardan biri kimi qiymətləndirilə bilməz. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsinə məhkəmə qiymət verərkən Xun və onun ailə üzvlərinin məhkumlə torpaqla bağlı münaqişələrinin əvvəldən olduğunu, habelə bacısı olan zərərçəkmiş (vəfat edən şəxs) X evlə bağlı mübahisələrinin olduğuna və qərəzli olaraq məhkumin onun bacısını vurduğuna dair məsələlər aydınlaşdırılmamışdır. Belə ki, polisə əmlakla bağ lı dəfələrlə mübahisəsinin olması barədə müraciət etmiş, şahidlər də belə mübahisələrin məhz əmlak üzərində olduğunun şahidi olmuşlar. X ifadəsindən də göründüyü kimi məhkum və X bacısı ilə maraqlanmadığını görüb sonradan guya məhkumin onun bacısının qıçını sındırması ilə qorxu gəlmişlər. Məqsəd qərəzli şəkildə məhkumi belə cinayətlə ittiham edib əmlaklarına yiyələnmək olmuşdur. məhkum və Şahid12 Kamalla yaxın qohum olduqlarından eyni məzmunlu ifadə vermişlər. Bu şəxslər heç biri hadisə baş verərkən orada olmamışlar və sonradan olan məlumatlar da qərəzli olaraq məhkumi ittiham etmək və qisas almaq məqsədi daşımışdır. X öz ifadəsində də təsdiq etdiyi kimi, habelə xəstəxanaya müraciət üzrə məlumatın qeydiyyatı kitabından da aydın etmək mümkündür ki, vəfat edənX xəstəxanaya onu inək vurması i lə bağlı müraciət etmişdir. Dindirilmiş Şahid3 və Şahid4h oğlunun ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, bu şəxslərin ifadəsindən də göründüyü kimi məhkumin oğlu X atasının guya X vurmasına Xdediklərini polis olaraq məhkumgilin qapısına gələndə eşitməklərini bildirməsinin sübut kimi əhəmiyyəti yoxdur. Belə ki, məhkəmədə yetkinlik yaşına çatmayan və psixi cəhətdən qüsuru olan, eyni zamanda ölməmiş şəxs olan X dediklərinə əsaslanması sübut olaraq keçərsizdir. CPM-nin 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Qeyd edilməlidir ki, məhkumin oğlu X yetkinlik yaşına çatmayan şəxsdir, psixi pozuntudan əziyyət çəkir. Bu baxımdan üçünc ü şəxslərin söylədiyi fikirlər sübut kimi qəbul edilə bilməz. O da qeyd edilməlidir ki, Şahid3 və Şahid4h oğlunun şahidlər siyahısına salınması ittiham tərəfinin öz mövqeyini gücləndirmək xarakteri daşımışdır. Göründüyü kimi bu şəxslər polis orqanında işləyir və belə vəziyyətdə ittiham müdafiə etməsi də normal haldır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü-cü il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassas iya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi V.Quliyevin, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi K.İmanovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlininin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya ins tansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Zərərç əkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş şikayətdə ittihamın əsası deyil, yalnız məhkuma təyin olunmuş cəzanın yüngüllüyü mübahisə edilir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə görə “Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli təhlil edərək aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət h üquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübut lara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi n əticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı m addəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını qanunvericiliyin yuxarıda istinad olunan normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qə rarında verilən tövsiyələr ilə əlaqəli şəkildə dəyərləndirərək hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətlən dirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məh kəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağa ehtiyac görməsə də, bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadələri, şahidlər Şahid12, X8, Şahid3, Şahid4h oğlu və Şahid1 ifadələri, cinayət işinin materialla rında olan təqsirləndirilən şəxs Məhkum ilə şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4h oğlu arasında aparılmış üzləşdirmə haqqında protokollar, zərərçəkmiş şəxs X3 Cəlilabad Rayon Polis Şöbəsinə yazdığı ərizə, zərərçəkmiş şəxs X3 Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqatçısı X verdiyi izahat, hadisə yerinə baxış aparılması haqqında protokol, X meyitinə “Baxış aparılması haqqında” 27 may 2021-ci il tarixli protokol, məhkəmə tibbi ekspertizasının 29 may 2021-ci il tarixli 282 nömrəli rəyi, məhkəmə tibbi ekspertizasının 24 iyun 2021-ci il tarixli 12 nömrəli rəyi, təkrar məhkəmə tibbi ekspertizasının 11 avqust 2021-ci il tarixli 166 nömrəli rəyi, komisyon məhkəmə tibbi ekspertizasının 01 aprel 2022-ci il tarixli KEŞ-142 nömrəli rəyi, məhkəmə ambulator psixiatrik ekspertizasının 26 iyul 2022-ci il tarixli 1959 nömrəli rəyi, Cəlilabad RPŞ-nin 24 may 2022-ci il tarixli, 142-17504-1222 nömrəli cavab və 18 iyul 2022-ci il tarixli, 14225733-1222 nömrəli cavab, diskə “Baxış aparılması haqqında protokol, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir k i, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 60-cı maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları da xilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu z aman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngü lləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşd irən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə koll egiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, habelə yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət əməlini törətməsini, ailə üzvlərinin onun himayəsində olmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Şahid8 Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi sanksiyası həddindədir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğun dan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1517/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1517/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver