Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1519/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Ağcabədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci m addəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Sabir oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarından məhkum A.S.Behbudov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Etibar Bəhrəm oğlu) xx xxx 1972-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasın a məhkum edilmişdir. İŞİN HALLARİ: Ağcabədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Sabir oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 dekabr 2018-ci il tarixdə saat 13 radələrində Ağcabədi şəhərinin mərkəzi bazarında yerləşən özünə məxsus qızıl-zinət əşyalarının satışı mağazasında olduğu zaman qonşuluqda yerləşən mağazada zərgərlik fəaliyyəti ilə məşgul olan Zərərçəkmiş şəxs yanına çağırıb ondan, atası X1in təxminən 4 il əvəl nisyə aldığı qızıl-zinət əşyalarının və borc götürdüyü pulu verməsini əsassız olaraq ondan tələb etmiş, Zərərçəkmiş şəxs atasının nisyə aldığı qızıl-zinət əşyalarının pulunu özündən tələb etməsini bildirdikdə Məhkum heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəx s üzərində zor tətbiq etmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə, ictimai yer hesab edilən bazarda alış-verişlə məşğul olan çoxsaylı insanların gözləri qarşısında, onlara əhəmiyyət vermədən, uca səslə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs təhqir edib ona zor tətbiq etmək istəmiş, lakin ətrafda olan şəxslərin müdaxiləsi ilə Zərərçəkmiş şəxs zərbə vura bilməmiş, Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən öz işlədiyi mağazanın qarşısına getmiş, lakin Məhkum qərəzli hərəkətlərini davam etdirərək, uca səslə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir edərək onun yanına gedib səs-küyə toplaşan çoxsaylı insanların gözləri qarşısında, onlara əhəmiyyət vermədən, əli ilə onun ağız nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona alt dodağın sol yarısının selikli qişasında səthi əzilmiş yara i lə müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, bazarda işləyən və alış-veriş edən insanların iş fəaliyyətini təxminən 30 dəqiqə müddətində pozaraq, qərəzli xuliqanlıq etmişdir. Hökmdən məhkum A.S.Behbudov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Cəfərov Rafiq Musa oğlu, hakimlər Soltanov Fuad Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 10 iyul 2019-cu il tarixli qərarı ilə Ağcabədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-cu tarixli qərarından məhkum kassasiya şikayəti verərə k apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, o, ibtidai araşdırma müddətində elan edilmiş ittihamla razılaşmamış, özünü təqsirli bilməmiş, hazırda da özünü təqsirli bilmir. İş üzrə verdiyi ifadədən göründüyü kimi, Zərərçəkmiş şəxslə 01 dekabr 2018-ci il tarixdə, saat 13 radələrində Ağcabədi şəhəri Mərkəzi bazarında aralarında iki-üç dəqiqəlik söz mübahisəsinin olduğunu, onu vurmadığını bildirmiş, iş üzrə verdiyi ifadə şahid ifadələri ilə təsdiqini tapmışdır. Həmçinin şahid X7 "sarı" ləqəbli Zərərçəkmiş şəxs mağazası tərəfdən səs küy eşitdikdən 15 dəqiqə sonra ora gəldiyini, Şəmsəddindən nə məsələ olduğunu soruşduğunu bildirmiş, beləliklə "bazarda işləyən və alış veriş edən insanların iş fəaliyyətini təxminən 30 dəqiqə müddətində pozaraq qərəzli xuliqanlıq etmiş" nəticəsinə gəlmiş ibtidai araşdırma orqanının gəldiyi nəticəni təkzib etmişdir. Cinayət işində olan üzləşdirmə istintaq hərəkətində şahid X3 Zərərçəkmiş şəxsin üzünə qarşı eyni ifadəni vermiş, beləliklə, ibtidai araşdırma orqanının gəldiyi nəticəni təsdiq edməmişdir. X3 Zərərçəkmiş şəxsin üzünə qarşı ifadəsində göstərdikləri ittiham aktında göstərilməmiş, müstəntiq bütün vasitələrlə ona qanunsuz və əsassız ittiham irəli sürməkdə maraqlı olmuşdur. Analoji hadisə şahid X2 verdiyi ifadənin qiymətləndirilməsi zama nı da müşahidə olunmuşdur. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində həmin gün aralarında üç dəfə mübahisə olduğunu, ağzının qanadığını, qanın döşəmənin üzərinə töküldüyünü bildirmişdir, ibtidai araşdırma orqanı onun ifadəsinin bütün şahidlərin ifadələri ilə ziddiyyət təşkil etdiyini nəzərə almamış, araşdırma aparmamışdır. O cümlədən, hadisə yerindən qan ləkələrinin götürülməsi, nümunələr və analizlər əsasında belə halın baş verib vermədiyini aydınlaşdırmamışlar, yəqin bu xüsusatın təkzib olunacağından çəkinmiş və nəzərə almamışlar ki, bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə yozulması barədə qanunvericiliyin tələbləri vardır. Şikayətdə həm də qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi vəsatətlərini yoxlamamış, kobud qanun pozuntuları ilə barəsində hökm çıxarmış, yazılı ərizə ilə müraciət etməyinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqını bərpa etmək barədə vəsatətinə baxmamış, məhkəmə istintaqının təzələnməsindən əsassız imtina etmişdir. Məhkəmə istintaqının təzələnməsi ona görə zəruri idi ki, məhkəmədə verdiyi ifadə hökmdə təhrif olunmuş şəkildə öz əksini tapmışdı. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai araşdırma və birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadələr ziddiyyətli olsa da, apellyasiya instansiyası məhkəməsi onu dindirməkdən əsassız olaraq imtina etmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etməklə tərəflərin çəkişməsi prinsipini pozaraq barəsində qanunsuz və əsassız ittiham hökmünü qüvvədə saxlamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkum apellyasiya məh kəməsinin qərarını ləğv etməklə ona elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarı isə ləğv olunmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfi kassasiya şikayətində Məhkuma Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bəraət verilməli olduğunu iddia edir və bununla bağlı bir sıra dəlillərə istinad edir. Sübutların həmin dəlillər baxımından təhlili isə göstərir ki, ittihamın təsdiq olunması barədə fikir söyləmək üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca h örmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həmin maddə ilə cinayət məsuliyyəti yaradır. "Xuliqanlıq işləri üzrə Məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinin digər cinayətlərdən fərqi izah edilmişdir. Qərarda göstərilir: "...Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları nın sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər...”. "B.Y usifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il qərarında xuliqanlıq cinayəti ilə bağlı hüquqi mövqe aşağıdakı kimi vurğulanmışdır: “...Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəx s tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlid ir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin müddəalarından belə başa düşülür ki, xuliqanlıq cinayəti yalnız birbaşa qəsdlə törədilir, təqsirkarın qəsdi (birbaşa) ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlmiş olur, qanunsuz hərəkətləri bu niyyətlə törədir. Cinayət hüququ nəzəriyyəsində də həmin məsələyə belə yanaşmalı olduğu fikri öz təşəkkülünü tapmışdır. Cinayət hüququ nəzəriyyəsinə görə “... xuliqanlıq obyektiv cəhətdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsində ifadə olunur. Xuliqanlıq hərəkətləri müxtəlif formalarda ifadə olunsa da, onların hamısı aşağıdakı üç əlamətə malik olmalıdır: 1) bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; 2) belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; 3) vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir... Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə CM-in 221-ci maddəsində sadalanan digər xuliqanlıq hərəkətlərini törətdiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn, şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz...”. İş materiallarından isə görünür ki, Məhkum ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik göstərməsi və belə niyyətdə olması, qəsdinin məhz xuliqanlıq cinayətinin törədilməsinə yönəldiyi (birbaşa qəsd) təsdiq olunmur. İttiham aktında istinad edilən şahid ifadələrinin heç birində belə məlumat yoxdur ki, Məhkum niyyətinin ictimai qaydanı kobud surətdə pozmağa, cəmiyyətə açıqca hörmətsizlik etməyə yönəldiyi qənaə tinə gəlmək üçün əsas versin. Məhkum ictimai qaydanı kobud surətdə pozması və cəmiyyətə açıqca hörmətsizlik göstərməsi kimi qiymətləndirilməli olan hərəkətlər etməsi barədə də qəti fikir söyləmək üçün sübutlar kifayət etmir. Zərərçəkmiş şəxs ifadəsində Məhkum onu vurmaq istəyərkən və bundan bir qədər sonra vurduqda, onları X3 və X2 araladıqlarının göstərdiyi halda, həmin şəxslər zərərçəkmiş şəxsin ifadəsi ilə kəskin şəkildə fərqlənən, həmin ifadə ilə ziddiyyət təşkil edən ifadələr vermişlər (həm ibtidai istintaq zamanı, həm də məhkəmədə). X2 məhkəmədə göstərmişdir ki, “... Zərərçəkmiş şəxsin mağazası ilə mənim mağazamın arasında təxminən 10 metr məsafə var. Məhkum da bazarda öz mağazasında qızıl-zinət əşyaları satır. Məhkumun mağazası ilə mənim icarəyə götürdüyüm mağazanın arasında təxminə n 20-25 metr məsafə var. Öz mağazamdan təxminən 100 metr aralaşdım, həmin vaxt kim olmasını xatırlamadığım bir nəfər mənə dedi ki, bazarda davadalaş olub, adamlar örtülü bazara qaçırlar. Orada çoxlu adam toplaşıb. Nə baş verməsini öyrənmək üçün mən də öz mağazam istiqamətində geri qayıtdım. Gördüm ki. örtülü bazarda Zərərçəkmiş şəxsin mağazasının qarşında təxminən 20 nəfər adamlar toplaşıb, orada səs-küy var. Onların yanına getdim ki, Məhkum qışqıra-qışqıra Zərərçəkmiş şəxsə "mənim pulumu və qızılımı verin, sizə pislik etməmişəm" sözlərini dedi, Zərərçəkmiş şəxs də mənə "ala blmirəm, ala bilirsən get al, mən sələm pulu verən deyiləm” cavabını verdi. Onlar bu mövzuda mübahisə etdilər. Zərərçəkmiş şəxs mağazamın qarşısına tüpürdüyü üçün mağazamın qarşısında döşəmənin üzərində qan ləkələri va r idi. Zərərçəkmiş şəxsdən nə olduğunu soruşdum, Zərərçəkmiş şəxs dedi ki, Məhkum onun ağzına vurub ağzını qanadıb. Zərərçəkmiş şəxs Məhkuma tərəf getdi, buna görə Zərərçəkmiş şəxsin qolundan tutub onu bir az aralaşdırıb geri qaytardım...”. X3 məhkəmədə göstərmişdir ki, “... Ağcabədi şəhəri mərkəzi bazarda yəni bazarın örtülü hissəsində icarəyə götürdüyüm mağazada xırdavat mallar satmaqla məşğulam. 01 dekabr 2018-ci il tarixdə təxminən saat 13 radələrində mağazamda idim, həmin vaxt tanımadığım müştəri nə isə aldı, bu zaman Zərərçəkmiş şəxsin mağazası tərədən qışqırıq, mübahisə səsləri gəldiyini eşitdim. Ancaq səslərin kimin olmasını aydınlaşdıra bilmədim. Mağazamda müştəri olduğu üçün ona mal satmaqla məşğul idim, səs küy eşitdikdən və müştərini yola saldıqdan təxminən 15 dəqiqə sonra nə məsələ olduğunu öyrənmək üçün hərlənib Zərərçəkmiş şəxsin mağazasının qarşısına getdim. Gördüm ki, qızıl satan X1 Zərərçəkmiş şəxsin mağazasının qarşısında dayanıb onun yanında da aralı-aralı bir neçə nəfər adam var. X1 nə məsələ olmasını soruşdum, X1 dedi ki, Məhkumlə Zərərçəkmiş şəxs pula görə bir-birləri ilə mübahisə edib dalaşıblar...”. Göründüyü kimi, bu şahidlər Məhkum Zərərçəkmiş şəxs döymək istəməsini, onların bu şəxsləri aramaları, Məhkum Zərərçəkmiş şəxs vurduqdan sonra da onları araladıqları, Məhkum Zərərçəkmiş şəxs hədələməsini, onun ünvanına nalayiq söyüşlərin edildiyini bilavasitə müşahidə etdiklərini göstərməmişlər. Bu şahidlər ibtidai istintaqda da məhkəmədəki ifadələrinə uyğun ifadə vermiş, həmin ifadələri Zərərçəkmiş şəxslə üzləşmə zamanı da təsdiq etmişlər. Hökmdə bu şa hidlərdən başqa daha bir şahidin ifadəsinə istinad edilmişdir. Həmin şahid – X4 da məhkəmədə göstərmişdir ki, “... Zərərçəkmiş şəxs da bazarda icarəyə götürdüyü mağazada zərgər işləyir. 01 dekabr 2018-ci il tarixdə təxminən saat 13 radələrində mağazamda idim. Bu zaman Zərərçəkmiş şəxsin mağazası tərəfindən qışqırıq, mübahisə səsləri gəldiyini eşitdim. Ancaq səslərin kimin olmasını aydınlaşdıra bilmədim. Məhkumlə Zərərçəkmiş şəxs pula görə bir birləri ilə mübahisə edib dalaşdılar. Həmin vaxt ora təxminən 5-6 nəfər toplaşdır. Təxminən 10-15 dəqiqə bazarın iş rejimi pozuldu. Məhkumin Zərərçəkmiş şəxsi vurmasını görməmişəm...”. Göründüyü kimi, məhkəmədə dindirilmiş şahidlərin ifadələrində elə bir məlumat yoxdur ki, Məhkum xuliqanlıq törətməsi, belə niyyətdə olması, hərəkətlərin bu niyyətlə tör ətməsi barədə fikir söyləməyə əsas versin. Həmin ifadələrdən birmənalı olaraq görünür ki, onları vermiş şəxslər Məhkumla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin, Məhkum Zərərçəkmiş şəxs vurmasının bilavasitə şahidi olmamış, hadisəni müşahidə etməmiş, hadisə yerinə münaqişə qurtardıqdan sonra gəlmiş, Məhkum və Zərərçəkmiş şəxs arasında baş verənlər haqqında ifadələri başqaların sözlərindən vermişlər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə görə isə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz, yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Həmin ifadələr həqiqətə uyğun hesab olunsa belə, onlarda xuliqanlıq cinayətinin törədildiyini göstərən, buna dəlalət edən və ya belə nəticəyə gəlməyə əsas verən məlumat yoxdur. Bu ifadələrdə Məhkum hərəkətləri ilə bazarın iş rejiminin pozulduğu qeyd olunmuşdur. İttihamda bunlara əsaslanaraq alış-veriş edən insanların iş fəaliyyətinin pozulduğu iddia olunur. Qeyd olunan üç şahid bazarda alver etdiklərini, hadisə yerinə yalnız münaqişə qurtardıqdan sonra gəldiklərini göstərmişlər. Həmin ifadələrdən belə başa düşülür ki, onları vermiş şəxslər hadisə vaxtı fəaliyyətləri davam etmiş və iş fəaliyyətləri pozulmamışdır. Bazarda hadisə vaxtı alış-veriş etmiş və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin heç biri şəxsən özlərinin iş fəaliyyətinin pozulduğu barədə ifadə verməmişlər. İş rejiminin pozulduğunu göstərən (üm umilikdə) həmin şəxslərin heç biri bunun konkret olaraq nədə ifadə olunduğunu da açıqlamamışlar. İttiham tərəfi ittiham aktında, birinci instansiya məhkəməsi hökmdə bu məsələyə aydınlıq gətirməmişlər. Göründüyü kimi, bazarda alış-veriş edən insanların iş fəaliyyətinin pozulduğunu təsdiq edən konkret məlumat (sübut) mövcud deyildir, ifadələrdə göstərilənlər bu əlamətin mövcudluğu barədə qəti, birmənalı fikir söyləməyə əsas vermir. Digər tərəfdən, qeyd olunan əlamətin mövcudluğu təsdiq edilmiş hesab edilsə belə, bu, özü-özlüyündə xuliqanlıq cinayətinin tərkibinin yaranması barədə fikir söyləmək üçün də əsas ola bilməz. Həmin cinayətin subyektiv cəhətinin birbaşa qəsd təşkil etdiyinə görə, onun tərkibinin mövcudluğu barədə fikir söyləmək üçün təqsirkarın niyyətinin ictimai qaydanı məhz kobud pozmağa, cəmiyyətə açıqca hörmətsizlik etməyə yönəldiyi təsdiq edilməlidir. İş materiallarından isə görünür ki, Məhkum zərərçəkmiş şəxsin atasına verdiyi borc pulu və qızıl əşyaları uzun müddət geri ala bilməmiş, pulu və həmin əşyaları zərərçəkmiş şəxsdən tələb etdikdə, Zərərçəkmiş şəxs qızıl əşyaları özü qaytaracağını hadisədən xeyli əvvəl bildirmiş, lotereya oynadığını və ona düşən pulu aldıqda pulu çatdıracağını söyləsə də, xeyli müddət vəd etdiklərinə əməl etməmiş, növbəti dəfə Məhkum ondan pul tələb edib, nə vaxt lotereya pulunu alacağını soruşduqda, aralarında mübahisə baş vermiş, həmin mübahisə zəminində Məhkum əli ilə Zərərçəkmiş şəxs vurmuşdur. İttihamda Məhkum hadisə günü Zərərçəkmiş şəxs sonuncunun atasının 4 il əvvəl aldığı qızıl zinət əşyalarının qaytarılmasının əsassız olar aq ondan tələb etməsi göstərilsə də, həmin tələbin əsassız olduğuna dair nəticə Zərərçəkmiş şəxs özünün ifadələrinə uyğun deyildir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, “... 2016-cı il tarixdə, yəni atam işdən çıxıb müalicəyə getdikdən sonra Məhkum məni öz mağazasına çağırıb dedi ki, atam ondan pul və qızıl götürüb pulunu vermir. Məhkumə dedim ki, pul barədə bilmirəm, ancaq atamın ondan nisyə aldığı qızılın pulunu verəcəm. Bundan təxminən 3-4 ay keçdikdən sonra Məhkum məni yenə öz mağazasına çağırdı, mağazanın qarşısında olan adamların içində nalayiq ifadələr işlədərək mənə dedi ki, pulları ver və “pulumu verməyəni belə-belə olsun” ifadəsini işlətdi. Məhkum bir neçə dəfə məndən kobud nalayiq formada pulu istədi, sonuncu dəfə, yəni 01 dekabr 2018-ci il tarixdə saat 13 radələrində bazarda X5 qızıl mağazasının qarşısında dayanmışdım, həmin vaxt Məhkum öz mağazasında idi. Məhkumlə aramızda təxminən 10 metr məsafə var idi. Məhkum öz mağazasından mənə “bura gəl deyib məni yanına çağırdı. Məhkumin yanına getdim, Məhkum öz mağazasında məndən pulunun necə olduğunu soruşdu, nə üçün pulu vermədiyimizi dedi, mən Məhkumə “əmi az qalıb, lotereyanı götürüb pulunu verəcəm” cavabını verdim, Məhkum əsəbi şəkildə qışqıraraq mənə dedi ki, neçə ildir pulumu vermirsiz. nə vaxt pulun verəcəyimizi soruşub daha sonra nalayiq söyüşlərlə məni söyməyə başladı, atamı təhqir etdi. Məhkum mənim yanıma gəlib yaxamdan tutub dartmağa başladı və məni döymək istədi. Həmin vaxt Məhkumin səs-küyünü eşidən bazarda olan təxminən 10-15 nəfər adam ora toplaşdılar. İş yoldaşlarım X2 və X3 də orada idi. X2 və X3 M əhkumi aralaşdırıb məni döyməsinə imkan vermədilər. Məhkumin söyüşlərini səs-küyünü eşidən bazarda yaxınlıqlarında olan təxminən 30-40 nəfər satıcı və alıcılar işlərim dayandırıb mənim mağazamın qarşısına toplaşdılar. Məhkum orada olan çoxlu adamların gözləri qarşısında onlara əhəmiyyət vermədən məni nalayiq ifadələrlə söyüb təhqir eldi. X2 məni öz mağazamdan çıxarıb bir qədər kənara apardı ki, Məhkum sakitləşib getsin. Təxminən 10 dəqiqə kənarda dayandım, sonra öz mağazama qayıtdım. Məhkumin yenə mənim işlədiyim mağazanın qarşısında dayanıb, uca səslə məni və atamı söyüb, bizi hədələdiyim gördüm. Buna görə ətrafa təxminən 10-15 nəfər adam toplaşdı, Məhkum məni görəndə yenə söyüb təhqir etməyə başladı, səs-küyü eşidən təxminən 30 nəfər adam ora toplaşdı. Mağazamın qarşısında dayandım, Məhk um həmin adamların yanında üstünə hücum edib sinəmə bir neçə yumruq zərbəsi vurdu və əlinin arxası ilə ağzıma güclü bir zərbə vurdu. Həmin vaxt X3 və X2 Məhkumi tutub məndən aralaşdırdılar. Məhkumin hərəkətləri təxminən 30 dəqiqə müddətində bazarda işləyən insanların iş fəaliyyətini pozdu. Satıcıların və alıcıların narahatçılığına səbəb oldu. Hazırda Məhkumlə barışmışam, ona qarşı heç bir şikayətim və tələbim yoxdur...”. Göründüyü kimi, zərərçəkmiş şəxs atasının aldığı qızıl əşyalarının pulunu Məhkum özü qaytaracağını hələ 2016-cı ildə vəd etdiyini etiraf etmiş, hər dəfə buna dair söhbət qalxdıqda vədinə əməl edəcəyini bildirməsini, hadisə günü də pulu qaytarmadığna görə mübahisənin baş verdiyini və nəhayət, Məhkum onu əli ilə vurduğunu göstərmişdir. Belə olduğu halda Məhkum zərərçəkmiş şə xsdən pulu məhz əsassız tələb etdiyi, ittiham tərəfinin buna dair iddiası (ittiham aktında göstərilənlər) təsdiq olunmur. Zərərçəkmiş şəxsin atasının götürdüyü qızıl əşyalarının dəyərini özünün qaytaracağını vəd etməsinə, bu vədinə uzun müddət əməl etmədiyinə, hadisə günü Məhkum həmin pulları tələb etməsi, Zərərçəkmiş şəxs yenə də möhlət istəməsi zəminində mübahisənin baş verməsinə və Məhkum Zərərçəkmiş şəxs əli ilə vurmasına dair (Məhkum Zərərçəkmiş şəxs daha çox zərbə vurması barədə sonunucunun ifadələri müvafiq ekspert rəyi ilə təkzib edilir) ifadəsinə birinci instansiya məhkəməsi tərəfindən faktiki olaraq heç bir qiymət verilməmişdir. Halbuki, həmin ifadələrin təhlili göstərir ki, Məhkum heç də ictimai qaydanı kobud sürətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik göstərmək niyyətində olmamış, Zərərçəkmiş şəxs ondan borcunu tələb etmək zəminində yaranmış mübahisə zamanı xuliqanlıqla bağlı olmayan niyyət ilə vurmuşdur. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində xuliqanlıq cinayətinin (Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi il nəzərdə tutulan) obyektiv və subyektiv cəhədləri yoxdur, CM-nin 221-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Bu səbəbdən də CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinə, cinayət işinin icraatına əməldə cinayət tərkibinin olmadığına görə xitam verilməlidir (bəraətverici əsasla). Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıdakı normalara əsaslanır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsas lana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunların ın tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuşdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üz rə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Barbera, Messege və Habardo İspaniyaya qarşı məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirdi ki, təqsirsizlik prezumpsiyası prinsipi: “... digər məsələlərlə yanaşı, tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll ediiməlidir...”. Məhkəmə kollegiyası sübutları, onlarla təsdiq olunan işin hallarını təhlil edərək, belə qənaətə gəlir ki, Məhkum Sabir oğlunun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibi yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası CP M-nin 42.1.2-ci maddəsinə görə, əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 416.0.6-cı maddəsində isə göstərilmişdir ki, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün b unlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, Məhkum Sabir oğluna qarşı cinayət təqibinə (onun barəsində cinayət işinin icraatına) əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmadığına görə xitam verilməli, kassasiya şikayəti təmin edilməlidir. Hazırkı qərar Məhkum Sabir oğlunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün Ağcabədi rayon Polis Şöbəsinin rəisinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Sabir oğlu barə sində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkuma qarşı cinayət təqibinə (onun barəsində cinayət işinin icraatına) əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmadığına görə xitam verilsin. Hazırkı qərar Məhkum İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün Ağcabədi rayon Polis Şöbəsinin rəisinə göndərilsin. Kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1519/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1519/2019
11.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver