Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1521/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 1(008)121/2024 nömrəli (hakim: İmanova Nigar Arzu qızının sədrliyi) hökmü ilə 6 sentyabr 1990-cı il tarixdə x rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla xxx nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 1(010)-550/2023 nömrəli hökmünə əsasən CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum hazırki cinayət işi üzrə 6 iyun 2023-cü il tarixdən 8 iyun 2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 3 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum e tmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 iyun 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 1(010)-550/2023 nömrəli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olmasının nəzərə alınması, Məhkum CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə xərcləri məsələsi həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərə findən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli 1(103)-632/2024 nömrəli (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimli İbrahim Adil oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir, оna görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,200 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 6 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara boz rəngli şalvarın sağ yan cibindən 5 ədəd sellofan bükümdə ayrı ayrılıqda t əmiz çəkiləri 0,281 qram, 0,256 qram, 0,211 qram, 0,222 qram, 0,230 qram, ümumi təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, apellyasiya instansiya məhkəməsi isə gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, əməlin töv sifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, istintaq-məhkəmə təcrübəsindən məlumdur ki, üzərindən bükümlər halında narkotik vasitə və ya psixotrop maddələr aşkar edilmiş təqsirləndirilən şəxslər CMin 234.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq məqsədilə həmin narkotik vasitələrin şəxsi istifadə üçün əldə etməsi barədə ifadələr verirlər. Göstərilən bu hal təqsirləndirilən şəxs Məhkum ifadələrində səmimi olmadığını göstərir, xüsusən də bu üsuldan istifadə edərək guya psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyinə məhkəməni inandırmağa çalışmışdır. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs psixotrop maddəni bir neçə dəfə istifadə etmək məqsədi ilə almasının səbəbini hər d əfə gedib psixotrop maddəni götürməsinin riskli olması ilə əlaqələndirməyə çalışsa da, məhkəmə onun həmin maddəni - 5 bükümü əldə etdiyi gündən, yəni 3 iyun 2023-cü il tarixdən (öz ifadəsinə əsasən) 3 gün ərzində istifadə etməməklə üzərində saxlayaraq daşımasına əhəmiyyət verməmiş, təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadəsini əsas götürmüşdür. Belə ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni isə satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmaq, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıc ı hesab olunmamalıdır. İşin hallarından görünür ki, Məhkum Şahid1 evində kirayədə yaşamış və münasibətləri olmuşdur. Məhkəmə baxışı zamanı isə Şahid1 ifadəsinin dəyişmə səbəbini göstərə bilməmiş, guya ifadəsinin təhrif edildiyini əsas gətirmiş, bununla da Məhkum məsuliyyətdən kənarda qalması üçün onun lehinə ifadə vermişdir. Qeyd edək ki, təqsirləndirilən şəxs heç bir yerdə işləmir, qazancı yoxdu, lakin qumar oynayır və hətta 75, 100, 350 manat olan ödənişləri qumar oyununda qalib gələn şəxslərin hesabına göndərir. Təbii ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə ittiham olunmamaq üçün özünü müdafiə xarakterli qumar oynadığını və iş materiallarında olan qəbzlərin də həmin pullarla bağlı olduğunu bildirmişdir. Məhkəmə isə məhkumun ifadəsini əsas götürmüş, həmin halları araşdı rmamışdır. Hazırkı iş üzrə Məhkum satış məqsədilə əldə edərək üzərində saxladığı metamfetaminin miqdarı xeyli miqdardan təxminən 8 dəfə artıq olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya protestinin dəlillərinə uyğun çıxış edərək, verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən a zından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın l əğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin m övcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas o lan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirlə ndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaq ında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, biri nci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tam tapmamış, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də qeyd olunan nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəl illərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinay ət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını, psixotrop maddənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlı ğın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş “Redmi 10A” markalı mobil telefon İMEİ 1 - **********78120, İMEİ 2 **********78138 saylıdır və üzərində Azerfon mobil şəbəkəsinə məxsus işlək olmayan simkart vardır. Mobil telefonun “Zənglər” bölməsinə daxil olduqda 5 iyun 2023-cü il tarixdə kontaktlar siyahısında “Baba” adı ilə qeydə alınmış İran İslam Respublikası mobil şəbəkəsinə məxsus +98 914 *** **** mobil nömrədən daxil olmuş buraxılm ış zənglər olması müəyyən edilmişdir. Mobil telefonda quraşdırılmış “Whatsapp Business” mobil tətbiqinin deaktiv olduğu müəyyən edildiyindən həmin tətbiqə daxil olmaq və məlumatlar əldə etmək mümkün olmamışdır. Telefonun “Qalareya” bölməsində olan fayllara baxan zaman iş üzrə sübut əhəmiyyətli məlumatlar aşkar edilmişdir. Belə ki, “Qalareya” bölməsində saxlanılmış fotoşəkillərdə sonradan mobil telefonun fotoredaktor funksiyası ilə müəyyən yerləri bildirən istiqamətləndirici işarələr əlavə edilmişdir. “Qalareya” bölməsində “WhatsApp” mesajlaşma proqramın söhbətlər pəncərəsindən əldə edilmiş ekran görüntüsündən görünür ki, “Baba” adı ilə qeydə alınmış kontaktla söhbət pəncərəsində ‘‘texnikuma tərəf gedəndə solda EKO MEN kişi geyimləri magazasi ile uzbeuz yolda ara mehleye girir duz gelir son ra balaca dongeye girir dongeden ci xanda uzbeuz 10m qabağda balaca Palma kollari gorecek ortadaki palmanin arxasinda 5k3p” məzmunlu yazılar, psixotrop maddələrin' əvvəlcədən qoyulduğu yerləri göstərən istiqamətləndirici işarələrin əks edildiyi fotoşəkillərin olması müəyyən edilmişdir. Bundan başqa, “Qalareya” bölməsində müxtəlif ərazilərdə müxtəlif məbləğdə pulların bank kartlarına ödənilməsini əks etdirən qəbzlərin fotoşəkilləri müəyyən edilmişdir. Mobil telefonun “Mesajlar” bölməsinə baxış zamanı hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin sorğusuna əsasən müstəntiq tərəfindən məhkəməyə təqdim edilmiş Məhkum üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilmiş, mobil telefonun qovluq bölməsində olan fotoşəkillərdə olan həmin “WhatsApp” yazışmasının və ps ixotrop maddələrin əvvəlcədən qoyulduğu yerləri göstərən istiqamətləndirici işarələrin olduğu fotoşəkillərin əks olunduğu ekran görüntüsünün 21 may 2023-cü il tarixdə ekrandan “screen” edilərək saxlanıldığı, yazışmaların yuxarısında olan tarix hissəsində isə “son görünmə bugün 19:17” əks olunmuşdur ki, bu da həmin yazışmanın və fotoşəkillərin 21 may 2023-cü il tarixə aid olmaqla hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmamasına dəlalət edir. Odur ki, psixotrop maddənin özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən pul müqabilində alınması cinayət işi üzrə toplanılmış sübutlarla təsdiqi tapsa da, Məhkum tərəfindən ondan aşkar edilmiş psixotrop maddələri satış məqsədilə əldə etməsinə dəlalət edən hər hansı bir sübut aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin onu qeyd etmə yi zəruri hesab edir ki, 6 iyun 2023-cü il tarixli raportdan və “Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında” həmin tarixli qərardan müəyyən olunur ki, Məhkum barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə yox, psixotrop maddələri saxlaması və daşıması ilə bağlı olmuş və o, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şəxsi axtarış və götürmə zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş, o, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində Məhkum nəinki narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını bilməmiş və hiss etməmiş, ümumiyyətlə Xin özünün psixotrop maddələrdən istifadə etməsindən məlu matsız olmuşdur. Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə elаn edilmiş ittihаm üzrə, üzərindən aşkar olunmuş 5 ədəd sellofan bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir neçə dəfə istifadə etməsi üçün birdəfəlik çox miqdarda aldığını, psixotrop maddəni bir neçə dəfə istifadə etmək məqsədi ilə almasının səbəbinin hər dəfə gedib psixotrop maddəni götürməsinin riskli olması ilə əlaqədar olduğunu və onun satışı ilə məşğul olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olunmur. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istint aq orqanının qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş psixotrop maddəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, y əni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində müəyyən olunmuş psixotrop maddənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsəd i olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilmədiyindən və psixotrop maddənin hazırlanması üçün avadanlıq aşkar edilmədiyindən, onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin 5 (beş) ədəd sellofan bükümdə saxlanılması, ümumiyyətlə psixotrop maddənin çox saylı xırda bağlamalara bükülməsi halı haqlı olaraq sonuncunun həmin psixotrop maddəni satmaq niyyətində olmasına əsas verən hal kimi qəbul olunmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM -in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apel lyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1521/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1521/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver