Məhkəmə qərarları › İş №1(102)-1521/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1521/2019

30.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1521/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs X5, Məhkumlar Məhkum və X6 iştirakları ilə, 09 fevral 1997-ci il tarixdə Hacıqabul rayonu ********* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu ********* kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra CM-in) 127.1 və 221.2.1-ci maddələri ilə 10 dekabr 1990-cı il tarixdə Hacıqabul rayonu ********* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, 1ci qrup əlil, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu ********* kəndində yaşayan X6 Azərbaycan Respublikası CM-in 127.1 və 221.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Həmid Əzizov) Məhkum – Azərbaycan Respublikası CM-in 127.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət ləri törətməkdə təqsirli bilinərək, CM-nin 127.1-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 25 sentyabr 2018-ci il tarixdən 25 aprel 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 ay müddətin bir günü iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan 14 ay çıxılaraq üzərində qəti olaraq 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. X11 – Azərbaycan Resp ublikası CM-in 127.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 127.1-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-cü maddəsinə əsasən X9 təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.K.Soltanov (sədrlik edən), R.M.Cəfərov və İ.H.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 25 apre l 2019-cu il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş, ona Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası həddinədək artırılmışdır. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.1-ci maddələri təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 25 sentyabr 2018-ci il tarixdən 25 aprel 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 ay müddətin bir günü ik i gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, ona təyin olunmuş cəzadan 14 ay çıxılmış və üzərində qəti olaraq 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum və X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşlar ona görə ki, Məhkum 16.09.2018-ci il tarixdə saat 10:30 radələrində qardaşı Aqil İmanovla nənəsi X2 yaşadığı Hacıqabul rayonu 2-ci ********* kəndindəki evindən çıxıb piyada gedərkən bir gün əvvəl nənəsi G8 ilə mübahisəsi olmuş həmin kənd sakini X5 həmin kənddə yerləşən məsciddən asfalt yol istiqamətinə piyada gəldiyini görüb nənələri ilə olan münaqişəni aydınlaşdırmaq məqsədi ilə ona yaxınlaşaraq şəxsi münasibətlərin pozulması zəminində m übahisə edib ictimai yer sayılan Hacıqabul rayonu 2-ci ********* kəndində yerləşən məscidin yaxınlığında, kənar şəxslərin olmasına baxmayaraq, Aqil İmanovla bir qrup şəxs halında, A6 ünvanına nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, qəsdən A.Teymurovun sağ alın və sağ sifət nahiyəsindən yumruqla vurub yerə yıxaraq, ona həmin nahiyələrin və almacıq sümüyünün və orbitanın bayır divarının yerdəyişməmiş sınıqları ilə nəticələnən, dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəs ində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilir. Şikayət müəllifi hesab edir ki, məhkəmələr Aqil və Məhkum qardaşlarına cəza təyin edərkən törətdikləri cinayətin xarakteri, ictimai təhlükəsizlik dərəcəsini nəzərə almamış və yüngül cəza təyin etmişlə r. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən onu döyən şəxslərin dairəsi tam müəyyən edilməmiş, o cümlədən Aqil və Məhkum qardaşlarının atası X7 məsuliyyətə cəlb olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs A.Teymurovun, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumlar Məhkum, A.İmanov və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassas iya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətində işin faktiki hallar ı və əməlin tövsifi deyil, məhkumlar barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Həmçinin zərərçəkmiş şəxs onu döyən şəxslərin dairəsinin tam müəyyən edilmədiyini, o cümlədən X3 məsuliyyətə cəlb olunmaması mübahisələndirilir. Odur ki, məhkəmə kollegiyası cinayət işi üzrə məhkumların təqsirliliyi və əməllərinin tövsifi ilə bağlı işin hallarının təhlilini zəruri hesab etmir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tə rəfindən isə Məhkum və X9 qarşı CM-nin 127.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum v ə X9 qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də zərərçəkmiş şəxsin onu döyən şəxslərin dairəsinin tam müəyyən edilməməsi, o cümlədən X3 məsuliyyətə cəlb olunmamasına dair kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Məhkum еdilmiş şəхslər Məhkum və A6 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 52-1.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törəd ilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və ci nayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hö kmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə cəza təyin edərkən məhkumların törətmiş olduqları cinayətin xarakter ini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, həmçinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hallar kimi onun əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə Azərbaycan Respublikası CM-nin 59 1.4-cü maddəsinə əsasən X6 himayəsində dörd azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, İ-ci qrup əlil olmasını, dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və hər ikisinin əməlində cəzan ı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum və X9 təqsirli bilindikləri maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkumlar Məhkum və A6 daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və X11 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar