Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1519/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 2 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-247/2025 nömrəli 7 yanvar 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1817/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər A.H.Tağıyev (sədrlik edən və məruzəçi), E.A.Nuriyev və K.N.Muxtarovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza, Məhkum Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(011)-611/2023 nömrəli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-247/2025 nömrəli 7 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər E.Z.Əliyev (sədrlik edən və məruzəçi), Z.N.Hüseynov və Ə.İ.Məmmədovd an ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1817/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum satış məqsədilə külli miqdarda narkotik və psixotrop maddə əldə etmiş və təkrar satmışdır. Belə ki, Məhkum ilə satış məqsədilə xx.xx.2023-cü il tarixdə saat 2 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 44,135 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 1,786 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 800 manat müqabilində alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin X3 və Bakı şəhər BPİ- nin X4 Mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 3 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. Daha sonra orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd ağ və qara rəngli sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 36,042 qram və 8,093 qram, ümumi təmiz çəkisi küllü miqdarda 44,135 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin v ə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,786 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-247/2025 nömrəli 7 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, nə ibtidai istintaq, nə də ki, birinci instansiya məhkəməsi onun qeyd olunan narkotik vasitəni hansı mənbədən əldə etdiyini, kimə və ya kimlərə satmasını sübut edə bilməmişdir. Belə ki, nə onun üzərində, nə də ki, evində axtarış aparılarkən satı lmanı təsdiq edən tərəzi aşkar edilməmişdir. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi L.Rəhimovnanın və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respubl ikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 1(103)-247/2025 nömrəli 7 yanvar 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)247/2025 nömrəli 7 yanvar 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1519/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1519/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver