Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-152/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126. 2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2018ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Vəliyev Eynulla Hüseyn oğlu, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) xx xxxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 126.2.4-cü maddəsi ilə 07 il müddətə, CM-nin 2 21.3-cü maddəsi ilə 03 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X11 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, X11 ilə Bakı şəhəri «Odlar Yurdu» universitetinin tələbələri X18, X21, Zərərçəkmiş şəxs1, X33 və digərləri arasında 15 may 2016-cı ildə mübahisə yarandığını öyrənib tanışları X4, X9, X19 və adları istintaqa məlum olmayan digər şəxslərlə birlikdə əvvəlcədən danışdıqları yerdə, yəni ünvan 2 ünvanında yerləşən 6 nömrəli yaşayış binasının qarşısına toplaşmış, həmin gün saat 23 radələrində “Odlar Yurdu” universitetinin tələbələri Bakı şəhəri “Gənclik” metro stansiyasına çatdıqda X4 və X5 sonuncu ilə mübahisə etmiş tələbələri çayxanada oturub söhbət etmək adı ilə ünvan 2 ünvanında yerləşən 6 nömrəli yaşayış binasının qarşısına aparmış, həmin yerə çatdıqdan sonra o, X5, X4, X9, X19 və adları istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə po zan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 üzərində olan bıçaqdan istifadə etməklə qəsdən bir dəfə sol bazu nahiyəsindən vuraraq ona sol bazunun kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, 19 iyun 2016-cı il tarixdə saat 04 radələrində, Bakı şəhəri, ünvan3 ünvanın qarşısında tanışı X6 X10 yerə yıxıb döydüyünə görə X10 tanışı Zərərçəkmiş şəxs2 X6ın üstünə yeridiyini görüb onu döyəcəyini güman edib Zərərçəkmiş şəxs2 ilə həmin vaxt aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özündə olan cib bıçağı ilə xuliqanlıq niyyəti ilə qəsdən bir dəf ə Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol nahiyəsindən vuraraq döş qəfəsinin sol yan səthində, döş və qarın boşluğuna nüfuz edən, ağ ciyərin və diafraqmanın zədələnməsi, sol tərəfli hemotoraksla müşayiət olunan, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Hökmdən verilmiş apelyasiya protesti və apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Namiq Eyyub oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 02 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərarının dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən barəsində olan yüngülləşdirici halları, yəni acınacaqlı ailə vəziyyətini, ailənin bir tək oğul övladı olduğunu, gəncliyini və subaylığını, səhhətində ciddi problemlər olduğunu, əsəb xəstəsi olduğunu, əvvəllər məhkum edilmədiyini, əsəblərinə sahib çıxa bilməyib qarşı tərəfin onun ünvanına nalayiq ifad ələr işlətməsi səbəbindən dözməyək bu cinayəti törətdiyini, törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, valideynlərinin işləmədiyini, hər iki valideyninin onun himayəsində olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunduğunu nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzrə alaraq, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 02 aprel 2018-ci iltarixli qərarının dəyişdirilərək barəsində Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məh kəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilm iş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsasl andırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünü əməlin hüquqi tövsifi ilə bağlı hissədə mübahisələndirdiyindən, məhkəmə kollegiyası bu məsələyə münasibət bildirilməyi zəruri hesab edir. İlk növbədə Məhkum və X5 birgə iştirak etdiyi və bir qrup şəxsin iştirakı ilə törətdikləri əmələ hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Məhkum və X5 törətdikləri cinayət əməlini təsdiq edən biridigərini tamamlayan kifayət qədər mötəbər sübutlar mövcuddur. Belə ki, Məhkum ibtidai istintaq və birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi ifadəsində özünü ona elan edilən ittiham üzrə (Cinayət Məcəlləsinin 221.3-cü maddə ilə bağlı) təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 vurmadığını, ümumiyyətlə hadisə yerində olmadığını, hadisədən məlumatı olmadığını bildirsə də, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrdən, şəxsin tanınmaya təqdim edilməsi barədə istintaq hərəkətinin protokolundan (cild 03, iş vər. 178-180), Zərərçəkmiş şəxs1la Məhkum arasında keçirilən üzləşdirmə barədə istintaq hərəkətinin protokolundan (cild 03, iş vər. 184-184), maddi sübutların kompleks, məhkəmə tibbi kriminalistik və canlı şəxsin məhkəmə-tibbi ekspertizası tədqiqinə dair 255 MTKŞ saylı ekspert rəyindən (cild 03, iş vər. 120-125), məlikəmə tibbi bioloji tədqiqinə dair 04,07,2016-cı il tarixli, 258 MTBŞ saylı ekspert rəyindən (cild 03, iş vər. 101-105), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsul iyyətli Cəmiyyətindən götürülmüş telefon danışıqlarına dair məlumatlardan (cild 03, iş vər. 140-155) və digər istintaq hərəkətlərinin protokollarından onun qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi, onun qeyd olunan cinayət əməlinin törədilməsinə birbaşa aidiyyətinin olması müəyyən olunur və məhkəmə kollegiyasının fikrincə Məhkum bu mövqedən çıxış etməsi müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkum təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə üzləşdirmə istintaq hərəkəti həyata keçirilərkən ifadələrində onun hadisə baş verən gün həmin hadisə yerində olmaqla başqa şəxslərlə birlikdə Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməsi ilə bağlı Zərərçəkmiş şəxs1 onun üzərinə şər atmasına dair ifadələrinə, həmçinin hadisə günü hadisə yerində olan və hazırkı cinayət işində şahid qismində dindirilən, lakin hazırkı cinayət işindən ayrılmış cinayət işində təqsirləndirilən şəxs qismində tanınan X19, X4, X2, X3 ilə hadisə günü bir neçə dəfə telefon əlaqəsinə girməsi faktım (“xxxx” MMC və “xxxx” MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlarına əsasən) qəbul etməməsi ilə bağlı dediklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünün dediklərindən göründüyü kimi, nə o, Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs1 onu hadisədən əvvəl tanımamış, onların bir-biri ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Belə olan halda, Zərərçəkmiş şəxs1 başqa şəxsləri deyil məhz Məhkum heç bir əsas olmadan ona xəsarət yetirən şəxs kimi təqsiriəndirməsi, tanınmaya təqdim olunan şəxslər arasında başqa şəxsləri deyil, məhz Məhkum ona xəsarət yetirən şəxs kimi seçərək tanıması, hadisələrin baş vermə ardıcıllığını digər şahidlərin də bildirdiyi ardıcıllıqla qeyd edərək öz ifadəsində əks etdirməsi özü-özlüyüııdə Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin ehtimal, uydurma və ya fərziyyə ola bilmə halını təkzib edir. Hadisə günü X19, X4, X2, X3 ilə bir neçə dəfə telefon əlaqəsinə girməsi ilə bağlı Məhkum istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bərbər olması faktını qeyd edərək bir müştəri kimi həmin şəxslərin bəziləri ilə telefon əlaqəsi saxladığını, bəziləri ilə isə əlaqə saxladığını ümumiyyətlə xatırlamadığını bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, hadisə günü Məhkum qeyd etdiyi kimi bir bərbər olaraq öz müştəriləri ilə bir gün ərzində bir neçə dəfə telefon əlaqəsi saxlaması, həmçinin telefon əlaqəsi saxladığı həmin şəxslərin məhz həmin günü baş verən hadisə yerində olması və cinayət hadisəsində iştirak etməsi təsadüf ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməməsinə dair qeyd etdikləri öz təsdiqini tapmadığından, həmin maddə ilə ona bəraət verilməsinə dair dəlilləri əsaslı sayılaraq təmin edilə bilməz. Məhkum digər cinayət epizodu üzrə Zərərçəkmiş şəxs2 yetirdiyi ağır bədən xəsarəti ilə bağlı müdafiə tərəfinin mövqeyinə münasibətdə (müdafiəçi apellyasiya şikayətində Məhkum əməlində xuliqanlıq niyyəti və halları, xuliqanlıq cinayətinin əlamətlərinin olmadığını qeyd etmişdir) məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanının “sübutların qiymətləndir ilməsi və cinayət əməlinin tövsif olunması haqqında” 05 iyun 2017-ci il tarixli qərarından (cild 03, iş vər. 89-112) göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuran zaman əməlində Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından həmin maddə üzrə cinayət təqibinə xitam verilmiş və ona həmin maddə ilə ittiham irəli sürülməmişdir. Zərərçəkmiş şəxs2 sağlamlığına yetirilən ağır xəsarətin xuliqanlıq niyyəti ilə törədilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara, münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq m otivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində cəmiyyətə qarşı sair kobud bərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi qəsdən sağlamlığa ağır zərər vurma üçün bəhanə etməklə törədilir. Dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığa ağır zərər vurma ilə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşma onun əxlaqi və hüquqazidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsə qəsdən sağlamlığa ağır zərər vurması CM-nin 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əgər mü naqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqazidd davranışı ilə başlanmışdırsa, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü binizə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, x uliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum, tanışı X14 ilə X15 ilə dalaşan zamanı Zərərçəkmiş şəxs2 onları aralamaq istəyən zaman Məhkum Zərərçəkmiş şəxs2 tanışı X6 vuracağını düşündüyü üçün bıçaqla onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs2 xəsarət yetirməsində hər hansı bir əsaslı səbəb olmamış, Məhkum cüzi səbəbi bəhanə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs2nın sağlamlığına xəsarət yetirmişdir. Odur ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi, yəni xuliqanlıq niyyət i ilə qəsdən sağlamlığa ağır zərər vurma əməli kimi tövsif olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkumların ittihamda əks etdirilən cinayəti törətməsi onların qismən şəxsi etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının, kompleks məhkəmə-tibbi kriminalistik və canlı şəxsin məhkəmə-tibbi, məhkəmə tibbi bioloji, kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyləri, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyy ətli Cəmiyyətindən götürülmüş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi, ifadələrin yerində yoxlanması, şəxsin tanınmaya təqdim edilməsi, şəkil üzrə tanınmaya təqdim etmə, üzləşdirmə və digər istintaq hərəkətlərinin aparılması, haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221:.3'-cü maddələrində, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinr törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ona sübut olunduğu üçün Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri, X5 əməlini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, ilə düzgün tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyasının qənaətincə ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin istintaqında hər iki məhkumun müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanun vericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərində Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, İsmayıl Əkbərova təqsirli bilindiyi hər iki maddə ilə (CM-in 127.2.3 və 221.2.1-ci maddəsi ilə) bəraət verilməsi tələb olunmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqs irləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edoıı bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxanda qeyd edilən heç bir halın hazırkı cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətlərinin formal mülahizələrə əsaslanması, Məhkum barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, İsmayıl Əkbərova təqsirli bilindiyi hər iki maddə ilə bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası həmçinin hökmlə Məhkum münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı gəlinən nəticəni də qanuni və ədalətli sayaraq hesab edir ki, Məhkum yalnız təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməklə islah oluna bilər və törətdiyi cinayət əməlinə münasibətdə (ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməli törətməsi nəzərə alınmaqla) ona yalnız azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar tapmasa da hesab edir ki, aşağıdakı əsaslara görə hökm dəyişdirilməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib müdafiə tərəfinin apellyasiya şikayətlərinin, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi üçün əsaslar tapmayaraq iş üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri, X5 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 1 (101)-1022/2017 saylı hökmünün X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təyin olunmuş cəzaların toplanması barədə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəanın Cinayət Məcəlləsinin66.2-ci maddəsi ilə əvəz edilməsi, hökmün apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümləd ən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə (Məhkum aid hissədə) iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəy ə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdirilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Şikayətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə də istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törəd ilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla Məhk um onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının (Məhkum aid hissədə) ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-152/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-152/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver