Məhkəmə qərarları › İş №1(102)-1523/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1523/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1523/2021 12.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və zərərçəkmiş şəxs X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəmə sinin cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Vədadi oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova) 1(058)-05/2021 nömrəli 11 fevral 2021-ci il tarixli hökmü ilə 11 iyul 2000-ci il tarixdə Samux rayon Alabaşlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Samux rayonunun Alabaşlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə k i, o, 23 may 2020-ci il tarixdə saat 19 radələrində Samux rayonu, Alabaşlı qəsəbəsi ərazisində dəmiryol xəttinin üstündən piyadalar üçün nəzərdə tutulan yerin qarşısında Zərərçəkmiş şəxs Vədadi oğlunun özünə məxsus avtomobili saxlamasına görə aralarında sözlə yaranmış mübahisə nəticəsində narazılığa aydınlıq gətirmək üçün hər ikisi oradan təxminən 400-500 metr məsafədə, yaşayış sahəsindən aralıda olmaqla, otlaq və əkin sahəsinə gedən torpaq yolda Zərərçəkmiş şəxs Vədadi oğluna yumruğu ilə sifət nahiyəsindən və bədənin müxtəlif yerlərinə bir neçə dəfə qəsdən vuraraq ona sağ gözaltı nahiyəsinin qançır-şişkinliyi (əzniyi), sol əlin sıyrığı yarasından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Gəncə Apellyasiya Məh kəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-209/2021 nömrəli 03 iyun 2021-ci il tarixli qərarı ilə Samux Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs Y.V.Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs Vədadi oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilsin və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs Vədadi oğlu kassasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, apellyasiya insta nsiyası məhkəməsinin qərarı əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Məhkum şəxsiyyətini xarakterizə edən faktlardan biri budur ki, o, tüfeyli həyat tərzi keçirir, indiyədək heç bir faydalı əməklə məşğul olmamışdır. Məhkum kənd cavanlarını başına yığıb əlində təsbeh oynada-oynada onlara cinayətkar aləmdən “maraqlı” söhbətlər edir. Həmişə o, üstündə soyuq silah olan bıçaq gəzdirir. Bununla da, kənddəki cavanların tərbiyəsinə mənfi təsir göstərir. Ona qarşı törətdiyi cinayətdən sonra polisə müqavimət göstərdiyinə görə 10 gün inzibati həbslə cəzalandırılmışdır. O, bir neçə dəfə oğurluqda şübhəli şəxs kimi saxlanıİmışdır. Ona qarşı etdiyi cinayəti səmimi peşman olduğu üçün deyil, kənddə özü kimilərin yanında “cəsarəti" ilə lovğalandığı üçün etmişdir. O, necə peşman olub ki, camaat aras ında məni vurması ilə və nəticədə azadlıqda qaldığına görə fəxrlə danışır. Məni haradasa da görəndə tənəli sözlər deyir. Apellyasiya şikayətini verdiyindən xəbər tutanda məni ağır söyüşlərlə təhqir edib dedi ki, əgər mənə həbs cəzası versələr səni vurub gedəcəyəm. Bundan başqa nə birinci instansiya məhkəməsi öz hökmündə, nə də apellyasiya məhkəməsi öz qərarında əməli ağırlaşdıran hal kimi Məhkum olmasını göstərməmişlər. Beləliklə də, məhkəmələr birbaşa cəzanın ağırlığına təsir edən halı nəzərə almadan və işin faktiki hallarına uyğun olmayan əməli yüngülləşdirən yalançı hallara əsaslanmaqla, cinayət qanunu normasını düzgün tətbiq etməyərək, cinayətin ağırlığına uyğun olmayan cəza təyin etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinin tələbini pozmuşlar. Bunu nla da, məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə cəza təyini məsələsini müzakirə edərkən yalnız təqsirləndirilən şəxsin mənafeyini əsas götürmüş, zərərçəkmişin maraqlarını nəzərə almamışdır. Belə ki, Məhkum verilən cəza ilə razı deyil. Hesab edir ki, verilmiş cəza, qanunda nəzərdə tutulan cəzanın məqsədinə uyğun deyildir və ədalətin bərpasına yönəlməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin və Zərərçəkmiş şəxs çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, təyin olunmuş cəza məhkumun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun gəlməyən açıq- aydın yüngül olmuşdur. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarına əsasən nəticəyə gəlmişdir ki, şikayətin dəlilləri əsassızdır. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorun dəlillərinə münasibət bild irərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Məhkum əməlini etiraf edib hərəkətindən peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü də yişdirilmədən saxlamış və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qərarı əsaslandırmışdır. Məhkəmə kollegiyası da işə baxan apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının hə yata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanı yüngül hesab etmək olmaz, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən görünür ki, azadlı qdan məhrum etmə cəzası sərtliyinə görə ən sərt cəza növüdür. Zərərçəkmişin məhkuma mütləq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş ci nayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenumunun qərarının tövsiyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların işığında ona təyin edilən 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını əsaslı və kif ayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, işin hallarını, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Vədadi oğlu tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxs Vədadi oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar