Məhkəmə qərarları › İş №1(102)-1520/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1520/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1520/2023 15.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Müdafiəçi – Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Məhərrəmov Polad Müseyib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(101)-923/2021 nömrəli (hakimlər: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1989-cu ildə Qazax rayonu, Əli-Bayramlı kəndində doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olu nmamış, xxx-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 1 aprel 2022-ci il tarixli 1(105)-26/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli hökmünə əsasən Məhkum Tariyel oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin küllü miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməs inə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 7358,524 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 844 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 2435 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 3475 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib külli miqdarda 844 qram narkotik vasitə tiryəki, külli miqdarda 7313 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2435 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 3475 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, qalan külli miqdarda 45.524 qram çəkidə narkotik vasitə heroini isə üzərində saxlamaqla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, korpus B, 5 nömrəli evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 22.10-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2ş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd polietilen bükümdə külli miqdarda 45.524 qram kustar üsulla hazırlanmış narkoti k vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 21 yanvar 2021-ci il tarixdə saat 00.35də evə keçirilən baxış zamanı Məhkum yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, korpus B, ev 5, 6 saylı mənzilin yataq otağında olan çarpayının sağ küncündən bir ədəd üzərində “Platinium” yazısı olan torbada olan bir ədəd bağlamada külli miqdarda 844 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, yeddi ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1044 qram, 1044 qram, 1109 qram, 1034 qram, 1054 qram, 1034 qram və 994 qram olmaqla ümumilikdə külli miqdarda 7313 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd polietilen torbada ayrı-ayrıhqda təmiz çəkiləri 1280 qram və 1155 qram olma qla ümumilikdə külli miqdarda 2435 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, dörd ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram, 1050 qram, 1015 qram və 1325 qram olmaqla ümumilikdə külli miqdarda 3475 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırırlmışdır ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar mötəbər deyil. Belə ki, sübutların mötəbərliyi şübhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli, tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul etmişdir. Belə ki, ilkin araşdırma zamanı Məhkum barəsində toplamış bütün sübutlar cinayət prosessual qanunvericiliyinin, "Əməliyyat-Axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinin kobud surətdə pozulması ilə, o cümlədən işgəncə il ə əldə edilmişdir. İlkin istintaqın gedişində kobud qanun pozuntularına yol verilməsini əvvəlki müdafiəçisinin dəfələrlə bildirməsinə baxmayaraq, məhkəmə istintaqı da kobud qanun pozuntuları ilə aparılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı əvvəlki müdafiəçisinin yuxarıda qeyd etdiklərini dəfələrlə bildirməyinə, məhkəmə istintaqının qanuni və əsaslı aparılmasını tələb etsə də, heç bir normal araşdırma aparılmadan, heç bir sübut araşdırlmadan, Məhkum hökm oxunmuşdur. Əməliyyatçılar qanunun normalarına məhəl qoymadan, Məhkum Tariyel oğluna qarşı heç bir məhkəmə qərarı olmadan ona qarşı fiziki zor tətbiq edərək ağır işgəncə vermiş, mənzilinə əvvəlcədən özləri daxil olaraq özləri ilə gətirdikləri narkotik vasitələri mənzildə yerləşdirmiş, sonra isə formal şəkildə çəkiliş aparmışlar. Bütün bunlara rəğmən yəni, şəxsin Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə baxmayaraq 1 ay 7 gün sonra müstəntiq işi yekunlaşdırmış və sübutların qiymətləndirilməsi haqqında qərar qəbul etmişdir. İbtidai istintaq zamanı, istintaqın gedişində Məhkum müdafiə hüquqlarının kobud surətdə pozulması, bu halın məhkəmədə aşkara çıxarılaraq sübut olunması barədə verilmiş vəsatətlər məhkəmə istintaqı zamanı nəzərə alınmayaraq, təmin olunmamışdır. Belə ki, ibtidai istintaq zamanı Məhkum normal şəkildə heç bir ifadəsi alınmamış, vəkilin iştirakı ilə heç bir normal istintaq hərəkəti aparılmamışdır. Ancaq, 21 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında müstəntiq gec ə saatlarında onun yanına gələrək döymüş, yuxulu və yorğun vəziyyətində, vəkilin iştirakı olmadan hansısa sənədlərə imza etdirmişdir. Sonradan məlum olmuşdur ki, həmin sənədlər Məhkum ifadələridir. Bu halda da Məhkum müdafiə hüquqları kobud şəkildə pozulmuşdur və o faktiki olaraq müdafiəsiz qalmışdır. Bundan başqa təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə də ittiham olunmuşdur. Lakin onun Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli sübuta yetirilmədiyinə görə, ona həmin Məcəllənin 206.2-ci maddəsi ilə ittiham elan olunması tamamilə qanunsuzdur. Belə ki, iş materiallarından göründüyü kimi Məhkum son illərdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmamış, xüsusən də İran İslam Respublikasına gedib qayıtmamı ş, heç qətiyyən tanımadığı, İran İslam Respublikasının vətəndaşı olduğu deyilən "Şəhram" adlı şəxslə cinayət əlaqəsinə girməsi, ona narkotik vasitələrin, psixotrop maddələrin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsində köməklik göstərməsi və ya bununla bağlı ona hər hansı bir vəd verməsi təsdiq olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2022-ci il tarixli qərarının Məhkum aid hissədə ləğv edilməsini və onun bərəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məhərrəmov Polad Müseyib oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkumun tutulduğu andan etibarən hüquqlarının pozulduğunu, müdafiəçiylə təmin olunmad ığını, məhkumun ağır maddələrlə təqsirləndirilməsinə baxmayaraq istintaq müddətinin 1 ay 20 gün kimi qısa müddət olduğunu, həmin müddətdə nə məhkum, nə də onun hüquqlarını müdafiə edən şəxs tərəfindən hər hansı bir vəsatət verilmədiyini, bununda məhkumun müdafiə hüququnun pozulduğuna əyani sübut olduğunu, iş materiallarında guya hansısa İran İslam Respublikasının vətəndaşına pul göndərdiyini, lakin aparılan araşdırma zamanı nə özünün, nə də əvvəlki yoldaşının alimentlə bağlı ödəniş etdiyi kartda hər hansı bir sübut olmadığını bildirib, məhkuma bəraət hökmü verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şö bəsinin prokuroru İmranov Hafiz Bəykişi oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüy ü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəti cələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan s übutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətlərinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə keçirməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmə, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş nəticə ilə razılaşmı şdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində apellyasiya məhkəməsinin qərarını ona aid hissədə ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellya siya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apell yasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokollardan görünür ki, Məhkum qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 22.10-da saxlanılaraq ünvan 2ş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd polietilen bükümdə külli miqdarda 45.524 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 21 yanvar 2021-ci il tarixdə saat 00.35-də evə keçi rilən baxış zamanı Məhkum yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAFF yaşayış kompleksi, korpus B, ev 5, 6 saylı mənzilin yataq otağından bir ədəd üzərində “Platinium” yazısı olan torbada olan bir ədəd bağlamada külli miqdarda 844 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, yeddi ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1044 qram, 1044 qram, 1109 qram, 1034 qram, 1054 qram, 1034 qram və 994 qram olmaqla ümumilikdə külli miqdarda 7313 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1280 qram və 1155 qram olmaqla ümumilikdə külli miqdarda 2435 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mar ixuana, dörd ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram, 1050 qram, 1015 qram və 1325 qram olmaqla ümumilikdə külli miqdarda 3475 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkum ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən törətmiş olduğu əməli etiraf etməsi, mobil telefonunda “Whatsapp” proqramı vasitəsi ilə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 35 dəfə telefon daşınığının aşkar edilməsi, keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində onun üzərində aşkar edilmiş narkotik vasitə ilə yanaşı, evindən də narkotik vasitə heroinin, marixuananın, psixotrop maddə metamfetaminin və elektron tərəzi nin aşkar edilməsi, həmin əməliyyat axtarış tədbirinin məhkəmə tərəfindən qanuniliyinin yoxlanılaraq təsdiq edilməsi, həmçinin şahid ifadələri, maddi sübutun götürülməsi protokolu və cinayət işinin materiallarında olan digər mötəbər sübutlar Məhkum ona elan olunmuş ittiham üzrə təqsirini sübuta yetirir, habelə onun məhkəmə icraatı zamanı ifadəsinin müdafiə xarakterli olması barədə nəticəyə gəlinməsini labüd edir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tari xli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onu n CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassa siya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlən dirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçi kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittihamlar üzrə bəraət veril məsi haqqında tələblərini işin faktik hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş Məhkum tibbi kitabça və müş ayətedici məktubdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, onda xəsarət izi aşkar edilməmiş və bu barədə heç bir şikayətinin olmadığını yazılı şəkildə bildirmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası Məhkum ona qarşı işgəncə və təzyiqlərin tətbiq edilməsi və bu səbəbdən məcbur qalaraq cinayət əməlini törətdiyini etiraf etməsi barədəki kassasiya şikayətinin dəlillərini əsassız hesab edir, bu cür irəli sürülmüş dəlillərin özünü müdafiə xarakteri daşıması, törətdiyi cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə önə sürülmüş dəlillər olması qənaətinə gəlir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sür ülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Şəxs ə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həlli nə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində azyaşlı övladının olması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyiş dirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar