Məhkəmə qərarları › İş №1(102)-1521/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1521/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1521/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 23 may 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1970-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və üzərində 06 (altı) ay sınaq müddəti müəyyən edilmiş, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirilməsi, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən icra məmuruna xəbər etmədən yaşadığı yeri dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə verilmiş mülki iddianın təmin edilməsi və mülki cavabdeh Məhkum gətirmiş olduğu 70.413 manat dəyəri olan brilyant qaşlara görə tutulmalı olan gömrük ödəmələri miqdarında, yəni 63.479 manat pul tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə cinayətin predmeti olan və Azərbaycan Respublikası DGK-nın Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsində saxlanılan maddi sübutlar - 570 ədəd brilyant daşlar təqsirləndirilən şəxs Məhkum qaytarılması, iş üzrə 212,80 manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Məhkum tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) 24 iyun 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 1(003)191/2018 saylı hökmü Məhkum barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 07 fevral 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində külli miqdarda - 70.413 manat dəyərində, cəmi 96,072 karat olan 570 ədəd müxtəlif ölçülü brilyant daşları qazanc məqsədilə əldə etmiş, brilyant daşların ölçülərinə görə ayrı-ayrı yığılmış 17 ədəd kiçik ölçülü sellofan paketi 1 ədəd sellofana qoyaraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geydiyi şalvarın iç tərəfdən bel hissəsində gizlətmiş və 10 fevral 2018-ci il tarixdə, saat 03:30 radələrində, J2 8078 saylı İstanbul-Bakı aviareysi ilə X5 Hava Limanına gətirib Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ikinci sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad olunmuşdur. Eyni zamanda, Nazirlər Kabineti 05 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının xarici İqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barəd ə” qərarına əsasən Azərbaycana gətirilən emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar 15 faiz idxal gömrük rüsumundan azad edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin mövcud qərarı ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə düzgün qiymət verilməmiş, qanunun müddəası düzgün tətbiq edilməmiş, aksiz vergisindən azad olmanın yalnız 0,5 karata almaza aid olması ilə bağlı absurd nəticəyə gəlinmişdir. 0,5 karat almazın aksiz vergisindən azad olması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik hələ 30 dekabr 2014-cü İl tarixli 1167- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. 23 fevral 2021-ci il tarixli 266-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmula tlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad olunmuşdur. Əgər dəyişiklik məhz 0,5 karat brilyanta aid olsa idi, onda Vergi Məcəlləsinə edilmiş bu dəyişikliyin heç bir mənası qalmazdı, çünki hələ 2014-cü ildən belə azad etmə mövcud idi. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən, respublikaya gətirilən emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar 15 faiz idxal gömrük rüsumundan azad edilməsi ilə bağlı Nazirlər Kabineti 05 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarının tələblərini is ə ümumiyyətlə nəzərə almamış, bu fakta heç bir hüquqi qiymət verməmişdir. Hazırda Gömrük Komitəsi brilyant məhsullarını məhz aksiz vergisindən və idxal rüsumundan azad olma tətbiq etməklə rəsmiləşdirir. İş üzrə gömrük ödənişləri hesablanarkən Gömrük Komitəsi aksiz vergisindən azad olmanı nəzərə almış, məhkəmə hökmü ilə isə idxal vergisindən azad olma da nəzərə alınmaqla hökm çıxarılmışdır. Hazırda eyni xarakterli cinayət işləri üzrə Gömrük Komitəsi tərəfindən mülki iddialar qaldırılarkən, gömrük ödənişləri aksiz vergisi və idxal rüsumundan azad olma nəzərə alınmaqla hesablanır. Hazırki iş üzrə verilmiş mülki iddiada gömrük ödənişlərinin 63.479 (altmış üç min dörd yüz yetmiş doqquz) manat olduğu göstərilmişdir. Son dəyişikliklər təqsirləndirilən şəxsin xeyrinə olduğundan yenidən hesablama a parılmalı idxal rüsumu və aksiz vergisi üçün hesablanmış 48232,08 (qırx səkkiz min iki yüz otuz iki manat, 8 qəpik) çıxılmalı, yalnız əlavə dəyər vergisi saxlanılmalıdır. Hazırki iş üzrə Məhkum maddi imkanının olmaması səbəbindən mülkiyyətində olan cəmi 96,072 karat olan 570 ədəd müxtəlif ölçülü brilyant daşları gömrük rəsmiləşdİrilməsindən keçirə bilmir və həmin malları geriyə, yəni Türkiyə Respublikasına qaytarmaq niyyətindədir. Mülki iddia məhkəmə tərəfindən təmin olunarsa Məhkum mülkiyyətində olan malları rəsmiləşdimək imkanının olub-olmamasından asılı olmayaraq həmin məbləğin ondan tutulması üçün icra məmuru tərəfindən tədbirlər görülməli olacaqdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasıdır. Dövlət Gömrük Komitəsinin mülki iddiaçı kimi tanınması üçün əsaslar mövcud deyildir. Məh kum Türkiyə Respublikasından gətirdiyi zinyət əşyalarının gömrük rəsmiləşdirməsini aparmaq və ya geri qaytarmaq hüququdur və onun bu hüququnun realizəsi Dövlət Gömrük Komitəsinə hər hansı bir ziyan vurmur. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya qərarın dəyişdirilərək Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddianın rədd edilməsi, iş üzrə maddi sübut kimi tanınmış malların gömrük ərazisindən geri qaytarması üçün mülkiyyətçisi Məhkum qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya ş ikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi bi rinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mülki iddianın təmin edilməsi və əmlakın xüsusi müsadirə edilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azər baycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olm adan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun q ərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 27-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci m addəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.1-ci maddəsində bütün şəxslərin malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malik olduğu göstərilmişdir. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz; Sözügedən Məcəllənin 82.5-ci maddəsinə əsasən Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılı q) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdırılan qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seç imi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad olunmuşdur. Eyni zamanda, Nazirlər Kabineti 05 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi barədə” qərarına əsasən Azərbaycana gətirilən emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar 15 fa iz idxal gömrük rüsumundan azad edilmişdir. "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 02 iyun 2016-cı il tarixli qərarlarındakı mövqeyə görə qaçaqmalçılıq cinayəti törətmiş şəxsin həmin cinayətin predmeti olmuş malların onun özünə qaytarılması üçün gömrük rəsmiləşdirilməsini və ödənişlərin ödənilməsini şəxsin üzərinə vəzifə olaraq deyil, bir növ hüquq kimi müəyyən edilmiş və şəxs həmin mallara sahib çıxmaq istəmədiyi halda, malların sonrakı taleyinin həll edilməsi və tənzimlənməsi qaydası qanunverici tərəfindən müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 214 və 215-ci maddələrinin tələbinə görə: "Maddə

214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi Milli tə hlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: saxta kağız və metal pullar; gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; pornoqrafik materialları və ya əşyalar; gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfində n qadağan olunmuş mallar. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır. Saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir. Maddə

215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının məhdudlaşdırılması Beynəlxalq müqaviləl ərlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər. Bu Məcəllənin 215.1-cü maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir. "Mülki dövriyyənin mü əyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mallarıngömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur.” Göründüyü kimi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi hər bir fiziki şəxsə qanunla qadağan edilməyən malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququ verir və onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmaması halında şəxsə malları gömrük ərazisindən geri qaytarmaq imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ po zulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Dövlət Gömrük komitəsinə hər hansı ziyan dəyməsi müəyyən olunmur, belə ki, şəxsin özünə məxsus malı rəsmiləşdirərək götürməsi onun hüququdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: sərbəst dövriyyəyə buraxılanadək; məhv edilənədək; dövlətin xeyrinə imtina oluna nadək; malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. Beləliklə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi birbaşa şəkildə gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə gömrük rəsmiləşdirilməsinin başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında malların gömrük ərazisindən geri qaytarılması imkanını tanıyır. Beləliklə, yuxarıda şərh olunan qanvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Gömrük Məcəlləsinin 301.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 13 fevral 2018ci il tarixli protokollarla Məhkum götürülmüş ümumi d əyəri 70413 manat, cəmi 96,072 karat olan 570 ədəd müxtəlif ölçülü brilyant daşları Azərbaycan Respublikasından çıxarılması üçün gömrük nəzarəti altında gömrük ərazisindən Məhkum qaytarılmalı, iş üzrə mülki iddia rədd olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində B akı Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci tarixli qərarı mülki iddianın təmin olunması və mülki cavabdeh Məhkum gətirmiş olduğu 70413 manat dəyəri olan brilyant qaşlara görə tutulmalı olan gömrük ödəmələri miqdarında, yəni 63479 manat pul tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsinə dair hissədə ləğv edilsin. Mülki iddia rədd edilsin. Gömrük Məcəlləsinin 301.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 13 fevral 2018-ci il tarixli protokollarla Məhkum götürülmüş ümumi dəyəri 70413 manat, cəmi 96,072 karat olan 570 ədəd müxtəlif ölçülü brilyant daşları Azərbaycan Respublikasından çıxarılması üçün gömrük nəzarəti altında gömrük ərazisi ndən Məhkum qaytarılsın. Geri qaytarma gömrük əməliyyatının icrası və bununla bağlı həyata keçirilməli olan prosedur tədbirlər Dövlət Gömrük Komitəsinə həvalə olunsun. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar