Məhkəmə qərarları › İş №1(102)-1524/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1524/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1524/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun, Məhkumun müdafiəçisi Bayramov Cabbar Bayram oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 1(103)-1605/2023 nömrəli qərarından Məhkum müddafiəçisi Bayramov Cabbar Bayram oğlu tərəfindən verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(005)44/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim G.A.Əsədova) 11 avqust 1980-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün, ona təyin edilmiş azadlı qdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq ona 2 (iki) il, 6 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablanmışdır. Hökmdən məhkumun müdafiəçisi Bayramov Cabbar Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən C.V.Hüseyn, hakimlər H.Ş.Məmmədov və E.H.Allahverdiyevdən ibarət tərkibdə) 22 avqust 2023-cü il tarixli, 1(103)-1605/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 2 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Bayramov Cabbar Bayram oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus "Mercedes CLS 63” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili guya ”NG Kapital Lizinq” MMC ilə alqı-satqı etdikdən sonra Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla bir ay ərzində 45.900 manat pul ödəyəcəyini yalandan vəd verib inandırmaqla aldadıb, həmin avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28 D ünvanında yerləşən ”NG Kapital Lizinq” MMC-nə satıb, həmin tarixdə ünvan 3 ünvanında yerləşən "Rabitə Bank”-ın baş ofisin qarşısında 26.400 manat,xx.xx.2021-ci il tarixdə 1.000 pul verib, yerdə qalan 18.500 manat pulu verəcəyinə dair yalan vəd verib aldadaraq 18.500 manat pulu ələ keçirib vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 18.500 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28 D ünvanında yerləşən ”NG Kapital Lizinq” MMCyə məxsus "Mercedes CLS 63” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili guya Zərərçəkmiş şəxs4 satacağına yalandan vəd verib inandırmaqla aldadaraq, 2021-ci ilin iyul ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən "Şuşa” restoranının qarşısında 6.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 10.200 manat sonra isə 2021-ci ilin iyul ayının ortalarında yenə həmin ünvanda 1.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 1.700 manat pulu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 cəmi 11.900 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayının ortalarında "Azərbaycan Motors” MMC-nə məxsus "BMW 740” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili guya satıb MMC-nin direktoru Şahid1 19.500 manat p ul ödəyəcəyini yalandan vəd verib həmin avtomamobilin satılması barədə ”Turbo.az” avtomobil alqı-satqı portalında məlumat yerləşdirib, avtomobilin alınması üçün ona müraciət edən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 güya həmin avtomobilin ona məxsus olmasını, ailə üzvünə məxsus şirkətin hesabında olmasını yalandan bildirərək aldadıb, avtomobili güya hissəhissə ödənilməklə 13.500 manata ona satacağına, ödəniş bitdikdən sonra onun adına avtomobili alqı-satqı etdirəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq, 2021-ci ilin iyun ayının ortalarında Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında 500 manat pulu alıb, "Azərbaycan Motors” MMC tərəfindən Zərərçəkmiş şəxs2 adına avtomobili 2 ay müddətinə idarə etmək üçün yol vərəqəsi yazdırtdırıb sonuncunun etibarını qazanaraq 23 iy un 2021-ci il tarixdə Şəfayət Mehdiyev küçəsi 83 ünvanında "Lider TV”-nin qarşısında 9500 manat, sonra isə "Kapital bank kartı vasitəsi ilə 900 manat, 2021-ci ilin avqust ayında ünvan 6 ünvanında yerləşən "Meqafan” Əyləncə Mərkəzinin qarşısında 1000 manat, sonuncu dəfə isə 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu "Atatürk” parkında 1600 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib vədinə əməl etməyib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 3500 manat və Zərərçəkmiş şəxs3 10.000 manat cəmi zərərçəkmiş şəxslərə 13.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Bayramov Cabbar Bayram oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə d üzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. İşin hallarını mübahisələndirən müdafiəçi kassasiya şikayətində iddia edir ki, hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayətini törətməmiş, həmin epizodda üzrə Məhkum Zərərçəkmiş şəxs1 hər hansı vəsait alması ibtidai istintaqla və məhkəmə istintaqı ilə müəyyən edilmədiyindən, Məhkum həmin hissədə bəraət verilməlidir. Məhkumun digər zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəymiş ziyanın tam ödənildiyindən (Məhkum barəsində CM-nin 80-1-ci maddəsinin əsassız olaraq tətbiq edilməməsi) cəzadan azad olunmalı və cinayət işinə xitam verilməlidir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2023-cü tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata Zərərçəkmiş şəxs1 epizodu üzrə bəraətverici əsasla xitam verilməsini, digər zərərçəkmişlərə aid epizodlar üzrə isə dəymiş ziyanın tam ödənilməsini nəzərə alınaraq onun cəzadan azad olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduql arını, o cümlədən Məhkum dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Zərərçəkmiş şəxs1 epizodu üzrə bəraətverici əsasla xitam verilməsini, digər zərərçəkmişlərə aid epizodlar üzrə isə dəymiş ziyanın tam ödənilməsini nəzərə alınaraq onun cəzadan azad olunmasını haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi B ayramov Cabbar Bayram oğlunun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-o lmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymə tdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və y ekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş ap ellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən təqsirləndirilən şəxs özünün həm ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə, həmdə birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-c ı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğund an, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. O, ki qaldı Məhkum barəsində CM-nin 80-1-ci maddəsinin əsassız olaraq tətbiq edilməməsi barədə kassasiya şikayətinin dəlilinə, məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə əsasən, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Həmin maddədə istinad olunmuş CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayə t nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hər iki normanın birgə müqayisəli təhlilindən belə nəticə hasil olur ki, CM-nin 178.2ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə artıq cinayət məsuliyyətindən deyil, cəzadan azad edilir (ümumiyyətlə cinayət işi materiallarından belə bir halın olması müəyyən edilməmişdir). Qeyd edilən maddənin CM-nin cəzadan azad etmənin qaydalarını və əsaslarını tənzimləyən Xİİ fəslinə aid edilməsini, buna görə həmin maddədə göstərilən müddəaların cəza çəkən şəxs haqqında yalnız hökmü n icrası qaydasında tətbiq oluna bilməsini, digər tərəfdən isə həmin maddədə də CM-nin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində müəyyən edilmiş şərtlərin olması tələbini nəzərə alaraq işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə məhkəmə baxışı mərhələsində E.R.Qasımovun haqqında CM-nin 80-1-ci maddəsinin tətbiq edilməsini və ümumiyyətlə kassasiya şikayətinin tam və ya qismən təmin edilməsini mümkün bilmir. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələr i ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Bayramov Cabbar Bayram oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 1(103)-1605/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Bayramov Cabbar Bayram oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 1(103)-1605/2023 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar