Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1523/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli q ərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Rasim Sadıxov) 09 dekabr 2022-ci il tarixli, 1(101)1463/2022 nömrəli hökmü ilə 15 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi ev 25-də qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onu 10 iyun 2021-ci il tarixdən 10 yanvar 2022ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay müddət ona təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 09 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 09 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd sellofan parçasına bükülü vəziyyətdə kustar üsulla hazırlanmış 1,362 qram təmiz çəkidə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və bir ədəd sellofan parçasına bükülü vəziyyətdə 10,440 qram təmiz çəkidə, külli miqdarda qəhvəyi rəngli, toz şəkilli narkoti k vasitə heroin əldə edərək 10 iyun 2021-ci il tarixədək üzərində saxlamaqla, daşımış, həmin tarixdə saat 20 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsindəki evinin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb Xəzər RPİnə gətirilərək orada üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan açıq boz rəngli şalvarın sol yan cibindən yuxarıda göstərilən narkotik vasitə-heroin, psixotrop maddə-metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İbrahim İbrahimli) 28 mart 2023-cü il tarixli, 1(103)-475/2023 nömrəli qərarı ilə Ba kı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 1(101)-1463/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri ona nisbətən ağır cəza təyin etmişlər. Belə ki, məhkəmə hökmünə əsasən, ibtidai istintaqın saxta, qeyri-obyektiv və əsassız, heç bir mötəbər sübutlara əsaslanmayan hökm çıxarmaqla məhkumun qanunla qorunan müvafiq hüquqları pozulmuşdur. Məhkumun hər iki valideynini itirməsi, yaşlı və ağır xəstə olan nənəsinin və 1-ci qrup əlil olan dayısının onun himayəsində olduğunu, həmçinin özünün də bel-onurğa və fəqərə qaçması, bel yırtığı, ağır beyin və onurğa xəstəliyindən əziyyət çəkdiyini, hərəkət məhdudluğundan əziyyət çəkməsi və vəziyyətinin gündən-günə pisləşməsi, maddi və sosial durumunu nəzərə alaraq əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234-1.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətində cinayət işinə baxarkən prosessual pozuntulara yol verilməsi barədə qeyd etsə də, konkret olaraq həmin pozuntuların nədə ifadə olunması göstərməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçılarının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırki cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. İş materiallarından görünür ki, Məhkum törətmiş old uğu cinayət əməli onun cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarına riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin aşkar edilməsi zamanı, axtarış, baxış və götürmə istintaq hərəkətləri zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları qanuni hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılma sında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual pozuntularla bağlı dəlili əsasız hesab edir. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, onun narkotik vasitəni satmaq niyyəti olmamışdır. Buna baxmayaraq, istintaq orqanı və məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişlər ki, narkotik vasitə onun tərəfindən satış məqsədi ilə əldə edilmiş və saxlanmışdır. Bununla əlaqədar məhkəmə kollegiy ası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyəti ndən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayətinin əməlin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Apellyasiya instansiyası üzrə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri qismində göstərilən “Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut edən hər hansı bir sübut, yəni “SMS”, telefon danışıqları və ya şahidlər ümumiyyətlə yoxdur” mülahizəsinə mün asibətdə qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi məhkum edilmiş şəxsin ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Bundan əlavə, ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin üzərindən aşkar olunaraq götürülən maddələrin müxtəlif növ, yəni narkotik vasitə və psixotrop maddələrə aid olduğu, narkotik vasitə heroinin külli miqdarda olması və üzərindən bir ədəd elektron tərəzinin də aşkar edilməsini onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlaması qənaətində olduğunu qeyd etmişdir. Məhkəmə kollegi yası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddəsi ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ona ağır cəza təyin edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə almış və CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə аzаdlıqdаn məhrumetmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum qanunsuz olaraq eldə etdiyi psixotrop maddə-metamfetaminin miqdarı 1,362 qram və narkotik vasitə-heroin narkotik vasitə heroinin miqdarı 10,440 qram olmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən işin halları və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmışdır. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, Məhkum barəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyə n edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli, 1(103)-475/2023 nömrəli qərarı dəyişdirilmədən s
Məhkəmə qərarları › İş №1(102)-1523/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1523/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver