Məhkəmə qərarları › İş №1(102)-1524/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1524/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1524/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev (məruzəçi) və Bilal Məmmədovdan ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli, 1(091)-136/2022 nömrəli hökmü ilə, xx xxxxxxxx 2006-cı il tarixdə Rusiya Federasiyasının Novosibirsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocalı şəhərində qeydiyyatda olmaqla, faktiki olaraq Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi, 82A ünvanında müvəqqəti məskunlaşmış, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 19 noyabr 2021-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X3 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin mart ayının əvvəlində bibisi oğlu X3 ilə sonuncunun yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi A 78 ünvanının yaxınlığında olarkən həmin vaxt tikinti aləti - rəngsaz malasını həmin ünvandan götürməyə gələn qonşuluqlarında yaşayan aşkar surətdə on dörd yaşına çatmayan - xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs görüb, bibisi oğlu Orxan Kərimovla razılaşaraq cinayət əlaqəsinə girib, Zərərçəkmiş şəxs həyətə keçib həmin rəngsaz malasını toyuq hininin içə risində olan taxta materiallı sandıqdan götürməsini təklif etmiş, sonuncunun içəri daxil olmasına nail olduqdan sonra cinayətkar əlaqəsində olduğu bibisi oğlu X3 ilə birlikdə aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi və ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, öz hərəkətlərini tam ölçüb-biçmək və hərəkətlərini tam idarə etmək, habelə ona qarşı törədilmiş əməlin mahiyyətini və ağırlıq dərəcəsini tam dərk etmək iqtidarında olmadığına görə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bu vəziyyətindən istifadə etməklə, onun hər iki əlini tutub, müqavimət göstərməsinin qarşısını alaraq, ona qarşı zor tətbiq etdikdən sonra Orxan Kərimov onun əynindəki alt paltarını aşağı çəkməklə gərginləşmiş cinsiyyət orqanını onun anus dəliyinə ye ritmiş, cinayətkar niyyətini həyata keçirdikdən sonra X6 Qasımzadənin əl-qolunu tutaraq sonuncunun müqavimətini qırdığı zaman, gərginləşmiş cinsiyyət orqanını onun anus dəliyinə yeridərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq-uşaqbazlıq etmiş, bundan sonra Zərərçəkmiş şəxs bu barədə məlumatı valideynlərinə bildirəcəyi halda baş verənləri ailə üzvlərinə deyəcəyi və yaşıdları arasında yayaraq onu rüsvay edəcəklərini bildirərək bir neçə gün sonra cinayət əlaqəsində olduğu X3 ilə növbəti dəfə qabaqcadan razılaşaraq əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, B 64 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək, sonuncuya atası Şahid1 məxsus burğu (drel aləti) üçün istifadə edilən alətin Orxan Kərimovun yaşadığı evdə qaldığını bildirib Zərərç əkmiş şəxs Orxan Kərimovun yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi A 78 ünvanına apararaq burğu üçün istifadə edilən alətin evin həyətində olan toyuq hinində olduğunu deyib, aldadaraq onu hinə saldıqdan sonra o, Zərərçəkmiş şəxs boynundan tutub, müqavimət göstərməsinin qarşısını alaraq, ona qarşı zor tətbiq etdikdən sonra Orxan Kərimov onun əynindəki alt paltarını aşağı çəkməklə gərginləşmiş cinsiyyət orqanını onun anus dəliyinə yeritmiş, sonra isə Orxan Kərimov Zərərçəkmiş şəxs boynundan tutduqdan sonra o, Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə, ona qarşı zor tətbiq edərək gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə yeridərək sonuncuda şüavarı büküşlərin hamarlaşması, qifabənzər açılma ilə müşahidə olunan, düz bağırsağın ampulyar hissəsində gen əlmə ilə nəticələnən əlamətləri özündə əks etdirən qeyri-təbii yolla cinsi əlaqədə olmaqla qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə təkrarən uşaqbazlıq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Gündüz Abbasov, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-408/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli, 1(091)-136/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Nüşabə Ağayeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinə baxış keçirilərkən işə obyektiv, hərtərəfli yanaşılmamışdır. Belə ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilməmişdir. Bundan başqa Şahid3 ifadəsi ilə də həm Zərərçəkmiş şəxs, həm də Şahid1 ifadələri tam təkzib olunur. Belə ki Şahid3 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onların yaşadığı evə təkbaşına gəlmiş, üzlük vurmaq üçün malanı ona özü götürüb vermiş, nə Məhəmm əd, nə də Orxan orada olmamışdır. Ömər də çıxıb getmişdir. Daha sonra o, burğunun da Zərərçəkmiş şəxs tərəfindən gətirilmədiyini və Şahid1 malanı götürərkən onu yüksək səslə çağırmadığını bildirmişdir. Bütün bunlar onu sübut edir ki, Şahid1 və zərərçəkən Zərərçəkmiş şəxs ifadələri həqiqətə uyğun deyildir. Məhkum yalan və böhtanın qurbanı olmasını sübut edən faktlardan biridə Zərərçəkmiş şəxs barəsində tərtib edilmiş 20 noyabr 2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyidir. Belə ki, həmin rəydən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmuşdur ki, buda şüavari büküşlərin hamarlanması, qıfa bənzər açılma müşa hidə olunması düz bağırsağın ampulyar hissəsində genəlmələrin olması və s. sübut olunur. Həmçinin əlavə məhkəmə-tibbi ekspertizasının 18 fevral 2022-ci il tarixli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqə olmanı müəyyən etmə hazırki (ilkin müayinə nəzərdə tutulur), bu halda mümkün deyildir. Belə ki, müayinə zamanı onun anal dəliyinin girəcəyində və düz bağırsaq nahiyəsində hər hansı bir xəsarət izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqənin mütəmadiliyinin əlamətləri 743 saylı rəydə göstərilmişdir və bir daha sadalayır anus dəliyinin şüavari büküşlərin hamarlanması, qıfa bənzər açılma müşahidə olunması düz bağırsağın ampulyar hissəsində əsasən sol tərəfdə genəlmələr. Zərərçəkmiş şəxs ilə qeyri-təbii y olla cinsi əlaqə olmanın əlamətləri cinayət hadisəsi təqribi törədilən vaxt yəni,2021-ci ilin mart ayının əvvəllərinə təsadüf edib-etməməsini məhkəmə-tibbi nöqteyi nəzərdən müəyyən etmək mümkün deyildir. Ekspertizanın bu rəyindən də aydın olur ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı müəyyən etmə hazır ki (ilkin müayinə nəzərdə tutulur), bu halda mümkün deyildir, eyni zamanda həmin rəydən görünür ki, hadisənin baş vermə vaxtı da ekspert müəyyən edə bilmir. Həmçinin ekspert qeyri-təbii yolla cinsi əlaqənin mütəmadiliyinin olmasına da bundan əvvəlki rəyə istinad edir. Ancaq hər iki rəydə ekspertlər mütəmadiliyi müəyyən edərkən nəyə və hansı ədəbiyyata istinad etdiyini göstərməmişdir. Həm ibtidai araşdırma zamanı həm də birinci instansiya məhkə məsində hüquqları müdafiə etdiyi Məhkum sağlamlıq imkanlarının məhdudluğu barəsində arayışlar təqdim olunsa da bu hala da aydınlıq gətirilməmiş məhkəmələrdə isə hüquqi qiymət verilməmişdir. Kassator qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi məhkəmə psixoloji-psixiatrik ekspertizasının 11 fevral 2022-ci il tarixli 90/27 saylı rəyini görməzdən gəlmiş, iş üçün əhəmiyyətli halları tam olaraq qavramaq və tam düzgün ifadə vermək qabiliyyətində olmayan, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə və ifadə verməyə meyilli olan, özündən uydurmağa meyilli olan, onunla edilən hərəkətlərin xarakter və mənasını tam anlaya bilməyən bir şəxsin ifadələrini məhkəmə psixoloji-psixiatrik ekspertizasmm rəyi ilə müqaisədə daha mötəbər sübut kimi qiymətl əndirmişlər. Bundan əlavə, iş üzrə şahid qismində dindirilən şəxslər - Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs valideynləridir. Qeyd edənlər müdafiə tərəfinə haqlı olaraq onu deməyə əsas verir ki, şübhəsiz ki, bu şahidlər birmənalı olaraq həqiqəti əks etdirən deyil, ibtidai istintaqı aparan orqanın marağına uyğun ifadələr vermişlər. Buna görə də bu şahidlərin ifadələri heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. Yalnız qəti rəylər sübut əhəmiyyətinə malikdir. Ekspertin ehtimal rəyi, nə qədər maraqlı olsa da, təqsirsizlik prezumpsiyasından irəli gələn və heç bir istisna bilməyən qaydaya görə ittihamedici sübut kimi çıxış edə bilməz. Sübutlar ehtimallar deyil, yalnız faktiki məlumatlar ola bilər. Ona görə də müdafiə tərəfi hesab edir ki, yuxanda qeyd edilən məhkəmə-tibb ekspertizasını n rəylərinə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübutlar kimi qiymət verilməsi yolverilməzdir. Kassator hesab edir ki, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də Şəki Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarında sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət işindəki sübutlara istinad ed ərək müdafiə tərəfi hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı düzgün tövsif edilməməsinə görə ədalətsizdir, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, məhkəmə tərəfindən yalnız cinayət hadisəsinin təsdiqinə istinad edilmiş, Azərbaycan Respublikası CM-nin 8, 9, 41, 58, 59-cu və CPM-nin 28,125,144,145ci maddələrinin tələbləri kobud surətdə pozularaq təqsirləndirilən Məhkum əsassız və qanunsuz olaraq ağır cinayətdə məhkum etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməli CM-in 150.3.3cü maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kolle giyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə özünü təqsirli bilməsə də, onun həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu –zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahid ifadələri, məhkəmətibbi ekspertizasının rəyi və digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəm ədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instan siya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, Məhkum hazırki cinayət işi üzrə digər təqsirləndirilən şəxs X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı təkrarən uşaqbazlıq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hal larda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya k ollegiyası şikayətlərin bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Nüşabə Ağayevanın kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin mü əyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normala rına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-in 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 150.3-cü maddəsində səkkiz ildən on beş ilədək müddətə azadlıqdan mə hrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almış və ona işin hallarına və onun şəxsiyyətinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar