Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1518/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Mütəllimov Coşqun Akif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X10) 28 iyun 2022-ci il tarixli hökmü ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin 11 avqust 2021-ci il tarixindən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkum olunmuşlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) 11 oktyabr 2022-ci il tarixli qərarı il ə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Adil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1ci maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(060)-24/2022-091 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgənin əmlakını talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında v ahid niyyətlə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanının hasarından aşma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olmuş, Rüstəm Rəsulov həyətdə olan quş damından ümumi dəyəri 100 (yüz) manat olan 5 ədəd ördəyi gizli talamış, daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixə keçən gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 Rüstəm Rəsulovla birlikdə aşma yolu ilə həmin yaşayış sahəsinə qanunsuz daxil olmuş, o İsmayılov isə kiminsə gəlməməsinə nəzarət etməsi üçün onları gözləmiş, həmin həyətdə yerləşən evin plastik pəncərəsini sıxıb açma yolu ilə evə qanunsuz daxil olaraq oradan 650 (altı yüz əlli) manat dəyərində olan 01 ədəd «Samsung UE50TU7140UX» Classik markalı plazma televizoru, 01 ədəd 15 (on beş) manat dəyərində olan Çin istehsalı olan iki antenalı «TD-W8961N» modeli TPlink modemi, 01 ədəd 20 (iyirmi) manat dəyərində olan adaptoru ilə birlikdə Çin istehsalı olan «Cask» markalı, «KX-TO180» modeli, S/№:200802421 ev telefonunun, 01 ədəd 25 (iyirmi beş) manat dəyərində olan üzərində «Qunhai SL-500 2017» yazısı olan balıq tutma üçün tilovu, 01 ədəd 20 (iyirmi) manat dəyərində olan üzərində «OSKY HB-300» yazısı olan balıq tutma üçün tilovu, 01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «JM200» yazısı olan balıq tutma üçün tilovu, 01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «Qunhai SL-200» yazısı olan balıq tutma üçün kiçik ölçülü tilovu, 01 ədəd 15 (on beş) manat dəyərində olan üzərində «KİNG STAR-KS- 400» yazısı olan balıq tutma üçün tilovu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 875 (səkkiz yü z yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, saxta dindirmələrlə bütün təqsirlər Məhkum üzərinə qoyulmuşdur. Halbuki məhkəmə baxışları ilə, işin faktiki halları və ekspertiza rəyləri və sairə ilə bunun tam əksi sübut olunmuşdur.Yəni onun əməlində heç bir təqsirin olmaması tam sübuta yetirilir. Onun əməlində oğurluq əmlakı taksi ilə daşıma vardır ki, bu halda da həmin əmlakın oğurluq olduğunu bilməməsi səbəbindən əməlində yenə də cinayət tərkibi yoxdur. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış hökm dəyişdirilməli, onun günahsız olması nəzərə alınmaqla ümumiyyətlə cinayət məsuliyyətindən azad olunmaq la Avropa Konvensiyasına əsasən, hüquqları bərpa olunmalıdır. Belə ki, hüquqlarını müdafiə etdiyi Məhkum istintaqın versiyasına görə 19 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Rüstəm Rəsulovla əlbir olub zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus evə daxil olub oradan ona məxsus əmlakları talamışlar. İstintaq zamanı məlum oldu ki, Rauf Rüstəmi ümumiyyətlə tanımamış, Nicat isə ona taksi kimi müraciət etmiş, lakin polisin ona hədə-qorxu gəlməsi və əlavə narkotik cinayətini də ona verməsindən qorxaraq polisin sözü ilə Raufa şər atmışdır, lakin məhkəmə istintaqı zamanı hər şeyi olduğu düz danışaraq bu hadisədə Raufun heç bir iştirakı və günahı olmamasını bildirmişdir. Nicat Raufun üzünə polisdə durarkən və bunu edərkən o təzyiq və ruhi həyəcan vəziyyətində olmuşdur və bütün bunların üzər inə də onun narkotik vasitə aludəçisi olmasını da gəlsə, məhkəmədə onun vermiş olduğu ifadəsi hər şeyi tam sübut edir. Məhkəmə isə eksperti şahid qismində çağırıb dindirməmişdir. Əgər dindirsə idi onda ekspert bir daha təsdiq edərdi ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı polisdə təzyiq altında olmuşdur. Hesab edir ki, həmin cinayət işi üzrə ibtidai və apellyasiya məhkəmə istintaqları lap əvvəldən birtətəfli, qərəzli, bütün istintaq və prosessual qanunvericiliyin ciddi pozuntuları şəraitində aparılmışdır. Bundan başqa, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum ağır xəstəliyindən əziyyət çəkir, ailə vəziyyəti ağırdır və ailədə dözülməz vəziyyət yaranmış, azyaşlı körpələri vardır. Yaşayış və iş yeri üzrə şəxsiyyəti müsbət xarakterizə olunur. Hökmdə göstərilənlər heç bir sübutla təsdiqini tapmam ışdır və məhkəmənin gəldiyi nəticə əsassızdır.Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə sübutların araşdırılmasında kobud qanun pozuntusuna yol vermiş, həmçinin sübutların tədqiqindən əsassız imtina etmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmuş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti,mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməmişdir. Bundan başqa, Məhkum ağır xəstəlikdən əziyyət çəkir və maddi cəhətdən də ailə ağır vəziyyətdədir, mütəmadi müalicələr almalıdır, lap əvvəldən axıra kimi iş üzrə heç bir şikayət və tələb yoxdur, hadisədən 2 ilə yaxın müddət keçərək cinayətin artıq ictimaitəhlükəlilik dərəcəsi əhəmiyyətli dərəcəsi sıfıra enmiş, şəxs ona təyi n edilmiş qanunsuz cəzanı da çəkib qurtarmışdır. Ona görə də, Məhkum barəsində həmin cinayəti işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmədə dindirilmiş bütün şahidlər bu işin bir qurama olduğunu, həmin cinayət işi üzrə ibtidai istintaqın lap əvvəldən birtətəfli, qərəzli, bütün istintaq və prosessual qanunvericiliyin ciddi pozuntuları şəraitində aparılmışdır. Saxta dindirmələrlə bütün təqsirlər avtomatik olaraq onun üzərinə qoyulmuşdur. Halbuki məhkəmədə məhkəmə baxışları ilə, işin faktiki halları ilə bunun tam əksi sübut olunmuşdur.Yəni onun əməlində heç bir təqsirin olmaması tam sübuta yetirilir. Məhkəmədə hər bir tərəfə Azərbaycan Respublikası CPM-in müddəalarına əsasən, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün bərabər, ədalətli ş ərait yaradılmamışdır, məhkəmə tərkibinə etiraz etmələrinə baxmayaraq qərəzli və ədalətsiz mövqe tutaraq və işə baxılmasını həmin tərkibdə davam etdirdiyi üçün də bir daha məhkəmə çıxışında da öz etirazlarını bildirmişlər. 10 aya yaxın bir müddətdə ekspertiza təyin edilib keçirilməsi və alınmış rəylə tanış etmədən işə baxılması və yalnız etiraz verildikdən sonra rəylə tanış edərək təkrar ekspertiza keçirmədən dərhal məhkəmə baxışını bitirərək çıxışlara keçilməklə qanunsuz və əsassız qərarın verilməsi ilə müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Ekspert qarşısında zəruri suallar qoyulmamışdır. Ona görə də, ekspert rəyinin bir hissəsinə məhkəmə tərəfindən tənqidi yanaşılmalı idi. Məhkəməyə dəvət edilərək bu və ya digər suallar aydınlaşdırılmalı idi. Lakin ekspert rəyi ilə bizi məhkəmə baxış ı yekunlaşarkən çıxışlar mərhələsində tanış etməsi ilə məhkəmə ədalətli məhkəmə araşdırılması və müdafiə hüquqlarını pozmaqla bu imkandan da məhrum etmişdir. Əməlin tövsüfi isə yalnız və yalnız təhqiqat, istintaq və məhkəmə orqanlarının səlahiyyətləri daxilindədir. Bu hadisə nəticəsində ona 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyan dəymişdir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ədalətsiz, qanunsuz və əsassız hesab edilməklə, dəyişdirilib əsassız olaraq məsuliyyətə cəlb olunmuş Məhkum əməlinin düzgün tövsif edilməklə, əsassız olaraq məsuliyyətə cəlb olunmuş Məhkum cinayət işinin bəraətverici əsaslarla icraatı xitam olunaraq barəsindəki qətimkan tədbiri ləgv olunmaqla dərhal həbsdən azad ol unmaqla, cinayət nəticəsində əsassız həbsdə saxlanılmaqla əlaqədar dəyən 50000 (əlli min) manat məbləğində maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsi və ona bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutl arın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkum Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə əsassız məhkum edilməsi barədəd ir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini müdafiəçinin kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərar ı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM 28.5-ci maddəsi). Birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o taksi fəaliyyəti ilə məşğuldur. O, oğurluq etməmiş və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluqda iştirak etməmişdir. Nicat ona zəng edərək taksi kimi aparmasını bildirmiş, o da taksi fəaliyyəti ilə məşğul olduğu üçün Nicatı avtomobili ilə aparmış, Nicatın əldində selofan torba olmuş, içərisində nə olduğundan xəbardar olmamış, yolda Rüstəmlə rastlaşmışlar, sonra o, onları Rüstəm yaşadığı ünvana aparmışdır. Oğurluq barədə heç bir məlumatı o lmamışdır. İbtidai istintaq zamanı ona qarşı hər hansı zor və ya işgəncə tətbiq olunmamışdır.İbtidai istintaq zamanı da belə bir ifadə vermiş və müstəntiqə oğurluqda iştirakı olmadığını demişdir. Oğurlanmış televizora görə zərərçəkmiş şəxsə dəymiş ziyan onun xəbəri olmadan ailə üzvləri tərəfindən ödənilmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib hesab etmişdir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğundur, onun məhkəmədə verdiyi ifadəsi isə məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış s übutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alır və buna görə də təqsirləndirilən şəxs Məhkum və digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər ifadə kimi qəbul edib həmin ifadələrə istinad etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi də zərərçəkmiş şəxslərin və şahid ifadələrini, ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək Məhkum əməlində CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibinin olması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməli üzrə bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum oğurluq cinayəti üzrə nəzərdə tutulan əməli törətməsi barəd ə düzgün nəticəyə gəlmiş və məhkumun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalə t və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxl anc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əmə li tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi i lə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkə mə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə özgə əmlakını gizli olaraq talaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Müdafiəçinin kassasiya şikayətində məhkuma bəraət verilməsi ilə bağlı qeyd edilən hallar əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında məhkumun əməlinin CM-in 177.2.1 və 177.2.3- cü maddələrinə tövsif edərək onun həmin maddələr ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma CM-in 177.2.1 və 177.2.3- cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla hər hansı sübutla öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkum ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət v ə cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1518/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1518/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver