Məhkəmə qərarları › İş №1(102)-1520/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1520/2018

17.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1520/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İş №1(102)-1520/2018 Azərbaycan Respublikası adından QƏRAR 17 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası X15 Seyidov (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, X1 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunm amış, ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair xx xx1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və X1 müdafiəçisi R tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmünə əsasən (sədrlik edən hakim E.H.Vəliyev, hakiml ər Ə.Q.Quliyev və S.S.Hüseynov) Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xx 2016-cı il tarixdən xx xx 2016-cı il tarixədək həbsdə olduğu 06 ay 10 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 il 05 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, haqqında CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir X16 -Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan c inayət əməlini törətməkdə təqsirli bilinməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ümumilikdə həbsdə və ev dustaqlığında olduğu 06 ay 18 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla X10 üzərində qəti olaraq 06 il 05 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, haqqında CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulov) zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs və X10 CM-in 178.3.2-ci maddə si ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmiş. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric olunmuş Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinə əsasən təqsirli bilindiyi CM-in 178.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilə endirilmiş. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. X16 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, X12 CM-in 62-ci maddəsinə əsasən təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 6 (altı) aya endirilmiş. CM-in 69.3-cü maddəsinə əsasən X10 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 12(on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış. X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs X2 miqdarda əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2014-cü ildə özünün və R adlarına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialından götürdükləri cəmi 115000 manat məbləğində kredit vəsaitlərinə görə qeydiyyatda olub yaşadıqları mənzillərin həmin bankda girovda olması və krediti ödəmədikləri üçün hərraca çıxarılacaqları təhlükəsi barədə həqiqəti X8 gizlədərək əslində həmin mənzillərin girovdan azad edilməsi niyyəti ilə sonuncunun etibarından sui-istifadə etməklə guya X16 ilə birlikdə Türkiyə Respublikasından müxtəlif çeşiddə geyim əşyalarını gətirib Bakı şəhərində satışını təşkil edərək bundan qazandıqlarını bölüşdürəcəkləri adı ilə onu aldadıb razılığını aldıqdan sonra hissə-hissə olmaqla, yəni 2014-cü ilin avqust ayının əvvəllərində saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək ticarət mərkəzi»ndə hər ikisi birlikdə X8 60000 ABŞ dolları, 2014-cü ilin avqust ayının ortalarında saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Tofiq Bəhramov» stadionunun yanında yerləşən «Marxal» restoranında X13 28000 ABŞ dolları, 2014-cü ilin sentyabr ayının əvvəllərində saat 16 radələrində yenə Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Tofiq Bəhramov» stadionunun yanında yerləşən «Marxal» restoranında X13 25000 ABŞ dolları, ümumilikdə həmin dövrün məzənnəsi ilə 88637 manat təşkil edən cəmi 113000 ABŞ dolları məbləğində pul vəsait ini alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən X16 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X16 yaxın tanışı X2 miqdarda əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə digər tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2014-cü ildə özünün və Təqsirləndirilən şəxs adlarına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialından götürdükləri cəmi 115000 manat məbləğində kredit vəsaitlərinə görə qeydiyyatda olub yaşadıqları mənzillərin həmin bankda girovda olması və krediti ödəmədikləri üçün hərraca çıxarılacaqları təhlükəsi barədə həqiqəti Nağı Kəngərlidən gizlədərək əslində həmin mənzillərin girovdan azad edilməsi niyyəti ilə sonuncunun etibarından sui-istifadə etməklə guya Təqsirləndirilən şəxs ilə birlikdə Türkiyə Respublikasından müxtəlif çeşiddə geyim əşyalarını gətirib Bakı şəhərində satışını təşkil edərək bundan qazandıqlarını bölüşdürəcəkləri adı ilə onu aldadıb razılığını aldıqdan sonra hissə-hissə olmaqla, yəni 2014-cü ilin avqust ayının əvvəllərində saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək ticarət mərkəzi»ndə hər ikisi birlikdə X8 60000 ABŞ dolları, 2014-cü ilin avqust ayının ortalarında saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Tofiq Bəhramov» stadionunun yanında yerləşən «Marxal » restoranında X13 28000 ABŞ dolları, 2014-cü ilin sentyabr ayının əvvəllərində saat 16 radələrində yenə Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Tofiq Bəhramov» stadionunun yanında yerləşən «Marxal» restoranında Təqsirləndirilən şəxs 25000 ABŞ dolları, ümumilikdə həmin dövrün məzənnəsi ilə 88637 manat təşkil edən cəmi 113000 ABŞ dolları məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində barəsində qəbul edilmiş qərara yenidən baxılması xahiş olunur. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, dəymiş ziyanın ödəmişdir, zərərçəkmiş şəxs Nağı Kəngərli cinayət işi üzrə verdiyi mülki iddiadan imtina etmişdir, himayəsində azyaş lı uşağı və ankoloji xəstəlikdən əziyyət çəkən şəxslər var və o, ailənin yeganə qazanc gətirənidir. Məhkum E müdafiəçisi R tərəfindən verilmiş kassasiya şikayətində E barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarın ləğv edilməsi, R barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş olunur. Müdafiəçi kassasiya şikayətində X10 əməlində CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmadığını və ümumiyyətlə cinayət hadisəsinin olmadığını qeyd edir. Belə ki, zərərçəkmiş Nağı Kəngərli ifadələrində təsdiq etmişdir ki, verdiyi puldan faiz pulu almış, eyni zamanda ona R tərəfindən 25 min ABŞ dolları pul ödənilmişdir. Bundan başqa apellyasiya şikayətənə baxılan zaman, eyni zamanda ibtidai istintaq və 1-ci instansiyası məhkəməsinddə icraat zamanı Təqsirləndirilən şəxs qətiyyətlə bildirmişdir ki, N alınmış pulun R heç bir aidiyyatı yoxdur, həmin pulun məsuliyyətini özü daşıyır. Ona görə də N notariat kontorunda da özü imza edərək pul barədə öhdəlik götürmüşdür. Kassasiya şikayətinin müəllifinin fikrincə bu iş üzrə R faktiki olaraq özü zərəçəkmiş şəxsdir, çünki Təqsirləndirilən şəxs uğursuz biznes fəaliyyətinin nəticəsində R həm yaşadığı evi, həm avtomobilini, həm də azadlığını itirmişdir. Məhkəmənin yeganə ehtimalı ondan ibarətdir ki, R faizə pul götürəndə N bildirməliydi ki, İlqar müflis olub, öz evi də bankda girovdadır. Bundan başqa istintaqın istinad edə biləcəyi nə ehtimal, nə də ki sübut var. Müdafiəçi kassasiya şikayətində X10 ağır formalı astma xəstəsi olduğunu, ikinci qrup əlil olduğunu və bu halların məhkəmə qərarı qəbul ediləndə ümumiyyətlə nəzərə alınmadığını qeyd edir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarını Cm-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş X12 münasibətdə ləğv edilməsini və E əməlində cinayət tərkibi olmaması, ümumiyyətlə cinayət hadisəsi olmaması əsasları ilə cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum RM müdafiəçisi R, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovunçıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmalı, məhkum E müdafiəçisi R kassasiya şikayəti qismən təmin edilməli, göstərilən qərar məhkum R aid hissədə ləğv edilməli və iş bu hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya sı məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzаtəyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, ocümlədənAzərbaycanRespublik asıCMnin 8, 41.2, 58.3, 59-cumaddələrinintələblərinətam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olu nur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. AzərbaycanRespublikasıCM-in 8cimaddəsinəəsasəncinayəttörətmişşəxshaqqındatətbiqediləncəzavəyadigərcinayəthüquqixarakterlitədbirlərədalətliolmalıdır, yənicinayətinxarakterinəvəictimaitəhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarınavəcinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalı dır. AzərbaycanRespublikasıCM-in 58.3cümaddəsinəəsasəncəzatəyinedilərkəntörədilmişcinayətinxarakterivəictimaitəhlükəlilikdərə cəsi, təqsirkarınşəxsiyyəti, ocümlədəncəzanıyüngülləşdirənvəağırlaşdıranhallar, habelətəyinolunmuşcəzanınşəxsinislaholunmasınavəonunailəsininhəy atşəraitinətəsirinəzə rəalınır. AzərbaycanRespublikasıCM-in 41.2-cimaddəsinəəsasəncəzasosialədalətinbərpası, məhkumunislahedilməsivəhəmməhkumlar, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədiilətətbi qedilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayəti n xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin törədilmişcinayətəməlininxarakterini, ictimaitəhlükəlilikdərəcəsinivəməhkumun şəxsiyyətininəzərəalaraqməhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasıçəkmədənislaholunmasınımümkünhesabetmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası, X1 müdafiəçisi Rnun kassasiya şikayətində R CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamələrinin olmadığı halda əsassız olaraq həmin maddələrlə təqsirli bilinməsi və ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbi ilə bağlı aşağıdakıları qeyd edir. R ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə dələduzluq etməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirliliyi birinci instans iya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin R Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin şərh olunan məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli s ürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları R CM-in 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun nəticələri şübhə altına almaq üçün - əsas, hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib həqiqi məzmununa uyğun olaraq qiymətləndirilmiş sübutları yenidən təsvir etmək, kassasiya şikayətinin sözgedən dəlilini daha ətraflı şərh etm ək üçün - zərurət görmür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.0.11-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsası kimi təsbit edilən halın olmaması haqqında nəticəyə gəlir. Müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü R məsuliyyətini yüngülləşdirən halların, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi üçün hərəkətlər etməsi nəzərə alınmadan ağır cəzaya məruz qalması barədə dəlillərə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cinayət nəticəsində zərərçəkmiş X14 vurulmuş 113. 000 ABŞ dolları təşkil edən zərərdən R tərəfindən 25.000 ABŞ dolları pul ödənilmişdir və bundan sonra birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs yaxınları 40.000 ABŞ dolları məbləğində pulu ona ödəmişdirlər. Həmçinn razılaşmışdırlar ki, qalan 48.000 ABŞ dolları məbləğində pulu isə Təqsirləndirilən şəxs və X16 tərəfindən məhkəmə hökmündən sonra ayda 5000-6000 olmaq şərti ilə bir il ərzində ödəyəcəkdirlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, zərərçəkmiş şəxs Nağı Kəngərli ona dəymiş maddi ziyan tam ödənildiyindən verilmiş mülki iddiadan imtina etmişdir. Göründüyü kimi R cinayət nəticəsində vurulmuş ziyanın böyük bir məbləğini ödəmişdir. Eyni zamanda baxılan işdə Fuad Qaçayevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərərin aza ldılmasına yönəldilmiş hərəkətlərin edilməsi Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən CM-in 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilməlidir ki, cinayət işinin materiallarından müəyyən olunur ki, R 27 iyun 2015-ci il tarixdə bu cinayət əməli barədə ilk olaraq Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ətraflı məlumat vermiş və Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş vərəq ə 20-22). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum R cəza təyin edərkən məhkumun cinayətdə iştirak dərəcəsini, cinayəti törətdikdən sonra onun davranışını, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsini, törədilmiş cinayət əməli barədə ilk olaraq ərizə ilə polisə müraciət etməsini nəzərə almamış, cəzanı fərdiləşdirməmiş və nəticədə kifayət qədər ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrində təsbit olunmuş digər hallarla, o cümlədən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülmək lə nəzərə alındıqda, məhkum R Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətli görünmür. Kollegiya qeyd edir ki, təyin edilən cəzanın törədilən cinayətə, məhkumun cinayətdə iştirak dərəcəsinə, cinayəti törətdikdən sonra davranışına, cəzanı yüngülləşdirən halların keyfiyyətinə, həmçinin məhkumun islah edilməsinə təsiri mütənasib olmalı və ədalətin bərqərar olması aydın görünməlidir. Hazırki halda isə apellyasiya instansiyası məhkəməsinin qərarından bu görünmür. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş halın, yəni müdafiəçi nin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X1 müdafiəçisi R tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı məhkum X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar