Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1522/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 03 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov X3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Cəbrayılov) 17 fevral 2021-ci il tarixli 1(073)-72/2021 nömrəli hökmü ilə 16 sentyabr 1996-cı ildə Cəlilabad rayonunun Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Zəhmətabad kəndində qeydiyyatda olan, Cəlilabad şəhəri, M.Hadi küçəsi, 11 saylı evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istint aq zamanı həbsdə qaldığı 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,379 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri, M.Ha di küçəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman həmin heroin üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)382/2021 nömrəli, 03 may 2021-ci il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 03 may 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, məhkəmlər iş üzrə təqsirləndirilən şəxs Məhkum cəza təyininə dair hissədə əsassız qərar qəbul etmişlər. Belə ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və c inayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İşin hallarından isə görünür ki, birinci və apelyasiya instansiya məhkəmələri iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Məhkəmlər təmiz çəkisi 1,379 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sona dək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əsassız olaraq 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizliyə ziyan vuraraq CM-in 234.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Belə ki, Məhkum cəza təy in edilərkən CM-in 59.2-ci maddəsinə əsasən, onun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. Sadalanan yüngülləşdirən hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Göründüyü kimi, məhkəmə, Məhkum cəza təyin edilərkən CM-in 59.2-ci maddəsinə əsasən, onun ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin, məhkəmə nəzərdən qaçırmışdır ki, CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi təsbit edilmişdir. Həmin maddənin mənasına görə bu növ cinayətlərin t örədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai-təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habel ə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Məhkəmə Məhkum ilk dəfə cinayət törətməsini cəza təyini zamanı yüngülləşdirən hallardan biri kimi göstərsə də, nəzərə almamışdır ki, CM-in 14.1-ci maddəsinə görə Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni qeyd olunan maddənin məzmunundan da, anlaşıldığı kimi, cinayət Qanunvericiliyi cəza təhdidi altında qadağan olunmuş istənilən ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsini ilk dəfə törədilməsindən asılı olmayaraq cinayət hesab edir. Buna görə də, məhkəmə Məhkum əvvəllər məhkum olunmamasını y üngülləşdirici hal kimi hökmün təsviriəsaslandırıcı hissəsində qeyd etsə də, həmin hissədə hökmün obyektiviyini təmin edə bilməmişdir. İş materialları ilə təsdiq olunduğu kimi, Məhkum az ağır cinayət əməlini törətmiş və bu heç də hadisələrin təsadüfi axarı zəminində baş verməmiş, Məhkum cinayət törətməyə görə əvvəllər məhkum olunmaması, ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirən, onun tərəfindən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işin digər faktiki hallarını heç də dəyişdirməməklə yanaşı, həmin halların mövcudluğunu aradan qaldırmamışdır. Ona görə də, məhkəmənin Məhkum ilk dəfə cinayət törətməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan başqa, məhkəmə, Məhkum törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə artıq açılmış cinayət əməlini etiraf edib, səmimi peşman olması barədə bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Bundan əlavə, Məhkum cəza təyin edilərkən CM-in 59.2-ci maddəsinə əsasən, onun müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmışdır. Məhkəmə Məhkum müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun kimin tərəfindən, hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin ol masını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Həmçinin, müsbət xasiyyətlənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxsin davranışı zərərçəkmiş şəxsə zor göstərməsi nəticəsində ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətməkdən ibarət olmuşdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq onun hansı cəhətlərinə görə müsbət səciyyələnməsini və bu halların konkret olaraq nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının motivlərini və belə bir nəticəyə gəlməsinin səbəblərini qərarda göstərməmiş və əsaslandırmamışdır. Buna görə də qeyd olunan hal əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Lakin məhkəmələr Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların nəzərə alsalar da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişlərr. Beləliklə də, məhkəmə yüngülləşdirici halların məcmusunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını və iş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş c əza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə isə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, nəticədə əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə o laraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olu nan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkuml ar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə ə sasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddə alarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düz gün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq olaraq hökm və qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət törətməsini, müsbət xarakterizə olunmasını və əməlindən peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məc əllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir və bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək olmaz. Belə ki, iş materiallarından görünür ki, Məhkum şəxsi istifadə üçün qanunsuz əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə olan heroin miqdarı 1,379 qram olmuşdur. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsin i müzakirə edərək qeyd edir ki, həmin cinayət əməli analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir. Cinayət işi üzrə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası məhkumun şəxsiyyətini xarakterizə edən bu halların onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınması üçün əsas görməsə də və kassasiya protestinin bu dəlili ilə razılaşsa da, məhz məhkumun şəxsiyyətini və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini zəruri saymır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sa yır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Qərardan görünür ki, məhkəmə Məhkum təy in edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razı laşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2021-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1522/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1522/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver