Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1519/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qədimalıyeva Könül Fariz qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən), Fəhmin Hümbətov və Aynur Rzayeva) 1(124)-166/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Quba rayonu Qırmızı qəsəbəsində daimi pasport qeydiyyatında olmaqla həmin qəsəbədə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 01 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 iyun 2021-ci il tarixdə saat 19 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən «Əli Ticarət Mərkəzi»nin ərazisindəki kafedə spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində çölə çıxarkən yaxınlıqda tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun qohumu Şahid1 söhbət etdiyini görüb onlara yaxınlaşarkən Zərərçəkmiş şəxs ona şəxsi söhbətlərinin olduğunu deyib kənarlaşmasını istəməsinə əhəmiyyət verməyib onların yanından çəkilmədiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib üzərinə yeriyərkən Zərərçəkmiş şəxs onu itələyib yıxmasından hiddətlənərək ticarət mərkəzinin yaxınlığında saxladığı özünə məxsus QAZ 31029 markalı AZ **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində gəzdirdiyi, soyuq silah hesab edilməyən bıçağı götürüb geri qayıdıb Zərərçəkmiş şəxs təqib edərək ticarət mərkəzindəki üzərində “EVRO” sözü yazılmış obyektin qarşısında ona çatıb ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan həmin bıçaqla Zərərçəkmiş şəxs kürək və qarın nahiyələrinə üç zərbə vuraraq döş qəfəsinin arxa səthində solda arxa qoltuq xətti üzrə İV qabırğa sahəsində bir yerdə və ön qoltuq xətti üzrə sol qabırğaaltı sahədə bir yerdə müvafiq olaraq döş və qarın b oşluğuna nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yara, həmçinin qarının ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edərək nazik bağırsağın və S-vari (siqmavari) bağırsağın müsariqənin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 1(105)176/2023 nömrəli 29 mart 2023-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-166/2022 nömrəli 23 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanı lmış, təqsirləndirilən şəxsin müdafiəçisi Lalə Mansurova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi Qədimalıyeva Könül Fariz qızı kassasiya şikayəti verərək qərarın dəyişdirilməsi, Məhkum əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Qədimalıyeva Könül Fariz qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı tamamilə qanunsuz, ədalətsiz və əsassızdır. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin tərkibi yoxdur. Belə ki, nə birinci instansiya məhkəməsi nə də ki apellyasiya məhkəməsi vəsatətində göstərilən sübutlara v ə yaranmış suallara münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq etdiyi şahid və zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyətlər araşdırılmamışdır. Şahid1 həm məhkəmə istintaqında, həm də ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, mübahisə və sonradan dalaşma zərərçəkmiş şəxs tərəfindən başlamış, mübahisənin səbəbi zərərçəkmiş şəxs tərəfindən Məhkum azyaşlı qızına və arvadına qarşı nalayiq söyüşlər söyməklə savayı, ilk yumruqla məhkumu vurmaq və sonradan onu yıxıb yerə döyməyi olmuşdur, sonra isə Şahid1 öz əmisi oğlu Zərərçəkmiş şəxs məhkumun üstündən ayırdığını göstərmişdir. İş üzrə toplanmış materiallarında Şahid1 (vər.84-85 və hökmdə) və Şahid2 ifadələrində aralarında dava olduğunu göstərmişlər. Münaqişən səbəbi və motivi məhkəmə tərəfind ən araşdırılmamışdır. Habelə, nə birinci instansiya məhkəməsi, nə apellyasiya məhkəməsi 01 iyul 2021-ci il tarixli 558 saylı ekspert rəyinə (i.v. 70) münasibət bildirməmişdir. Ekspert rəyin təsviri hissəsinə Məhkum deməsinə görə 30 iyun 2021-ci il tarixdə Quba şəhərindən “Əli Ticarət Mərkəzinin” qarşısında Təyyar adlı tanıdığı şəxs kərpiclə belinə, əlinə vurmuşdur. Məhkəmə-tibb ekspertizasının nəticə hissəsində isə göstərilmişdir ki, Məhkum bədəni üzərində aşkar olunan xəsarətlər - belinə çox sayda, sol əlinin ovuc səthində bir yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyun 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlərdə, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sa ğlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmələr vəsatətinə səthi yanaşaraq, məhkumun üzərində aşkar olunan bədən xəsarətləri ilə bağlı münasibət bildirmədən, cinayətin motivin, səbəbli-əlaqəsini, epizodlara bölünməsini, harada başlanmasını, münaqişədə necə nəfər şəxsin iştirak etdiyini, bıçağın birdən ortaya çıxmasını və s. kimi əsaslı şübhələri araşdırmadan qərar vermişdir. Halbuki, digər ekspertiza rəyini rəhbər tutub hökm və qərar çıxarmışdır. Belə ki, cinayət işinə əlavə edilmiş 06 iyul 2021-ci il tarixli 559 saylı ekspert rəyinə əsasən (vərəqə 92-93) görünür ki, rəyin təsviri hissəsində müayinə olunan Zərərçəkmiş şəxs Mustafa oğlu 30 iyun 2021-ci il tarixdə təxminin saat 19 radələrinə “Əli Ticarət Mərkəzinin” içərisində yerləşən kafedə oturub yeyib içdikdən sonra sərxoş olmuş Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, həmin vaxtı Məhkum özündə olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurmaqla ona xəsarət yetirmişdir. Müayinə olunanın deməsinə görə 30 iyun 2021-ci il tarixdə Quba şəhərində “Əli Ticarət Mərkəzinin” qarşısında Yusif adlı tanıdığı şəxs sərxoş vəziyyətdə mübahisə zəminində bıçaqla vurmuşdur. Üçüncüsü, cinayət işi materiallarında 01 noyabr 2021-ci il tarixli ittiham aktı təsdiq edilmədən cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün göstərişlə müstəntiqə qaytarılması haqqında qərardan da görünür ki, ibtidai istintaq natamam aparılmış və ifadələrdən ziddiyyətlər olduğundan üzləşdirmə tövsiyə edilmişdir, həmçinin hadisəni görən digər şəxslər dindirilməsi zəruri hesab edilmişdir. Bu zaman yen idən müstəntiq zərərçəkmiş şəxsi dindirəndə (vərəqə 192-194) məlum olur ki, guya Təyyar ticarət mərkəzindən çıxanda, İmam adlı tanışı ilə rastlaşdı. İmamla söhbət edib ticarət mərkəzini tərk etmək istəyərkən, Yusif arxasından qaçıb gələrək ona yaxınlaşdı. Birdən onun əlində nə isə olduğunu hiss etmişdir. O əvvəlcə kürək nahiyəsinə nə isə sancdı, sonra qarşısına keçərək qarın boşluğuna nə iləsə vurdu. Sonradan əlində bıçaq olduğunu görmüş. Yusif onu vurub qaçıb gedərkən İmam onu tutub saxlamaq istədi, lakin Yusif İmamı itələyib qaçdı. Təyyar isə yerə sərilib qan içində idi. Əsas hadisənin şahidi olan İmaməddinin digər iş üzrə şəxslər ilə ifadəsində mühüm ziddiyyətlər var və hadisəyə sonradan qoşulan əsas şahid məhkəmə tərəfindən dindirilməmişdir. Halbuki, həmin şahidin ifadəsi ittihamın əsa sı kimi götürülə bilər, çünki zərərçəkmiş şəxsin ifadəsi tamamilə yalan və qurmadır, digər şahidlərin ifadəsi isə bir birinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə ancaq bir şahidi dindirmiş, o da Şahid1 və onun ifadəsində göstərdiyi məqam ( şahid ilə təqsirləndirilən şəxsin ifadələri üst-üstə düşməsi, habelə Təyyar Yusifə yumruqla vurduğunu və sonra onun üstünə atlaması və şahid tərəfindən Təyyarı Yusifin üstündən ayırdığını) məhkəmə tərəfindən istintaqı davam etdirmək və digər şahidlərin dindirilməsini zəruri olduğu halda heç bir tədbir görməmişdi, halbuki Şahid1 bıçaqlama hadisəsini görməmiş, ancaq eşitmişdir. ’’Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuli qanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkum hərəkəti xuliqanlıq niyyəti nədə ifadə olunması isə ittihamda və məhkəmə qərarlarında göstərilməmişdir. Məhkəmə baxışında da belə hallar müəyyən edilmədiyindən və Yusifin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlərindən törəyən əvvəlcədən pozulmuş şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsə ağır zərər vurmuşdur. Belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, (şahidlər Şahid1 və Şahid2 ifadələri və məhkəmə tibb- ekspertizasın ın rəyi Yusifin küt əşya ilə döyülməsi (məntiqnən xəsarətlər birinci Yusifə vurulmuşdur, sonra Yusif bıçaqla zərbə vurmuşdur) münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Qədimalıyeva Könül Fariz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Qədimalıyeva Könül Fariz qızının kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin düzgün tövsif edilməməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanu nunu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmaya n şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, qəsdən sağlamlığa ağır zərər vurma əmə li xuliqanlıq niyyətilə törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun yuxarıda qeyd edilən normalarına əsasən şəxsin əməlinin CM-in 126.2.4cü maddəsi ilə tövsif edilməsi üçün onun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini xuliqanlıq niyyəti ilə törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs kürə k və qarın nahiyələrinə üç bıçaq zərbəsi vuraraq sonuncunun sağlamlıqına ağır zərər vurması özünün bu faktı təsdiq edən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübut edilir və bu halın həqiqiliyi məhkəmə kollegiyasında şübhə doğurmur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı və məhkəmələr məhkumun bu əməlini Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif etməklə hüquqi səhvə yol vermişlər. Belə ki, Məhkum ifadəsindən görünür ki, Təyyarla arasında narazılıq yaranmışdır. Sonradan kafenin çölündə Təyyar onu nalayiq sözlə söymüş, dalınca üstünə cumub ona əl-qol ataraq onu vurub yerə yıxmışdır. Bundan sonra o, gedib ticarət mərkəzinin yanında saxladığı özünün QAZ 31029 markalı Az **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən bıçaq götürmüş və geri qayıdaraq “Əli Ticarət Mərkəzi”nin içərisində yerləşən üstündə “EVRO” adlanan tikilinin yanında Təyyarla təkrar əlbəyaxa olmuş və sonuncunu qarın nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Məhkəmələr təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə xəsarət yetirmək niyyətinin olmaması barədə ifadəsinə tənqidi yanaşmış və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlmişlər. Lakin, işə kassasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən xüsusat üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, həm Zərərçəkmiş şəxs, həm hadisənin birbaşa şahidi olmuş Şahid1 ifadələrindən görünür ki, onlar hadisə günü kafenin qarşısında dayanıb danışm ışlar. Bu zaman tanışları Məhkum kafedən çıxıb və onlara yaxınlaşmışdır. Zərərçəkmiş şəxs Sahiblə təklikdə danışmaq istədiyini bildirib bir neçə dəfə Məhkum onlardan aralamağı tələb etmiş, lakin Məhkum oradan getmədiyi üçün onların arasında mübahisə olmuşdur. Mübahisə zamanı Təyyar Yusifi əli ilə vurub yerə yıxmış və onun yaxasından yapışmaq istəyəndə Sahib aralarına girib Təyyarı Yusifdən aralamışdır. Bundan sonra Məhkum hadisə yerindən gedib qayıdaraq zərərçəkmişi bıçaqla vurmuşdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 01 iyul 2021-ci il tarixli 558 saylı rəyindən görünür ki, Məhkum bədəni üzərində aşkar olunan xəsarətlər - belinə çox sayda, sol əlinin ovuc səthində bir yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən ta rixə, yəni 30 iyun 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlərdə, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Rəyin təsviri hissəsində qeyd edilmişdir ki, Məhkum deməsinə görə 30 iyun 2021-ci il tarixdə Quba şəhərindən “Əli Ticarət Mərkəzinin” qarşısında Təyyar adlı tanıdığı şəxs kərpiclə belinə, əlinə vurmuşdur. Məhkəmə-tibb ekspertizasının rəyində göstərilmişdir ki, Məhkum bədəni üzərində aşkar olunan xəsarətlər - belinə çox sayda, sol əlinin ovuc səthində bir yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyun 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlər də, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik, laqeydlik, habelə öz şəxsi egoizmi nümayiş etdirir. Həmin antisosial motivlər onun əməlinin əsas hərəkətverici qüvvə kimi çıxış edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Xuliqanlıq motivi CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da digər motivlər təqsirkarın cinayət əməlinin əsas səbəbi kimi deyil, xuliqanlıq niyyətini pərdələyən faktor kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və s.) təqsirkarın niyyətini formalaşdırırsa, bu zəmində törədilən sağlamlığa ağır zərər vurma cinayəti CM-in 126.2.4cü maddəsi ilə tövsif edilə bilməz. Ona görə də sağlamlığa ağır zər ərvurmanın xuliqanlıq niyyəti ilə törətməsini qiymətləndirmək üçün təqsirkarın davranışının digər (xuliqanlıq olmayan) motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı təhlil edilməlidir. Təcrübədə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma cinayətini münaqişə və dalaşma zamanı sağlamlığa ağır zərərvurma (CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməl) cinayətindən fərqləndirmək mürəkkəbliklə xarakterizə olunur. Belə fərqin düzgün müəyyən edilməsi qəsdən sağlamlığa ağır zərərvurma cinayəti üzrə işin hallarının (təqsirkarla zərərçəkmiş şəxs arasındakı münasibətlər, zərərçəkmişin davranışı və s.), xüsusən cinayətin subyektiv cəhətinin tam və hərtərəfli təh lilindən asılıdır. Dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığa ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmadan fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsin sağlamlığına ağır zərər vurması CM-in 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma kimi tövsif edilməlidir. Cina yət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, zərərçəkmiş və məhkum hadisədən əvvəl biri-birini tanımış, hadisə günü onların arasında mübahisə zərərçəkmiş şəxsin qohumla danışarkən məhkumun onlara yaxınlaşıb yanlarında dayanması və zərərçəkmişin onlardan aralamaq tələbinin icra etməməsi ilə əlaqədar başlanmışdır. Mübahisə zamanı zərərçəkmiş şəxs yumruqla məhkumun üz nahiyəsinə vuraraq onu yerə yıxmış və sağlamlığına yüngül zərər vurmuşdur. Məhz bundan sonra məhkum özünə məxsus avtomaşından bıçaq götürüb zərərçəkmiş şəxsə bıçaq xəsarətləri yetirmişdir. Cinayət işində olan müstəntiqin cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs həmin əməlində xuliqanlıq əlmətləri olmadığından Zərərçəkmiş şəxs barəsində cinayət t əqibinə xitam verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs Təyyar Bədirxanobun məhkumun sağlamlığa yüngül zərər vurması ilə nəticələnə fiziki zorakılıq hərəkətlərində xuliqanlıq əlamətlərinin olmaması həmin hərəkətlərin qanunsuzluğunu istisna etmir, çünki digər şəxsin sağlamlığına zərər vurması yalnız zəruri müdafiə və ya son zərurət vəziyyətdə hüquqa zidd olmayan hərəkətlər hesab edilə bilər. X3 həmin əməli zəruri müdafiə və ya son zərurət vəziyyətdə törətməsi müəyyən edilməmişdir. Beləliklə, cinayət işi üzrə sübutlardan görünür ki, Məhkum zərərçəkmiş şəxs Təyyar Qasımova bıçaq zərbələri sonuncunun ona qarşı fiziki zor tətbiq edərək sağlamlığına yüngül zərər vurmasına görə ondan qisas almaq məqsədi ilə vurmuşdur. Azərbaycan Respublikası CPM-in 145.1-c i maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən zərərçəkmiş şəxsin sağlamlığa ağır zərərin xuliqanlıq niyyəti ilə vurulması təqsirləndirilən şəxsin ifadələri ilə təkzib olunur və cinayət işi üzrə digər sübutlarla təsdiq olunmur. Belə olan halda məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxsə qarşı xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurması sübuta yetirilmiş hesab edilə bilməz və onun əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər h ansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1 -ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Qədimalıyeva Könül Fariz qızının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(105)-176/2023 nömrəli Məhkum haqqındakı qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(105)-176/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1519/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1519/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver