Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-152/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 20 23-cü il tarixli 1(103)-1580/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) 01 iyun 2023-cü il tarixli 1(003)-25/2023 nömrəli hökmü ilə xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsi ev 7- də qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü ma ddələri ilə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 1(003)-233/2021 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 4 (dörd) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 21 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, ov tüfənginə məxsus döyüş sursatını talamışdır. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2 021-ci il tarixədək olan müddət ərzində X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evin plastik pəncərəsini qırmaqla evə qanunsuz olaraq həyətdə hasarın üzərindən ümumi dəyəri 200 manat olan 300 metr uzunluqda 2,5 mm ölçüdə elektrik naqili, evdən dəyəri 150 manat olan 1 ədəd drel, hər birinin dəyəri 50 manat olan 2 ədəd balaca drel, cəmi dəyəri 180 manat olan 300 metr uzunluqda 2,5 mmlik elektrik naqili, dəyəri 60 manat olan su kranı, dəyəri 30 manat olan bir ədəd traynik, dəyəri 30 manat olan bir ədəd radionu gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 750 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Mayis Ağayev tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-ə məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Zeytunçuluq sovxozunda açıq sahədə yerləşən ümumi dəyəri 1953 manat olan 57 mm olan 57 ədəd polad dirək, 45 metr uzunluqda dəmir tor hasarı gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-ə 1953 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı "xxxx" MMC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə üçüncü mərtəbənin eyvanındakı açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki televizor altının üzərindən dəyəri 1200 manat olan bir ədəd “LG” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 1200 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən cəmi dəyəri 3500 manat olan müxtəlif ölçülü elektrik naqillərini və elektrik avadanlıqlarını sökməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 3500 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ciil avqust ayından dekabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla bir neçə dəfəyə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs33 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, 3 saylı Zeytunçuluq sovxozunda yerləşən həyət darvazası olmayan və təmir işi gedən bağ evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan ümumi dəyəri 6000 manat olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs33 6000 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs33 tərəfindən 2021-ci il dekabr ayında aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 20 radələrindən, xx.xx.2021-ci il saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar sahəsində yerləşən yarıtikili evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 3250 manat olan 2 mmlik, 4 mm-lik, 6-mm-lik 30 top kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 3250 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs10 tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəh əri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, birinci mərtəbənin pəncərəsini sındırmaqla qanunsuz daxil olub evin ikinci mərtəbəsində quraşdırılmış cəmi dəyəri 2000 manat olan 7 ədəd radiator və kranları gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 2000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs28 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 24 saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan dəyəri 1150 manat olan odun samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs28 1150 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs28 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə giriş qapısını sındırmaqla qanunsuz daxil olaraq evdən ümumi dəyəri 600 manat olan 4 ədəd istilik radiatoru, dəyəri 120 manat olan 01 ədəd su motoru, ümumi dəyəri 200 manat olan hamam aksesuarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs34 920 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs34 tərəfindən xx.xx.2 022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, ikinci mərtəbənin eyvanındakı pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq birinci mərtəbədəki otaqdan dəyəri 1000 manat olan “LG” markalı televizor, dəyəri 500 manat olan bir ədəd “Sony” markalı maqnitofon, dəyəri 600 manat olan mis samovarı, ümumi dəyəri 400 manat olan mis çəngəl- qaşıq dəstlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 2500 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2022-ci il tarixdə aşk ar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 13 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evin damına oradan tavanı sökməklə qanunsuz daxil olaraq evdən dəyəri 100 manat olan DVD maqnitafon, dəyəri 200 manat olan samovarı, həyətdən çəkilmiş ümumi dəyəri 500 manat olan elektrik naqillərini sökməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 800 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.202 2-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs13 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq evdən hər birinin dəyəri 300 manat olan 5 ədəd kombi radiatoru, dəyəri 300 manat olan 1 ədəd preparator, ümumi dəyəri 300 manat olan 60 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 2100 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs13 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən tanışı X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26 yanvar 2022-ci il tarixdə təxminən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs30 məxsus ünvan 1 ünvanda yerləşən evə evin ikinci mərtəbəsindəki pəncərədən qanunsuz daxil olaraq ikinci mərtəbəki otaqdan qiyməti 1000 manat olan bir ədəd “Samsung” markalı televizoru, birinci mərtəbəki otaqdan isə qiyməti 50 manat olan bir ədəd 130 sm x 80 sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalçanı, qiyməti 600 manat olan bir ədəd 3 m x 1,40 m ölçülü üzərində müxtəlif naxışlar olan 5 gül toxunma xalçanı, qiyməti 470 manat olan bir ədəd 2,40 m x1,30 m ölçülü üzərində müxtəlif naxışlar olan toxunma xalçanı, qiyməti 110 manat olan bir ədəd 2,80 m x 2 m ölçülü üzərində müxtəlif naxışlar olan sadə xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs30 cəmi 2230 manat məbləğində maddi zərər vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan dəyəri 3800 manat olan generatoru, 4000 manat olan elektrik tənzimləyici aparatı, 300 manat dəyərində soyuducu motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 8100 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs16 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sıxıb açma qla qanunsuz daxil olaraq evdən hər birinin dəyəri 400 manat olan 2 ədəd süd sağan aparat, ümumi dəyəri 200 manat olan 30 kq qoz, ümumi dəyəri 150 manat olan tikinti alətlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 1150 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs7 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il saat 02 radələrindən, saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs11 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan damın qapısının qıfılını qıraraq qanunsuz daxil olaraq həmin damdan dəyəri 200 manat olan 01 ədəd qaynaq aparatı, hər birinin dəyəri 100 manat olan 2 ədəd alüminium su çəni, dəyəri 50 manat olan bir ədəd dreli, dəyəri 100 manat olan bir ədəd laqundanı, ümumi dəyəri 200 manat olan 130 metr uzunluqda 4 mm-lik elektrik naqili, dəyəri 30 manat olan 1 ədəd damkrat, ümumi dəyəri 20 manat olan avtomobil açar komplekti, ümumi dəyəri 200 manat olan 3 ədəd projektoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 1000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs11 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərədən qanunsuz olaraq da xil olub dəyəri 200 manat olan radiator, hər birinin qiyməti 300 manat olmaqla ümumi dəyəri 600 manat olan iki ədəd hamam üçün radiator, dəyəri 300 manat olan “Siemens” markalı soyuducu motoru, dəyəri 200 manat olan “Beko” markalı soyuducu motoru, ümumi dəyəri 400 manat olan suvenir əşyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 1700 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs19 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinin həyətinə giriş qapısını qırmaqla qanunsuz daxil olaraq dəyəri 1000 manat olan kombi aparatını sökm əklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 1000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs19 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrindən xx.xx.2022-ci il tarixdə saat 9 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" MTK yaxınlığında 13 saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq evdən iç tərəf divarda çəkilmiş ümumi dəyəri 800 manat olan elektrik naqillərini sökməklə, dəyəri 160 manat olan qaynaq aparatı, dəyəri 80 manat olan laqundanı götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 1040 manat z ərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs15 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, əl damının qapısının qıfılını qırıb qanunsuz daxil olaraq dəyəri 300 manat olan 40 metr elektrik naqili, ümumi dəyəri 300 manat olan 40 ədəd 2 metrlik dəmir borular, ümumi dəyəri 700 manat 7 ədəd şveller, ümumi dəyəri 400 manat olan 13 ədəd 3 metrlik armaturlar, ümumi dəyəri 300 manat olan 30 ədəd xırda armatur qırıqları, 80 manat dəyərində bir ədəd traynik, ümumi dəyəri 500 manat olan dəmir tikinti materiallarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 2580 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs21 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci il dekabr ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evə pəncərəni üzərində olan dəmir barmaqlığı kəsib aralamaqla qanunsuz olaraq daxil olub evdən dəyəri 1200 manat olan “Samsung” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1200 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, təmirsiz olan qapı və pəncərəsiz evə qanunsuz daxil olaraq evin divarlarına yerləşdirilmiş ümumi dəyəri 4500 manat olan 1000 metr mis elektrik naqilini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 4500 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs9 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərər çəkmiş şəxs8 məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə plastik qapını sıxıb açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 450 manat olan 1 ədəd qəlyan, hər birinin dəyəri 150 manat olan 2 ədəd samovar, dəyəri 100 manat olan “Wi-Fi” aparatı, cəmi 440 manat dəyərində 100 metr ölçüdə elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 1290 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs8 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs23 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədbəyli küçəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan əl damına açıq qapıdan qanunsuz olaraq daxil olub ümumi dəyəri 450 manat olan 20-25 ədəd 16-lıq və 20-lik, 4 metrlik mis boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs23 450 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs23 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs32 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 2200 manat olan kombi aparatı, dəyəri 1390 manat olan kombi sisteminə məx sus boyler, hər birinin qiyməti 30 manat olan 2610 manat dəyərində 87 ədəd radiator, hər birinin dəyəri 230 manat olan 2 ədəd su nasosu, dəyəri 700 manat olan yüksək təzyiqli su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs32 7360 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs32 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq dəyəri 350 manat olan soyuducu motoru, dəyəri 90 manat olan soyuducu motoru, dəyəri 2000 man at olan elektrik generatoru, dəyəri 600 manat olan boru və ştanqa, ümumi dəyəri 1200 manat olan 3 ədəd alüminium qapı, hər birinin dəyəri 50 manat olan 3 ədəd pəncərə, hər birinin dəyəri 240 manat olan 2 ədəd oksigen balonu, dəyəri 300 manat olan hamam vannası, ümumi dəyəri 480 manat olan 4 ədəd dəmir boru, ümumi dəyəri 1296 manat olan 12 ədəd 6 metrlik şveller, dəyəri 200 manat olan paltaryuyan maşın, ümumi dəyəri 120 manat olan mexaniki tərəzi və çəki daşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 7266 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs17 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zər ərçəkmiş şəxs25 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən ümumi dəyəri 3300 manat olan 2 ton yəni 200 ədəd 12 metrlik 12 mm-lik armaturları bir neçə dəfə olmaqla hissə-hissə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs25 3300 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs25 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs24 məxsus Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən fərdi nömrəsiz bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə qapının qıfılını qırıb açmaqla qanunsuz daxil olaraq evdən ümumi dəyəri 1000 manat olan 3 ədəd çılçıraq, hər birinin dəyəri 5 manat olan 50 ədəd şiş, dəyəri 100 manat olan su elektrik nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs24 1350 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs24 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Mərdəkan qəsəbəsi, 830 saylı fərdi bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə qapını açmaqla qanunsuz daxil olaraq, həyətdə olan qarajın qapısının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olub qarajdan ümumi dəyəri 150 manat olan velosipedin oturacağı, işıq və s iqnalını, evdən ümumi dəyəri 1600 manat olan antik əşyaları (saatlar, retro vintaj), ümumi dəyəri 680 manat olan iki cüt “Puma” markalı qırmızı rəngli yeni krasovkaları, Zərərçəkmiş şəxs4 qanuni yolla əldə edib istifadə etdiyi yivsiz ov silahına aid olan hər birinin dəyəri 1 manat olan 45 manat dəyərində 12 kalibr 45 ədəd döyüş sursatı olan patronları, həyətdən dəyəri 260 manat olan elektrik naqillərini götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 2735 manat zərər vurmaqla oğurluq etmiş, yivsiz ov silahına aid olan döyüş sursatı-patronları talamış, oğurluq faktı Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərç əkmiş şəxs29 məxsus Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yarımtikili bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, təmirsiz olan evə pəncərəni qırmaqla qanunsuz daxil olaraq evin divarlarına yerləşdirilmiş ümumi dəyəri 228 manat olan 150 metr uzunluqda 2,5-lik elektrik naqillərini, ümumi dəyəri 600 manat olan 250 metr uzunluqda 4-lük elektrik naqillərini sökməklə, istifadə olunmamış ümumi dəyəri 972 manat olan 405 metr uzunluqda 4-lük elektrik naqillərini götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs29 1800 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs29 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərz ində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 93A saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan hər birinin dəyəri 200 manat olan 2 ədəd su motoru və hidrofor, hər birinin dəyəri 200 manat olan iki ədəd qapı, hər birinin dəyəri 100 manat olan 2 ədəd şveller, cəmi dəyəri 200 manat olan 70 metr uzunluğunda elektrik naqili, ümumi dəyəri 700 manat olan 7 ədəd dirək işıqları, dəyəri 800 manat olan 1 ədəd kondisioner, ümumi dəyəri 1000 manat olan komplekt mətbəx avadanlığı - stol, stul, dəyəri 150 manat olan 1 ədəd plastik qapını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 3850 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs6 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs31 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sındırmaqla qanunsuz daxil olaraq evin zirzəmisindən dəyəri 800 manat olan “Bosch” markalı pereparator, dəyəri 100 manat olan kiçik ölçülü pereparator, dəyəri 60 manat olan kiçik drel, dəyəri 160 manat olan kiçik laqunda, dəyəri 880 manat olan açar dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs31 2000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs31 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik adlanan ərazidə yerləşən bağ evinin həyətində yerləşən qarajın divarının kubiklərini sökməklə qanunsuz daxil olaraq iki dəfə ayrı-ayrı vaxtlarda olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə qarajdan ümumi dəyəri 200 manat olan 3 ədəd mis qablar, hər birinin dəyəri 500 manat olan 2 ədəd “LG” markalı kondisionerləri, dəyəri 100 manat olan bir ədəd köhnə maqnitofon, dəyəri 2000 manat olan «Akay» markalı maqnitofon, hər birinin dəyəri 500 manat olan 2 ədəd «Panasonik 7EE» markalı video maqnitofon, ümumi dəyəri 600 manat olan 4 ədəd “Mercedes” markalı avtomobilin diskləri, dəyəri 500 manat olan xrustal çıl-çıraq, ümumi dəyəri 500 manat olan qab-qacaq dəsti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 5900 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs1 tərəfindən birinci dəfə xx.xx.2022-ci il tarixdə, ikinci dəfə xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qohumu Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi döngə 1, 22 saylı evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evin qapısını itələyib açmaqla evə qanunsuz daxil olaraq evdən yataq otağında dolabda olan 3000 manat nağd pul, cəmi dəyəri 2000 manat olan brilyant qaşlı qızıl komplekti, 500 manat dəyərində qadın qızıl boyunbağı, 500 manat dəyərində qadın qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 6000 manat xeyli miqdar zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs22 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2306A saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan 300 manat dəyərində qaynaq aparatı, 200 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 150 manat dəyərində “Bosch” markalı direl, 100 manat dəyərində “Bosch” markalı laqundanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 750 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs22 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evin plastik qapısını üzərində olan bıçaq ilə açaraq evə qanunsuz daxil olaraq evdən 1 ədəd dəyəri 500 manat olan odun samovarı, dəyəri 200 manat olan perefarator, hər birinin dəyəri 10 manat olan 15 ədəd led işıqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 850 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs20 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs26 məxsus ünva n 3 ünvanında yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq ümumi dəyəri 825 manat olan 150 metr uzunluğunda hasarın üzəri ilə içəri tərəfdən gedən mis elektrik naqilini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs26 825 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs26 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən fərdi nömrəsiz bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə pəncərə üzərində olan dəmir barmaqlığı qırıb, aralayıb, pəncərəni açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 200 manat olan bir ədəd xalça, dəyəri 200 manat olan bir ədəd musiqi mərkəzi, cəmi dəyəri 200 manat olan 20 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 600 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs18 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 Ədil qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə olan dəyəri 300 manat olan su motoru və ətrafında olan 100 manat dəyərində alüminium barmaqlığı, dəyəri 30 manat olan elektrik naqilini gizli olaraq talayı b Zərərçəkmiş şəxs5 Ədil qızına 430 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs27 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan damın qapısını açaraq əl damından hər birinin dəyəri 3.50 qəpik olan 3 ədəd vedrələrin, dəyəri 100 manat olan işlənmiş manqal, 10 metr uzunluğunda hər birinin dəyəri 12 manat olan 5 ədəd 5x15 ölçüdə işlənmiş taxtalar, 50 kq 100 manat dəyərində mismar, 25 manat dəyərində elektrik açarı, 5 ədəd 2 metrlik hər birinin dəyəri 3 manat olan re ykalar, 10 manat dəyərində plasmas boru, 100 manat dəyərində dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs27 420,5 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs27 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 31 avqust 2023-cü il tarixli 1(103)-1580/2023 nömrəli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) 01 iyun 2023-cü il tarixli 1(003)-25/2023 nömrəli hökmü ilə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(103)-1580/2023 nömrəli qərarının ləğv edilməsi və M.S. Əliyevə CM-in 232.1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma təyin olunmuş cəza qeyri obyektiv və ədalətsizdir, işin hallarını və təqsirləndirilən şəxsin səmimiliyi nəzərə alınaraq ona daha yünqül cəza təyin etmək mümkün olardı. Hökmdən müəyyən olunur ki, hökm tam şəkildə məhkəməyə təqdim olunmuş ittiham aktını təsdiqləyir və açıq-aydın ittiham aktında ittiham olunan bir çox oğurluq epizodları öz əksini tapmadıqda və sübuta yetirilmədikdə həmin epizodlar əlavə olaraq əsassız ittihama əlavə edilmişdir və həmin epizodl ar üzrə məhkəmə obyektiv qərar qəbul etmədən təstiqləyib cəza təyin etmişdir. Təqsirləndirilən şəxs Məhkum bir çox oğurluq epizodların təstiq etməyərək bildirmişdir ki, həmin oğurluqları o etməmişdir. Həmin epizodlara dair daha ciddi, hərtərəfli araşdırmalar keçirilməlidir və öz təstiqini tapmayan oğurluq faktları onun ittihamından xaric olunub, həmin epizodlara dair ona cəza təyin edilməməlidir. Eyni zamanda müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 232.1 maddəsi ilə cinayət törətməsinə cəlb olunub məhkum olunması qeyri qanuni olmuşdur, faktiki olaraq Məhkum həmin cinayəti törətməmişdir, o təsadüfən ov tüfənginin patronlarını tapıb, maraqlanmışdır və daha sonra həmin patronları tullamışdır. Bununlada həmin maddədə göstərilən talama və ya hədə-qorxu ilə tələb etmə faktı ol mamışdır. Müdafiə tərəfi hesab edir ki, həmin cinayət əməli sübuta yetirilmədiyinə görə bəraət verilməli idi və bununlada Məhkum cəzası xeyli azaldılmalı idi. İşin hallarından məlum olur ki, təqsirləndirilən şəxs səmimidir, törətdiyi oğurluğa görə peşmandır, döyüş sursatının talama anlayışından uzaqdır, həmin cinayətin mahiyyətin anlamır, ağır ailə vəziyyətində yaşayır. Hal-hazırda cəzaçəkmə müəssisəsində ağır formada vərəm və Hepatit C xəstəlikləri keçirir. Məhkum uzun müddətdir ki, Bakı şəhəri Binə qəsəbəsində yerləşən vərəm xəstəliyinə qarşı olan xüsusi cəzaçəkmə müəssisəsindədir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni c inayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsi ilə təqsirli bilmişlər. Ona təqsirli bilindiyi CM-in 232.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri əsaslı hesab etmir. Belə ki, cinayət işi üzrə sübutlar əsasında – məhkumun Məhkum özünün və Zərərçəkmiş şəxs4 ifadələri, istintaq hərəkətlərinin protokolları ilə müəyyən edilmişdir ki, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Mərdəkan qəsəbəsi, 830 saylı fərdi bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, digər əşyalarla yanaşı yivsiz ov silahına aid olan hər birinin dəyəri 1 manat olan 45 manat dəyərində 12 kalibr 45 ədəd döyüş sursatı olan patronları gizli olaraq talamışdır. Belə ki, Məhkum CM-in 232.1-ci maddəsi ilə təqsirli bilinməsi haqqında epizod üzrə ifadəsində göstərmişdir ki, 2022-ci il mart ayının sonlarında saat gecə 02 radələrində Mərdəkan qəsəbəsi bağlar ərazisi ilə piyada gəzişərkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və həyətdən evin qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırıb evə daxil olmuş, həyətdə olan qarajın qapısının qıfılını da qırıb velosiped işığı və siqnalı götürmüşdür. Həyətdən elektrik naqilləri götürmüşdür. Evdən isə saatlar və unutduğu əşyalar, həmçinin iki cüt qırmızı rəngli krasovkanı götürmüşdür. Malları aparıb həyətində gizlətmişdir. Səhəri gün həmin malları taksi ilə aparıb Sabunçu bazarında tanımadığı şəxslərə cəmi 120 manata satmışdır. Satdığı şəxslərə malların özünə məxsus olduğunu deyirmiş. Krasovkanın bir cütünü özü geyinmişdir. Tutularkən polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin evdə olan bir neçə ədəd ov tüfəng üçün nəzərdə tutulmuş patronu da maraq üçün götürmüşdür. Lakin sonradan həmin patronları lazım olmadığından zibilliyə tullamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, ona məxsus Mərdəkan qəsəbəsi, 830 №-li bağ evindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində oğurluq törədilmişdir. Evdən digər əşyalarla yanaşı ona məxsus yivsiz ov silahına aid olan hər birini n dəyəri 1 manat olan 45 manat dəyərində 12 kalibr 45 ədəd döyüş sursatı olan patronları oğurlamışdır. Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməli odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamada ifadə olunur. Göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs4 bağ evinə qanunsuz daxil olmuş, antik əşyalar, paltar geyim talamaqla yanaşı həmin evdən qanunsuz olaraq 45 ədəd 12 kalibrli olan döyüş sursatı ov silahına aid patronu gizlin talamış, lakin sonradan həmin patronları tullamışdır. Azərbaycan Respublikası CM-in 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlər i mövcuddursa, cinayət başa çatmış hesab olunur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq yaşayış yerinə daxil olaraq sözü gedən patronları oğurlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi halla r onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X6 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edi lməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü bütün epizodlar üzrə təqsirli bilmişdir. Onun Azərbaycan Respublikası CM-in 232.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv və şübhə yaratmayan sübutların məcmusu ilə sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün tam təqsirli olması barədə ifadəsi ilə yanaşı iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə i şə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlard an istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizli yini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun m əhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlləri etiraf edərək peşmançılıq çıkməsini, iki zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətlərinin və digər tələblərinin olmamasını cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların isə olmaması qənaətinə gəlmiş və Məhkum cəza təyin edərkən işin həmin hallarını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(103)-1580/2023 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli 1(103)-1580/2023 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-152/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-152/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver