Məhkəmə qərarları › İş №1(102)-1521/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1521/2023

16.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1521/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Mütəllimov Coşqun Akif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim: X10) 24 avqust 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1978-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, İİ qrup əlil, məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, barəsində seçilmi ş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materialların hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X3 və X4 ibarət tərkibdə) 26 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarın 1.1.11-ci bəndində qeyd edilmiş “ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması” və “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 20 21-ci il tarixli, 280 nömrəli Qərarın 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş “2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə icazə verilməsi”, habelə "həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələri” ilə bağlı tələblərini tamah niyyəti ilə qəsdən pozaraq icarəçisi və faktiki rəhbəri olduğu ünvan 3 ünvanında yerləşən "Hollywood Cinema” klubunda 30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub- olmamasının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X11 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri yoxlama tədbirləri zamanı 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən "Hollywood cinema” klubunda kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsi, müştərilərə qəlyan avadanlıqlarının verilməsi aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində klubun qanunsuz fəaliyyətinin qarşısı alınmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməyərək əsassız nəticəyə gəlmiş, ittihamın sübutlarının rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Eləcə də, «Hollywood Cinema» klubunda keçirilmiş əməliyyat tədbirləri zamanı cinayət işinin materiallarına əlavə edilmiş CD çarxdakı 4 saniyə davam edən video görüntüdən görünür ki, ünvan 4 ünvanında yerləşən «Hollywood Cinema» klubunun otağında 2 qadın və 2 kişi olmaqla ümumilikdə 4 nəfər masa ətrafında əyləşmişlər. Polis əməkdaşının “ata adınız” sualına qadınlardan biri «Hüsamettin» deyə cavab verir. Məhkum həmin kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub- olmamas ının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X11 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli qərarı ilə qanuni və əsaslı hesab etdiyi birinci instansiya məhkəməsinin hökmündə xüsusi olaraq vurğulanmışdır ki, Şahid17 və X7 COVİD-19 pasportları olmadığı halda müştəri qismində “Hollywood Cinema" klubuna buraxılması ilə bağlı təqsirləndirilən şəxsə ittiham verilsə də, həmin şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, araşdırmanın ilkin mərhələsində nə izahatları, nə də ki ibtidai istintaq zamanı ifadələri alınmamışdır. Həmin şəxslərin COVİD-19 pa sportları olub-olmadığı, olmadığı təqdirdə səbəbi araşdırılmamışdır. Yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 020-18089-1221 saylı məktubuna istinad edərək və kifayətlənməklə şəxsə əsassız və qanunsuz olaraq ittiham irəli sürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxıl olmuş 15 dekabr 2021-ci il tarixli, 02018089-1221 saylı məktubda göstərilmişdir ki, Şahid17 03 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuş və X18 12 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. Halbuki cinayət işinin materiallarında olan AR DİN tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Şahid17 və Günay Əliyevanın şəxsiyyət ləri müəyyən edilmiş, X18 xx.xx.1993-cü ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, ünvan 5 ünvanında yaşayır (səh 65), sonuncunun adına qapalı məkanlara giriş üçün aktiv İcazə aşkar olunmamışdır (səh 38). Şahid17 xx.xx.1991-ci ildə ünvan 6 ünvanında yaşayır (səh 59), sonuncunun adına qapalı məkanlara giriş üçün aktiv icazə aşkar olunmamışdır. Adıçəkilən şəxslərin araşdırmanın ilkin mərhələsində izahat və ibtidai istintaq zamanı ifadələrinin alınmaması Məhkum həmin xüsusat üzrə irəli sürülmüş ittihamın qanunsuz və əsassız olması demək deyil, belə ki, DİN tərəfindən təqdim olunmuş qeyd olunan sənədlər həmin xüsusat üzrə ittihamı birbaşa təsdiq edir. Belə ki, iş materiallarından görünür ki, Şahid17 hadisədən 4 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə, Günay Əliyeva isə hadis ədən 13 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə 1-ci dozada peyvənd olunmuşdur. Eləcə də, obyektin giriş-çıxışlarında, otaqlarda dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğular (dispenserlərin) yerləşdirilməmişdir və epidemiya əleyhinə rejim pozulmuşdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 saylı Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya m əhlulundan istifadə üçün müvafiq qurğular (dispenserlərin) yerləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispoziyasından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini qəsdən pozmaqdan ibarət ictimai təhlükəli əməl Məhkum icarəçisi və faktiki rəhbəri olduğu ünvan 3 ünvanında yerləşən “Hollywood cinema” klubunda ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəiyan avadanlıqlarının verilməsi, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifad ə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra klubun kabinetlərinə müştəriləri COVİD-19 pasportlarını yoxlamadan buraxaraq orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməsində ehtiva olunur, yəni qəlyan avadanlıqlarının istifadəsinin təşkil edilməsi, qapalı məkanlara COVİD-19 pasportları olmayan şəxslərin buraxılması digər şəxslərin xəstəliyə yoluxması üçün real təhlükənin yaranmasından ibarət hərəkətlər cinayətin törədilməsi forması kimi, daha dəqiq desək karantin rejiminin pozulması üsullarından biri kimi çıxış edir. Karantin qaydalarının pozulması müxtəlif üsullarla törədilə bilər. Misal üçün «covid-19» virusuna yoluxmuş xəstənin müalicə müəssisəsini və ya yaşadığı yeri tərk edib insanlar arasında olması, karantin rejimində xarici ölkədən qayıtmış şəxsin müvəqqəti karantinə cəlb olunması ilə əlaqədar qaydaları pozması, şərtləşdirilmiş karantin rejimi dövründə səlahiyyəti olmayan şəxslərə qanunsuz elektron icazələrin verilməsi və sair. Qeyd olunan cinayətin törədilmə üsullarından biri də qəlyan avadanlıqlarının verilməsi, qapalı məkanlara COVİD-19 pasportları olmayan şəxslərin buraxılması formasında təzahür edir. Buna görə də Məhkum törətdiyi ictimai təhlükəli əməl Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tam əhatə olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətin ə səbəb olur. Yəni, həmin maddədə nəzərdə tutulmuş cinayət formal tərkibli cinayətdir və başqa şəxs(lər)in yoluxması üçün təhlükənin yarandığı andan başa çatmış hesab olunur. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Həm məhkəmə iclasında, həmçinin ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8, X6, X12 və iş üzrə digər şahidlər ifadələrində göstərmişdilər ki, COVİD19 pasportlarının olub-olmaması yoxlanmamışdır.Beləliklə, məhkəmə bəraət hökmü çıxararkən hansı əsaslara istinad etməsini müəyyən edə bilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya ins tansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxsin və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu M əcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə a id edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin d əlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandır ılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda i sə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azə rbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Məhkum t örətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Belə ki, Məhkum elan edilmiş ittihama əsasən o, xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, belə ki, Məhkum Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 saylı Qərarın 1.1.11-ci bəndində qeyd edilmiş "ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması” və "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 2021-ci il tarixli, 280 saylı Qərarın 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş "2021-ci il oktyabrın 1-dən etibarən istira hət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə icazə verilməsi”, habelə "həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələri” ilə bağlı tələblərini tamah niyyəti ilə qəsdən pozaraq icarəçisi və faktiki rəhbəri olduğu ünvan 3 ünvanında yerləşən "Hollywood Cinema” klubunda 30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00- dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X11 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri yoxlama t ədbirləri zamanı 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanında yerləşən "Hollywood Cinema” klubunda kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsi, müştərilərə qəlyan avadanlıqlarının verilməsi aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində klubun qanunsuz fəaliyyətinin qarşısı alınmışdır. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiyaKommunikasiya İdarəsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 020-18089-1221 saylı məktubda göstərilmişdir ki, Şahid9 26 iyul 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD19) infeksiyasına yoluxmuş və 09 sentyabr 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Şahid9 heç bir dozada pe yvənd olunmamışdır. X19 01 sentyabr 2021-ci il və 02 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X23 30 iyul 2021-ci il və 13 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X28 14 sentyabr 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 28 sentyabr 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Anar Osmanov 03 sentyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur, X24 27 may 2021-ci il və 24 iyun 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X20 09 avqust 2021-ci il və 07 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Şahid8 19 iyul 2021-ci il və 30 avqust 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X25 21 avqust 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 04 sentyabr 20 21-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Ayşən Rəsulova 05 iyul 2021-ci il və 17 avqust 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X13 25 avqust 2021-ci il və 25 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Şahid17 03 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. Şahid6 28 avqust 2021-ci il və 15 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X14 03 avqust 2021-ci il və 01 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd öiunımuşdur. X15 21 sentyabr 2021-ci il və 23 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X8 10 sentyabr 2021-ci il və 08 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X16 23 avqust 2021-ci il və 20 sentyabr 2021ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X18 12 noyabr 2021-ci il tarixdə 1 d ozada peyvənd olunmuşdur. X21 03 sentyabr 2021-ci il və 01 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Məhkum 01 sentyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. Şahid7 28 mart 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 11 aprel 2021 -ci il tarixdə onun müalicə müddəti bitmişdir. Şahid7 20 oktyabr 2021 -ci il və 17 noyabr 2021 -ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X6 yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı heç bir dozada peyvənd olunmamışdır. X26 01 aprel 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 15 aprel 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Vüsal Həsənov 04 oktyabr 2021-ci il və 01 noyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X29 10 iyun 2021-ci il v ə 08 iyul 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Teimur Giulakhmedov 23 iyun 2021-ci il və 27 iyul 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin qeyd edilən maddəsi epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejiminin pozulması ictimai təhlükəli əməl kimi müəyyən edir. Epidemiya yoluxucu xəstəliyin müəyyən ərazidə adi haldakı vəziyyətlə müqayisədə daha yüksək miqyasda yayılması deməkdir. Pandemiya epidemiyanın daha çox ərazini əhatə etməsi, dünya miqyasıda yayılmasıdır. Şərh olunan maddədə rejim dedikdə yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqanların tətbiq etdiyi kompleks məhdudlaşdırıcı, profilaktik, digər tənzimləyici tədbirlərin sistemi başa düşülür. İstər epidemiya əleyhinə rejim, istər sanitariyagigiyena rejimi, istərsə də karantin rejimi insanlar arasında müxtəlif xəstəliklərin yayılmasının (epidemiyanın) qarşısının alınmasına, lokallaşdırılmasına və aradan qaldırılmasına yönəldilən, normativ aktlarla müəyyən olunan konkret davranış qayda və tələbləri özündə ehtiva edir. Karantin rejimi xəstəliyə yoluxmuş şəxsin (şəxslərin), onun (onların) olduğu məkanın, ünsiyyətinin məhdudlaşdırılması, yaxud həmin şəxsin (ş əxslərin) tamamilə təcrid edilməsini nəzərdə tutan konkret tədbirləri əhatə edir. İstənilən halda rejim qaydalar, tədbirlər, tələblər sistemidir. Elan edilmiş rejimin başlanma anı, davam etməsi müddəti və başa çatma anı da səlahiyyətli orqanların qərarlarında (sərəncamlarında) öz əksini tapır. Yalnız elan olunmuş müddət ərzində rejim qaydalarının pozulması Cinayət Məcəlləsinin 139-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yarada bilər. Rejimin pozulması dedikdə, qanunvericiliklə müəyyən olunmuş qaydalara, tələblərə riayət edilməməsi başa düşülür. ”Sanitariya və epidemioloji salamatlıq haqqında” Qanunun 3-cü maddəsinə görə sanitariya normaları və qaydaları, gigiyena normativləri ətraf mühit amillərinin insan üçün təhlükəsizliyi və ya zərərsizliyi meyarlarını və insanın həyat və f əaliyyəti üçün əlverişli şərait yaradılması tələblərini müəyyən edən normativ aktdır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması həm hərəkətlə, həm də hərəkətsizliklə törədilə bilər. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaradır. Bu maddədə xəstəliklər dedikdə fiziki təmasla, havadamcı yolu ilə, su ilə, ərzaqla və sair yollarla insana keçən yoluxucu, parazitar xəstəlik,habelə istənilən kütləvi qeyri-yoluxucu xəstəlik başa düşülür. Belə xəstəliklərə taun, ”İspan qripi”, koronavirus (COVİD-19) və sair aiddir.Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün yayılan xəstəliyin yoluxucu və ya qeyri-yoluxucu olmasının, habelə bir və ya bir neçə xəstəliyin yayılmasının hüquqi əhəmiyyəti yoxdur. Şərh olunan maddədə xəstəliklərin yayılması dedikdə, rejim qaydalarının pozulması nəticəsində ən azı iki adamın xəstəliyə tutulması başa düşülür. Bir adamin xəstəliyə tutulması xəstəliyin yayılması anlamına gəlmir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulmasının xəstəliklərin yayılması üçün real təhlükə yaranması dedikdə xəstəliyin insana keçməsi üçün əlverişli şəraitin meydana gəlməsi başa düşülür. Məsələn, havadamcı yolu ilə yoluxucu xəstəliyə tutulmuş şəxsin onunla birgə yaşayan şəxslərlə eyni otaqda qalması, həmin şəxslərlə bir metrdən də az məsafə saxlaması, ünsiyyət zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (t ibbi maska, parça maska, respirator və sair) istifadə etməməsi, fiziki təmasda olması xəstəliyin yayılması üçün real təhlükə doğurur. Xəstəliyin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması arasında səbəbli əlaqə müəyyən edilməlidir. Yəni xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması məhz rejim qaydalarının pozulmasından irəli gəlməlidir. Rejim qaydaları pozulsa da, xəstəliklərin yayılmasına səbəb olmazsa və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmazsa,Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə məsuliyyət istisna olunur. Yaxud əksinə, xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması rejim qaydalarının pozulmasından irəli gəlmirsə, bu, şərh olunan maddə ilə cinayət məsuliyyətinə səbəb olmur. Şərh olunan maddədə əks olunan cinayət maddi tərkiblidir və rejim qaydalarının pozulmasının xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasi ilə nəticələndiyi andan başa çatmış sayılır. Xəstəliklərin yayılması nəticəsində insan ölümü zəruri şərtlər olduqda 139-1.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Rejim qaydalarının pozulması xəstəliklərin yayılmasına səbəb olmazsa və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmazsa, şəxs cinayət məsuliyyətinə deyil, Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində təsbit olunan cinayət su byektiv cəhətdən təqsirin qəsd formasinda törədilir. Cinayət Məcəlləsinin 24.2-ci maddəsinə istinad etməklə qeyd edilməlidir ki, bu cinayət ehtiyatsızlıqla törədilə bilməz. Şəxs həm epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında ifadə olunan əməlinin, həm də belə pozuntuların xəstəliklərin yayılmasına səbəb olmasının və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasının ictimai təhlükəli olduğunu bilir, rejim qaydalarınıın pozulması və belə pozuntular nəticəsində xəstəliklərin yayılmasını və ya xəstəliklərin yayılmasını və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasını arzu edir (birbaşa qəsd), yaxud həmin nəticələrin baş verməsinə şüurlu surətdə yol verir(dolayı qəsd). Şəxsin cinayətin nəticəsinə - xəstəliklərin yayılmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasına psixi münasibəti təqsirin ehtiyatsızlıq formasında da ola bilər (şəxs rejim qaydalarının pozmasının xəstəliklərin yayılmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onlara lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, görmür). Həmin halda təqsiri olmadığına görə şəxsin cinayət məsuliyyəti istisna olunur. Şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun tərəfindən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozan hərəkətlərin törədilməsi ilə yanaşı, həmin hərəkətlər nəticəsində xəstəliklərin yayıl ması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən edilməlidir. Göründüyü kimi qeyd edilən cinayət tərkibinin yaranması üçün ya karantin rejimini pozan əməl nəticəsində başqa şəxsin xəstəliyə yoluxması baş verməli və ya bu əməl nəticəsində xəstəliklərin yayılması üçün real təhlükə yaranmalıdır. Real təhlükənin yaranması dedikdə, əməl nəticəsində belə bir halın əmələ gəlməsi başa düşülür ki, həmin hal öz-özlüyündə xəstəliyin yayılmasına birbaşa səbəb olsun, lakin əməli törətmiş şəxsin özündən asılı olmayan bu və ya digər səbəblərdən, o cümlədən təsadüfi amillərə görə xəstəliyin yayılması baş verməmişdir. Şəxs tərəfindən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozan hərəkətlərin törədilməsi və onun bu hərəkətləri nəticəsində xəstəliklər in yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən olunmamış və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ittiham aktının nəticə hissəsində Məhkum Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 saylı Qərarın 1.1.11-ci bəndində qeyd edilmiş "ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması” və "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 2021-ci il tarixli, 280 saylı Qərarın 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş "2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə icazə verilməsi”, habelə "həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələri” ilə bağlı tələblərini tamah niyyəti ilə qəsdən pozaraq icarəçisi və faktiki rəhbəri olduğu ünvan 4 ünvanında yerləşən "Hollywood Cinema” klubunda 30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qa palı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X11 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratması göstərilsə də, həmin real təhlükənin nədən ibarət olması əsaslandırılmamışdır. Belə ki, qeyd edilən qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanları nın, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməsi xüsusi karantin rejimi qaydalarının pozulmasına dəlalət etsə də, real təhlükənin mövcudluğu halı müəyyən edilməmişdir. İş materiallarından şəxslərin hər hansı birinin 30 oktyabr 2021-ci il tarixdə və həmin tarixdən sonra qeyd edilən tarixdə xüsusi karantin rejiminin pozulması səbəbindən yoluxucu xəstəliyə tutulması və ya xx.xx.2021-ci il tarixdə onlardan ("Hollywood Cinema” klubunda olan şəxslərdən) hər hansı birinin yoluxucu xəstəliyinin olmasına baxmayaraq digər şəxslərlə eyni otaqda olması, həmin şəxslərlə bir metrdən az məsafə saxlanılması, fiziki təmasda olması və digər bu kimi real təhlükə yaradan hallar aşkar edilməmiş, həmçinin işdə zərərçəkmiş şəxslərin olması, kimlərinsə "COVİD19” infeksiya ilə yoluxması, qəlyandan istifadə edən şəxslərin "COVİD19” infeksiyası ilə yoluxmuş olması, ümumiyyətlə klubda yoluxmuş şəxsin olması və bunun yayılması üçün real təhlükənin olmasına dair faktlar mövcud deyil. Başqa sözlə karantin rejimini pozan hərəkətlərin törədilməsi nəticəsində xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması halları mövcud olmamışdır. Belə olan halda aşağı instansiya məhkəmələrinin şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 139-1.1-c i maddəsinin tərkibini yaratmaması barədə qənaəti əsaslıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddəa 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan biri digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühaki mə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəb ər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum aşağı instansiya məhkəmələri ona əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuş və bu nəticənin qanuniliyi və əsaslılığı məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsaslanır. Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymə tləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən əldə edil miş sübutlar əsasında CM-in 139-1.1-ci maddəsi ilə ittiham elan edilməsinə yuxarıda təsvir edilən cinayət təqibi icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalara, o cümlədən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinə, nəticə etibarı ilə İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz və buna görə də Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibinin olmadığı üçün bəraət verilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apel lyasiya məhkəməsinin mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İns an Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən əməlində c inayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunun dan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Sadalananlara münasibətdə kassasiya məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin əməlində cinayət tərkibinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Məhkum ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi ilə bağlı hər hansı sübut toplanmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar Məhkum əməlində cinayət tərkibinin olmasını təsdiq etmir. İş materiallarına əlavə olunmuş sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlməsi barədə qənaəti əsaslıdır. Apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya p rotestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar