Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1520/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Mikayılov (sədrlik edən), Əliövsəd Abasov və Mahmud Ağalarov) 1(101)-398/2021 nömrəli 05 mart 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1989-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, İmişli şəhəri Q.Nəbi küçəsi ev 93-də qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsi döngə 02 dalan 06-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 5 (beş) gün müddətinə hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən, iki günə bir gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və CM-in 67.1-ci maddəsinə əsasən, həmin cəza hazırki cəzaya qismən birləşdirilməklə, üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəs sisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsəsən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 02 sentyabr 2020-ci ildə Bakı şəhəri Binəqədi rayonu ərazisində istintaqla müəyyən olunmamış mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməklə əlində olan çantasının içərisində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı rayon polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən 05 sentyabr 202 0-ci ildə saat 15 radələrində keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən həmin rayon polis idarəsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə etməklə onun üzərinə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əlində olan qara rəngli əl çantasının ön cibindən bir ədəd üzərində “Café Crème Smoking kills" sözləri yazılmış dəmir qabın içindən 08 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,765 qram, 0,933 qram, 1,912 qram, 0,415 qram, 0,909 qram, 0,077 qram, 5,063 qram və 1,870 qram, ümumi təmiz çəkisi 12,944 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədə d qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram və 0,126 qram, ümumi təmiz çəkisi 0,235 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, iki ədəd dairəvi formal plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1,146 qram və 1,591 qram, ümumi təmiz çəkisi 2,737 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,922 qram və 2,004 qram, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməklə 3,926 qram tünd qəhvəyi rəngli qətrana bənzər spesifik iyli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 12,040 qram külli miqdarda qə hvəyimtil rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov) 1(103)-923/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəmə baxışı zamanı törətmiş olduğu cinayət əməlinə obyektiv baxılmamış və narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir fakt və sübut aşkar edilməmişdir. Bundan başqa məhkum narkotik vasitələrdən istifadə etdiyini və narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığı halda əsassız olaraq ittiham edilmişdir. Həmçinin məhkəmə tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Məhkum ailəli olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, arvadının və valideynlərinin işsiz olmasını, bu səbəbdən də ailə vəziyy ətinin nəzərə alınmasını və törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində məhkumun Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinin qanunsuz olmasını bildirərək, əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətindən görünür ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və saxlaması faktlarını inkar etmir, yalnız məhkum tərəfindən əməlin satış məqsədi ilə törədilməsi barədə ittihamın hissəsini mübahisələndirir. Kassatorun fikrincə onun narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlama hərəkətlərini satış məqsədi ilə törətməsi cinayət işi üzrə sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respu blikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaradır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətl əri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, yəni şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəmə istintaq zamanı verdiyi ifadələri, 05 sentyabr 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2020-ci il tarixli, 6/1788 saylı rəyi və işdə оlаn istintaq hərəkətlər inin və məhkəmə iclasının protokolları və digər sənədlərlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün a vadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, yəni Məhkum üzərində ümumi təmiz çəkisi 12,944 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram və 0,126 qram, ümumi təmiz çəkisi 0,235 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, iki ədəd dairəvi formal plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1,146 qram və 1,591 qram, ümumi təmiz çəkisi 2,737 qram külli miqdard a ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,922 qram və 2,004 qram, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməklə 3,926 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 12,040 qram külli miqdarda qəhvəyimtil rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi onun həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edilən hallar kimi qiymətləndirmiş və nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzər də tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə etməsi və saxlaması təsdiq olunmuş və Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqları nın müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apelyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1520/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1520/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver