Məhkəmə qərarları › İş №1(102)-1519/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1519/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1519/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.S.Hüseynov və Z.Q.Ağayev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökm üzrə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (a ltı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd sellofana bükülmüş 3,789 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş 0,603 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Mərdəkan qəsəbəsindən əldə edib daşıyaraq üstündə saxlamış, 02 avqust 2021-ci il tarixdə saat 20:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində olan zaman Xəzər RPİnin 1-ci Polis Şöbəsinin əməkdaşla rı tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sol cibində qara rəngli açar qabının içərisindən külli miqdarda 01 ədəd 3,789 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd 0,603 qram kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin fakti ki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgün lüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin töv sifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri v ə ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətl ər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiy yəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsə di ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında v erilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, məhkum edilmiş şə xs Məhkum ibtidai istintaqı zamanı verdiyi ifadəsində göstərmirşdir ki, o, təxminən 2 il müddətdir ki, narkotik vasitə olan heroini və metamfetamin istifadə etmişdir. O, narkotik vasitə olan kakosu və metamfetamini şpris çəkmə yolu ilə qəbul edirdi. 29 iyul 2021-ci il tarixdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Mərdəkan qəsəbəsində üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 240 manata almışdır. 02 avqust 2021-ci il tarixdə saat 20 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində əynində olan göy rəngli idman şalvarının cibində narkotik vasitə heroin və metamfetamin olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını bildirdilər. Üzərinə şəxsi axtarış keçirtməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuş, o, əynində olan göy rəngli idman şalvarının yan cibində qara rəngli açar qabının 01 ədəd sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə, 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli palçıq şəkilli heroinə bənzər maddəni təqdim etmişdir. Məhkum edilmiş şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmirşdir ki, o, narkotik vasitənin istifadəçisidir. Belə ki, o, 2-3 ay imiş ki, narkotik vasitə olan heroindən folqada yandırıb tüstüsünü udmaqla istifadə etməyə başlamışdır. O, heç vaxt metamfetamindən istifadə etməmişdir. Öz istifadəsi üçün narkotik vasitə olan heroini üzdən tanıdığı, adını bilmədiyi bir nəfər məhəlləyə gələn şəxsdən 60 manata almışdır. Həyə tlərinə bir nəfər üzdən tanıdığı adam gəlirmiş, bilirmiş ki, narkotik vasitə satır, o, həmin adamdan almışdır. 02 avqust 2021-ci il tarixdə saat 20-00 radələrində polis əməkdaşları gəlib onu evdən Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına aparmışlar. Orada polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcək. Onun üzərində cəmi 2 qrama yaxın heroin olmuş, həmin narkotik vasitəni o, 60 manata tanımadığı şəxsdən almışdır. Onda 3,789 qram heroin və 0, 603 qram metamfetamin olmamışdır. Videoçəkiliş zamanı adlarını və soyadlarını bilmədiyi polis əməkdaşları həmin narkotik vasitələri ona verib bildirmişlər ki, əgər o, həmin narkotiklərin ona məxsus olması barədə videoçəkiliş zamanı bildirsə, onda onlar ona kömək edərək Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham verəcəklər. O, polis əməkdaşlarına inanıb ona verilən narkotik vasitələrin videoçəkiliş zamanı ona məxsus olmasını demişdir. Vəkil iştirak etmişdir. Onda yalnız 2 qrama yaxın heroin olmuş, o, heç vaxt metamfetamindən istifadə etməmişdir. Eləcə də o, şprisdən istifadə etməmiş, folqada yandırıb tüstüsünü udmaqla qəbul etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni o, 60 manata almış, 240 manata almamışdır. Onu küçədən deyil, evdən aparmışlar. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 11, mənzil 5də yaşayan Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni istifadəsi, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 02 avqust 2021-ci il tarixdə saat 19:20 radələrində 1-ci Polis Şöbəsində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunda o da iştirak etmişdir. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsinə gəlmişlər və orada müşahidələr apardıqdan sonra Məhkum yaşadığı m ənzilin qarşısında olduğunu müəyyən edib, Anara yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib Məhkum Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Anar heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində Məhkum üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci Polis Şöbəsinin rəisinə müraciət olunmuşdur. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı Xəzər Yolçuyevə həvalə edilmiş və Məhkum təhqiqatçıya təqdim olunmuşdur. Təqsirləndirilən şəxsə müdafiəçi təqdim olunmuşdur. Videoçəkiliş vasitəsi ilə Məhkum üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində qeyri-qanuni ə şya varsa, təqdim etməyi bildirilmiş, bundan sonra Məhkum əynindəki idman şalvarının sol cibindən qara rəngli açar qabını və açar qabının içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə, 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə çıxarıb təqdim etmişdir. 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü açıb içərisinə baxan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu və 01 ədəd sellofana bükülmüş bükülünü açıb içərisinə baxdıqda spesifik iyə malik olan narkotik maddə hesab edilən heroinə bənzər maddə olduğunu gördükdə Məhkum həmin bükülülərin içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, 29 iyul 2021-ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində üzd ən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 240 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin və psixotorp maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsi evinin yaxınlığında saxlamışlar, evindən aparmamışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X3 və elan olunaraq araşdırılmış Şahid3 ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı şahid qi smində dindirilmiş şəxslər polis əməkdaşları olmuş və həmin şəxslər, yəni Şahid2, X7 və Şahid3 oxşar məzmunlu ifadələr verərək, Məhkum narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını və iştirak etdikləri əməliyyat axtarış fəaliyyəti və keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı barədə onlara məlum olan halları bildirmişlər. Onların ifadələrində Məhkum göstərilən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və üzərində saxlamasına dair hər hansı bir hal müəyyən edilməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğ unu göstərməmişlər. Həmçinin, Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası apelyasiya instansiyası instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirs izlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulma sı, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respubl ikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar